Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Svennik Hoyer
Svennik Hoyer (3 Avqust 1931 – 8 Yanvar 2017) — Norveçli siyasi alim. Hoyer 1931-ci ildə Berumda anadan olmuşdur. O, 1959-cu ildə Oslo Universitetinin siyasi elm fakultəsini, 1974-cü ildə isə fəlsəfə doktoru fakultəsini magistr səviyyəsində bitirmişdir. O, 1985-ci ildə Oslo Universitetində Tədqiqat İnstitutunun professoru təyin olunmuşdur. Onun elmi maraqlarına jurnalist peşəsi və jurnalistikanın inkişafı kimi aspektlər, mətbuatın struktur inkişafı, mətbuat və siyasət arasında qarşılıqlı əlaqə və texnologiya və cəmiyyət arasında qarşılıqlı əlaqələr daxildir.
Nikolay Şvernik
Nikolay Şvernik (19 may 1888, Sankt-Peterburq – 24 dekabr 1970, Moskva, SSRİ, RSFSR[d]; rus. Николай Шверник) — sovet partiyasının üzvü və dövlət xadimi. Stalin hakimiyyətinin son dövründə, 1946-1953-cü illərdə o ən yüksək dövlət vəzifəsini - SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsini tutub. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin (1927-1938) və SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü (1935-1938), SSRİ Ali Sovetinin deputatı (1937-66). 1952-1953 və 1957-1966-cı illərdə Sov.İKP MK Rəyasət Heyətinin (Siyasi Büro) üzvü, 1939-1952 və 1953-1957-ci illərdə üzvlüyə namizəd olub. Sosialist Əməyi Qəhrəmanı (1958). Nikolay Şvernik 1888-ci il mayın 7-də Sankt-Peterburqda anadan olub. O, böyük fəhlə ailəsində böyüyüb. Kilsə məktəbindən sonra isə peşə məktəbini bitirib. On dörd yaşlı yeniyetmə ikən 1902-ci ildə Duflon və Konstantinoviç elektromexaniki zavodunda tornaçı köməkçisi kimi işləməyə başladı.
Snejnik (plato)
Snejnik (sloven. Snežnik) — Sloveniya ərazisində, Dinar öndağlığı ərazisində yerləşən, təxminən 85 km² ərazini əhatə edən geniş karst yaylası. Snejnik əsasən təbaşir və yura dövründən qalma əhəng daşlarından və yuxarı hissədə az miqdarda dolomitdən ibarətdir. Son buz dövrü zamanı səthi kəskin dəyişmişdir. Relyefi bir qayda olaraq düzdür, lakin çoxsaylı quru dərələrə, 300-ə yaxın mağaraya sahibdir. Səthi əsasən qayalıqdır. Yayla Adriatik dənizindən cəmi 28 km məsafədə olduğundan burada yağıntının miqdarı ildə 3000 millimetrə qədərdir. Qışda qarla örtülüdür. Yaylasın karst təbiətinə görə üzərində səthi su axını yoxdur. Yaylada bir keçid ilə ayrılmış iki zirvə vardsır.
Svelink Yan Piterszon
Svelink Yan Piterszon (d. 1562, Deventer, Hollandiya - ö. 16.10.1621, Amsterdam, Hollandiya) — holland bəstəkarı, orqançısı, klavesinçisi və müəllimi.
Sədnik Paşa Pirsultanlı
Sədnik Paşa Pirsultanlı (Paşayev Sədnik Xəlil oğlu; 20 may 1929, Qazaxyolçular, Dəstəfur rayonu – 26 avqust 2013, Gəncə) — Şair, filologiya elmlər doktoru, professor, 1988-ci ilin dekabr ayının 30-da "Əmək veteranı", 1992-ci ilin may ayının 4-də Əməkdar Mədəniyyət işçisi, 2007-ci ilin yanvar ayında Qabaqcıl Təhsil işçisi, Türkiyə cumhuriyyəti Kültür Bakanlığının "Teşekkür belgesi"- laureatı Sədnik Xəlil oğlu 20 may 1929-cu il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qazaxyolçular kəndində anadan olub. 1946-cı il "Daşkəsən" qəzeti, "Zəfər bayramı" adlı ilk şeiri çap olunub. Natamam orta təhsilini Qazaxyolçular kəndində, orta təhsilini Dəstəfur internat məktəbində alıb. 1950-ci ildə H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) birinci kursuna qəbul olunub, 1954-cü ildə Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. 2004-cü ildən AYB-nin üzvüdür. 1955-ci ildən 1970-ci ilə qədər "Yeni Daşkəsən" (Daşkəsən), "Mübariz" (Goranboy) və "Yenilik" (Kəlbəcər) rayon qəzetlərində redaktor, "Kirovabad kommunisti" qəzetinin məsul katibi işləyib. 1970-ci ilin oktyabr ayında H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna müsabiqə yolu ilə müəllim qəbul olunub, baş müəllim, dosent, professor vəzifələrində işləyib. Gəncə Dövlət Universitetinin professoru idi. 26 avqust 2013-cü ildə Gəncədə ürək tutmasından dünyasını dəyişib. 1993-cü ildən Ankarada keçirilən "İpək yolu uluslararası xalq ədəbiyyatı simpoziumu"nda və Nevşəhərdə keçirilən "Hacı Veli Bektaşi" törənində məruzəçi kimi çıxış edib.
Cekson-Venik düzəlişi
Cekson-Venik düzəlişi (ing. Jackson-Vanik amendment) – 1974-cü ildə Konqres tərəfindən yəhudilərin azad mühacirət hüquqlarını məhdudlaşdıran dövlətlərə qarşı ticarət sanksiyalarının tətbiq edilməsini nəzərdə tutan ABŞ Ticarət Aktına edilən düzəliş. Düzəlişdə nəzərdə tutulan sanksiyalar ABŞ tərəfindən əsasən MDB dövlətləri və Çin Xalq Respublikasına qarşı tətbiq edilir. 2008-ci ildə Senator Riçard Luqar düzəlişin Azərbaycana qarşı tətbiq edilməsinin ləğv edilməsi haqqında qanun layihəsini ABŞ Konqresinə təqdim etmişdir.