Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afinalı Solon
Solon (yun. Σόλων; təq. e.ə. 630, Qədim Afina – təq. e.ə. 560, Kipr, Akrotiri və Dekeliya) — Afinalı şair, siyası xadim və mütəfəkkiri. Yunanıstanın yeddi müdriyindən biri. == Həyatı == E.ə. 640 – E.ə. 560-ci illərdə yaşadığı təxmin edilir.
Afinalı Teetet
Afinalı Teetet (yun. Θεαίτητος; E.ə. 417 – E.ə. 368) — Qədim yunan riyaziyyatçısı, Kirenalı Feodor və Platonun şagirdidir; irrasionallıq nəzəriyyəsini qurmuş, dodekaedr, ikosaedr və oktaedri kəşf etmişdir..
Plutarx (Afinalı)
Afinalı Plutarx (yun. Πλούταρχος ὁ Ἀθηναῖος, 350, Afina, Axeya – 430-cu illər, Afina, Axeya) — antik filosof, neoplatonçuluğun Afina məktəbinin yaradıcısı. Aristotelin və Platonun əsərlərinə şərhlər yazmış, ancaq oonlar dövrümüzə gəlib çatmamışdır. Onun yaradıcılığı haqqında yazan başqa yazarlara görə öz əsərlərində Plutarx Artistotel və Platonun fəlsəfələrini bir-birinə uyğunlaşdırmağa çalışmışdır. Plutarx Plotinin və ümumiyyətlə yeni-platonizmin Vahid-Əql-Ruh üçlüyü haqqında təliminini təkmilləşdirmiş, onu Platonun “Parmenides” dialoqundakı hipotezlərinə ("Platon" məqaləsinə bax) uyğunlaşdırmışdır. Plotində bu üçlüyün maddə və dünya ilə necə bağlı olduğu dəqiq verilməmişdir. Buna görə də, Plutarx varlıq haqqında baxışlarında bu üçlüyü əsas götürərək ona maddənin eidosunu (yun. εἶδος – ideyasını) və özünü əlavə etmişdir. Bundan başqa Plutarx Platonun “Parmenides” dialoquna uyğun olaraq buraya başqa hipotezlər də əlavə etmişdir. Plutapx həm də fantaziya haqqında fikirlər irəli sürmüşdür.
Afinalı Filostrat
Lusi Flavi Filostrat (q.yun. Φλάβιος Φιλόστρατος, Flavios Filostratos), həmçinin Afinalı Filostrat (təq. 170[…] – 250-ci illər və ya 245, Afina, Axeya) — qədim yazıçı, ikinci sofistika nümayəndəsi. O, uzun müddət Afinada oxumuş və yaşamışdır, lakin sonradan imperatriça Yuliya Domnanın tərəfdaşları dairəsinə daxil edilmişdir. Filostrat onun məhkəmə natiqi olmuş və Romaya köçmüşdür. Burada ona Appoloni haqqında ətraflı bir əsər yazılması tapşırılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Лосев А. Ф. История античной эстетики. Ранний эллинизм. — М.: Искусство. 1979.
Afinalı Apollodor
Afinalı Apollodor — (yun. Απολλόδωρος ο Αθηναίος, təq. e.ə. 180, Qədim Afina – ən tezi e.ə. 120 və ən geci e.ə. 110, Qədim Afina) O bu aralıqda yaşamış yunan alimi, tarixçisi və qrammatikidir. Atası Asklepiaddır. Müasir Dionysius Thrax ilə yanaşı, o, Babilli Diogenin, Stoik Panaetiusun və dilçi Samotrakiyalı Aristarxın tələbəsi idi. O, İsgəndəriyyəni tərk etdi (bəlkə də qaçdı), ehtimal ki, təxminən eramızdan əvvəl 146-cı ildə Perqama getdi və nəhayət Afinada məskunlaşdı.
Afital
Afital — okeanın fitobentostdan məhrum olan dib hissəsi. Buraya günəş şüaları çatmır, qaranlıq zonadır. == Haqqında == Afital bitkilərin aşağı yayılma sərhədindən dərində yerləşən dənizdibi zonalar. Epibatial, mezobatial, infrabatial və hadal (dərinliyi 6–7 km-dən artıq) zonaları əhatə edir. Hidrobiologiyada bu termin göllərin bitkisiz dərinlik zonası kimi başa düşülür. == Həmçinin bax == == Mənbə == "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi. 2011, səh. 33 Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Afrikalı Konstantin
Afrikalı Konstantin (lat. Constantinus Africanus; XI əsr – 1087[…], Montekassino[d], Kassino[d]) - 11. əsrdə yaşamış, tibb sahəsi üzrə ərəb və yunan dilində yazılan mətinləri tərcümə edən şəxs. == Həyatı == Konstantinin doğum tarixi bilinməsə də, tarixi sənədlərə görə Karfagendə dünyaya göz açdığı deyilir. O dövrdə müsəlman ərəblərin idarəsində olan Karfagenin yerli əhalisindən idi. Latın dilini çox yaxşı bilməsi ona tibb sahəsində ərsəyə gətirilmiş ərəb dilindəki əsərləri latın dilinə tərcümə etməyə imkan verdi. 1065-ci ildə Salerno baş yepiskopu I Alforno tərəfindən Salernitana tibb məktəbinə müxtəlif, ərəbcə əl yazmaları tərcümə etmək üçün dəvət edildi. Araşdırmaçılara görə onun tərcümələri yunan tibbinin Qərbi Avropaya tanıdılmasına kömək etdi. Konstantin, həmçinin, kitabı Viaticumda səyahət edənlər və səyyahlar üçün o dövrdəki məşhur ərəbcə bələdçiləri yerləşdirdi. Konstantin Suriya, Hindistan, Misir, Efiyopiya və İran səyahətləri müddətincə yunanca, ərəbcə, latınca və birçox Şərq dilini öyrənmişdi.
Afrikalı Lev
İoann Afrikalı Lev (ing. Joannes Leo Africanus; doğum adı əl-Həsən ibn Məhəmməd əl-Vəzzan əl-Fasi ərəb. حسن ابن محمد الوزان الفاسي‎; təq. 1494, Qranada – ən tezi 1527 və ən geci 1555, Tunis) — ərəb coğrafiyaşünası və səyyahı. == Tərcüməyi-hal == 1492-ci ildə Qranada şəhərində müsəlman ailəsində anadan olub, sonra isə şəhəri tərk edən ailəsi Castilla şəhərinin tərəfindən tutulduqdan sonra ailəsi Mərakeşə köçürülüb. Fəs şəhərində yaşamış, burada yerləşən Əl-Karaouine Universitetində təhsil almışdır. Afrikalı Lev təhminən 1550 ildə Tunisdə vəfat etmişdir. == Əlavə oxu == Лев Африканский. Африка — третья часть света / Перевод с итальянского, комментарий и статья В. В. Матвеева; Отв. ред.
Amal Alişanlı
Asiyalı amerikalılar
Amerikalı asiyalılar (ing. Asian American) - tam və ya qismən Asiya mənşəyi olan ABŞ sakinləri. Sayları təqribən 18 milyon nəfərdir.
Asiyalı braziliyalılar
Asiyalı braziliyalılar (portuqalca: brasileiros asiáticos) Şərqi Asiya, Cənubi Asiya və Cənub-Şərqi Asiya mənşəli Braziliya vətəndaşları və ya Braziliyada daimi yaşayan Asiya əsilli insanlardır. Braziliyadakı Asiya icmasının əksəriyyəti Şərqi Asiyadan olan mühacirlərdən ibarətdir, baxmayaraq ki, Braziliya, Mozambik və Keniyadan olan asiyalılar az, Cənubi Asiyalılar və Cənub-Şərqi Asiyalılar daha azdır. 2011-ci ilin hesablamalarına görə, Braziliyada qaraçıların sayı təxminən 800.000 nəfərdir, baxmayaraq ki, Cənubi Asiyadan olan uzaq əcdadlarına baxmayaraq, onlar asiyalı sayılmırlar. Qərbi Asiya mənşəli insanlar (yəhudilər də daxil olmaqla) Braziliyada fenotipik olaraq özlərini asiyalı kimi müəyyən etmirlər, çünki onlar Yunan-Roma fəthləri və farslar, Yunanıstan və İranla üst-üstə düşürlər. Digər tərəfdən, Amapa kimi bəzi ştatlarda Asiyalı Amerikalılar və Şərqi Asiyalı Amerikalılar birlikdə qruplaşdırılıb. == Tarix == Son araşdırmalar göstərir ki, Lusos kimi tanınan erkən Şərqi Portuqaliya İmperiyasından olan asiyalılar - ilk asiyalılar - 16-cı əsrdə Lascar və ya zabit, qul kimi tanınan dənizçilər kimi Braziliyaya gəldilər və qubernatorlar, tacirlər və ruhanilərlə yuxuya getdilər. Asiya portuqal dili. İlkin Asiyanın mövcudluğu Şimal-Şərqi Braziliya ilə, xüsusən də Bahia ilə məhdudlaşdı, lakin digərləri Para və Şərq bölgəsinin digər hissələrinə fermerlər, tekstil işçiləri və mədənçilər kimi gətirildi. Bu asiyalılar Afrika və Avropa mənşəli insanlarla evlidirlər və onlar Şimal-şərqdə yemək, erkən sənət və qayıqqayırma ənənələrində miras qoyurlar. Braziliyaya ilk əhəmiyyətli Asiya immiqrantları müstəmləkə dövründə qul kimi az sayda Çinli (3000) idi.
Avilalı İoann
Avilalı İoann ( isp. San Juan de Ávila; 6 yanvar 1499 – 10 may 1569) — İspaniya katolik müqəddəsi, yazıçısı və moizəçisi. Katolik Kilsəsi onu kilsə doktorları sırasına daxil etmişdir. Yezuitlərdən olan İoann orada intensiv təbliğat apardığına görə Əndəlüsün həvarisi adlanırdı. O, Fransisko Borcanın fəaliyyətinə təsir etmiş və onun tərcümeyi-halını yazan Sant Tanrılı İoann və Luis de Qranadanın mənəvi müəllimi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Католическая энциклопедия (англ.) Биография св. Иоанна (исп.) Дж. Омэнн. Христианская духовность в католической традиции. Издательство Святого Креста.
Ssipion Afrikalı (kiçik)
Ssipion Afrikalı (lat. Publius Cornelius Scipio Aemilianus Africanus (Iunior) Numantinus; güm. təq. e.ə. 185, Qədim Roma – e.ə. 129, Roma) — Roma sərkərdəsi. E.ə. 146-cı ildə Karfageni tutub dağıtmış, III Pun müharibəsini başa çatdırmışdır.
Alışanlı
Alışanlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Alışanlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Masallı rayonunun Şərəfə kənd inzibati ərazi vahidinin Alışanlı kəndi Birinci Səmədxanlı kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Əhalisi == Əhalisi 924 nəfərdir. == Din == Kənddə Alışanlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Alışarlı
Alışarlı, Qapanlı (?-2015) — Azərbaycan Respublikasının Tərtər rayonunun Soyulan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Soyulan kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Alışarlı kəndi adlandırılmışdır.
Fizali
İsalı
İsalı (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. İsalı (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Heydərli (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. İsalı-i Zəmi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd.
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.
Qafqaz alışanı
Səfər Alışarlı
Alışarlı Səfər Xəlil oğlu Səfər Alışarlı 12 avqust 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Alışar kəndində doğulub. 1980–1985-ci illərdə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1985-ci ildən etibarən Bakıda əmək fəaliyyətilə aşağıdakı müəssisələrdə məşğul olub: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında kiçik redaktor, "Gənclik"-"Molodost" jurnalında şöbə müdiri, "Səs" qəzetində baş redaktor müavini və s. İlk hekayələri 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunub. O vaxtdan mütəmadi olaraq bu və digər ədəbi-bədii jurnal və qəzetlərdə öz hekayələrini çap etdirib. "Zəng" adlı ilk nəsr toplusundakı (1987) hekayələrində Azərbaycan kəndinin realistik mənzərələrini yaratmış, müasirlərinin mənəvi problemlərini qabartmağa nail olmuşdur. Topludakı hekayələrin üslubu klassik Azərbaycan nəsrinin realizm ənənələrinə söykənir. Burada təsvir olunan həyat hadisələrinin adiliyi və tipikliyi diqqətəlayiqdir. Topludakı "Zəng", "Qasım", "İnşallah, yaxşı olar", "Kasıb" və sair hekayələri yalançı mənəvi donor pafosundan uzaq, adi həyat hadisələridir. Lakin yazıçının ustalığı da məhz həmin adilikdən oxucu üçün vacib və zəruri olan nəticənin çıxarılmasında, insan mənəviyyatında təmizliyin, paklığın və halallığın əsas aparıcı amillər kimi təqdim olunmasındadır.
Şirindil Alışanlı
Alışanov Şirindil Həsən oğlu (28 oktyabr 1952, Əhmədli, Laçın rayonu – 14 mart 2024) — Azərbaycan filoloqu, filologiya elmlər doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda "XX əsr Ədəbiyyatı" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Şirindil Alışanov 1952-ci il oktyabrın 28-də Laçın rayonunun Əhmədli kəndində anadan olmuşdur. , . Bakının 19 və 111 nömrəli məktəblərində orta təhsil almışdır. 1970–1975-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmiş, ədəbi tənqid üzrə ixtisas kursunu bitirmişdir. 1976–1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışmışdır. 1977–1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışmış, məşhur estetik Yuri Borevin rəhbərliyi ilə romantizm probleminə həsr olunmuş namizədlik dissertasiyası yazmış və 1981-ci ildə müdafiə etmişdir. 2024-cü ilin 14 mart tarixində vəfat edib. 1976-cı ildən ədəbi-tənqidi məqalələri ilə mətbuatda çıxış edir. "Ədəbi proses" silsilə məcmuələrinin əsas müəlliflərindən biridir.
UEFA Avro 1980 finalı
1980 UEFA Avropa Çempionatı Finalı — UEFA Avro 1980 turnirinin qalibini müəyyənləşdirmək məqsədilə 1980-ci il iyunun 22-də İtaliya paytaxtı Romada yerləşən Olimpiko stadionunda keçirilmiş final matçı. Finalda Belçika və bir öncəki turnirdə ikinci yerin sahibi olmuş Almaniya milli komandası qarşılaşırdı. Belçika Rene Vandereykenin qoluna baxmayaraq Almaniya millisi Horst Hrubeşin dubl etməsilə yekunda 2-1 hesabı ilə turnirin qalibi oldu.
UEFA Kuboku finalı 1976
UEFA Kuboku finalı 1976 — 1976-cı ilin 28 aprel və 19 may tarixlərində İngiltərə təmsilçisi "Liverpul və Belçika təmsilçisi "Brügge" komandaları arasında 2 oyundan ibarət olaraq Enfild və Olimpiya stadionunda keçirilmiş UEFA Kuboku final matçları. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" bu turnirdə ikinci dəfə final matçına çıxırdı. Onlar ilk dəfə 1973-cü ildə turnirin artıq qalibi olmuşdular. "Brügge" isə avropa miqyaslı turnirinin finalına vəsiqə qazanmış ilk Belçika komandası idi. Hər iki klub ümumilikdə 5 mərhələni keçərək finala vəsiqə əldə etdilər. Turnir boyunca oyunlar ev-səfər qaydaları üzrə iki dəfə keçirilirdi. "Liverpul" rəqibləri üzərində asan qələbələr qazanırdı. Onlar ikinci raundda "Real Sosyedad" üzərində 9-1, yarımfinal oyununda isə "Barselona" üzərində 2-1 hesablı qələbə əldə etdilər. "Brügge" keçirdiyi oyunların bir çoxunda minimal hesablı üstünlüklə qələbə qazandı.
UEFA Kuboku finalı 1977
UEFA Kuboku finalı 1977 — 4 may və 18 may 1977-ci il tarixlərində İtaliya təmsilçisi "[Yuventus FK|Yuventus]] və İspaniya təmsilçisi "Atletik Bilbao" komandaları arasında 2 oyundan ibarət olaraq Olimpiya və San-Mames stadionlrında keçirilmiş UEFA Kuboku final matçlarıdı. Bu matç avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Yuventus" səfərdə 2-2 hesablı nəticə ilə turnirin qalibi oldu. Yuventus rəsmi Avropa turinirində heyətində xarici futbolçu olmadan qələbə qazanan ilk İtaliya klubu oldu.
UEFA Kuboku finalı 2001
UEFA Kuboku finalı 2001 — 2001-ci ilin mayın 16-da Almaniyanın Dortmund şəhərində yerləşən Siqnal İduna Park stadionunda İngiltərənin "Liverpul" və İspaniyanın "Alaves" klubları arasında keçirilmiş UEFA Kuboku final matçı. Seyr edilməyə dəyər olan bu hadisə 2000-01 mövsümündə avropanın ikinci ən mötəbər klub turniri olan UEFA Kubokunun final matçı idi. "Liverpul" 1973 və 1976-cı illərdən sonra tarixində üçüncü dəfə turnirin finalına vəsiqə qazanırdı. Onlar həmçinin Heyzel faciəsindən sonra üzləşdikləri qadağadan sonra ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdılar. "Alaves" isə tarixi ərzində ilk dəfə avropa miqyaslı turnirin finalına vəsiqə qazanmışdı. Hər iki klub 6 mərhələni, ümumilikdə 12 matçı uğurla bitirərək finala vəsiqə əldə etdilər. "Liverpul" heç bir rəqibini 2 qoldan artıq fərqlə məğlub etmədi. Yarım final mərhələsində "Barselona" klubu 1-0 hesabı ilə məğlub edildi. Əvəzində isə "Alaves" bu mərhələdə asan qələbə qazandı. İlk mərhələdə Türkiyənin "Qaziantepspor" klubunu 1 qol fərqlə üstələyən "Alaves", yarım final mərhələsində Almaniyanın "Kayzerslautern" klubunu ümumilikdə 9-2 hesabı ilə üstələdilər.
İngiltərə kuboku finalı 1965
İngiltərə Federesiya Kuboku finalı 1965 — 1964/65-ci il İngiltərə Federasiya Kuboku uğrunda final matçı may ayında London şəhərində yerləşən Uembli stadionunda "Liverpul" və "Lids" klubları arasında keçirilmişdir. Bu matç 1964/65 mövsümünün kubok yarışmasında son matç olmuşdur. "Liverpul" bundan öncə 1914-cü və 1950-ci illərdə iştirak etdiyi hər iki kubok finalında məğlub olmuşdur. "Lids" isə ilk dəfə bu turnirin finalına vəsiqə qazanmışdır. Hər iki klub turnirə üçüncü mərhələdən başlamışdır. "Liverpul" keçirdiyi oyunların əksəriyyətində 2 qoldan artıq top vura bilməmişdir. "Lids" isə keçirdiyi ilk oyunda "Stokport Kauntri" klubunu 3–0 hesabı ilə məğlub etmişdir. Daha sonra yarımfinal matçında Mançester Yunaytedə qarşı ilk matçda 0–0 bərabərə qalsa da, cavab oyununda 1–0 hesabı ilə qalib gəlmişdir. 100.000 tamaşaçının izlədiyi final matçında tərəflər çox çalışsa da, əsas vaxtda hesab açılmamışdır. Matçın əvvəlində "Liverpul"un müdafiəçisi Cerri Bern körpücük sümüyünü sındırsa da, oyunu davam etdirmişdir.
UEFA Avro 2024 finalı
UEFA Avro 2024 finalı — UEFA Avro 2024-ün qaliblərini müəyyən etmiş futbol matçı. Bu matç Avropa çempionlarının müəyyən edilməsi üçün UEFA-ya üzv assosiasiyaların kişilərdən ibarət milli komandalarının mübarizə apardığı və dörd ildən bir keçirilən UEFA Avropa Çempionatının 17-ci finalı olmuşdur. Matç 14 iyul 2024-cü ildə Almaniyanın Berlin şəhərindəki Olimpiya stadionunda keçirilib və matçda İspaniya və İngiltərə qarşılaşıb. Bu matç İspaniyanın UEFA Avropa çempionatında iştirak etdiyi 5-ci, İngiltərənin isə 2-ci final oyunu idi. Matç həm də İngiltərənin kişilər arasında keçirilən böyük bir turnirin öz ölkəsindən kənarda keçirilən finalında ilk iştirakı olmuşdur. 65 600 tamaşaçının önündə oynanılan final matçı yavaş başladı və ilk hissə qolsuz yekunlaşdı. İspaniya oyunçusu Rodriqo fasilədən əvvəl zədələndi və nəticədə fasilədə o, Martin Zubimendini ilə əvəz edildi. İspaniya ikinci hissəyə güclü başladı, Lamin Yamalın asisti ilə Niko Uilyamsın vurduğu qol hesabı 1–0 etdi. Lamin Yamal bu zərbə ilə həm də Avropa çempionatı finalında asist edən ən gənc oyunçu olub. Bundan sonra İngiltərə oyunçusu Koul Palmer əvəzedilmə nəticəsində matça daxil olduqdan 3 dəqiqə sonra cərimə meydançasının kənarından qol vuraraq hesabı 1–1 etdi.
Adi fizali
Alışlı (Kəleybər)
Alışlı (fars. عليش لو‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Ağışlı (Xoy)
Ağışlı — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xoy şəhristanının Ətraf bölgəsinin Eloğlu kəndistanında, Xoyindən 9 km şimal-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 673 nəfər yaşayır (129 ailə).
Visali Şirazi
Mirzə Məhəmmədşəfi Visali Şirazi (1782, Şiraz – 1846) — Qacarlar dövrü İran şairi. Mirzə Məhəmmədşəfi Məhəmmədismayıl oğlu 1783-cü ildə Fars əyalətinin mərkəzi Şirazda doğulmuşdu. Ləqəbi Mirzə Kiçik, künyəsi Əbu Məhəmməd və Əbu Əhməddir. Atası Məhəmməd İsmail, Nadir şahın katibi idi. Atasını kiçik yaşda itirincə ana tərəfindən babası şair Mirzə Əbdürrəhim onu himayəsinə aldı. Ardından dayısının yanına getdi, ondan ərəb və fars dilləri ilə bərabər gözəl yazı yazmağı və oxumağı öyrəndi. İstedadı sayəsində xətt sənətində və şeirdə uğur qazandı. Dayısının, şeir oxumasını əngəlləməsinə baxmayaraq Visal şeir söyləməyi sürdürdü. İlk dönəm şeirlərində "Məhcur" təxəllüsünü işlətdi; daha sonra şeyxi ona "Visal" təxəllüsünü verdi. Visal musiqi təhsili də aldı.
Afrikalı Publi Korneli Ssipion Emilian
Ssipion Afrikalı (lat. Publius Cornelius Scipio Aemilianus Africanus (Iunior) Numantinus; güm. təq. e.ə. 185, Qədim Roma – e.ə. 129, Roma) — Roma sərkərdəsi. E.ə. 146-cı ildə Karfageni tutub dağıtmış, III Pun müharibəsini başa çatdırmışdır.
2003 FİFA Konfederasiyalar Kuboku Finalı
2003 FİFA Konfederasiyalar Kuboku Finalı — 2003-cü il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2003-cü ilin 29 iyun tarixində Stad de Frans stadionunda, Kamerun və Fransa yığmaları arasında baş tutdu. Oyunun 97-ci dəqiqəsində vurulan qızıl qol sayəsində Fransa millisi matçı qalib tərəf kimi başa vurdu. Final matçında Kamerun yığması meydana üzərində, Kolumbiya millisinə qarşı keçirdikləri yarımfinal matçı zamanı ürək tutmasından meydandaca həyatını itirmiş komanda üzvü olan Mark Vivyen Foe-nin adı, döğum və vəfat tarixləri yazılmış forma ilə çıxmışdı. Medal və mükafatların təqdimatı zamanı Kamerun millisinin iki üzvü əllərində Foenin böyük şəkillərini tutmuşdur ki, məhz ikincilik medalı onun üzərində asılmışdı. Fransa millisinin kapitanı Marsel Desailliyə medal təqdim edilərkən o, bu medalı Kamerun millisinin kapitanı Riqobert Sonq ilə birgə nümayiş etdirdi.
2005 FİFA Konfederasiyalar Kuboku Finalı
2005 FİFA Konfederasiyalar Kuboku Finalı — 2005-ci il FİFA Konfederasiyalar Kubokunun qalibini müəyyənləşdirmək üçün keçirilmiş futbol matçı idi. Matç 2005-cü ilin 29 iyun tarixində, Almaniyanın Frankfurt-Mayn şəhərində yerləşən Valdştadion stadionunda, Braziliya və Argentina milli komandaları arasında keçirildi. Matç Braziliya millisinin 4-1 hesablı qələbəsi ilə yekunlaşdı.
FİFA Dünya Kuboku finalı 2010
2010 FİFA Dünya Kuboku finalı — 11 avqust 2010-cu ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yerləşən Sokker siti stadionunda qazanan komandanı təyin etmək üçün oynanılan matç. 0-0 olan hesab uzatma dəqiqələrinin 116-cı dəqiqəsində Andres İnyestanın vurduğu qolla dəyişdi. Hesab 1-0 oldu və İspaniya kubokun sahibi oldu. Niderlandın sarı kartlarının sayı və sərt oyunu tənqid olundu. 1950-ci ildə dördüncü yeri tutaraq FİFA Dünya Kubokunda ən böyük müvəffəqiyyətə imza atan İspaniya bu çempionatda ilk dəfə kuboku qazandı. 1974 və 1978-ci illərdə məğlub olduğu son matçlardan sonra Niderland, bu matçda da məğlub olaraq, bu sahədə rekorda imza atdı. Matçdan sonra ilk dəfə Avropa komandası, öz qitəsi xaricində təşkil edilən Dünya Kubokunu qazanmış oldu. Finalçı komanda olan Niderland və İspaniya daha əvvəl heç bir Dünya Kuboku və ya Avropa Çempionatında qarşılaşmamışdı. İlk dəfə 1920 Yay Olimpiya Oyunlarında qarşılaşan iki komanda arasında ümumi 9 matç oynandı. Hər iki komanda dörd oyun qazandı və bir matç bərabərliklə sona çatdı.
2023 UEFA Çempionlar Liqası finalı
2023 UEFA Çempionlar Liqası finalı 2022-23 UEFA Çempionlar Liqasının final oyunu, UEFA tərəfindən təşkil edilən Avropanın ən nüfuzlu klub futbol turnirinin 68-ci mövsümü və adı UEFA Çempionlar Kubokundan UEFA Çempionlar Liqası olaraq dəyişdirildikdən sonra 31-ci mövsümü idi. 10 iyun 2023-cü ildə Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda İngiltərənin "Mançester Siti" klubu ilə İtaliyanın "İnter" klubu arasında oynanıldı. "Mançester Siti" matçı 1–0 hesabı ilə qazanaraq ilk dəfə UEFA Çempionlar Liqasının qalibi oldu və bununla da qitə treblini tamamladı. Qalib olaraq onlar 2022-23 UEFA Avropa Liqasının qalibi Sevilya ilə 2023 UEFA Super Kubokunda oynamaq hüququ qazandılar və həm 2023, həm də 2025-ci ildə keçiriləcək FIFA Klublararası Dünya Çempionatına vəsiqə qazandılar. Finalın əvvəlcə İngiltərənin London şəhərindəki Uembli Stadionunda keçirilməsi planlaşdırılırdı. Bununla belə, COVID-19 pandemiyası səbəbindən 2020-ci ilin finalının təxirə salınması və başqa yerə köçürülməsi səbəbindən sonrakı finallar üçün planlaşdırılan ev sahibləri bir il geriyə çəkildi və Münhendəki Allianz Arena 2023-cü il finalı təyin edildi. İstanbulda oynanılması planlaşdırılan 2021 finalı da COVID-19 pandemiyasının təsiri səbəbindən başqa yerə köçürülməli olduqda, bunun əvəzinə 2023-cü ilin finalı İstanbula verildi. Bunun əvəzinə Münhen 2025-ci ilin finalına ev sahibliyi etmək üçün təyin edildi. == Məkan == Bu final Atatürk Olimpiya Stadionunda oynanan ikinci UEFA Çempionlar Liqası finalı idi. İlk oyun 2005-ci ildə AC Milan və Liverpul arasında keçirilib.
FİFA Dünya Kuboku 1994 finalı
FİFA Dünya Kuboku 1994 finalı — final oyunu 1994-cü ilin 17 iyulunda Pasadena, Amerika Birləşmiş Ştatları «Rouz Boul» stadionunda keçirilib. Finalda Braziliya və İtaliya qarşılaşıb. İlk dəfə olaraq dünya çempionatları tarixində final oyunu qolsuz bərabərliklə bitmiş və qalib oyun sonrası penaltilərə müəyyən edilmişdi. Penaltilərdə 3:2 hesabı ilə qalib gələn Braziliya yığması 4-cü dəfə dünya çempionu oldular. Qalibiyyəti onlar 1 mayda dünyasını dəyişmiş məşhur Formula 1 pilotu Ayrton Sennaya həsr etmişdilər.