Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Artırma
Artırma — Azərbaycanda ən çox yazqabağı, Novruz bayramı günlərində, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biri. == Oyunun qaydaları == Uşaqlar iki dəstəyə ayrılırlar. Püşk atırlar. Püşk hansı dəstəyə düşərsə, o dəstə aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sıra əvvəldən artır, axırdan azalır. Uşaqların hər dəstəsində on uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb birinci dəstənin sırasında aşağı əyilirlər. Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqların üstündən hoppanırlar.
Artırma rejimi
Artırma rejimi (ing. insert mode ~ ru. режим вставки ~ tr. ekleme kipi) – sənədə və ya komanda sətrinə əlavə edilən simvolların mövcud mətnin üzərinə deyil, sağdakı simvolları daha da sağa sürüşdürməklə araya yazıldığı redaktə rejimi. Alternativ rejim olan “Əvəzləmə”də (OVERTYPE, OVERSTRIKE, TYPEOVER) yeni simvol mövcud mətni əvəz edir (üstünə yazılır). Bu redaktə rejimlərindən birindən obirinə keçmək üçün müxtəlif proqramlarda müxtəlif klavişlərdən, yaxud onların kombinasiyasından istifadə edilir, ancaq IBM klaviaturasında Insert klavişi olduğundan çox zaman məhz həmin klavişdən istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nəsil artırma
Nəsil artırma — bütün canlı orqanizmlərə xas olan özünə oxşarların təbii-təkrarı, həyat ardıcıllığı və fasiləsizliyini təmin edən xüsusiyyətdir. Nəsil artırmanın müxtəlif üsulları iki əsas bölgü təşkil edir: qeyri-cinsi və cinsi. Hüceyrəvi quruluşu olan orqanizmlərin nəsil artırmasının əsasında, üsullardan asılı olmayaraq, hüceyrənin bölünməsi dayanır. Qeyri-cinsi nəsil artırma - nəsil artırmanın elə bir növüdür ki, növbəti nəsil onun özündə olan somatik hüceyrələrdən reproduktiv hüceyrələrin (qametlərin) iştirakı olmadan inkişaf edir. Qeyri-cinsi nəsil artırma ən qədim və ən sadə nəsil artırma üsuludur və birhüceyrəli orqanizmlər arasında geniş yayılmışdır (bakteriyalar, аmöb, infuzorlar, göy-yaşıl yosunlar). Birhüceyrəli orqanizmlərin ən geniş yayılan çoxalma üsulu iki hissəyə bölünməklə iki ayrı-ayrı fərdlərin yaranmasıdır. Çoxhüceyrəli orqanizmlərin arasında demək olar ki, bütün bitki və göbələklər qeyri-cinsi nəsil artırma qabiliyyətinə malikdirlər. Bu orqanizmlərin qeyri-cinsi artırma vegetativ üsulla və ya mikrosporlar vasitəsi ilə baş verir. Buna misal olaraq bitki gülünü göstərmək olar, bu bitki gülü özünəməxsus funksiyası olan dörd hissədən təşkil tapmışdır: 1. Kasacıq (Kasa yarpaq) – bu gülün qönçəsini geyindirmiş yaşıl yarpaqcıqlardır.
Xaya artımı
Xaya artımı — retortaya bənzər bir üzvdür. Genez cəhətcə tam ayrı olub fizioloji və anatomik cəhətcə xaya ilə sıx rabitədədir. Bunun qalınlaşmış yuxarı ucu — xaya artımı başı, orta hissəsi — xaya artımı cismi və nazik aşağı ucu — xaya artımı quyruğu adlanır. Xaya artımının yuxarı ucunda xaya artımı appendiksi yerləşmişdir. Bu armudabənzər, 3,0 mm böyüklükdə, sulu maye ilə dolubir qovuqcuq kimidir və özü də orta böyrəyin rudiment halında qalmış qalığıdır. Divarları nazik birləşdirici toxumadan təşkil olunmuşdur və daxili səthi silindrəbənzər epitel ilə örtülüdür. Xaya artımı appendiksinə ancaq 30% hallarda təsadüf olunur.
Xıllı nərə balıq artırma zavodu
Xıllı nərə balıqartırma zavodu — Neftçala rayonun eyniadlı qəsəbəsində yerləşir. Zavod 2003-cü ildə Dünya bankının ayırdığı güzəştli kreditlə təxirəsalınmaz ekoloji layihələr çərçivəsində inşa edilib. Xıllı balıqartırma zavodunun illik gücü 15 milyona yaxındır. Xəzər dənizində bioloji ehtiyatların idarə olunması məqsədi ilə 2003-cü ildə istifadəyə verilən müəssisə 2017-ci ilədək ümumilikdə 68 miliyon 325 min körpə nərə cinsli balıq böyüdülərək Xəzər dənizinə buraxıb. Zavod 3 isehsal sexindən ibarətdir və onlardan ən böyüyü dairəvi hovuzlar sexidir. Yaz aylarında nərə balıqlarının süfrəsi məhz müəyyən dövrə qədər burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20 minədək körpə balıq saxlanılır. Artıq yay fəslində müəyyən yetişkənlik dövrünə çatdıqdan sonra nərə balıq cinsləri Kür çayının Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Hazırda zovodda mənbə rolunu oynayan təmir-törədici fondda çəkisi 3 kq-dan 50 kq-a çatan kifayət qədər nəsilartıran nərə balığı yetişdirilir. Zavodun əsas təyinat istiqaməti nərə cinsli balıqların süni şəkildə artırılmasını həyata keçirməkdir.
Ev quşlarının sayını artıraq (film, 1953)
Artinit
Artinit — mineral, Mg2[(OH)2|CO3]× 3H2O. == Haqqında == Artinit - Monoklinik. Habitus iynəvari. Ayrılma {100} üzrə mükəmməl, {001} üzrə orta. Aqreqat: qabıqcıqlar, çəplifli, damarcıqlar, kürəvi, radial-şüavi. Rəngi ağ. Sərtliyi 2,5. Xüsusi çəkisi 2,03. Aşağı temperaturlu hidrotermal; serpentinləşmiş hiperbazitlərdə brusit, araqonit, kalsitlə birgə. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Artrit
Artrit (lat. arthrītis – "ağrı oynaqları") — oynaqlarda yaranan xəstəliklərin kollektiv adı. Simptomlara adətən oynaq ağrısı və hərəkətsizliyi aiddir. Digər simptomlara yoluxmuş oynaqlarda qızartı, qızdırma, şişmə və hərəkətlilik intervalının azalması aiddir. Bəzi artrit növlərində digər orqanlar da təsir görür. Təxminən 100 növ artrit mövcuddur. Onlardan ən yayılmışı osteoartrit (degenerativ oynaq xəstəliyi) və revmatik artritdir. Osteoartrit adətən yaşlılıqla əlaqələndirilir və barmaq, diz və budlara təsir göstərir. Revmatik artrit adətən əl və ayaqlara təsir göstərən avtoimmun pozğunluqdur. Digər növlərə podaqra, qırmızı qurd eşənəyi, fibromialgiya və septik artrit aiddir.
Arteria radialis
Mil arteriyası (lat. arteria radialis) — saidi və əli qanla əchiz edən arterial sistemin, yuxarı ətraf arteriyalarına aid, uc hisədə ovucun dərin qövsünü təşkil edən damar. Bilək nahiyəsində mil sümüyünün bilavasitə üzərində və səhi yerləşdiyi üçün dəri üzərində nəbzi əlləmək mümkündür. Milarteriyası tibbi praktikada mühüm əhəmiyyət malikdir. Belə ki, xəsənin invaziv qanlı Korotkov üsulu ilə qan təzyiqinin ölçülməsi, dializ xəstələrində məhz bu arteriya vasitəsilə Çimino şuntu qoyulur. == Şaxələri == said: Qayıdan mil arteriyası — lat. arteria recurrerus radialis biləyin ovuc şaxəsi — lat. ramus carpeus palmaris (r. carpeus volaris — BNA) ovucun səthi şaxəsi — lat. ramus palmaris superficialis (r.
Revmatoid artrit
Revmatoid artrit ən çox yayılmış və ağır oynaq xəstəliklərindən biridir. Artrit müxtəlif yaşlarda inkişaf edə bilər. Lakin əsasən artrit 30 yaşından sonra inkişaf edir. Qadınlarda kişilərlə müqayisədə bu xəstəlik daha tez-tez inkişaf edir. Alimlərin məlumatlarına görə, revmatoid artrit əhalinin 1-2%-ndə qeyd olunur. Bu xəstəliyin inkişaf etmə səbəbləri sona kimi araşdırılmayıb. Belə hesab olunur ki, xəstəliyin inkişafında irsiyyət müəyyən rol oynayır. Lakin əksər hallarda bu xəstəlik bir neçə mənfi amillərin (irsiyyət, stress, infeksiya və s.) təsiri nəticəsində inkişaf edir. Revmatoid artrit autoimmun xəstəlikdir. Normada insanın immun sistemi hüceyrələri limfositlər orqanizmə düşən yad ziyanlı hüceyrələri (bakteriyalar, viruslar və s.) məhv etməlidir.
Psoriatik artrit
Psoriatik artrit – daha çox qızlarda olur və ön üveit aşkar edilir.
Reaktiv artrit
Reaktiv artrit – aseptik iltihabi artrit; 1– 4 həftə əvvəl urogenital və qastrointestinal infeksiya olur; konkret infeksiya ilə əlaqə var, amma oynaq boşluğunda infeksion amil aşkar edilmir. Əsasən 20–40 yaşda olur, urogenital forma daha çox kişilərdə olur. Artrit adətən asimmetrik, oliqoartritik olub, çox vaxtı aşağı ətrafların iri oynaqları zədələnir. Dəyirmi balanit və blennorragik keratodermiya çox xarakterikdir. HLA-B27 pozitivliyində oynaqdan kənar əlamətlər (dəri, göz, entezit) olur. Proqnoz əlverişlidir, ancaq 10–20% xroniki gediş, immunosupressiv müalicəyə ehtiyac olur.
Septik artrit
Septik artrit, infeksion artrit – ən çox fiziki yükə məruz qalan iri oynaqların, xüsusilə diz oynağında qəflətən başlayan şişkinlik və yüksək temperatur və bir oynağın zədələnməsi ilə gedən haldır.
Rio-Antirio körpüsü
Rio-Antirio körpüsü (yun. Γέφυρα Ρίου-Αντιρρίου) – Yunanıstanın Rio və Antirio şəhərlərini birləşdirən, 2880 metr uzunluğunda körpü. Körpü rəsmi olaraq Yunanıstanın keçmiş baş naziri Xarilaos Trikupisin (yun. Χαρίλαος Τρικούπης) adını daşıyır. 19-cu əsrdə yaşamış Xarilaos Trikupis Rio və Antirio şəhərləri arasında körpünün tikilməsini təklif edən ilk şəxsdir. Layihənin ümumi dəyəri 630 milyon avro təşkil eləmişdir. Körpünün tikilməsinin 10%-ni özəl şirkətlər, 45%-ni Yunanıstan dövləti, 45%-ni də Avropa İttifaqı maliyyələşdirmişdir. 19 iyul, 1998-ci ildə Yunanıstan baş naziri Kostas Simitisin və Yunanıstan prezidenti Kostis Stefanopulos iştirakı ilə Rio – Antirio körpüsünün təməli atıldı. 2004-cü il avqustun 12-də, layihə müddətindən 4 ay tez, eyni zamanda 2004 Yay Olimpiya Oyunları açılış ərəfəsində körpü tamamlandı.
Typhlodromips ariri
Typhlodromips ariri (lat. Typhlodromips ariri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü.
Rio və Antirio boğazı
Rio və Antirio boğazı — Qərbi Yunanıstanda, İon dənizinin Korint körfəzi ilə Patraikos körfəzi arasında yerləşən boğaz. Rio burnu cənubdan, Antirio burnu isə şimaldan körfəzə doğru uzanır. Boğazın minimum eni 1920 m-dir. Minimum dərinlik 26 m-dir. Rio və Antirion boğazı boyunca bir bərə xidməti vardır. Boğaz üzərindəki Rio-Antirio körpüsü 2004-cü ildə açılmışdır. Afinadan Qərbi Yunanistana gedən əsas yol, möhkəm Pindus dağlarını adlayaraq Peloponnes yarımadası və Rio və Andirion boğazından keçir. Patraikos və Korint körfəzi arasında, Evrip boğazındakı axına bənzər, lakin daha zəif, saatda yalnız 3-4 kilometr olan bir qabarma-çəkilmə axını vardır. Boğazın eni Peloponnesin materik Yunanıstandan uzaqlşması (ildə 35 millimetr) ilə artır. Boğazın yaxınlığında Korinf - Kolkiya və Molikriya koloniyaları var idi.