Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antarktik boğazı
Antarktik boğazı- Juenvil adası ilə Antarktik yarımadasını bir-birindən ayırır. Onun uzunluğu 50 km (30 mil), eni isə 11–19 km arası dəyişir (7-12 mil). Adlanmasına gəldikdə isə bu boğazı İsveç səyyahı Otto Nordenşeldin Antarktidaya espedisiya nəticəsində kəşf edilir. Boğazı isə 1902-ci ildə kapitan Karl Anton Lares “Antarktik” gəmisində keçmişdir. Demək olar ki, ilin böyük qismi buzla örtülü olur.
Antarktik susüpürəni
Antarktik susüpürəni (lat. Sterna vittata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Antarktik səhra
Аntarkti səhra — Təbii zona antarktik qurşaq boyunca yerləşir. Bütünlüklə Antarktika materikinin ərazisini əhatə edir. Ən cənub zonadır. Qış ayları ən aşağı temperatur −60 ; −70 °C arası, yayda isə −30 ; −50 °C arası dəyişir. Yay ayları −20° C yuxarı qalxmır. Ən isti bölgə isə Antarktik yarımadasıdır. Burada temperatur 10–12° C çatır. Bəzi hissələrdə rütubət 60–80 % çatır. Sahil hissələrdə rütubət 20 və hətta 5 % çatır. Ankartik səhrada yağıntının miqdarı 30–50 mm-dən 600–700 mm qədər arasında dəyişir.
Antarktik vilayət
Antarktik vilayət — biocoğrafi vilayətlərdən biri, burada həmişə şaxta olur. R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384.
Antarktik yarımadası
Antarktida yarımadası (1961-ci ilədək sovet və İngiltərə xəritələrində Qreyam Torpağı, Amerika xəritələrində Palmer yarımadası, Çili xəritələrində O’Xiqgins Torpağı, Argentina xəritələrində San Martin Torpağı adlanırdı) — Antarktida ərazisinin bir hissəsi. Uzunluğu materikin əsas kütləsindən şimala 1200 km. qərbdən-şərqə təqribən 200 km-dir. Mərkəzi hissəsi hündürlüyü 1500–2000 m olan buz platosudur. Yarımada ilə Juenvil adası arasında Antarktik boğazı yerləşir. Sahil zolağında qismən buzdan azad dağ massivləri var. 10-cu Sakit okean elmi konqresin (1961) məsləhəti ilə Antarktikanın tədqiqində iştirak edən ölkələrin əksəriyyəti bu ərazini Antarktika yarımadası adlandırmışdır. Ondan şimal-qərbdə Adeleyd adası yeləşir.
Kunlun (Antarktika stansiyası)
Kunlun (çin. 崑崙站) — Çinin Antarktidada yerləşən dörd elmi-araşdırma stansiyasından biri. Stansiyanın sahəsi 236 m²-dir. Kunlun stansiyası 27 yanvar 2009-ci ildə fəaliyyətə başlamışdır. Stansiya Avstraliyanın Antarktika ərazisində 4087 metr yüksəklikdə yerləşir. Bu yer kürəsində ən soyuq yerlərdən biridir. İqlimi Antarktik kontinentaldır. Nadir hallarda temperatur -10 °C yuxarı qalxır. Qeydə alınan minimal temperatur −80 °C-dir. Yağıntınln miqdarı olduqca azdır.
Lazarev (Antarktika stansiyası)
Lazarev stansiyası — fəaliyyətini dayandırmış Sovetlər Birliyinə məxsus olan qütb stansiyası. Stansiya 1959-cu ildən 1961-ci ilə qədər fəaliyyət göstərmişdir. Elmi Lazarev stansiyası Dördüncü Sovet Antarktika ekspedisiyası zamanı 1959-cu ilin 10 martında açılmışdır. Stansiya Şahzadə Astrid sahilində şelf buzlağında inşa edilmişdir. Stansiya Antarktidanı kəşf edən Mixail Lazarevin şərəfinə adlandırılmışdır. Stansiyada aerologiya, aktinimetriya, geomorfologiya, qlyasiologiya, meteorologiya və okeanologiya sahəsində elmi araşdırmalar aparılmışdır. Burada xüsusi diqqət qütb parıltısına yönəldilmişdi. Stansiyanın mövcudluğu təhlükə doğururdu. Burada güçlü küləklər qarı sovuraraq stansiyanın üzərinə qədər qaldırırdı. Üstəlik şelf buzlağının qırılma ehtimalı mövcuddur Beşınci Sovet Antarktida ekspedisiyası işini bitirdikdən sonra 26 fevral 1961-ci ildə stansiya fəaliyətini fayandırılmışdır.
Leninqradskaya (Antarktika stansiyası)
Lelinqradskaya — Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Viktoriya Torpağında Ots sahilində yerləşir. 1971-ci ilin 25 fevralda inşa edilmişdir. 1991-ci ilin martında fəaliyyətini dayandırmışdır. Stansiyada meteorologiya, okeanologiya və qlyasiologiya üzrə elmi araşdırmalar aparmışdır. İlboyu temperatur mənfi olur. Bəzən isə temperatur müsbəti keçir. Fevral 2006-ci ildə Rusiya antarktik ekspedisiyasının rəhbəri Baleriy Lukin əvvəllər fəaliyyət göstərən stansiyalar yenidən bərpa ediləcəyini bildirmişdir. 2007-2008 ilin yayında stansiyaya təşkil edilən ekspedisiya zamanı məlum olmuşdur ki, 1991-ci ildə stansiyanın qapıları kimsə tərəfindən çıxarılmışdır. Bu səbəbdən stansiyanın daxili hissəsini buz örtmüşdür.
Mirnı (Antarktika stansiyası)
Mirnı stansiyası — SSRİ, Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya Deyvis dənizi sahilində yerləşir. Stansiyanın adı Antarktidanın kəşfində iştirak etmiş «Mirnı» gəmisinin şərəfinə adlandırılmışdır. 5 yanvar 1956-ci ildə "Ob" gəmisi Birinci Sovet Antarktik ekspedisiyası cərcivəsində Antarktida sahilində dayanırlar. 15 yanvar tarixində isə stansiyanın tikinti yeri seçilir. Burada 21 bina və hava limanı inşa edilir. Stansiya 13 fevral 1956-cı ildə açılır. Bu Sovetlər birliyinin Antarktidada yerləşən ilk qütb stansiyası olur. İlk əvvəllər Sovetlərə məxsus olan bütün Antarktik stansiyaların idarə olunması buradan idarə edilirdi. Üstəlik mərkəzi baza rolunu oynayırdı.
Molodyojnaya (Antarktika stansiyası)
Мolodyojnaya — Rusiya-Belarusa məxsus olan qütb stansiyası. 2006-ci ildən mövsümü stansiya kimi fəaliyyət göstərir. Stansiya ərazisində mövsümdə 15-20 nəfər işləyir. Stansiya Vladislav İosifoviç Qerboviç tərəfindən 1962-ci ilin fevralında Kosmonavtlar dənizi sahilində yerləşir. Uzun zaman Molodyojnaya stansiyası Sovet Antarktidasının paytaxtı rolunu oynayırdı. Bazada bir küçəyə düzülmüş onlarla tikili mövcud olmuşdur. Bu bazada eyni anda 150 nəfər yaşaya və işləyə bilərdi. Burada yaşayış komleksi, elmi-araşdırma laboratoriyası, yanacaq anbarı və aerodrom mövcuddur. Eniş zolağı İl-76 təyyarələrini sərbəst şəkildə qəbul edə bilir. 1990-cı illərdə stansiyada bir çox araşdırmalar aparılmışdır.
Novolazarevskaya (Antarktika stansiyası)
Yenilazarev — SSRİ daha sonradan isə Rusiyaya məxsus olan qütb stansiyası. Stansiya 18 yanvar 1961-ci ildə altıncı Sovet Antarkika ekspedisiyası zamanı işə salınmışdır. Stansiya Şirmaher vahəsinin cənub-şərqində, Kraliça Mod Torpağının sahilində yerləşir. Lazarev dənizindən 80 km. aralıda qərarlaşır. Stsnsiyadan şimalda şelf buzlağı keçir. Cənubdan isə msterik buzlağının eniş sahəsi qəralaşır. Hansı ki, artıq 50 km aralıda buzlağın qalınlığı 1000 metrdir. Eniş sahəsində, buz altında çoxlu sayda nunatoklar vardır. Bu stansiyasında meteorologiya, qlyasiologiya, okeanologiya, geofizika sahəsində araşdırmalar aparılır.
Vostok (Antarktika stansiyası)
«Vostok stansiyası» — Rusiyanın Antarktidada elmi stansiyası. Bu müasir dövrdə Rusiyanın istifadə etdiyi yeganə materikin daxilində yerləşən stansiyadır.. Stansiya 1819-1821 -ci illərdə Faddey Bellinshauzenin rəhbərli altında birinci antarktika ekspedisiyası zamanı istifadə olunan Vostok gəmisinin şərəfinə adlandırılıb. Bu stansiya 16 dekabr 1957-ci ildə 2-ci Sovet Antarktika ekspedisiyası zamanı yaradılıb. Uzun müddət stansiyanın rəhbəri V.S.Sidorov olmuş. Stansiya ərazisində buz qatının qalınlığı 3700 m-dir. Stansiyanın yerləşdiyi bölgə dünyada ən sərt iqlimə məxsus ərazilərdən biridir. Güclü soyuq. Ərazi il boyu çox aşağı temperatur rejimi ilə diqqət çəkir. Vostok stansiyasında ən aşağı temperatur göstəricisi qeydə alınıb: −89,2 °C (21 iyul 1983).
Çilinin Antarktika Bölgəsi
Çili Antarktida Dövlət Ərazisi (isp. "Territorio Antártico chileno"), Çilinin Antarktidada haqq iddia etdiyi bölgəsidir. Bu ərazi Birləşmiş Krallıq və Argentinanın Antarktidadakı əraziləri ilə həmsərhəddir. Ərazi, mərkəzi Punta Arenasda olan "XII Region"un idarəsi altındadır. Çili bu ərazidə haqq sahibi iddialarını, elmi dəlillərə əsaslanaraq isbat etmişdir. Çili, 6 noyabr 1940-cı ildə 53°Qərb-dən 90°Qərb-ə olan ərazinin Antarktida sahəsində haqq iddialarını elan etmişdir (Decreto Supremo No. 1747).
Şova (Antarktika stansiyası)
Şova (yap. 昭和基地) — Yaponiyanın Antarktida ərazisində il boyu fəaliyyət göstərən qütb stansiyası. Stansiya açıldıqdan bu günə qədər Meteoroloji müşahidələr aparılır. Stansiyada orta illik temperatur -10°S təşkil edir. Burada həmcinin Geofizika, bioloji, qlyasioloji və okeanoloji araşdırmalar aparılır Stansiya 1957 ildə Kraliça Mod Torpağı ərazisində Kosmonavtlar dənizində yerləşən İst-onqul adasında yerləşir. 1966-cı ildən stansiya il boyu fəaliyyət göstərir Stansiya öz adını Yaponiya imperatoru Hirohitonun hakimiyyəti illərində Şova dövrünün şərəfinə adlandlrmışdır.
Antarktika ekspedisiyalarının siyahısı
Antarktika ekspedisiyalarının bu siyahısı Antarktida ilə əlaqəli ekspedisiyaların xronoloji siyahısıdır. Cənub qitəsinin mövcudluğu fərziyyəsi eramızın 1-ci əsrində Ptolemeyin yazılarında irəli sürülsə də, Cənub qütbünə yalnız 1911-ci ildə çatılmışdır. e.ə. 600 — e.ə.300 Yunan filosofları Şimal və Cənubi Qütb bölgələri ilə Sferik Yer nəzəriyyəsini irəli sürürlər. 150-ci il — Ptolemey "Coğrafiya" -kitabını nəşr etdi, burada Terra Australis Incognita qeyd olunur. 7-ci əsr — Ui-te-Rangiora'nın cənub buz sahələrini gördüyü iddia edilir. 13-cü əsr — Polineziyalılar Oklend adalarında məskunlaşdılar (50° S) 1522 — Juan Sebastián de El Cano — Fernando de Magallanes Magellan boğazını (54 °C) kəşf etdi 1526 — Francisco de Hoces'in Magallanes Boğazından cənuba (56 °C)üzdüyünü bildirildi. 1578 — Francis Drake Cənubi Amerikanın cənubunda bir okean və "Elizabet Adası"-nı (57 °C) kəşf etdiyini iddia edir 1603 – Qabriel de Kastilya – potensial olaraq (64 °C) istiqamətə üzür 1615 — Jacob le Maire və Willem Schouten ilk dəfə Horn burnu (56 °C) ətrafında üzdülər. 1619 — Garcia de Nodal ekspedisiyası — Tierra del Fueqonu dövrə vuraraq Dieqo Ramirez adalarını kəşf edin (56°30′S 68°43′W) 1643 – Valdiviyaya Hollandiya ekspedisiyası – şimal küləkləri ekspedisiyanı aysberqlərin bol olduğu 61°59 S-ə qədər cənuba doğru itələyir.[6] Ekspedisiya Isla de los Estadosun Terra Australisin bir hissəsi olduğuna dair inamları təkzib edir.[6][7][8] 1698–1699 – Edmond Halley (52° S) 1720 — Kapitan George Shelvocke — (61 ° 30' S) 1739 — Jan-Batist Şarl Buvet de Lozier — Buve adasını kəşf etdi (54°26'S 3°24'E) 1771 — Ceyms Kuk — HM Bark Endeavour ekspedisiyası 1771–1772 — İlk Fransız Antarktika Ekspedisiyası — Yves-Joseph de Kerguelen-Trémarec başçılıq etdiyi Kerguelen adalarını kəşf etdi (49°15′S 69°35′E) 1772–1775 – Ceyms Kuk– 1773-cü ilin yanvarında və 1773-cü ilin dekabrında Antarktika Dairəsini keçir. 30 yanvar 1774-cü ildə o, Antarktika materikindən təxminən 120 kilometr (75 mil) yaxınlıqda olan Ən Uzaq Cənubu olan 71° 10′ S-ə çatır.
Arktik və Antarktik landşaftın torpaqları
Arktik və Antarktik landşaftın torpaqları — Avrasiya materikində Şpitsbergen, Frans-İosif Torpağı, Yeni Torpaq, Novosibirsk adalarında, Taymır yarımadasında, Şimali Amerikada Qrenlandiyanın şimal sahillərində, Şimali Amerikanın şimal arxipelaq adalarında, Antarktida materikinin vahələrində rast gəlinən torpaq tipi. İqlim şəraiti çox soyuq olub, orta illik temperatur −10°C-dən −14°C-i arasında dəyişir. Yayda orta sutkalıq temperatur +5°C-ni aşmır. Şaxtasız günlər 12–14 gündən çox davam etmir. Arktik zonanın qərb hissəsinin şərqinə nisbətən qışı yumşaqdır. Yağıntıların illik miqdarı Arktikada 130–200 mm arası dəyişir. Antraktidanın vahələrində də az yağıntı düşür. Məsələn, Benqerada ildə 62 mm qar şəklində yağıntı yayda düşür. Antraktida sahil hissələrindəki vahələrində yağıntının miqdarı 300 mm-ə qədər artır. Nisbi rütubətliyin yüksək olması xarakterikdir (90%).
Aboa (Antarktika stansiyası)
Aboa — Finlandiyanın Antarktidadakı araşdırma stansiyasıdır. Adı Turkunun latıncadan olan adından yaranıb. 1988-ci ildə Kraliça Mod Torpağında sahildən 130 kilometr içəridə Vestfyella dağlarında Basen adı verilən bir qayalıq (nunatak) üzərində qurulmuşdur. Stansiya, Finlandiya Ticarət və Sənaye Nazirliyi tərəfindən maliyyəyə edilmiş, Finlandiya VTT Texniki Araşdırma Mərkəzi tərəfindən hazırlanaraq inşa edilmişdir. Hazırda Finlandiya Əmək və İqtisadiyyat Nazirliyi nəznində fəaliyyət göstərir. Stansiya yalnız yay aylarında istifadə edilməkdədir. 12 nəfərlik iş sahəsi və ən çox 18 nəfər üçün müvəqqəti yaşayış sahəsi mövcuddur. İsveçə aid Vasa Araşdırma Stansiyası, Aboanın 200 metr yaxınlığında qurulmuşdur. Aboa və Vasa birlikdə Nordensköld bazasını təşkil edirlər.
Afrika-Antarktika silsiləsi
Afrika-Antarktika silsiləsi — Hind okeanının daxili boyunca , 0—35° ş. u boyunca uzanır. Cənubi-Atlantika silsiləsinin davamını təşkil edir. Bu silsilə mezazoy-kaynazoy dövrləri zamanı formalaşmışdır. 3000 km məsafədə uzanır. Sonunda isə Kroze platosuna keçir. Maksimal eni 450 km. Dərinliyi 3000—4000 m, bəzi yerlərdə 315 metrdən (şərq) 413 m (qərb) arasında dəyişir.
Akademik Vernadski (Antarktika stansiyası)
Akademik Vernadski (ukr. Антарктична станція Академік Вернадський) — Antarktidada Ukraynaya aid qütb stansiyası. Stansiya Ukrayna Milli Elmlər Akademiyasının ilk prezidenti olmuş rus və ukraynalı mineraloq Vladimir Vernadskinin (1863-1945) adını daşıyır. Stansiya 1996-cı ildə Ukraynaya təhvil verilməzdən əvvəl, təxminən yarım əsrlik bir dövrdə İngilis araşdırma bazası olaraq mövcud idi. Bazanın əlaqələndirilməsi və operativ idarə olunması Ukrayna Təhsil və Elmlər Nazirliyinin tərkibinə daxil olan Ukraynanın Milli Antarktika Elmi Mərkəzi tərəfindən həyata keçirilir. Faraday Stansiyası FİDS və BAS tərəfindən idarə olunurdu və 49 il 31 gün (7 Yanvar 1947 - 6 Fevral 1996) mövcud idi. Tədqiqat bazası 1947-ci ildə bugünkü Britaniya Antarktik Müşahidə mərkəzi tərəfindən Qış Adasında quruldu. Stansiyanın əsas məqsədi geofizika, meteorologiya və ionosferika sahələrini tədqiq etmək idi. Ukrayna bazanı 1996-cı ilin fevralında, Britaniyadan simvolik olaraq bir funta icarəyə götürdü. Ətraf mühitin yaxşı təcrübələri və standartları ilə bazanın sökülməsi dəyəri çox baha olacaqdır.
Amerika-Antarktika silsiləsi
Amerika-Antarktika silsiləsi (ing. American–Antarctic Ridge (AAR)) — Cənubi Amerika Plitəsi və Antarktika Plitəsi arasında olan tektonik qırılma xətti zonasıdır. Atlantik okeanın cənubunda yerləşən silsilənin cənub-qərbində Cənubi Sandviç çökəkliyi yerləşir. "The American-Antarctic Ridge", Journal of Geophysical Research, Volume 88, Issue B10 (Oct.1983) Е. П. Дубинин, Н. М. Сущевская, А. Л. Грохольский. "История развития спрединговых хребтов Южной Атлантики и пространственно-временное положение тройного соединения Буве". Российский журнал наук о Земле Том 1, № 5 (rus). сентябрь 1999. 2004-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-15.
Dome Fuci (Antarktika stansiyası)
Dome Fuci (yap. ドームふじ, ing. Dome Fuji və ya ing. Dome F) — Antarktidanın Kraliça Mod Torpağı ərazisinin şərqində yerləşən buz silsiləsi üzərində yerləşir. Yaponiyaya məxsus qütb stansiyası 77°30′ c. e. 37°30′ ş. u. koordinatlarda yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 3810 metr təşkil edir.
Fransanın Cənub və Antarktika əraziləri
Fransız Cənub və Antarktik əraziləri, qısaça FCAƏ (fr. Terres australes et antarctiques françaises, (TAAF), rəsmi adı Territoire des Terres australes et antarctiques françaises) — Fransanın sahib olduğu dənizönü əraziləri. Sen-Pol, Amsterdam, Kroz və Kerqelen arxipelaqları Hind okeanın cənubunda, Eparse adaları Madaqaskarın qərbində, Adeli Torpağı isə Fransanın Antarktidada yerləşən ərazilərdir. Arxipelaq iki adadan və onların yaxınlıqlarında yerləşən qayalıqlardan ibarətdir. Vulkanik məşşəllidir. Ən hündür nöqtəsi De lya Div dağı 867 metr yüksəkliyə malikdir. Ekvatora yaxınlığına baxmayaraq Antarktidadan gələn soyuq küləklər onun iqliminə öz təsirini göstərir. İqlimi yumşaq və dəyişməzdir. Ən soyuq (iyul, avqust) ayları + 11°S, yay ayları isə (fevral) 17,5° təşkil edir. Ada ağaclarla örtülüdür (insanla bura gələnə qədər ancaq otlar bitirdi).
Fransız Cənub və Antarktika əraziləri vulkanlarının siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Fransız Cənub və Antarktika ərazilərindəki vulkanların siyahısı
Fransız Cənub və Antarktika ərazilərində yerləşən fəaliyyət göstərən və sönmüş vulkanların siyahısı.
Komandante Ferras (Antarktika stansiyası)
Komandante Ferras (62°05′ c. e. 58°24′ q. u.) — Braziliyaya məxsus olan qütb stansiyası (baza). Baza ilk dəfə 6 fevral 1984-ci ildə Braziliyanın Antarktika maraq zonasında Admiraliti körfəzində, Kinq-Corc adasının sakilində yerləşir. Stansiya öz adını Braziliya hərbi-dəniz qüvvələrinin zabiti, hidroqraf, okeanoloq, Luis-Antonio di Karvalo Ferrasın şərəfinə adlandırılmışdır. Stansiyada yayda 100, qışda isə 50 elmi işçinin fəaliyyətinə imkan verir. 17 fevral 2008-ci ildə Braziliya prezidenti Luis İnasiu da Silva stansiyada olmuşdur. Bazadan bir qədər aralıda "General Artiqas" (Uruqvay), "Korol Secon" (Koreya), "Cubani" (Argentina), "Prezident Eduardo Frey Montavla" (Çili), "Henrik Arstovski" (Polşa) və "Maçu Pikçu" (Peru) stansiyaları yerləşir. Leyspinq adasının cəbununda "Eko-Nelson" (Çexiya), 50 km aralıda Qrinviç adasında isə "Kapitan Arturo Prat" stansiyası qərarlaşır.
Mak-Merdo (Antarktika stansiyası)
Mak-Merdo (ing. McMurdo) — Antarktida ərazisində yerləşən yaşayış məntəqəsi, liman və araşdırma mərkəzi. Stansiya ABŞ Antarktika proqramına mənsub olsa da digər dövlətlərin araşdırma proqramlarını da həyata keçirir. Ross şelf buzlağının kənarında qərarlaşır. Stansiya Yeni Zelandiyanın ərazi iddiası irəli sürdüyü bölgədə yerləşir. Stansiyadan Yeni Zelandiyaya məsafə 3500 km, Skott stansiyasına olan məsafə isə 5 km-dir. Yayda əhalisinin sayı 1 258 nəfər (1996-cı il), qışda isə 150 nəfər (1999 il) təşkil edir. Ancaq hazırda stabsiyada 1300 nəfər yaşayır Stansiya yaxınlığında Robert Skottun düşərgəsi yerləşir. 1902-ci ildən Antarktidanın paytaxtı rolunu oynayır. Hazırda stansiya müasir elmi mərkəzdir.
Müqəddəs Üçlük kilsəsi (Antarktika)
Müqəddəs Triniti Kilsəsi — Antarktikada Rusiyanın Bellinshauzen stansiyasının yaxınlığında yerləşən kiçik ortodoks kilsəsidir. Bu bütün şərqi ortodoks kilsələri arasında ən cənubda yerləşənidir. Antarktikada kilsə, hətta monastır yaratmaq fikri 1990cı illərdə yarandı. "Antarktika üçün məbəd" adlı bir xeyriyyə təşkilatı Patriarx Alexis II tərəfindən razılıq aldı və Rusiyanın dörd bir tərəfindən ianələr qəbul etməyə başladı. Onlar Barnauldan olan P.I.Anisfirov, S.G.Rybak və A.B.Schmidt adlı arxitektorlar tərəfindən qazanılan bir yarışma başlatdılar. Kilsə 15 metr hündürlüyündə, ənənəvi rus üslubunda tikilmiş taxta konstruksiyadır. Burada 30 şəxs eyni anda ibadət edə bilərlər.
Yaponiyanın Antarktikadakı ərazi iddiaları
Yaponiyanın Antarktikadakı ərazi iddiaları - Yaponiya imperiyasının Antarktika ərazilərinə iddiası XX əsrin birini yarısında edilmişdir. 1910—1912 illərdə Yaponiya Antarktikaya ilk ekspedisiyasını leytenant Sirase Nobunun başçılığı ilə təşkil edir. 28 yanvar 1912 ildə ekspedisiya 80°05’ cənub enliyi 156°37’ qərb uzunluğuna çatarkən onlar səyahətin davam etdirilməsinə hazır olmadıqlarını anlayırlar. Çatdıqları əraziləri Yamato Qar vadisi adlandlraraq Yaponiyanın mülkiyyəti elan edirlər. 1939-cu ildə Yaponiya rəsmi olaraq Antarktidaya ərazi iddiası irəli sürür. İddialı ərazi Ross ərazisi ilə Böyük Britaniyanın Antarktika əraziləri arasında (80° q.u və 150° q.u) yerləşir. 1951-ci ildə imzalanan San-Fransisko sülh müqaviləsinin ikinci bəndinə əsasən Yaponiya bütün ərazi iddialarından imtina etmişdir. Hazırda Meri Berd Torpağı və Elsuort Torpağına rəsmi olaraq dünyanın heç bir olməsi iddia etmir. Bu Antarktida haqqında konvensiyaya əsasən təstiqlənmişdir. Hazırda Yaponiya bölgə üzərində heç bir ərazi iddiası irəli sürə bilməz.
Əlçatmazlıq qütbü (Antarktika stansiyası)
Əlçatmazlıq qütbü — fəaliyyət göstərməyən SSRİ Antarktika stansiyası. Stansiya Mirnı stansiyasından 2100 km aralı yerləşib. Bu stansiya 1958-ci ilin dekabrında fəaliyyət göstərmiş və Ümumdünya Meteorologiya Təşkilatının razılığı ilə 89550 koduna malik idi. Stansiya öz adını yerləşmə özəlliyinə görə almış. Məhz stansiya Antarktida sahillərindən ən uzaqda yerləşən nöqtə - Əlçatmazlıq qütbündədir. Stansiya 14 dekabr 1958-ci ildə üçüncü Sovet Antarktika ekspedisiyası zamanı yaradılmışdı. Stansiyanım rəhbəri V.K. Babarıkin olmuş. Açılış zamanı stansıyada Leninin büstü qoyulmuşdur. 17 dekabr 1958-ci ildə hazırlanmış uçuş-eniş zolağına Li-2 təyyarəsi eniş etmiş və müxtəlif yük və təbrik teleqramları gətirmiş. 26 dekabrda stansiya konservləşdirilmiş, gələcək ekspedisiyalar üçün ehtiyat azuqə saxlanılaraq tərk edilmişdir.
Avstraliya-Antarktika hövzəsi
Avstraliya-Antarktika hövzəsi — Hind okeanının cənub-şərqində geniş sualtı hövzə. Antarktidanın kontinental yamacı, sualtı Kerguelen silsiləsi və Avstraliya-Antarktika yüksəlişi arasında yerləşir. Hövzənin uzunluğu 4,500 km, eni isə 1,500 km-dir. Üstünlük təşkil edən dərinliklər 4,000–5,000 metrdir. Onlardan ən böyüyü 6,089 m, şimal-qərbdə Kerguelen silsiləsi yaxınlığında yerləşir. Hövzənin dibi dağlıq relyefə malikdir. Antarktidaya yaxın olanda əhəmiyyətli əraziləri düz abissal düzənlik tutur. Yatağının çox hissəsi akkumulyator səviyyəli səthdir. Alt səthi diatomlu, gilli-diatomlu və lilli-argilli lillərdən ibarətdir.
İmperial Trans-Antarktika ekspedisiyası
İmperial Trans-Antarktika ekspedisiyası 1914–1917-ci illəri əhatə edən, Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrünün sonuncu əsas ekspedisiyasıdır. Ser Ernest Şeklton tərəfindən irəli sürülən bu ekspedisiyanın məqsədi Antarktida qitəsi üzərində ilk quru keçidini etmək idi. Bu keçid Roald Amundsenin 1911-ci ildəki Cənub qütbünə ekspedisiyasından sonra Şekltonun ifadəsi ilə "Antarktika səyahətlərinin ən əsas obyekti" kimi qaldı. Şekltonun səyahəti bu obyektivi tamamlamaqda uğursuz olsa da, dramatik dözümlülük mübarizəsi kimi böyük şöhrət qazanır. Şeklton bu səyahətə başlamazdan əvvəl 1901–1904-cü illərdə Britaniya Milli Antarktika ekspedisiyasında xidmət etmiş və 1907–1909-cu illərdə Nimrod ekspedisiyasına rəhbərlik etmişdi. Bu yeni avantürasında o, Veddell dənizinə yelkən açmağı və buradan Vahsel körfəzi ilə quruya çıxaraq, Cənub qütbü üzərindən Ross dənizinə qədər getməyi təklif edir. Bu müddət ərzində Ross dənizi partiyası adlanan dəstək qrupu Mak-Medro boğazında düşərgə qurmalı, buradan Ross şelf buzlağı boyunca, Birdmor buzlağının ayağına qədər olan ərazidə təminat anbarları yerləşdirməli idi. Qurudan yürüş əməliyyatını icra edəcək əsas qrup özləri ilə yetərincə təchizat götürməyəcəklərinə görə bu anbarlar onların sağ qalması üçün həyati əhəmiyyət daşıyırdı. Ekspedisiya iki gəmiyə ehtiyac duyurdu: Şekltonun rəhbərliyindəki Veddell dənizi qrupu üçün "Endurans" və Eneas Makintoş rəhbərliyindəki Ross dənizi qrupu üçün "Aurora". Ekspedisiyanın əvvəlindəcə "Endurans" gəmisi hələ Vahsel körfəzinə çata bilmədən Veddell dənizindəki buzlaqlara ilişir.
Antarktika
Antarktika (Arktikaya əks, q.yun. ἀντί (anti) — əks, yun. (arktikos) — şimal, ἄρκτος (arctos) — ayı, Böyük Ayı bürcünə görə) — Yer kürəsinin Antarktida və Atlantik, Hind və Sakit okeanlarının (bəzən ayrıca olaraq Cənub okeanı kimi də qeyd olunur) Antarktidaya yaxın olan hissələri (Subantarktika belə bura daxildir) nəzərdə tutulur Antarktikanın sərhədi 48–60 °C.e başlayaraq cənuba doğru yerləşən əraziləri əhatə edir. Ümumi 52 km² təşkil edir. Bəzən 37 °C.e. yerləşən bəzi adalar bura daxil edilir (məsələn: Qof adası və Amsterdam adası). Digər variant isə Antarktida haqqında konvensiyaya görə müəyyənləşdirilmiş ərazidir (60 °C.e. cənubda yerləşən ərazilər). Antarktika konvergensiyasının şimal sərhədi ilə Antarktida divergensiyası arasında yerləşən sahə subantarktika qurşağı adlanır. Antarktikada müstəqil dövlət olmasada belə asılı ərazilər mövcuddur: Buve adası (Norveç) Fransanın Cənub və Antarktika əraziləri (Fransa) Herd adası və Makdonald adaları (Avstraliya) Cənubi Georgiya və Cənubi Sandviç adaları (Böyük Britaniya) Antarktika dünyanın ən sərt iqliminə malik bölgədir, burada ən aşağı temperatur, ən güçlü küləklər, qar fırtınaları müşahidə edilir.
Antarktika Andı
Antarktika Andı — Antarktidanın qərb hissəsindən keçən dağ sistemi. Antarktik yarımadasından başlayaraq Meri Berd Torpağının sahil ərazisindən küçərək VII Eduard yarımadasına qədər uzanır. Silsilənin ən hündür zirvəsi Markem dağıdır (4572 m) Silsilənin böyük qismi buzla örtülüdür. And dağlarının davamını təşkil edir. And dağları ilə eyni geomorfoloji xüsusiyyətə malikdir. Dağ sisteminin zirvələri vulkanik xüsusiyyət daşıyır.
Antarktika balinaquşu
Antarktika balinaquşu (lat. Pachyptila desolata) — Fırtınaqumukimilər dəstəsinə daxil olan növ. Bədəninin uzunluğu 25–27 sm, çəkisi 150–160 q təşkil edir. Qanadları arasında məsafə 58–66 sm-dir. Cinsə daxil olan digər növlərlə çaşdırılsada xüsusən Pachyptila salvini növü ilə səhv salınır. Uçuş zamanı isə demək olar ki, tanımaq mümkün deyil. Antarktika balinaquşunun dimdiyi Pachyptila salvini növünün dimdiyinə nisbətdə qısadır. Pachyptila desolata desolata — Kroze adaları, Kergelen və Makkuori adası. Pachyptila desolata alter — Oklend adaları və Herd adası və Makdonald adaları. Pachyptila desolata banksi — Cənubi Georgiya və Cənubi Sandviç adaları, Cənubi Orkney adaları, Cənubi Şetland adaları, Skott adası.
Antarktika iqlimi
Antarktika iqlimi — Cənub qütbünün Antarktida və ətraf okean sahələri üçün səciyəvi olan iqlimtipi. Bu yer kürəsinin ən sərt, soyuq və quru iqlimidir. Antarktika iqlimini formalaşdıran əsas amillər günəş radiasiyasının azlığı, materikin qar örtüyü, dəniz səviyyəsindən yüksəkliyi (orta yüksəkliyi 2350 m) və Antarktika antiklonunun hakim olmasıdır. Qar örtüyü hətta yay ayları belə günəş enerjisini effektivsizləşdirir. Günəş radiasiyasının 90% qar örtüyü tərəfindən əks olunur. Cəmi 10% bölgənin qızdırılmasına sərf olunur. "Vostok" stansiyasında orta illik radiasiyanın miqdarı 120 kkal, yayda isə 30 kkal olur. Orta illik temperatur Cənub Qütb dairəsində -10 °C, daxili hissələrdə isə -50 °C təşkil edir. Antarktika iqlimi öz növbəsində Daxili plato iqlimi, buzlaq yamacı iqlimi, dəniz antarktika iqlimi və sahil iqlimi. Daxili rayonlarda yerləşən "Amundsen-Skott" və "Vostok" stansiyalarınada daim meteoloji müşahidələr aparılır.
Antarktika pinqivini
Antarktika pinqvini (lat. Pygoscelis antarctica) — Antarktika pinqvinləri cinsininə daxil olan pinqivin növü. Bu növün yayılma arealı Antarktidanın Cənubi Amerikaya yaxın hissəsi, Cənubi Georgiya Buve və Balleni adalarıdır. Onlar hətta Folklend adalarına qədər gələ bilirlər. Onlara hətta Antarktikanın sularında üzən aysberqlərin üzərində belə rast gəlinir. Onların ümumi sayı 6,5–7,5 milyon baş olması düşünülür. Yetkin antarktika pinqvinləri 60–70 sm, çəkiləri isə 4,5 kq təşkil edir. Bel hissəsi və başı boz (demək olar ki qarayaya çalır) olur. Ön hissəsi ağ rəngdədir. Boğaz və qulaq hussəsindən qara zolaq keçir.
Antarktika pinqvini
Antarktika pinqvini (lat. Pygoscelis antarctica) — Antarktika pinqvinləri cinsininə daxil olan pinqivin növü. Bu növün yayılma arealı Antarktidanın Cənubi Amerikaya yaxın hissəsi, Cənubi Georgiya Buve və Balleni adalarıdır. Onlar hətta Folklend adalarına qədər gələ bilirlər. Onlara hətta Antarktikanın sularında üzən aysberqlərin üzərində belə rast gəlinir. Onların ümumi sayı 6,5–7,5 milyon baş olması düşünülür. Yetkin antarktika pinqvinləri 60–70 sm, çəkiləri isə 4,5 kq təşkil edir. Bel hissəsi və başı boz (demək olar ki qarayaya çalır) olur. Ön hissəsi ağ rəngdədir. Boğaz və qulaq hussəsindən qara zolaq keçir.
Antarktika pinqvinləri
Antarktika pinqvinləri (lat. Pygoscelis) — Pinqvinkimilər dəstəsinə daxil olan pinqvin cinsi. Bu cinsə üç müasir dövrdə yaşayan və üç nəsli kəsilmiş növlər daxildir. Bu cinsə daxil növlər, İmperator pinqvinləri ilə dünyanın ən cənubunda yaşayan pinqvinlər hesab edilir. Hazırda yayılmış növlər: Adeli pinqvini, Pygoscelis adeliae Antarktika pinqvini, Pygoscelis antarctica Papua pinqvini, Pygoscelis papua Nəsli kəsilmiş növlər: Pygoscelis grandis (Çili) Pygoscelis calderensis (Çili) Pygoscelis tyreei (Yeni Zelandiya) Hazırda yayılmış növlər əsasən Antarktida sahilləri və Cənub okeanının adalarında yayılmışlar. Papua pinqvinlərini çoxlu sayda Kergelen və Folklend adalarında görünürlər. Bu cinsə daxil olan ən çox yayılmış növ Adeli pinqvinləridir.
Antarktika plitəsi
Antarktik plitə — Antraktida qitəsini və ətrafdakı okeanların bəzi hissələrini əhatə edən plitə. Antraktik plitə Nazka plitəsi, Cənubi Amerika plitəsi, Afrika plitəsi, Hind-Avstraliya, Skotiya plitəsi ilə sərhədlənir. Plitənin Sakit okean plitəsi ilə divergent sərhədləri Sakit-Antraktik dağ silsiləsini əmələ gətirir. Antraktik plitə təxminən 60.900.000 kvadrat kilometr əraziyə sahibdir. Bu plitə dünyada ən böyük beşinci plitədir. Antraktik plitənin hərəkəti 1sm/il hesab olunur. Plitə Atlantik okeana doğru hərəkət edir. Khan Academy Explanation of evidence 750 million years of global tectonic activity. Movie.
Antarktika sahilqağayısı
Antarktika sahilqağayısı (lat. Catharacta antarctica) — Fırtınaquşular fəsiləsinə aid, əsasən cənub yarımkürəsində, subantarktika və antarktika zonalarında yayılmışdır. Argentinanın cənubu, Odlu Torpaq, Yeni Zelandiya, Antarktikanın adalarında və Folklend adalarında yayılmışdır. Əsasən balıqlar, kiçik dəniz quşları, pinqvin yumurta və balaları ilə qidalanır.
Antarktika vulkanları
Antarktika ərazisində yerləşən fəalliyyətdə olan və olmayan vulkanlar. Volcano World Web site W. E. LeMasurier. Volcanoes of the Antarctic Plate and Southern Oceans / Thomson, J. W. (eds.). — American Geophysical Union, 1990. — 512 с. — ISBN 0-87590-172-7.
Antarktida
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb. Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir. Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir. Antarktidanın daimi məskunları yoxdur və qədim insan məskənlərinin izlərinə də rast gəlinmir.
Antarktida bayrağı
Antarktida bayrağı — Materikin 2002-ci ildə Antarktika haqqında konvensiyasında qəbul olunmuş qeyri-rəsmi bayrağı. Ancaq bu Antarktika bayrağı deyil, Müqavilənin bayrağıdır. Bir çox dizayn təklif edilmişdir, baxmayaraq ki, bunlardan yalnız bir neçəsi istehsal olunur və ya uçurulur. "True South" Antarktidada 2018-ci ilin qışında yaradıldı. O vaxtdan bəri, ekspedisiya şirkətləri, Milli Antarktika Proqramları və dünyanın yüzlərlə fərdi bayrağı qəbul etdi. Beləliklə, digər bayraq təkliflərindən daha çox rəsmi statusa sahibdir. Dizayn aşağıdakı mənaya malikdir: "Dəniz və ağ rəngli üfüqi zolaqlar Antarktidanın həddindən artıq enliyindəki uzun günləri və gecələri təmsil edir. Mərkəzdə, qar və buz sahəsindən Antarktika üfüqünü müəyyənləşdirən meyvələr, dağlar və təzyiq silsilələri ilə səsləşən tək bir ağ zirvə püskürür. Çıxardığı uzun kölgə, cənuba yönəlmiş bir pusula oxunun şəksiz şəklini meydana gətirir və qitənin tədqiqat irsinə hörmət edir. İki mərkəz şəkli birlikdə Antarktidanın gələcək nəsillər üçün sülh, kəşf və əməkdaşlıq mərkəzi olmağa ümidini simvolizə edən bir almaz yaradır." Onun təklif etdiyi eskiz Birləşmiş Millətlər Təşkilatınin bayraqları sırasına daxil edilmişdir.
Antarktida dolları
Antarktida dolları — Antarktida qitəsinin qeyri-rəsmi valyutası. Antarktika haqqında konvensiyaya görə Antarktida heç bir ölkəyə mənsub olmasa da və özünün valyutası ola bilməsə belə 1996-ci ildə ABŞ vətəndaşları olan entuziastlər Antarktida Dənizaşırı Bankını təşkil edirlər. Antarktida Dənizaşırı Bankı tərəfindən 1996–2001-ci illər ərzində — 1, 2, 5, 10, 20, 50 və 100 dollarlıq əskinazlar buraxılmışdır. Şəkilli plastik lövhə və pulun daxilində yerləşir. Hər bir nominal pul ABŞ dollarının anoloji əskinazi ilə eyni məzənnəyə malik idi. Əzkinazlardan əldə edilən gəlir Antarktikada elmi məqsədlərə yönəldilirdi. Əskinazlar bir neçə qorumaya malikdir. Üstəlik seriya nömrəsinə sahibdir. Ölçü baxımından isə ABŞ dollarından nisbətən böyükdür. Antarktida dolları ABŞ dolları ilə eyni məzənnəyə malik olmuşdur və 1996–2001 illər ərzində istənilən şəxs onu əldə edə bilərdi.
Antarktida gölləri
Antarktidada yüzlərlə müxtəlif mənşəli göllərə və sututarlar rast gəlinir. Bu göllər ilin 8-10 ayı 1-2 m qalınlığında buz bağlayır. Göllərdə buz təbəqəsi günəş şüalarının keçməsinin qarşısını aldığından, soyuq temperaturlara uyğunlaşan sualtı bitkilərin, üzən fitplanktonların zəif inkişafı müşahidə edilir. Antarktida gölləri buzlaqların qırılması və çəkiməsi, lakin az miqdarda göl çalaları isə Yer qabığının fəaliyyəti nəticəsində formalaşır. Hazırda Mərkəzi Antarktidada radar və seysmik tədqiqatların köməyi ilə 67 buzlaqaltı göl açılmışdır. Rusiyanın Vostok Atlantik stansiyası altında Cənub Qütbündən 480 km aralı məsafədə eyni adlı, xüsusən iri buzlaqaltı hövzə aşkar edilmişdir. Ölçülərinə görə Vostok gölü Oneqa, Çad və Nikaraqua kimi göllərdən geri qalmır. Gölün hövzəsinin maksimum uzunluğu 230 km, sahəsi - 14 min kv. kilometrdir. Bu yerdə buzlağın qalınlığı 3750 m, buz altındakı su qatı isə 670 m-dir.
Antarktida tarixi
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar. Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir.
Antarktida vaxtı
Antarktidanı Yer kürəsinin bütün meridianları kəsir və sonda materikin mərkəzində birləşirlər. Nəzəri baxımdan materikdə bütün saat qurşaqları yerləşir. Ancaq bu saat qurşaqlarından praktiki olaraq istifadə etmək əlverişsizdir. Cənub Qütb dairəsində qütb gecələrinin və qütb gündüzlərinin 24 saatdan, qütblərdə altı aya qədər davam etməsi yerli saatdan istifadəyə çətinlik yaradır. Materikdə olan stansiyalar fərqli saat hesabı aparırlar. Bu hesabda daha çox məxsus olduğu dövlət və stansiyanı yerləşdiyi ərazi önəmli götürülür.
Antarktida əhalisi
Antarktida əhalisi - Antarktidanın yerli əhalisi yoxdur. Qitədə yalnız il boyu işləyən qütb stansiyaları və köhnə balina ovlama ilə əlaqədar salınmış məskunlaşmalar vardır. Qitədəki ən böyük stansiya Mak-Merdodur. Burada bəzən işləyənlərin say 1200 nəfəri keçir. Qitə ərazisində yeganə daimi yaşayış məntəqəsi Cənubi Georgiya adasında yerləşən Qryotviken qəsəbəsidir. Burada 2008-ci ilə olan məlumata görə cəmi 20 nəfər yaşayır. Antarktida haqqında konvensiyaya görə burada fəaliyyət göstərən 29 ölkəyə məxsus stansiyalarda yay ayları 4.000, qış ayları isə 1.000 nəfər işçi fəaliyyət göstərir. Günümüzə qədər antarktidada ən azı 10-dan çox uşaq doğulmuşdur. 2001-ci ildə National Geographic jurnalının bir yazısında yalnız Esperanza Stansiyasında 8 uşaq dünyaya gəlməsi bildirilir. Antarktika ərazisində ilk doğulan insan Solveyk Qunberq Yakobsen (norv.
Qərbi Antarktida
Qərbi Antarktida, və ya Kiçik Antarktida, (ing. "West Antarctica" or "Lesser Antarctica") Antarktida qitəsinin iki əhəmiyyətli bölgəsindən biri, Antarktida yarımadası daxil olmağla qitənin qərb yarımkürəsində yer alan hissəsidir. Qərbi Antarktika buz təbəqəsi ilə örtülüdür. Şərqi Antarktikadanı buradan Transantarktika dağları ayırır. Region 100 ildən uzun müddətdir ki, Qərbi Antarktida olaraq adlandırılır. Bu adı ilk dəfə 1902-ci ildə Balç, 1905-ci ildə isə Otto Nordenskcöld istifadə ediblər. Ancaq əsl istifadəsi Beynəlxalq Geofizika ili (1957-1958) sonrasındakı araşdırmalarda iki bölgəyə ayrılmasının faydalı olduğu düşüncəsinin yayılmasından sonra 1962-ci ildə ABŞ Antarktida Adları Komitəsi tərəfindən təsdiq edilmişdir. Transantarktika dağlarından Sakit okeanına doğru uzanır. Qərbi Antarktida, Qreyam Torpağı və Palmera Torpağından ibarət olan Antarktida yarımadası ilə Elsuort Torpağı, Meri Berd Torpağı və VII Eduard Torpağlarından, Adelaide adası kimi adalardan xüsusilə Ueddell dənizindəki Filçner-Ronni Buz sahəsi və Ross dənizindəki Rooz Buz sahəsi kimi buz sahələrindən meydana gəlib. Qərbi Antarktida Ross dənizi və Ueddell dənizinin buzlu suları ilə qitənin ana quru kütləsindən ayrılan və Cənub qütbündən Cənubi Amerikanın cənub ucuna doğru uzanan nəhəng bir yarımadanı xatırlatmaqdadır.
Seymur (Antarktida)
Seymur adası (ing. Seymour Island)) — Trimiti yarımadasından şərqdə yerləşən ada. Ada 20 km uzunluğa və 9 km enə malikdir. Ən yaxın adalar Snou-Hill və Ceyms-Rossdur. Ada ilk dəfə 6 yanvar 1843-ci ildə Ceyms Ross tərəfindən Antarktikaya Terror və Erebus gəmilərində səyahət zamanı aşkarlanmışdır. Ceyms Ross Seymur burnu adlandırdığı coğrafi obyekti kontr-admiral Corc Frensis Seymurun şərəfinə adlandırmışdır. Adanın ilk araşdırmalar norveçli Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir (1892—1893 və 1893—1894). O, ilk dəfə bu coğrafi obyektin burun deyil ada olmasını müəyyən etmişdir. 1969 ildən ada da il boyu Argentinaya məxsus olan Marambio qütb stansiyası fəaliyyət göstərir. Antarktida tarixində ilk eniş-uçuş zolağı məhz burada inşa edilmişdir.
Şərqi Antarktida
Şərqi Antarktida, və ya Böyük Antarktida (ing. "East Antarctica" or "Greater Antarctica") olaraq da bilinən bu bölgə, Antarktida qitəsinin üçdə iki hissəsini təşkil edir, qitənin Hind okeanı tərəfində, Qərbi Antarktida Transantarktika dağları var. Hardas bir əsrdən uzun müddətdir ki adı Şərqi Antarktida olaraq adlanır. Qərbi Antarktida daha çox yüksəkliklərdən ibarət olmaqla yanaşı, mərkəzində Gamburtsev Dağları mövcuddur. Şərqi Antarktida qalıcı buz ilə əhatə olunur. Yalnız yer bitki örtüyü qayalara yapışmış şibyə, yosunlar, nematodlar, ayaqquyruqlar, böcək və heyvanlar da daxil olmağla onurğasızlardan ibarət bir sıra var. Sahilləri yay aylarında, ətrafındakı buz kütləsi üzərində müxtəlif dəniz quşları və pinqvinlər üçün tərəmə sahəsi və dəniz bəbiri, ueddell suitisi, dəniz fili, yengəcyeyən və adi ross suitisi cinsləri vardır.