Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anatoli Ado
Anatoli Vasilyeviç Ado (rus. Анато́лий Васи́льевич Адо́; 8 yanvar 1928, Kazan – 14 may 1995, Moskva) — SSRİ və Rusiya tarixçisi, Fransa tarixi üzrə mütəxəssis. Anatoli Vasilyeviç Ado 8 yanvar 1928-ci ildə Kazanda anadan olmuşdur. Atası Vasili Ado, Kazan Universitetlərində tarix fənnindən dərs demişdir. O, Fransanın müasir tarixi üzrə mütəxəssisdir. Ado 1970-ci ildən Moskva Dövlət Universitetinin professorudur. O, ilk dəfə olaraq Fransa arxivlərinin sənədləri əsasında XVIII əsrin sonlarında Fransa inqilabı dövrünün kəndli üsyanlarının ümumi mənzərəsini vermiş, kəndliliyi inqilabın ən mühüm hərəkətverici qüvvəsi kimi göstərmişdir. Əsas əsərləri: "XVIII əsrin sonlarında Böyük burjua inqilabı zamanı Fransada kəndli hərəkatı", (1971), "Kəndlilər və Böyük Fransa inqilabı. 1789–1794-cü illərdə Kəndli Hərəkatı" (1987; fransızca nəşr – 1996). Бовыкин Д. Ю. А. В. Адо, профессор Московского университета // Французский ежегодник 2002.
Emil Adolf fon Berinq
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
Emil Adolf von Behring
Emil Adolf fon Berinq (15 mart 1854[…], Lavitse[d], Qərbi Prussiya[d] – 31 mart 1917[…], Marburq) – Alman kimyaçısı, 1901-ci il Tibb və fiziologiya üzrə Nobel Mükafatı laureatı 1854-cü ildə Almaniyanın Hansdorf şəhərində dünyaya gəlib. Valideynləri oğullarını ya ilahiyyatçı, ya da müəllim olmasını arzulayırdılar. Berinq də onların istəyini yerinə yetirərək Köniqsberq Universitetinin ilahiyyat fakültəsinə daxil olmuşdu. Lakin müəllimlərdən biri ona Berlindəki Hərbi Tibb kollecində təhsil almağı məsləhət gördükdən sonra oraya getmişdir. Bu məktəb hərbi cərrahlar hazırlamaq üçün yaradılmışdı. Müdavimlər təhsil haqqından azad idilər. Lakin məzun olduqdan sonra on il orduda xidmət göstərirdilər. Berinq 1880-ci ildə həkim diplomu almış və süvari alayında cərrah köməkçisi vəzifəsinə göndərilmişdi. O, hərbi xidmətdə olduğu dövrdə Bonn Farmakologiya institutunda da təhsilini davam etdirmiş, 1888-ci ildə isə Berlindəki Gigiyena institutuna işə düzəlmişdir. Hərbçi-həkim ordudan tərxis olunduqdan sonra da bu institutda işləmişdir.
II Gustaf Adolf
James Adomian
James Haig Adomian (ing. James Adomian; 31 yanvar 1980, Omaha, Nebraska) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Karl Adolf Gellerup
Karl Adolf Gellerup (dan. Karl Adolph Gjellerup; 2 iyun 1857[…] – 11 oktyabr 1919[…]) — danimarkalı şair və yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1917). Bəzi əsərlərini "Epiqonos" təxəllüsü ilə çap etdirib. Həmvətəni Henrik Pontoppidanla 1917-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatını bölüşən Karl Gellerup lüteran keşişi ailəsində doğulmuşdu. Üç yaşında atasını itirdiyindən ana qohumu, ruhani, teoloq və şair Yuhans Fibigerin evində böyümüş, onun nüfuz və təsirini öz üzərində hiss etmişdi. Yaradıcılığa məktəb illərində başlamışdı. 17 yaşında ikən antik ədəbiyyatın təsiri altında "Afrikalı Stsipion" və "Armini" dramlarını yazmışdı. Lakin sonralar bəlli səbəblərdən bu ilk qələm təcrübələrinin çapı haqqında düşünməmişdi. Təhsilini Kopenhagen universitetinin ilahiyyat fakültəsində almışdı. Burada ilk dəfə Darvin təlimi və Georq Brandesin radikal ədəbiyyat nəzəriyyələri ilə tanış olmuşdu.
Krut Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Kurt Adolf
Kurt Adolf (5 noyabr 1921, Ştutqart – 24 yanvar 2012) — Almaniyalı yarış pilotu. Adolf Almaniyanın Stutqart şəhərində tekstil şirkətinin sahibi olan ailədə dünyaya gəlmiş, İkinci Dünya müharibəsi dövründə paraşütçü kimi xidmət etmişdir. Adolf 1950-ci illərin əvvəllərində Formula-2 yarışlarında BMW avtomobili ilə yarışmışdır, Adolf Münhen-Riem Hava Limanında yarışda ikinci yeri tutaraq uğur qazandı. Daha sonra 1953-cü ildə Ferrari-500-də yarışdı və 1953-cü ildə Almaniya Qran Prisinə qatıldı, Rudi Fişerin Ferrari 500-ü "Ecurie Espadon" Komandası üçün idarə etdi. O, bir neçə dövrədən sonra təqaüdə çıxdı və tək nəfərlik yarışını biznes maraqlarına cəmləşdirmək üçün tərk etdi. Adoff daha sonra Yaquar ilə dırmanışlarda və avtomobil yarışında uğur qazanmışdı və həmçinin Çilidə konsul kimi faəliyyət göstərmişdir..
Ludwig Adolph Timotheus Radlkofer
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Nikolay Adonts
Nikolay Georgiyeviç Adonts (rus. Никола́й Гео́ргиевич Адо́нц, erm. Նիկողայոս Գեորգիի Ադոնց; əsl adı Nikolayos Ter-Avetikyan; rus. Николайос Тер-Аветикян, rus. Նիկողայոս Տէր-Աւետիքեան; 10 (22) yanvar 1871, Brnakot, Zəngəzur qəzası – 27 yanvar 1942[…], Brüssel) — erməni əsilli Rusiya Bizansşünası və ermənişünası, ictimai xadimi və tarixçisi. 1920-ci ildən xaricdə, 1930-cu ildən Brüssel Universitetinin professoru olmuşdur. Ermənistan tarixi, erməni–Bizans münasibətləri üzərində ixtisaslaşmışdır. 2000-ci ildə Ermənistanda Adontsa həsr olunmuş poçt markası buraxılmışdır. Filologiya elmləri doktoru (1916). Sankt-Peterburq Universitetinin professoru (1916).
Orthosiphon adornatus
Syncolostemon welwitschii (lat. Syncolostemon welwitschii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin syncolostemon cinsinə aid bitki növü.
Qustav Adolf Bernadot
Qustav Adolf Bernadot - 22 aprel 1906-ci ildə anadan olmuşdu və indiki kral XVI Karl Qustavın atasıdır. 1940-cı illərdə Leytenant-Polkovnik olan Qustav İkinci dünya müharibəsi vaxtı Almaniyada İsveçin rəsmi nümayəndəsi idi. O İngiltərə şahzadəsi Sibilla Sakse-Koburq-Qota ilə evlənmişdi. Bütün övladları yaşayır. Özü isə Kopenhagendə təyyarə qəzasında vəfat etdi.
Qustavo Adolfo Bekker
Qustavo Adolfo Dominges Bastida Klaudio (Sevilla, 17 fevral 1836 — Madrid, 22 dekabr 1870), daha yaxşı Qustavo Adolfo Bekker kimi tanınan, Romantizm hərəkatı ilə əlaqəli bir şair və yazıçı İspan idi. Gec romantik olduğundan, sonrakı romantik hərəkatla da əlaqələndirildi. Həyatda onsuz da müəyyən bir şöhrət qazansa da, yalnız ölümündən sonra və bütün yazıları dərc edildikdən sonra bu gün tanınan nüfuzu qazandı. Ən məşhur əsəri, İspan ədəbiyyatının ən populyar kitablarından birinə toplanmış, dağınıq şeirlər və hekayələr toplusu olan Rimas y Leyendasdır.
Regimantas Adomaytis
Regimantas Vaytkusoviç Adomaytis (lit. Regimantas Adomaitis; 31 yanvar 1937, Şyaulyay – 20 iyun 2022, Vilnüs) — Sovet və Litva aktyoru, SSRİ xalq artisti (1985). Regimantas Adomaytis 31 yanvar 1937-ci ildə (başqa mənbəyə görə 31 martda) Şyaulyay şəhərində anadan olmuşdur. 1954-cü ildə Vilnüs Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə buradakı təhsilini bitirmişdir. Artıq 1958-ci ildən o, Vilnüs Konservatoriyasının aktyorluq fakültəsində oxuyurdu. 1962-ci ildə aktyorluq üzrə diplom almışdır. 1962–1963-cü illərdə Kapsukas şəhərinin dram teatrında işləmişdir. 1963-cü ildə Kaunas Dövlət Akademik Dram Teatrının heyətinə daxil olmuş və 1967-ci ilə qədər burada işləmişdir. 1967-ci ildən bu günə qədər Litva Akademik Milli Dram Teatrının aktyorudur.
Salvia adoxoides
Salvia adoxoides (lat. Salvia adoxoides) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Tegenaria adomestica
Tegenaria adomestica — Tegenaria cinsinə, Çala hörümçəkləri fəsiləsinə aid Hörümçək növü. Azərbaycanın endemik canlısıdır. Kiçik ölçülü hörümçəkdir. Erkəkləri 9,05 mm uzunluğa malik olurlar. Guseinov, Marusik & Koponen, 2005 : Spiders (Arachnida: Aranei) of Azerbaijan 5. Faunistic review of the funnel-web spiders (Agelenidae) with the description of a new genus and species. Arthropoda Selecta, vol.|14, n. 2, p.|153–177 (texte intégral Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine).
Teodor Adorno
Teodor Lüdviq Vizenqrund Adorno (rus. Theodor Ludwig Wiesengrund Adorno; alman: [ˈteːodoːɐ̯ ʔaˈdɔɐ̯no] ( dinlə);; 11 sentyabr 1903[…], Frankfurt-Mayn, Prussiya, Almaniya imperiyası[…] – 6 avqust 1969[…], Fisp[d]) — Almaniya filosofu, sosioloqu, musiqişünası. O, Frankfurt məktəbinin nümayəndəsi olmuşdur. Adorno mədəniyyəti və cəmiyyəti ("Maarifçiliyin dialektikası", 1948, Maks Horkheymer ilə birlikdə), həmçinin "mənfi dialektika" ideyasını tənqid etmişdir. 1940-cı illərdə Adorno və onun əməkdaşları ABŞ-də faşizm üçün sosial-psixoloji ilkin şərt kimi "avtoritar şəxsiyyət" haqqında araşdırma aparmışdılar. "İşıqsız iztirab"ın protokol təsbiti kimi "yeni musiqi" konsepsiyasında o, yeni Vyana məktəbinin bəstəkarlarının yaradıcılığına diqqət yetirir. Kierkegaard: Construction of the Aesthetic (1933) Dialectic of Enlightenment (Maks Horkheymer ilə, 1944) Composing for the Films (1947) Philosophy of New Music (1949) The Authoritarian Personality (1950) Minima Moralia: Reflections from Damaged Life (1951) In Search of Wagner (1952) Prisms (1955) Against Epistemology: A Metacritique; Studies in Husserl and the Phenomenological Antinomies (1956) Dissonanzen. Musik in der verwalteten Welt (1956) Notes to Literature I (1958) Sound Figures (1959) Mahler: A Musical Physiognomy (1960) Notes to Literature II (1961) Introduction to the Sociology of Music (1962) Hegel: Three Studies (1963) Critical Models: Interventions and Catchwords (1963) Quasi una Fantasia (1963) The Jargon of Authenticity (1964) Night Music: Essays on Music 1928–1962 (1964) Negative Dialectics (1966) Alban Berg: Master of the Smallest Link (1968) Critical Models: Interventions and Catchwords (1969) Aesthetic Theory (1970) The Culture Industry (Routledge, 1991) Beethoven: The Philosophy of Music; Fragments and Texts (1993) The Psychological Technique of Martin Luther Thomas' Radio Addresses (2000) Kant's 'Critique of Pure Reason' (2002) Current of Music (2006) Für Sebastian Wedler (1919) 6 Studies for string quartet (1920) Piano piece (1921) String quartet (1921) 3 stories by Theodor Däubler for female chorus (1923–1945) 2 Pieces for string quartet, Op. 2 (1925/26) 7 short works for orchestra, Op.4 (1929) 3 Short Pieces for piano (1934) 2 songs for voice & orc Adorno, Theodor. Aesthetic Theory.
Vasili Adodurov
Vasili Yevdokimoviç Adodurov (rus. Васи́лий Евдоки́мович Адоду́ров; 15 (26) mart 1709 və ya 26 mart 1709, Veliki Novqorod – 5 (16) noyabr 1780 və ya 16 noyabr 1780, Moskva) — Rusiya riyaziyyatçı, filoloqu, rusşünası, Peterburq Elmlər Akademiyasının müəllimi, adyunktu (1733) və fəxri üzvü (1777), Moskva Universitetinin kuratoru. Vasili Adodurov 15 mart 1709-cu ildə Rusiya imperiyasında, Novqorod şəhərində əsilzadə ailəsində anadan olmuşdur. O, 1723–1726-cı illərdə Moskva Akademiyasında (1775-ci ildən Slavyan-Yunan-Latın Akademiyasında), sonra Akademik Universitetdə (1731-ci ildən tərcüməçi) təhsil almışdır. Adodurov Qotlib Bayerin elmi əsərlərini alman dilindən tərcümə etmişdir (Gerhard Millerin redaktorluğu ilə nəşr edilmişdir); Leonard Eylerin rəhbərliyi altında riyaziyyatı öyrənmişdir. O, 1-dən hər hansı bir seçilmişə ardıcıl olaraq alınan natural ədədlərin kublarının cəminin bu eyni ədədlərin cəminin kvadratına tam bərabər olduğu bir teorem tərtib etmişdir [13 + 23 + 33 + ... = (1 + 2 + 3 + ...)2]. Adodurov 1731-ci ildə Erenreyx Veys­ma­nın alman-latın-rus lüğəti haqqında qısa bir esse tərtib etmişdir (rus dilində yazılmışdır; 1750-ci ildə M. Qröninq tərəfindən isveç dilində nəşr edilmişdir). O, 1733-cü ildən ali riyaziyyat kafedrasının adyunkturasıdır. Adodurov Eylerin əsərlərini tərcümə etmişdir (Arifmetika üçün qısa bələdçi, 1740; İnteqral hesablama haqqında diskurs, nəşr olunmamışdır).
Vladimir Adoratski
Vladimir Viktoroviç Adoratski (rus. Владимир Викторович Адоратский; 7 (19) avqust 1878, Kazan – 5 iyun 1945, Moskva, RSFSR, SSRİ) — SSRİ Kommunist Partiyası xadimi, tarixçi, filosof, akademik. Vladimir Viktoroviç Adoratski 19 avqust 1878-ci ildə Rusiya imperiyasının Kazan şəhərində anadan olmuşdur. 1900-cü ildən inqilabi hərəkata qoşulmuş, RSDFP Kazan Komitəsinin katibi olmuşdur. 1900-cü ildə həbs edilib Həştərxan quberniyasına, 1906-cı ildə xaricə sürgün edilmişdir. 1904-cü ildən Sov.İKP üzvudür. Xaricdə dəfələrlə Vladimir Leninlə görüşmüş və onun tapşırıqlarını yerinə yetirmişdir. Oktyabr inqilabından sonra müxtəlif vəzifələrdə işləmiş, Marks–Engels–Lenin İnstitutunun direktoru (1931–1939), eyni zamanda SSRİ EA Fəlsəfə İnstitutunun direktoru, 1939-cu ildən Marks–Engels–Lenin İnstitutunun baş redaktoru olmuşdur. 1932-ci ildən SSRİ EA akademiki olmuşdur. Adoratski Sov.İKP-nin XVI–XVIII qurultaylarına nümayəndə seçilmişdir.
Zoli Adok
Zoli Adok (Macarca:Zoltán Ádok; 22 mart 1976, Seqed) — Macarıstan müğənnisi. Zoli Adok 1976-cı il martın 22-də Macarıstanın Szeged şəhərində anadan olmuşdur. Macarıstanı 2009 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. “Dance with Me” (Azərbaycanca:"Mənimlə rəqs elə") adlı mahnı ilə Avroviziyada iştirak edən müğənni yarımfinalda cəmi 16 xal toplayaraq finalda iştirak etmək imkanını itirmişdir. 2008-ci ildə “Tanclepes” adlı albomu buraxan müğənni öz ölkəsində həmçinin aktyor kimi də tanınır.
Şahzadə Qustav-Adolf dənizi
Şazadə Qustav-Adolf dənizi -Şimal Buzlu okeanın akvatoriyası daxildir. Adalar arası dəniz olaraq Kanada Artik arxipelaqına daxil adalar arasında yerləşir. Qərbində Borden və Makkenzi-Kinq, şərqində Ellef-Rinqnes ,cənubunda Lovid adası yerləşir. Dənizi 1902-ci ildə Otto Sverdrup tərəfindən təşkil edilən ekspedisiya tərəfindən kəşf edilir. Adına gəldikdə isə İsveç şahzadəsi Qustav Adolfun şərəfinə adlandırılır. Sonradan o İsveçin kralı Qustav VI Adolf olaraq taxta oturur. Dənizdən şimalda Ellef-Pinqnesının şimal-qərbində isə onun atası V Qustavın şərəfinə digər dəziz adlandırılmışdır. Şahzadə Qustav Adolf adına Antarktidada boğaz vardır.
Adoksakimilər
Adoksakimilər (lat. Adoxaceae) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Sambucaceae Gəndəlaşkimilər Batsch ex Borkh. (1797) Viburnaceae Başınağacıkimilər Raf.
Adolf Butenandt
Adolf Friedrich Johann (24 mart 1903[…] – 18 yanvar 1995[…], Münxen)— Alman biokimyaçısı O, cinsi hormonlar üzərində işinə görə 1939-cu ildə Lavoslav Ruziçka ilə birlikdə Kimya üzrə Nobel mükafatına layiq görülüb. İkinci Dünya Müharibəsi səbəbindən mükafatını 1949-cu ildə–müharibədən sonra ala bilib. Marbur Universiteti və Göttingen Universitetində təhsil alıb. 1927-ci ildə Göttingen Universitetində doktorluq dərəcəsi almışdır. Daha sonra bu məktəbdə və Danziq Texniki Universitetində dərs demişdir. 1936-cı ildə Kayzer Vilhelm İnstitutunun, daha sonra Maks Plank İnstitutunun direktoru oldu. 1960-1972-ci illərdə Maks Plank Elmin İnkişafı Assosiasiyasının prezidenti olub. Butenandt qadınlarda cinsi inkişafı və funksiyaları tənzimləyən estron hormonunu, daha sonra isə kişi cinsi hormonlarından biri olan androsteronu və qadınlarda progesteronu müəyyən edə bildi. Bu gün kortizonun genişmiqyaslı istehsalı Butenandtın bu mövzudakı işindən irəli gəlir.
Adolfo Lopes Mateos
Adolfo Lopes Mateos (isp. Adolfo López Mateos; 26 may 1910[…] – 22 sentyabr 1969, Mexiko) — Meksika dövlət və siyasət xadimi, 1958–1964-cü illərdə Meksika Prezidenti. Adolfo Ruis Mateos 26 may 1910-cu ildə anadan olmuşdur. O, 1929-cu ildə Toluka Elm və Ədəbiyyat İnstitutunu bitirmişdir. Mateos 1934-cü ildə Meksika Universitetində hüquq təhsili almışdır. O, 1933-cü ildən İnstitusional İnqilab Partiyasının (İİP) üzvü olmuşdur. Mateos 1944–1946-cı illərdə Tolukada Elm və Ədəbiyyat İnstitutunun direktoru olmuşdur. Mateos 1946–1952-ci illərdə senator vəzifəsində çalışmışdır. O, 1952–1957-ci illərdə əmək və sosial təminat naziri vəzifəsində çalışmışdır. Mateos 1958–1964-cü illərdə Meksika Prezidenti olmuşdur.
Adolfo Ruis Kortines
Adolfo Tomas Ruis Kortines (isp. Adolfo Tomás Ruiz Cortines, İspanca tələffüz: [aˈðolfo ˈrwis koɾˈtines] ( dinlə); 30 dekabr 1890, Verakruz[d], Verakrus[d] – 3 dekabr 1973, Mexiko) — Meksika dövlət xadimi, 1952–1958-ci illərdə Meksika Prezidenti. Adolfo Tomas Ruis Kortines 30 dekabr 1890-cı ildə Verakruzda anadan olmuşdur. O, 1912-ci ildə Meksika inqilabına qoşulmuşdur. Kortines 1914-cü ildən həqiqi hərbi xidmətdə olmuşdur. O, daha sonra 1921–1935-ci illərdə Statistika İdarəsinin əməkdaşı və direktoru kimi çalışmışdır. Kortines İnstitusional İnqilab Partiyasının (PRI) üzvü olmuşdur. O, 1937–1940-cı illərdə senator vəzifəsini icra etdikdən sonra, 1944–1947-ci illərdə Verakruz qubernatoru kimi xidmət etmiş və fəaliyyətini 1948–1951-ci illərdə Daxili İşlər naziri kimi davam etdirmişdir. Kortines 1952–1958-ci illərdə Meksika Prezidenti olmuşdur. O, 1967-ci ilə qədər Meksika hökumətinin iqtisadi müşaviri kimi xidmət etmişdir.
Adolfo de la Uerta
Adolfo de la Uerta Markor (rus. Adolfo de la Huerta Marcor; 26 may 1881, Eroyka-Quaymas[d], Sonora – 9 iyul 1955, Mexiko) — Meksika siyasətçisi, 1920-ci il iyunun 1-dən dekabrın 1-dək Meksikanın müvəqqəti prezidenti. Uerta 1920-ci ildə Sonora qubernatoru olmuş və o vaxtkı prezident Venustiano Karransanı devirmək planının liderlərindən biri olmuşdur. 8 aprel 1920-ci ildə çevriliş edilmişdir. Ümumi seçkilər hazırlanarkən konqres Uertanı müvəqqəti prezident təyin etmişdir. Uertanın prezidentliyi dövründə ən mühüm hadisələrdən biri Panço Vilya ilə sülh müqaviləsinin imzalanması idi.
Sado (ada)
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
Qado-qado
Qado-qado (indoneziya. gado-gado) — İndoneziya mətbəxinin şorbasıdır. Müxtəlif növ tərəvəz və bir sıra digər məhsulların bişməsindən alınır. Şorbaya araxis şirəsi də əlavə edilir. Xüsusən Yavada bu yemək çox məşhurdur. Müxtəlif regionlarda bişirilimə qaydası da müxtəlifdir. Qado-qado Yava şorbası adlanır. Adanın qərb və şərq hissəsinin milli şorbasıdır. onun bir çox növləri mövcuddur. XX əsrin ikinci yarısında qado-qado İndoneziyanın digər bölgələrinə yayılmağa başladı.
3DO
3DO Interactive Multiplayer (və ya sadəcə 3DO) — 1993–1996-cı illərdə "Panasonic", "Sanyo", "Creative Technology" və "GoldStar" tərəfindən istehsal edilmiş videooyun konsolu. Konsol "The 3DO Company" şirkətinin texniki tələbləri əsasında istehsal olunmuşdur və ilk növbədə "New Technologies Group" işçiləri olan Deyv Nidl ilə Robert Cey Mikal tərəfindən tərtib edilmişdir. Konsolun yaradılması ideyası "Electronic Arts" korporasiyasının qurucusu Trip Hokinsə məxsusdur. Fəal marketinq kampaniyası və yeni texnologiyaların istifadəsinə baxmayaraq, konsolun qiyməti, "Sega" və "Nintendo" kimi nəhəng şirkətlərin fəaliyyəti və konsol bazarının həddən artıq məhsulla təmin olunması onun uğursuz olmasına gətirib çıxarmışdır. Panasonic FZ-1 R.E.A.L. 3DO Interactive Multiplayer. Panasonic FZ-10 R.E.A.L. 3DO Interactive Multiplayer. Goldstar 3DO Interactive Multiplayer. Goldstar 3DO ALIVE II . Sanyo TRY 3DO Interactive Multiplayer. Creative 3DO BLASTER. Panasonic ROBO Hotel Unit.
ADF
Azərbaycan Demokrat Firqəsi (fars. حکومت ملی آذربایجان‎, rus. Азербайджанское народное правительство) — 1945-ci ilin noyabr ayında SSRİ-nin dəstəyi ilə İranın Şərqi Azərbaycan ostanında yaradılmış Azərbaycan dövləti. ADF-nin rəhbəri Seyid Cəfər Pişəvəri olmuşdur. Azərbaycan Demokrat Firqəsi SSRİ-nin dəstəyini cəkməsi nəticəsində dağılmışdır. 3 may, 1946-cı ildə Azərbaycan Demokrat Firqəsi ilə Mahabad Cümhuriyyəti arasında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən: Hər iki tərəf bir-birlərinə nümayəndə göndərməli və münasibətlərin inkişaf etməsinə zəmin yaratmalı idilər. Hər iki hökumətin nümayəndələrinin iştirakı ilə iqtisadi şura yaradılmalı və iqtisadi məsələlər müzakirə etməli idi. Lazım olanda hər iki hökumət bir-birlərinə hərbi yardım göstərməli idilər. Azərbaycan Demokrat Firqəsində kürdlərin yaşadığı ərazilərdə kürd, Mahabad Cümhuriyyətində isə Azərbaycanlıların yaşadığı ərazilərdə Azərbaycanlı millət vəkili seçilməli və öz xalqını təmsil etməli idi.
ADP
Azərbaycan Demokrat Partiyası — Azərbaycanda fəaliyyət göstərən siyasi partiya. Adenozin difosfat — kimyəvi maddə.
ADR
Almaniya Demokratik Respublikası — 7 oktyabr 1949 - 3 oktyabr 1990-cı illərdə Almaniyanın şərq hissəsində mövcud olmuş sosialist dövlət. Azərbaycan Demokratik Respublikası — 28 may 1918 - 28 aprel 1920-ci illərdə mövcud olmuş və şərqdə respublika üsul-idarəsinə malik ilk dövlət.
ADU
Azərbaycan Dillər Universiteti və ya qısaca ADU — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycanın ali məktəblərində xarici dillərin tədrisinə keçən əsrin 20-ci illərində başlanmış, 1936/1937-ci tədris ilində isə ilk dəfə olaraq Azərbaycan Pedaqoji İnstitutunda (APİ) müstəqil Xarici dillər kafedrası yaradılmışdır. Lakin xarici dilləri tədris edən milli pedaqoji kadrlar çatışmadığından Azərbaycan Xalq Komissarlar Soveti 1937-ci il oktyabr ayının 9-da "Azərbaycan Pedaqoji İnstitutunda Xarici dillər fakültəsinin təşkil edilməsi haqqında" qərar qəbul etdi. 1937/1938-ci tədris ilində fakültəyə 175 nəfər qəbul edildi: ingilis dilinə 59 nəfər, alman dilinə 92 nəfər, fransız dilinə 24 nəfər. Onlardan 46 nəfəri Azərbaycan bölməsinə, 129 nəfəri rus bölməsinə qəbul olunmuşdu. 1941-ci ildə həmin qəbuldan yalnız 95 nəfəri diplom ala bildi. II Dünya müharibəsi başlandıqdan sonra xarici dil mütəxəssislərinə ehtiyac artdığından Azərbaycan SSR XKS-in 1940-cı ilin oktyabrında "Azərbaycan SSR-in ali və orta məktəblərində alman, fransız və ingilis dillərinin tədrisi haqqında" qəbul etdiyi qərar əsasında APİ-nin Xarici dillər fakültəsi 1941/42-ci tədris ilindən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi və həmin il instituta 150 nəfər qəbul edildi. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq institut yalnız taşkilatlanma prosesini həyata keçirə bildi və XMK-nın əmri ilə sentyabr ayının 1-dən yenidən APİ-nin fakültəsi kimi öz fəaliyyətini davam etdirdi. Müharibədən sonrakı dövrdə xarici dil mütəxəssislərinin hazırlanmasını yaxşılaşdırmaq məqsədilə Respublika Maarif Nazirinin əmri ilə 1948/1949-cu tədris ilindən Bakı şəhərində APİ-nin Xarici dillər fakültəsinin bazasında Pedaqoji Xarici Dillər İnstitutu yaradıldı. İnstitutun ilk rektoru vəzifəsinə Xarici dillər fakültəsinin məzunu və bir müddət fakültənin müəllimi, sonra isə dekanı işləmiş Heybət Paşayev təyin edildi.
ADY
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılıb. "Azərbaycan Dəmir Yolları" QSC Azərbaycanın dəmir yolu nəqliyyatı üzrə əsas daşıma operatorudur və bu sahədə digər xidmətlərə olan tələbatı təmin edən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında hərəkətin idarə edilməsi fəaliyyətini həyata keçirən iri dövlət şirkətidir. Ümumilikdə isə Azərbaycanın dəmir yolları böyük və zəngin tarixə malikdir. İlk xəttin istifadəyə verildiyi 1880-ci ildən bu günə qədər dəmir yolları ölkənin iqtisadiyyatında, mədəniyyətində, əhalinin gündəlik həyatında önəmli rol oynamaqda davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-nin inzibati binası Bakı şəhəri, Dilarə Əliyeva küçəsi 230 ünvanında yerləşir. Azərbaycanda ilk dəmir yollarının çəkilişinə XIX əsrin 70-ci illərindən başlanmışdır. 1878-ci ildə Bakı şəhərini neft mədənləri və neft korpusu iə birləşdirən 25,2 verst uzunluğundakı dəmir yolu xəttinin inşasına icazə verildi. "Neft sahəsi" adını alan bu xətlərin tikinitisi 1879-cu ilin sonunda başa çatdırıldı. Və rəsmən 1880-ci ilin 20 yanvarında istismara verildi. 1879-cu ilin 22 dekabrında Cənubi Qafqaz dəmir yolu hissəsinin Bakı-Tiflis dəmiryol magistralının çəkilişinə icazə verildi.
ARO
ARO (Auto Romania üçün qısa) — off-road avtomobil istehsalı üçün Rumıniya zavodudur. İlk avtomobil - IMS-57 - 1957-ci ildə buraxıldı. Avtomobil QAZ-69 əsasında qurulmuşdur. 2006-cı ildə iflas oldu. ARO zavodunun tarixi 1885-ci ildə zavod qurulduqdan sonra başladı, lakin 1899-cu ildə işə son verildi. 1941-1944-cü illər dövründə anbar kimi istifadə edilmişdir. 1945-ci ildən 1950-ci ilə qədər Rumıniya və Sovet qoşunlarının avtomobillərini təmir etmək üçün istifadə edilmişdir. 1953-cü ildə onlar IMS-53 motosikletinin istehsalını qurmağa çalışdılar, amma cəmi 12 ədəd istehsal edildi. 1957-ci ildən etibarən zavod avtomobil hissələri - mühərrikləri və dişli qutuları istehsal etməyə başlayıb, eyni ildən etibarən IMS 57, M 59, ARO M 461 avtomobillərinin istehsalı başlayıb. Zavodun bütün həyatı boyu təxminən 380 min avtomobil istehsal etmişdir.
Abo
Abo (dağ) — İcevan rayonunda dağ.
Ada
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsi. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək olur. Mənşəyinə görə adalar üç qrupa bölünür: Materik mənşəli adalar. Bunlar tektonik proseslər nəticəsində Yer qabığının çökməsi və ya parçalanması nəticəsində materikdən ayrılan hissələrdir. Məsələn, Qrenlandiya, Saxalin, Kalimantan, Yaponiya adaları, Madaqaskar, Şri-Lanka və sair Vulkanik mənşəli adalar. Bunlar püskürmələr nəticəsində əmələ gələn adalardır. Məsələn, Azov, İslandiya, Kanar və s. adalar litosfer tavalarının kənarlaşması, Kuril, Aleut, Marian və s. adalar zənciri isə materik və okean tipli litosfer tavalarının toqquşması nəticəsində əmələ gəlmişdir. Mərcan adaları.
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. Fəlsəfə Filologiya Qeyri-adi С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Alo
Alo — adətən, danışıq vaxtı telefon dəstəyi ələ götürüldükdə söylənilən ilk söz. Telefonu kəşf edənlər sırasında Antonio Meuççi, Filip Reys, Elişa Qrey və Aleksandr Qrem Bell adları çəkilir. Yalnız Bellin 10 mart 1876-cı ildə köməkçisi Tomas Uotsonla yaratdığı sınaq əlaqə uğurlu alınır və telefonun 1876-cı ildə Amerikalı ixtiraçı Aleksandr Qrem Bell tərəfindən icad edildiyi qəbul edilir. "Alo" sözünün Aleksandr Bellin sevgilisinin adının qısaldılmış formasıdır. Sevgilisinin tam adı Allessandra Lolita Osvaldo olub. Aleksandr Bell ilk telefon xəttini sevgilisinin evinə çəkib. İş yerində telefonla zəng edənin Allessandra Lolita Osvaldodan başqası ola bilməyəcəyini düşündüyündən A.Q.Bell, dəstəyi qaldırarkən Allessandra Lolita Osvaldo deyirdi. Amma, bir müddət sonra sevgilisinin adını qısaldaraq "Alo" deməyə başladı. Telefonun kəşfindən başqa bir şey düşünməyən Aleksandr Bellin sevgilisi çox keçmədi ki, onu tərk etdi. Yaşlanmış Bell sevgilisinin bir gün ona zəng edəcəyi ümidi ilə yaşayırdı.
Apo
Apo aşağıdakı mənalara gələ bilər:
Aço
Aço (v. 795, Ordu-Balıq, Arxanqay) — Uyğurların altıncı xaqanıdır. 790-cı ildə atasının ölümü ilə taxta çıxdı. İmperatorun qızı Ninq ilə evləndi. 791-ci ildə tibetliləri məğlub etmişdi. Aço övladsız idi, buna görə də bir çinlini oğulluğa götürmüşdü və ona Kuey adı vermişdi. 795-ci ildə Aço öldü və sülalədən heç kim qalmadığı üçün seçki ilə yeni hökmdar taxta çıxdı. II Qutluq xaqan taxta çıxdı.
Dao
Dao (çin. 道, hərfi mənası — yol) – şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansiyası ilə dünyanın əsasını təşkil edir. Lao– tszı ("qoca müəllim") belə he-sab edirdi ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir. Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir. İnsan şeylərin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud "hərəkətsizlik" (uvey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, "təbiiliyə əməl edilməsi" deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir.
Kado
İkebana (生花, ike – "həyat", bana – "güllər", tərc. "canlı güllər") və ya Kado (華道, "güllərin yolu") – XV əsrdə Yaponiyada meydana gəlmiş kəsilmiş güllərdən müxtəlif kompozisiyalar yaratmaqdan ibarət ənənəvi yapon sənəti. İkebana üsulu ilə hazırlanmış kompozisiya 3 əsas elementi birləşdirir və adətən 3 gül budağından ibarət olur. Onlar bəzi inanclara görə göyü (sin), yeri (tay) və insanı (tae), digərlərinə görə isə Günəşi, Ayı və Yeri simvolizə edirlər. İkebana sənəti əvvəllər dini xarakterli olmuş və allahlara hədiyyə məqsədi daşımışdır. İkebana hazırlanarkən "susso", yəni bitkilərin təbiəti, "xarakter"i nəzərə alınmalıdır. VI əsrdən başlayaraq buddizm Yaponiyada təşəkkül tapdıqdan sonra tikilən buddist məbədlərinin səcdəgahlarının qıraqlarına qeyri-adi buketlər düzülməsi ənənəsi yarandı. Bu nəhəng, əyilməyən budaqları rikka (yap. “duran güllər”) adlandırırdılar. Məbədlərin digər bər-bəzəyi kimi rikka da Çindən gətirilirdi.
Rado
"Rado" firması 1957-ci ildə yaranıb. 1962-ci ildə dünyada ilk dəfə cızılmaya dözümlü saatı məhz bu firma istehsal edib. Daima həm keyfiyyətinə, həm də dizaynına görə bir-birindən fərqlənən modellər istehsal edir. "Rado" həmişə klassik formalara üstünlük verir. Təsis edildiyi vaxtdan "Rado" bərk metal, Sapfir, kristial, keramika, brilyant kimi materiallardan istifadə edərək yeni saat növləri yaradır. Demək olar ki, hər bir ölkədə fəaliyyət göstərən saat satışı mərkəzlərində "Rado"nun markalarına rast gəlmək mümkündür.
Sado
Sado (yap. 佐渡島) — Yapon dənizi sularında yerləşir. İnzibati cəhətdən Yaponiyanın Niiqata prefekturasına daxildir. Adanın inzibati cəhətdən mərkəzi eyni adlı şəhərdir. Şəhər ada ərazisi bütünlüklə örtülür. 1 yanvar 2008 il məlumatına görə adanın sahəsi 855,26 km² təşkil edir. Ada 65 037 nəfər adam yaşayır. Ada səmadan «N» hərifini xatırladır. Reylef baxımından adanı üç yerə bölmək olar. Böyük Sado adanın şimal-qərbində dağlıq ərazidir.
İdo
İdo dili — Anadilləri fərqli olan insanlar arasında anlaşmanı asanlaşdırmağı məqsəd qoyan süni bir dildir. 1907-ci ildə Uniono por la Linguo Internaciona Ido (beynəlxalq dil İdo birləşməsi) tərəfindən icad edilmişdir.
Amo
Amo — Böyük Britaniya rok qrupu Bring Me the Horizon-un altıncı studiya albomu. 25 yanvar 2019-cu ildə buraxılıb.
Dado Cavalcanti
Dado Cavalcanti (15 iyul 1981 və ya 9 iyul 1981) — "Koritiba FK" klubunun baş məşqçisi. Dado Cavalcanti 9 iyul 1981-ci ildə Braziliyada anadan olub.
Daşlı ada
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Devon (ada)
Devon — (ing. Devon Island) — Kanada Arktik arxipelaqına daxil olan iri adalardan biridir. İnzibati cəhətdən Nunavut vilayətinin Kikiktaanuk regionuna daxildir. Devon adası Kraliça Yelezaveta adalarının tərkibinə daxildir. Dünyada ən iri yaşayışı olmayan adadır. Sahəsi 55 247 km², sahil xətdinin uzunluğu 3 589 km təşkil edir. Adaların dünyada sahəsinə görə sıralamasında 27-ci, Kanadada isə 6-cı yeri tutur. Quruluşuna görə Latın "L" hərifinə bənzəyir. Şərqdən qərbə 503 km, şimaldan cənuba 289 km təşkil edir. Ada Lankaster boğazından şimalda yerləşir.