Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Analoq
Analogiya ( q.yun. ἀναλογία — "oxşarlıq", "uyğunluq") - 1)fikir, məfhum və hadisələr arasında oxşarlıq və uyğunluq, bənzəyiş; 2)müxtəlif əşya və hadisələr arasında qismən oxşarlıq və ya uyğunluq; 3)ümumilikdə müxtəlif olan əşyaların, hadisələrin və anlayışların müəyyən mənalarda oxşarlığı; 4)məntiqdə: iki əşya və ya hadisənin hər hansı cəhətdən bir-birinə bənzərliyinə əsaslanaraq, onların digər cəhətlərdən də bir-birlərinə bənzəmələri haqqında nəticə çıxarmaqdan ibarət mühakimə üsulu. Analogiya məfhumunu elmə Aristotel daxil etmişdir. Bu terminlə ilk dəfə yunan riyaziyyatçıları ədədlər arasındaki əlaqənin oxşarlıqlarını ifadə etmişlər. == Misal == Onluq kəsrlər üzərində əməllər bir çox cəhətdən natural ədədlər üzərində əməllərlə analogiya təşkil edir. Onluq kəsrlərin öyrənilməsində bu analogiya istifadə olunur; Ədədi və həndəsi silsilənin bir çox xassələri analogiya təşkil edir; Stereometriyanın bir çox məsələləri planimetriya məsələləri ilə analogiya öyrənilir: Sfera müstəvidə çevrənin fəza analogiya, Tusi piramidası müstəvidə Paskal üçbucağının fəza analogiya (Bax: Paskal üçbucağı, Tusi piramidası). == Həmçinin bax == Hipotez Aksiom Arqument Paradoks Anlayış Nəticə Fakt == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Anilin
Anilin (aminobenzol, fenilamin) – C6H5NH2 formulasına malik olan üzvi birləşmədir, sadə aromatik amindir. == Ümumi məlumat == Rəngsiz, yağa bənzər maye olub xarakterik iyə malikdir. Suda yaxşı həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur. Havada tez oksidləşərək tünd qırmızı rəng alır. Zəhərlidir. “ Anilin “ sözü tərkibi “ İndigofera anil “ adlı bitkidən götürülüb (bitkinin müasir beynəlxalq adı “ İndigofera suffruticosa “-dır). == Tarixi == Anilin ilk dəfə 1826-cı ildə alman kimyaçısı Otto Unferdorben tərəfindən indiqo ilə əhəngin qovulmasından alınmışdır ki, o da ona “ kristalin “ adını vermişdir. 1834-cü ildə Fridlib Ferdinand Runge daş kömür qətranında anilini kəşf edib və “ kianol “ adlandırıb. 1840-cı ildə Yuliy Fritsşe indiqo ilə KOH məhlulunu qızdırmaqla anilin almışdır və “ anilin “ adlandırmışdır. 1841-ci ildə Nikilay Zinin nitrobenzolu (NH4)2S təsirində reduksiya etməklə anilin almışdır və onu “ benzidam “ adlandırmışdır.
Anisok
Añisoc — Afrikanın Ekvatorial Qvineya əyalətində şəhər. Şəhər, ölkənin mərkəzi hissəsində, materik bölgəsindəki Wele-Nzas əyalətində yerləşən yaşayış sahəsidir. 2012-ci ilin təxmini məlumatlarına görə, şəhərdə 16.626 nəfər yaşayır. 2001-ci ildəki rəsmi siyahıyaalınma nəticələrinə görə 7586 nəfər var idi. Añisoc, ölkənin beşinci ən böyük əhalisi olan şəhər mərkəzidir.
Anison
Anison (アニソン) – animelərdə istifadə olunan musiqi və mahnı janrı. Yaponiyaya xasdır. Termin "Anime" və "song" sözlərinin birləşməsindən yaranmışdır. Bir çox musiqi alətindən istifadə olunması, eləcə də, sözləri və mövzusu istifadə olunduğu animeyə uyğun olması ilə xarakterizə olunur. Anison 1970-ci illərdən etibarən populyarlıq əldə etməyə başlamışdır. == Haqqında == Anison daha çox J-pop janrı ilə xarakterizə olunur. Adətən anime seriallarının hər seriyası üçün iki cür mahnıdan istifadə olunur: açılış mahnısı və bağlanış mahnısı. Açılış və bağlanış mahnılarına həmin animelərin OVA buraxılışlarında da rast gəlinir. Yaponiyada bəzi müğənnilərin əsas fəaliyyəti məhz animelər üçün mahnı və musiqi bəstələməklə formalaşır. LiSA, Konomi Suzuki, Nana Mizuki, Eyr Aoy, Aymer, May'n, Kotoko, Yui, Asaka və s.
Antilop
Antiloplar (Antilopinae) — Boşbuynuzlular fəsiləsindən yarımfəsilə. Antilop boşbuynuzlular fəsiləsinin nümayəndələri içərisindəki 100-ə qədər otyeyən heyvan növünə verilən addır. Filogenetik qohumluğu əks etdirən əlamətlər əsasında düzəldilən müasir təsnifat sisteminə görə cırtdan antiloplar harna, oribi, divarböyürlər, dağ antilopları, beyralar, impalalar, oraqbuynuzlar, zürafəyəbənzər antiloplar, dzerenlər və sprinqboklar adlı cinslər antiloplar yarımfəsiləsində birləşdirilir. Əsl antilop cinsinin (Antilope) Hindistanda yaşayan harna adlı bir növü var. Antiloplar adlanan heyvanlar (kannalar, köpgəröküzlər, su keçiləri, qnular və b.) müstəqil tribalara, yaxud yarımfəsilələrə ayrılırlar. Əvvəllər antiloplara məməlilərin yığma qrupu kimi baxılırdı. Keçilər, qoyunlar və öküzlərdən başqa boşbuynuzlular fəsiləsinin tamamilə fərqli cinsləri (xarici görünüşünə və filogenetik əlaqələrinə görə) hər necə gəldi müxtəlif sistemlərə daxil edilmişdi. Sayının həddən çox artmasına görə antiloplar Afrika və Asiya ekosistemlərinin mühüm halqalarından biridir. Afrikada onlar hər növün müəyyən bitki yarusundan (ayrıca ekoloji taxçanı tutur) istifadə etdiyi çoxnövlü qruplar əmələ gətirirlər. Antilop qrupları savanna landşaftlarının formalaşmasının mühüm amilidir.
Danilov
Danilov — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Amili
Amili (sanskr. ომალო; trans. Omalo) - Tioneti rayonunda kənd adı. == Toponimkası == Amili- Tioneti rayonunda kənd adı. Gürcücə yazılışı Omalo. Qədim türkmənşəli Kaymak tayfasının İmi qolunun adını əks etdirir. Azərbaycanda Böyük Əmili və Kiçik Əmili (Qəbələ rayonu) kənd adları ilə mənşəcə eynidir. IX əsrdə İrtış çayının yuxarı axını sahillərində yaşamış kaymaklar ondan sonra qıpçaqlarla birgə Cənub-şərqi Avropaya gəlmişlər. Kaymakların mənbələrdə İmi (eymür), İmək, Tatar, Bayandur və Qıpçaq qollarından ibarət olması göstərilir. Ehtimal ki, Cənubi Qafqaza gəlib məskunlaşmış kaymakların içərisində İmi (eymür) tayfası da vardı.
Anion
Anion — mənfi elektrik yükü daşıyan, elektroliz zamanı müsbət yüklənmiş elektroda - anoda doğru yönələn ion. Anion öz təsir dairəsində atom nüvəsinin müsbət yüklərini kompensasiya edən elektronlardan və bir və ya bir neçə artıq elektron saxlayan atom və ya atomlar qrupundan ibarətdir. Kristallik birləşmələrdə təkatomlu anion yükü vahiddən çox ola bilməz. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
İnili
İnili — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. İnilli (oyk.) — Cəlilabad rayonunun Şiləvəngə inzibati ərazi vahidində kənd, ovalıq ərazidə yerləşir. Kəndin adının əsli böyük ehtimalla İnallıdır. 12–13 əsrlərdə oğuz tayfalarından biri kimi adı çəkilən inallılar (həmçinin "eynallı", "eynalı", və "inanlı" adlarıyla da tanınırlar) Səlcuq hökmdarı İbrahim İnalın (XII əsr) nəsli hesab edilir. Orta əsrlərdə Cənubi Azərbaycan ərazisində yaşayan inallılar 17-ci əsrdə şahsevənlərin dəmirçili qolunun tərkibinə daxil olmuşlar. 19-cu əsrdə Lənkəran qəzasında 12 ailədən ibarət bir el olan inallılar, görünür, bu yaşayış məntəqəsində məskunlaşmışlar. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 595 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aioli
Aioli sarımsaqlı evdə hazırlanan mayonezdir. Soyuq və ya isti qaynadılmış balıq, soyuq ət yeməkləri, salatlar və tərəvəz yeməkləri ilə bərabər verilir. == Hazırlanması == Sarımsağı yumurta sarısı və duz ilə bərabər sarımsaq əzəndə əzin. Mayonez konsistensiyasına çatana qədər qarışdıraraq yavaş-yavaş zeytun yağı əlavə edin. == İstifadəsi == Provansda aioli qarni yeməyi qaynadılmış treska, ilbiz, şüyüd, mixəkli soğan, yerkökü, yaşıl lobya, ənginar, kartof, qaynadılmış yumurta və göyərti ilə duzlu suda bişirilmiş xırda səkkizayaqlıları aioli sosu ilə boşqaba düzərək hazırlanır. Qızardılmış balıq üçün aioli vinagrette sousu: əzilmiş qoz, badam, fındıq və çörək qırıntıları süzgəcdən keçirilir. Süd və əzilmiş sarımsaq qarışığı ilə isladılır və süfrəyə verilməzdən əvvəl zeytun yağı, limon və sirkə ilə qarışdırılır.
Eduardo Anielli
Edoardo Anielli — avtomobil zavodlarının, helikopter istehsal edən bir neçə zavodun, bir neçə bankın, tikinti, sığorta, geyim və mətbuat şirkətlərinin və məşhur Yuventus idman klubunun sahibi olan Anielli ailəsində dünyaya gəlmişdir. Bir vaxtlar ailənin illik gəliri 60 mlrd. ABŞ dolları həcmində dəyərləndirilmişdir. Atası senator Covanni Anielli ailənin başçısı və sözügedən şirkətlərin əksəriyyəti üzərində qanuni nəzarətçi olmuş, anası isə qabaqcıl yəhudi ailələrindən olan Karloci ailəsindən olmuşdur. E.Anielli Amerikanın Brinston Universitetinin Dinlər və Şərq Fəlsəfəsi fakültəsində təhsil almış, doktorluq dərəcəsinə yiyələnmişdir. Bir müddət Yuventus futbol klubunun rəhbəri olmuş, bu müddət ərzində təvazökarlığı və xoş əxlaqı ilə insanların rəğbətini qazanmışdır. == İslamı qəbul etməsi == E.Anielli 1974-cü ildə Nyu-Yorkda universitetdə oxuyarkən Qurani-Kərimdən təsirlənməsi nəticəsində islam dinini qəbul etməyi qərara alır. Belə ki, kitabxananın rəflərinin birindən Qurani-Kərimi götürüb oxumağa başlayır. Oxuduqca bu kitabın başqa kitablardan fərqləndiyini, bəşər sözü olmadığını və nurani ilahi kəlam olduğunu hiss edir. Davam etdikcə, buna olan inancı daha da artmağa başlayır və islamı qəbul edir.
Marino Anelli
Marino Anelli Emilio oğlu — İtalyan anarxist, mühacir. 1898-ci ildə İtaliyada anadan olmuşdu. 1921-ci ildə faşistlərə qarşı (it. Fatti di Sarzana) Sarzana şəhərinin müdafiəsində iştirak etmiş, 2 faşisti öldürdüyü üçün 6 il 3 ay həbsə məhkum edilmişdi. 1925-ci ildə amnistiya aktı ilə azad olduqdan sonra 23 fevral, 1932-ci ildə SSRİyə gəlmişdi. Azərbaycan Neft İdarəsində (Azneftstroy) fəhlə ustası olaraq işləmişdi. 1936-1937-ci illərdə İtaliya Kommunist Partiyası sədri Palmiro Toqliatti tərəfindən anti-sovet düşüncəsi və siyasi təhsilinin olmaması səbəbilə tənqid edilmişdi. 14 fevral, 1938-ci ildə, Bakıda anti-sovet aktivizminə görə NKVD tərəfindən həbs edilmişdi. 8 avqust, 1940-cı ildə Arxangelskdəki Segejski düşərgəsinə göndərilmişdi. Ölümündən sonra 5 iyul, 1963-cü ildə bəraət almışdır.
Məmməd Adilov
Məmməd Musa oğlu Adilov (18 noyabr 1953, Nuxa – 16 oktyabr 2011, Şəki) — ədəbiyyatşünas alim, AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru. Məmməd Adilov 18 noyabr 1953-cü il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin məzunudur (1976). 1976–1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977–1982-ci illərdə Azərbaycan Radiosunda və "Bakı" qəzetində müxbir, 1981–1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib. 1982–1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor, elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993–1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995–1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir. 2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir. 1986-cı ildə "Azərbaycan dilində ixtisar sözlər" mövzusunda namizədlik, 2004-cü ildə "Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir. İSESKO-nun Rabatda (1993) və Qahirədə (1996) keçirilmiş simpoziumlarında iştirak etmiş, həmçinin, Moskvada, İstanbulda, Tehranda, Vilnüsdə, Aşqabadda, Məkkədə, Konyada, Urmiyada, Qazanda, Türküstanda elmi ezamiyyətlərdə olmuşdur.
Nikolay Danilov
Nikolay Danilov (23 iyul 1920 və ya 1920, Perm quberniyası[d] – 18 aprel 1987 və ya 1987, Sverdlovsk) — Sovet alim-zooloqu, biologiya elmləri doktoru, professor; SSRİ Elmlər Akademiyası Ural Elmi Mərkəzi, Bitki və Heyvan Ekologiyası İnstitutunun Biogeosenotik Proseslərin Enerji Laboratoriyasının rəhbəri; Böyük Vətən müharibəsinin iştirakçısı. Beş monoqrafiya da daxil olmaqla 150-dən çox elmi əsəri dərc edilmişdir. Nikolay Danilov Akademik S. S. Şvartsın "Təkamülün ekoloji qanunları" adlı son monoqrafiyasının (əlyazmasının layihələri əsasında) çapa hazırlanması ilə bağlı iki illik əsərin müəllifidir. 23 iyul 1920-ci ildə Perm vilayətinin Osa şəhərində anadan olub. 1922-ci ildən Yaroslavl vilayətinin Rıbinsk şəhərində valideynləri ilə birlikdə yaşadı. 1938-ci ildə Rıbinsk 3 nömrəli orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin bioloji fakültəsinə daxil olduur. 1941-ci ildə, universitetdə təhsilinin üçüncü ilindən sonra orduya könüllü olaraq gedir və Leninqrad bölgəsində düşmən cəbhələrinin arxasında fəaliyyət göstərən Vasileostrovski Könüllü Partizan Alayının 6 saylı dəstəsinə yazılır. Daha sonra Nikolay Danilov bir avtomobil mexanikası və sürücüsü olur. Baltikyanı dövlətlər azad edildikdən sonra Şaulayayski hərbi qeydiyyat şöbəsində sürücü işləyir. 1945-ci ildə ordudan tərxis olundur.
Qızıl antilop
Qızıl antilop (rus. Золотая антилопа) - 1954-cü ildə hind nağılının motivləri əsasında çəkilmiş sovet cizgi filmi. «Золотая антилопа» — Internet Movie Database saytında.
Sabir Adilov
Sabir Rahimoviç Adilov (özb. Sobir Rahimovich Odilov; 1 mart 1932, Daşkənd – 18 iyul 2002, Daşkənd) — Özbəkistan memarı, SSRİ xalq memarı (1981). O, Daşkəndin baş memarı (1970–1986) və onun memarlıq mərkəzinin müəlliflərindən biri (1966–1974) olmuşdur. Adilov 1975-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Özbəkistan SSR əməkdar inşaatçısı (1967). SSRİ xalq memarı (1981). SSRİ Dövlət mükafatı (1975) – Daşkənd mərkəzinin memarlıq-planlaşdırma həllinə görə. "Xalqlar dostluğu" ordeni.
Musa Adilov
Antilop kanyonu
Antilop kanyonu – ABŞ-nin Arizona ştatında yerləşən kanyondur. Navajo Yuxarı Antilop Kanyonu, Amerikanın cənub-qərbində, Arizona ştatının Lechee şəhərinin şərqindəki Navajo torpaqlarında yuva kanyonudur. Buraya Yuxarı Antilop Kanyonu (və ya Çat), Çınqıllı İlan Kanyonu, Bayquş Kanyonu, Dağ Qoyun Kanyonu, Kanyon X və Aşağı Antilop Kanyonu (və ya Tirbuşon) adlandırılan Navajo Qoruğundakı altı ayrı, mənzərəli kanyon bölməsi daxildir. Göy qurşağı Körpüsü Milli Abidəsinə gedən gəzinti yolu ilə yanaşı, Göl Pauell Navajo Qəbilə Parkının əsas cazibəsidir. == Geologiyası == Antilop Kanyonu ani daşqınlar və digər sualtı proseslər nəticəsində Navajo Qum daşının aşınması nəticəsində əmələ gəlmişdir. Yağış suyu, xüsusilə musson mövsümündə, dar keçidlərə qaçarkən sürət və qum yığaraq, yuva kanyonu hissələrinin üstündəki geniş hövzəyə axır. Vaxt keçdikcə keçidlər aşınıb, dəhlizləri dərinləşdirdi və xarakterik "axan" formalar yaratmaq üçün sərt kənarları hamarladı. == Yuxarı Antilop kanyonu == Yuxarı Antilop Kanyonu, həmin ərazidəki Navajo xalqı tərəfindən Tsé bighánílíní, "suyun qayaların arasından axdığı yer" adlanır. Turistlərin ən çox ziyarət etdiyi yerdir, çünki onun girişi və bütün uzunluğu yer səviyyəsindədir, dırmaşmağa ehtiyac yoxdur; və kanyonun yuxarı hissəsindəki açılışlardan aşağıya doğru yayılan birbaşa günəş şüaları bütün il boyu daha çox yayıldığı üçün kanyonun içini çox rəngli edir. == Turizm və görməli yerlər == Antilop Kanyonu turistlər üçün məşhur yerdir və Navajo Nation üçün turizm biznesinin mənbəyidir.
Danilo Mitroviç
Danilo Mitroviç (23 mart 2001, Serbiya və Monteneqro) – BW Linz komandasında çıxış edən serbiyalı müdafiəçi.
Vladimir Danilov
Vladimir Nikolayeviç Danilov (rus. Владимир Николаевич Данилов; 27 dekabr 1852 – 14 noyabr 1914) – Rusiya İmperator Ordusunun zabiti. Rus-yapon müharibəsində briqada komandiri olmuşdur. Birinci dünya müharibəsində iştirak etmişdir. Vladimir Danilov Konstantinovski Hərbi Kollecini bitirmiş, 1876-cı ildə Serbiya–Osmanlı müharibəsində və 1877–1878-ci illərdə Rusiya–Osmanlı müharibəsində iştirak etmişdir. 1903-cü ildə general-mayor rütbəsinə yüksəlmişdir. Rus-yapon müharibəsi zamanı 6-cı Şərqi Sibir diviziyasında briqada komandiri olmuş, Lyaoyan və Şahe döyüşlərində iştirak etmişdir. Mukden döyüşündə yaponların hücumlarını 9 gün boyunca dəf edə bilmiş və liderlik bacarıqlarına görə əsgərlər arasında sevilən şəxsə çevrilmişdir. Müharibədən sonra rus müharibə əsirlərinin Yaponiyadan təxliyə edilməsinə başçılıq etmişdir. 1906–1912-ci illərdə 2-ci Mühafizə Piyada Diviziyasının, daha sonra Mühafizə Korpusunun komandanı olmuşdur.
Danilo Zabolotnı
Danilo Kırıloviç Zabolotnı (ukr. Дани́ло Кири́лович Заболо́тний; 16 (28) dekabr 1866 – 15 dekabr 1929, Kiyev) — ukraynalı epidemioloq və dünyada ilk epidemiologiya tədqiqat şöbəsinin yaradıcısı, Faktiki Dövlət müşaviri (1915). Ümumukrayna Elmlər Akademiyasının prezidenti (1928–1929), Ümumukrayna Elmlər Akademiyasının akademiki (1922), Belarus Elmlər Akademiyasının akademiki (1928), SSRİ Elmlər Akademiyasının akademiki (1929). 1927-ci ildə o, öz sahəsində ilk işlərdən biri olan Epidemiologiyanın əsaslarını nəşr etdirib. == Həyatı == O, Podilsk quberniyasının Çobotarka (indiki Zabolotne) kəndində kəndli ailəsində anadan olub: atası əkinçi, anası kənd mirzəsinin qızı idi. 1877-ci ildə atasının ölümündən sonra Danilo Rostov-na-Donuda əmisinin evinə köçür və burada Naxçıvan-on-Dondan gimnaziyasında oxuyur. 1880-ci ildə Danilo başqa bir əmisi V. M. Sauliakın yanına Odessaya köçür və burada Rişelye gimnaziyasına daxil olur. 1885-ci ildə Danilo Odessada Novorossiysk Universitetinin (indiki İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq fakültəsinə daxil olur, 1889-cu ildə tələbə yürüşündə iştirak etdiyinə görə oradan qovulur və həbs edilir. Daha sonra səhhəti ilə əlaqədar evə buraxılır. 1889–1891-ci illərdə Odessa Bakterioloji Stansiyasında direktor Yakiv Bardaxın köməkçisi işləyib.
Abilio Fernandes
Abilio Fernandes (port. Abílio Fernandes; 19 oktyabr 1906 – 16 oktyabr 1994, Koimbra) — Portuqaliya botaniki. == Əsərləri == == Şəfərinə adlandırılmış taksonlar == Anthericum fernandesii Poelln., 1943 Kalanchoe fernandesii Raym.-Hamet, 1950 Narcissus fernandesii Pedro, 1947 [= Narcissus flavus Lag., 1816] Convolvulus fernandesii P.Silva & Teles, 1980 Udora fernandesii M.R.Almeida & S.M.Almeida, 2009 == İstinadlar == == Ədəbiyyat == Maria Salomé Soares Pais, J. A. Esperança Pina. Elogio Histórico de Abílio Fernandes. — Lisboa, 2014. — ISBN 978-972-623-169-1.
Abilli (Əhər)
Abilli (fars. ابللو‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (45 ailə).
Amblyseius animos
Amblyseius animos (lat. Amblyseius animos) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius animos Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Analoq siqnal
Analoq siqnal — Analoq siqnal, siqnalın zamanla dəyişən özəlliyinin başqa bir zaman dəyişkən miqdarıdır yəni zamanın dəyişməsinə uyğun olaraq hər hansı bir daimi siqnaldır. Misal üçün bir analoq səs siqnalında, siqnalın ani gərginliyi səs dalğalarının təzyiqi ilə davamlı olaraq dəyişir. Bu daimi miqdarın, sadəcə limitli sayda dəyərdən birini ala bilən bir ayrı dəyərlər sırasının təmsili olduğu rəqəmsal siqnaldan fərqlidir. Analoq siqnal termini ümumiyyətlə elektrik siqnalları ifadə edir; bununla birlikdə mexaniki, pnevmatik, hidravlik, insan səsi və digər sistemlər də analoq siqnallarla göndərilə bilər və ya düşünülə bilər. == Haqqında == Analoq siqnal siqnalın məlumatını ötürmək üçün mühitin bəzi özəlliklərini istifadə edə bilər. Misal üçün bir aneroid barometri, təzyiq məlumatını göndərmək üçün siqnal olaraq dönən mövqeyə istifadə edilir. Bir elektrik siqnalında, siqnalın gərginliyi, cərəyanı və ya tezliyi məlumatı təmsil edəcək şəkildə dəyişdirilə bilər. == Xarakteristikaları == Hər hansı məlumat analoq siqnalları ilə ötürülə bilər; ümumiyyətlə belə bir siqnal, səs, işıq, istilik, mövqe və ya təzyiq kimi fiziki hadisələrdəki dəyişiklər ölçülən bir cavabdır. Fiziki dəyişən bir çevirici tərəfindən bir analoq siqnala çevrilir. Misal üçün, bir mikrafonun diafraqmasına toxunan səs elektromaqnit miqrafondakı bir bobin tərəfindən istehsal edilən axında və kondensator mikrafon tərəfindən istehsal edilən edilən gərginlikdə qarşılıq gələn dalğalanması səbəbləridir.
Xanılı
Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.[mənbə göstərin] Cəlilabad r-nunun Kürdlər i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Nihat Anılmış
Nihat Anılmış (türk. Nihat Anılmış) (1876, Plovdiv – 31 may 1954, İstanbul) — Türk əsgəri və siyasətçisi. Osmanlı ordusunda zabit və Türk ordusunun general idi. 1894-cü il may ayının 28-də, təhsil aldığı hərbi akademiyanı 1896-cı ilin 17 avqustunda leytenant rütbəsi ilə bitirmişdir. 17 yanvar 1900-cü ildə Döyüş Akademiyasını kapitan rütbəsi ilə bitirmişdir. Balkan müharibələrində, Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. 1913-cü ildə Balkan müharibəsində döyüş zamanı yaralanaraq bolqarla əsir düşmüş və və həmin ilin sonunda azad edilmişdir. 1943–1950-ci illərdə Ankaranın millət vəkili kimi fəaliyyət göstərmişdi.
Ağıllı saat
Ağıllı saat — saat formasında olan geyinilə bilən kompüter. Müasir ağıllı saatlar gündəlik istifadə üçün yerli sensor ekran interfeysini təmin edir, əlaqəli smartfon tətbiqi isə uzunmüddətli biomonitorinq kimi idarəetmə və telemetriyanı təmin edir. İlk modellər hesablama, rəqəmsal vaxtın göstərilməsi, tərcümə və oyun oynamaq kimi əsas vəzifələri yerinə yetirə bilsə də, 2015-ci ildən sonra buraxılan ağıllı saatlar mobil tətbiqlər, mobil əməliyyat sistemi və Wi-Fi/Bluetooth bağlantısı daxil olmaqla smartfonlara bənzər ümumi funksionallığa sahib olmağa başladı. Bəzi ağıllı saatlar FM-radio və Bluetooth qulaqlıq vasitəsilə rəqəmsal audio və video faylları oxutmaqla portativ media pleyer kimi fəaliyyət göstərə bilir. Saat telefonları (və ya telefon saatları) adlanan bəzi modellər telefon zəngləri etmək kimi mobil şəbəkə funksiyalarına sahibdir. Daxili avadanlıqları fərqli olsa da əksəriyyətində arxa işıqlı LCD və ya OLED olan elektron vizual displey mövcuddur. Bəziləri daha az enerji sərf etmək üçün transflektiv və ya elektron kağızdan istifadə edir. Adətən yenidən doldurula bilən lityum-ion batareya ilə təchiz edilirlər. Periferik cihazlara rəqəmsal kamera, termometr, akselerometr, addımölçən, ürək döyüntüsünü ölçən cihaz, altimetr, barometr, kompas, naviqasiya cihazı, kiçik səsucaldanlar və əksər kompüterlər tərəfindən yaddaş qurğusu kimi tanınan SD kartlar daxil ola bilər. Proqram təminatına rəqəmsal xəritə, zamanlayıcı və gündəlik, kalkulyator və müxtəlif növ saat üzlükləri daxil ola bilər.
Ağıllı ev
Ağıllı evlər — Ağıllı ev sistemi , işıqlandırma və istilik kimi alətlər və sistemlərin uzaqdan monitorinqini və idarə edilməsini təmin etmək üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən bir sistemdir. Ev avtomatlaşdırılması kimi tanınan Smart ev texnologiyası; Çox hallarda ev sahibləri ağıllı evlərinə və ya maşınlara quraşdırılmış smart cihazlarla evlərinin təhlükəsizliyini, rahatlığını və enerji səmərəliliyini nəzarət edə biləcəyi sistemlərdir. Qaraj qapı, həyəcan siqnal sistemləri, qəhvə maşın timer açılması və bağlanması kimi sistemlər ağıllı ev sistemlərinin sadə nümunələridir. == Haqqında == Ancaq ev avtomatlaşdırılması və ağıllı evlərdən danışarkən, istedad və nümunələr daha da irəli səviyyələrə çıxır. Ayrı ayrı çalışan qurğuların əvəzinə bir ağıllı ev bir əsas ev avtomatlaşdırma nəzarətçisi tərəfindən idarə olunan bir çox alt sistemini birləşdirir. Bu əsas avtomatlaşdırma nəzarətçi ev avtomatlaşdırma sistemində idarəçi kimi ev ətrafında olan bütün qurğulara daxil olur, əmr verir və hər şeyi nəzarət edir. == Zamanla təyin edilmiş hadisələr == Ev sahibinin istənilən vaxt və ya evin coğrafi mövqeyinə uyğun olaraq dəyişən gündüz işlərinə uyğun olaraq qurulası sistemdir. Bu xüsusiyyət sayəsində ev hər gün təyin olunan saatlara xüsusi əməliyyatlar həyata keçirir. Məsələn; səhər otağının pəncərələrini açaraq otağı havalandırır , gün batımına və ya doğumuna görə evin kənarında işıqları açır və bağlayır. Bunlar ev avtomatlaşdırma sisteminin işinə səbəb olan vəziyyətlərdir.