Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağacəri
Ağacəri eli — Azərbaycan türklərinin ellərindən biri. Hazırda əsasən İranda (Cənubi Azərbaycan ərazisində də həmçinin) yaşayırlar; Azərbaycan Respublikası ərazisində yaşayan əhalinin cüzi bir qisminin əsli də bu elə gedib çıxır. Akasirlər — qədim qaynaqlarda adı Avropadakı hunlarla əlaqədar olaraq çəkilmiş bir tayfa; bir çox tarixçi onların adının ağacəri tayfasıyla bağlı olduğu fikrindədir. Ağacəri elinin Anadolu türklərinin tərkibində olan hissəsi Ağaçeri və ya daha yayqın olaraq Tahtacılar (Taxtaçılar) olaraq tanınırlar. Onlar əsasən Türkiyənin cənub, cənub-qərb və qərb bölgələrində, habelə Adana, Mərsin, Antalya, Denizli, İsparta, Burdur, Muğla, Aydın, İzmir, Manisa, Balıkəsir və Çanaqqala kimi bölgələrdə yaşayırlar. === Yaşayış məntəqələri, inzibati ərazi vahidləri və toponimlər === ==== Azərbaycan ==== Ağacəridağ — Tovuz rayonunda yerləşən dağ (bəzi qaynaqlarda vaxtilə indiki Tovuz rayonunun ərazisində Ağacəri adında bir kəndin də mövcud olması qeyd edilir; qaynaqların birində bu adlı kəndin Çar Rusiyası dövründə (19-cu əsr) Tiflis quberniyasının Qazax qəzası ərazisində yerləşdiyi qeyd olunur). ==== Ermənistan ==== Ağacəri (digər adı Tantaq) - vaxtilə Osmanlı İmperiyasının müvəqqəti (1583–1604-cü illər arası mövcud olmuş) Rəvan əyalətinin Qarni (Gərni) nahiyəsində qeyd olunmuş kənd adı. Ehtimalən həmin kənd günümüzədək çatmayıb və artıq mövcud deyildir. ==== İran ==== Ağacəri — Şərqi Azərbaycan ostanındakı Əcəbşir şəhristanının Qalaçay bəxşinin Dizacrud-i Şərqi dehistanında yerləşən kənd. Ağcarud (tarixi adı Ağacəri) — Şərqi Azərbaycan ostanındakı Həştrud (Sərəskənd) şəhristanının Mərkəzi bəxşinin Qaranqu dehistanında yerləşən kənd.
Ağabək
Ağabək — Sürməli qəzasında kənd adı == Toponimik izah == Ağabək — İrəvan quberniyasının Sürməli qəzasında kənd adı. Ağabək şəxs adındandır. XIX əsrin sonlarından sonra mənbələrdə adı çəkilmir. == İstinadlar == == Ədəbiyyat == Qeybullayev Q. Ə. Qədim türklər və Ermənistan, Bakı, 1992.
Ağacəli (Əhər)
Ağacəli — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvazəxan kəndistanında, Vərzəqan qəsəbəsindən 25 km. qərbdədir.
Ağacəri (Həştrud)
Ağacəri (fars. اغچه رود‎) və ya Ağcarud — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 364 nəfər yaşayır (91 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsində Səriskənd qəsəbəsindən 15 km qərbdə, Səriskənd-Təbriz avtomobil yolunun 10 kilometrliyindədir.
Ağacəri (Marağa)
Ağacəri (fars. اقاجري‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsinin Səracu kəndistanında, Marağa şəhərindən 17 km şimal-şərqdə, Qaraağac qəsəbəsinə gedən yoldan 10 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (118 ailə).
Ağacəri (Sayınqala)
Ağacəri (fars. اغاجاري‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Bənab bölgəsinin Bənacu kəndistanında, Bənab qəsəbəsindən 2 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (98 ailə).
Ağacəri (Xuzistan)
Ağacəri (fars. آغاجاری‎) — İranın Xuzistan ostanının Behbəhan şəhristanının Ağacəri bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 13,152 nəfər və 2,943 ailədən ibarət idi. Bu şəhər İranın neftlə zəngin olan regionlarındandır. Ağacərinin adı Türk ellərindən olan Ağacəri elinin adından alınıb ki behbəhanın ətrafında sakindir. Bu şəhərin əsli və yerli əhalisi Ağacəri elindəndir ki, neftə görə ərəblər, lurlar və fars dillilər də bu şəhərə köçüblər.
Ağacəri (dəqiqləşdirmə)
Ağacəri eli — Azərbaycan türklərinin ellərindən biri. Hazırda əsasən İranda (Cənubi Azərbaycan ərazisində də həmçinin) yaşayırlar; Azərbaycan Respublikası ərazisində yaşayan əhalinin cüzi bir qisminin əsli də bu elə gedib çıxır. Akasirlər — qədim qaynaqlarda adı Avropadakı hunlarla əlaqədar olaraq çəkilmiş bir tayfa; bir çox tarixçi onların adının ağacəri tayfasıyla bağlı olduğu fikrindədir. Ağacəri elinin Anadolu türklərinin tərkibində olan hissəsi Ağaçeri və ya daha yayqın olaraq Tahtacılar (Taxtaçılar) olaraq tanınırlar. Onlar əsasən Türkiyənin cənub, cənub-qərb və qərb bölgələrində, habelə Adana, Mərsin, Antalya, Denizli, İsparta, Burdur, Muğla, Aydın, İzmir, Manisa, Balıkəsir və Çanaqqala kimi bölgələrdə yaşayırlar. === Yaşayış məntəqələri, inzibati ərazi vahidləri və toponimlər === ==== Azərbaycan ==== Ağacəridağ — Tovuz rayonunda yerləşən dağ (bəzi qaynaqlarda vaxtilə indiki Tovuz rayonunun ərazisində Ağacəri adında bir kəndin də mövcud olması qeyd edilir; qaynaqların birində bu adlı kəndin Çar Rusiyası dövründə (19-cu əsr) Tiflis quberniyasının Qazax qəzası ərazisində yerləşdiyi qeyd olunur). ==== Ermənistan ==== Ağacəri (digər adı Tantaq) - vaxtilə Osmanlı İmperiyasının müvəqqəti (1583–1604-cü illər arası mövcud olmuş) Rəvan əyalətinin Qarni (Gərni) nahiyəsində qeyd olunmuş kənd adı. Ehtimalən həmin kənd günümüzədək çatmayıb və artıq mövcud deyildir. ==== İran ==== Ağacəri — Şərqi Azərbaycan ostanındakı Əcəbşir şəhristanının Qalaçay bəxşinin Dizacrud-i Şərqi dehistanında yerləşən kənd. Ağcarud (tarixi adı Ağacəri) — Şərqi Azərbaycan ostanındakı Həştrud (Sərəskənd) şəhristanının Mərkəzi bəxşinin Qaranqu dehistanında yerləşən kənd.
Ağacəri (Əcəbşir)
Ağacəri (fars. اقاجري‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Əcəbşir bölgəsinin Düzcərid kəndistanında, Əcəbşir qəsəbəsindən 10,5 km şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 520 nəfər yaşayır (118 ailə).
Ağacəri eli
Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldikləri məlumdur. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat vermişdir. == Tarixçə == Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar. Mahmud Qaşqarlı, "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, Anadolu və Qara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir.
Ağarəfi Ağayev
Ağarəfi Hilal oğlu Ağayev (1911, Maştağa, Bakı qəzası – 1978) — kimya elmləri doktoru, professor. == Həyatı == Ağarəfi Ağayev 1911-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində bəy ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət fakültəsinə daxil olmuş, 1931-ci ildə həmin fakültəni bitirmişdir. 1934-cü ilə qədər orta məktəb direktoru işləmişdir. 1934-cü ildə Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuş, 1938-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildən onun sonrakı fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. O, 1970-ci ilə qədər BDU-nun Qeyri-üzvi kimya kafedrasının dosenti, 1952–1957-ci illərdə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. 1947–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1954–1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda da dərs demişdir. 1972-ci ildə "qeyri-üzvi kimya" ixtisası üzrə professor adını almışdır. 1971–1978-ci illərdə BDU-nun Kimya-texnologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Ağarəfi Rəhimov
Ağarəfi Hacıbaba oğlu Rəhimov (9 may 1952, Bakı – 25 oktyabr 2005, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır. 1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır. Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.
Qarazəki (Bünab)
Qarazəki (fars. قره زكي‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 100 nəfər yaşayır (23 ailə).
Turəc Atabəki
Turəc Atabəki (23 fevral 1950, Tehran) — Amsterdam Universitetinin tarix kafedrasında "Orta Şərq və Mərkəzi Asiya Sosial tarixi" professorudur. O, İranın erməni mənşəli atabəki xanədanına mənsubdur. Turəc Atabəki, həmçinin Cənubi Azərbaycanlılar üzrə mütəxəssisdir. O, paniranistdir və Azərbaycan tarixi və azərbaycanlılara qarşı mövqeyi var.
Ağacəri (Xudabəndə)
Ağacəri (fars. اقاجري‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 536 nəfər yaşayır (108 ailə).
Qarazəki (Mahnişan)
Qarazəki (fars. قره زكي‎) — İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 131 nəfər yaşayır (30 ailə).
Ağaəli Abdullayev
Abdullayev Ağəli Rəsul oğlu (1897, Ağdaş - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) Mixail peşə məktəbinin kənd təsərrüfatı şöbəsini (1915), həmçinin Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini bitirmişdir (1919). Parlamentin 1919-cı il 1 sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün İtaliyaya göndərilməsi qərara alınmış, lakin naməlum səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağaəli Dadaşov
Ağəli Dadaşov (20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Ağaəli Yusifov
Ağaəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Ağaəmi Heybətov
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Ağaəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.
Mirzə Ağaəli Əliyev
Mirzə Ağaəli Mirzə Əziz oğlu Əliyev ( 1878 – 1941) — Lənkəran tarix-diyarşünaslıq muzeyinin banisi, Azərbaycanın ilk muzeyşünaslardan biri, maarifçi Mirzə Ağaəli Əliyev. M.A.Əliyev 1878-ci ildə Lənkəran şəhərində müəllim Mirzə Əzizin ailəsində dünyaya göz açıb. Məşhur Mirzə İsmayıl Qasiddən dərs alıb, fars dilini mükəmməl öyrənib. Həmçinin, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. O, Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib, 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib. Maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağaəli Əliyev dövrünün istedadlı şairi və jurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində müəllim, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun müəllimi olub. Fatimənisə adlı xanım ilə ailə həyatı qurub.Tohidə və Aliyə adında iki qız övladı, Nizami adında isə bir oğlan övladı olub. Ağaəli Əliyev bədii yaradıcılıqla da məşğul olmuşdur. Yazıları və satirik şeirləri "İctihad", "Şərqi-rus", Baxçasarayda çıxan "Tərcüman", habelə Hindistanda nəşr olunan "Həblümətin" qəzetlərində dərc edilib.
Agarebi
Agarebi (gürc. აგარები) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. Xaşuridan 10 km uzaqda yerləşir. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 137 nəfər idi. 2014-cü ildə 139 nəfər yaşayırdı, 65 kişi və 74 qadın. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, I cild, səh.
Ağaəli bəy Naseh Əfəndizadə