Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afarca
Afar dili-Efiopiya, Eritreya və Cibutidə danışılan bir Düzənlik Şərq Kuşit dilidir. Ən yaxın qohumu Saho dilidir.
Afurca
Afurca — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir. Afurca oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Vəlvələ çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Adını ərazidəki eyniadlı şəlalədən almışdır. Bu şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Afurca kəndi də həmin şəlalənin yaxınlığında yerləşir. "Afurca" sözü tədqiqatçılar tərəfindən belə izah edilir: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünün qismən təhrif olunmuş forması. Toponim a (ab) "su", fur/for "aşağı" və ca (castən) "sıçramaq" sözlərindən düzəlib, "su aşağı sıçrayan (tökülən) yer, şəlalə" deməkdir.
Avarca
Avar dili— Qafqaz xalqlarından biri olan Avar xalqının dili. Avarlar, əsasən Dağıstanda, Azərbaycanda (Balakən və Zaqatala rayonları) və qismən də Türkiyədə yaşayırlar. 13-22 aprel 2009-cu il rəsmi əhali siyahıyaalınmasına əsasən, ana dili avar dili olan Azərbaycan vətəndaşlarının sayı 46.610 nəfərdir.
Axtırka
Axtırka (ukr. Охтирка) - Ukraynanın Sumı vilayətində şəhərdir. Şəhərin tarixi ilə bağlı onu demək mümkündür ki, məntəqə haqqında ilk məlumat VIII əsrdə "türk yurdu" kimi verilir. Qala qıvrıla-qıvrıla axan Ak Tura çayının bir həlqə kimi qıvrıldığı yerdə salındığından onun mövqeyi çox əlverişli sayılırdı və ətrafdakı göllər onun müdafiə qüdrətini artırırdı. 1641-ci ildən Osmanlı dövlətindən Reç Pospolitaya, 1647-ci ildə isə ruslara keçmişdir. 1707-ci ildə I Pyotr bu diyarın hərbi vəziyyətini öyrənmək üçün Ak Turada olmuşdur. Kırımıın türk yer adları içərisində də Ak Tura (indiki adı Yemelyanovka) adlı yaşayış məntəqəsi adı olmuşdur. Kuban diyarında (indiki Krasnodar vilayəti) eyniadlı qəsəbə vardır. Ak Tura öz adının mənaca izahına görə çox şəffaf bir toponimdir. Türk dillərində Ak Tura "Ağ qala" mənasına müvafiq gəlir.
Axıncı
Axıncı (Osmanlı Türkcəsi: آقنجى Akıncı) və ya cəm şəklində Axıncılar — Osmanlı İmperiyasının hərbi təşkilatında, sərhəd bölgələrində, düşmən ölkələrinə hücumlar, basqınlar təşkil edərək zəiflətmə hərəkatında olan yüngül süvari birlikləri. "Akıncı" sözü Türk mənşəlidir. Ak "akmak" felindən gələn sözün strukturunda feldən ad düzəltmə əlavə "-n" və addan ad düzəltmə əlavə "+cı" var: Ak-ı-n+cı. Sözün mənası "ak" felinin "ard-arda və kütləvi olaraq getmək", "axın etmək, zəbt etmək, hücum etmək" mənalarından yaradılıb. Osmanlı İmperiyasının ilk illərində görülən və sərhəd boylarında qəza məqsədi ilə hücumlar təşkil edən "Qazilər" zamanla axıncılara çevrilmişdir. Osmanlı İmperiyasından nə vaxt bəhs edilsə, ilk ağla gələn şey Osmanlı hərbi gücünün ən önəmli təşkilatı olan axıncılar olur. Axıncılar, ürəklərindəki məhəbbət və həyəcanla özlərini dövlətin, millətin və dinlərinin behasına həsr etmiş, lazım gələndə canını verməkdən çəkinməyən haqq fədailəri idi. Axıncılar yağma üçün düşmən içinə girən və yalanla həyatlarını keçirən bir toplum deyildi. Onlar, özlərinə qılınc çəkməyənə qılınc çəkməz, aman istəyənə toxunmurdular. Müharibədə onların əsas rolu ön sıralarda yer alaraq düşməni demoralizə etmək və bu məqsədlə partizan taktikalarından istifadə edərək düşmən birliklərini dağıdırdılar.
Axırlı
Axırlı (türk. Ahırlı) — Konya ilinin bir ilçəsi.
Axısqa
Axalsıx və ya Axaltsixe (gürc. ახალციხე; türk. Ahıska) — Gürcüstanda şəhər. Ak Saka adı Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer adlarındandır: Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin casusu vardı… Daha sonrakı tarix səhifələrində ondan X–XI əsrlərə aid qala kimi bəhs olunur. Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən "Başı Açuq" indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır. Budur, XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcuqlu dövlətinin tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xan və Elxanilər dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər, Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan, Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə çevrilir; möhkəm qalalar, məscidlər tikilir. Səyahəti əsnasında Ak Sakadan keçən Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş "Ahiska qalası"ndan danışır.
Axısxa
Axısxa — Azərbaycan Respublikasının Sabirabad rayonunun Axısxa kənd inzibati ərazi dairəsində kənd. Kəndi 1944-cü ildə Gürcüstanın Axısxa rayonundan Qazaxıstana və Orta Asiyaya sürgün edilmiş, 1960-cı illərdə isə Azərbaycana köçmüş türk ailələri salmışdır. Buraya köçənlər köhnə yaşayış yerlərinin adını yeni məskənlərinə vermişlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Şirvan düzündədir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Açıqca
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.
Axura
Axura — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Dərələyəz silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Keçmiş adı Yeni Axura olmuşdur. Axura adlı yaşayış məntəqəsinin adı ilk dəfə VII əsrə aid mənbədə çəkilir. 1840-cı il iyunun 20-də güclü zəlzələ nəticəsində Ağrı dağının ətəyində yerləşən Axura kəndi dağılmış, kəndin əhalisi indiki əraziyə köçərək Yeni Axura kəndinin əsasını qoymuşdur. Sonralar oykonimin birinci komponenti düşmüş, kənd Axura adlandırılmışdır. Əhalisi 1571 nəfərdir. Muxtar İmanov — AMEA Folklor İnstitutunun direktoru Məhəmməd İsmayılov — iş adamı.
Ayıca
Ayıca (lat. Arctia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin erebidlər fəsiləsinə aid heyvan cinsi. Arctia brachyptera H. Edwards, 1881 Arctia caja Linnaeus, 1758 Arctia festiva Hufnagel, 1766 Arctia flavia Fuessly, 1779 Arctia intercalaris Eversmann, 1843 Arctia ladakensis O. Bang-Haas, 1927 Arctia olschwangi H. Edwards, 1881 Arctia opulenta H. Edwards, 1881 Arctia rueckbeili Fuessly, 1779 Arctia villica Linnaeus, 1758 Syn.
Afurca şəlaləsi
Afurca şəlaləsi — Azərbaycan Respublikasının Quba rayonu ərazisində şəlalə. Vəlvələ çayının Yan silsiləsini kəsib keçdiyi yerdə əmələ gətirdiyi kanyonvari dərənin yamacında eyniadlı çayın üzərindədir. Çayın yatağında Yura yaşlı əhəngdaşı suxurlarının səthə çıxması və sıldırım pillə əmələ gətirməsi ilə əlaqədardır. Azərbaycan Respublikasının geoloji təbiət abidəsi kimi qeydə alınmışdır və dövlət tərəfindən mühafizə olunur. Hündürlüyü 60 metrdir. Afurca şəlaləsi öz qeyri-adiliyi və bənzərsizliyi ilə turistlərin və səyahətçilərin diqqətini cəlb edən təbiət hadisəsidir. Azərbaycan Milli Ensiklopediyası. I cild, Bakı. 2009. səh.141.
Rəcəb Baxırcı
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yuxarı Adıqca
Kabarda çərkəz və ya Yuxarı Adıq dili (Адыгэбзэ və ya Къэбэрдей Адыгэбзэ) — Abxaz-adıq dillərinden Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Yuxarı Adıqca, Adıqların Kabardey ve Besleney klanları tərəfindən danışılmaqdadır. Bu klanlar özləri öz dillərini "adıq dili" adlandırırlar. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti ise Aşağı Adıqcadır (КӀахыбзэ). ASE, V cild, Bakı, 1981-ci il, səh.
Afurca nağılı
Afurca nağılı qısametrajlı sənədli televiziya filmi rejissor Şahəddin Elxan Mayıloğlu tərəfindən 2007-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir. Film Qubanın Afurca kəndindən, kənd sakinlərinin məşğuliyyətindən bəhs edir. Afurca Quba rayonunun Güləzi inzibati ərazi vahidində kənddir. Cimi çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Adını ərazidəki eyniadlı Şəlalədən almışdır. Bu Şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan Şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Kənd də həmin Şəlalənin yaxınlığında yerləşir. Afurca sözünu tədqiqatçılar belə izah edirlər: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünun qismən təhrif olunmuş formasıdır.
Axıncı nahiyəsi
Axıncı nahiyəsi — Qarabağ bəylərbəyliyinin bölgələrindən biri. Qarabağ bəylərbəyliyinin Xılxına qəzasına bağlı idi. Mərkəzi Quşçu kəndi olub, 15 yaşayış məskənini birləşdirirdi.
Axısqa Türkləri
Axısqa türkləri, həmçinin türk axısqalılar, Mesxeti türkləri və ya türk mesxetililər (türk. Ahıska Türkleri; gürc. მესხეთის თურქები Meskhetis turk'ebi) — əvvəllər Gürcüstanın Mesxetiya regionunda, Türkiyə ilə sərhəddə yaşayan etnik Anadolu türklərinin alt qrupu. Türk tayfaları hələ XI–XII əsrlərdə bölgədə məskunlaşmışdı, lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır. İndiki dövrdə Axısqa türkləri İkinci Dünya müharibəsi zamanı məcburi deportasiyalara görə keçmiş Sovet İttifaqının hər yerində (həmçinin Türkiyə və ABŞ-də) geniş yayılmışdır. O zaman Sovet İttifaqı Türkiyəyə qarşı təzyiq kampaniyası başlatmağa hazırlaşırdı və İosif Stalin Mesxetiyada sovet niyyətlərinə düşmən ola biləcək strateji türk əhalisini təmizləmək istəyirdi. 1944-cü ildə Axısqa türkləri Türkiyə sərhədindən türkiyəlilər ilə əməkdaşlıq edərək qaçaqmalçılıq, quldurluq və casusluqda ittiham olunurdular. 1944-cü ildə İosif Stalin tərəfindən Gürcüstandan qovulmuş Axısqa türkləri deportasiyadan əvvəl və sonra diskriminasiya, insan hüquqlarının pozuntuları ilə üzləşmişlər. Təxminən 115,000 Axısqa türkü Mərkəzi Asiyaya deportasiya edilmişdir. Sonradan Gürcüstanın repatriasiyasına icazə vermədiyi üçün yalnız bir neçə yüz nəfər Gürcüstana qayıda bilmişdir.
Axısxa bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Adıqca
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Dördnöqtəli ayıca
Dördnöqtəli ayıca (lat. Collimorpha dominula) — pulcuqluqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. Qanadları açılmış halda 50-52 mm uzunluğa malikdir. Ön qanadının uzunluğu 27-29 mm arasında dəyişir. Ön qanadları tünd qəhvəyi qara, yaşılımtıl rəngə çalır. Üzərində "v" şəklində sarımtıl ağ zolaq var. Arxa qanadları bir qədər açıq qırmızı rəngdədir. Qanadın yuxarı xarici kənarında uzunsov qara ləkə, altda isə qanadın ortasınada iki yumru qara rəngli ləkə mövcuddur. Sinə üzərində uzun qara zolaq keçir. Qarın nahiyəsi açıq qırmızıdır.
Levent Kırca
Levent Kırca (28 sentyabr 1950, Samsun – 12 oktyabr 2015, İstanbul) — Türk komediyaçı, səhnə və film aktyor, qəzet İşıqlıq bir köşə yazarı 12 oktyabr 2015-ci ildə qaraciyər xərçəngindən ölmüşdür.
Məlikə ayıca
Məlikə ayıca (lat. Collimorpha dominula) — pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü. Qanadları açılmış halda 50-54 mm-dir. Ön qanadları yaşılımtıl-qaradır, bəzən göy rəngə çalır. Üzərində 3 ədəd iri sarımtıl-ağ rəngli ləkə, 3 ədəd kiçik sarı rəngli ləkə vardır. Arxa qanadlar qırmızı rəngdədir, ön və arxa kənarlarında, o cümlədən, zirvəsində iri qara ləkələr var. Döşündə iki sarımtıl zolaq, qarıncığ arxa qanadlar kimi qırmızıdır, hər buğum üzərində üçkünc qara ləkələr birləşərək zolaq əmələ gətirmiş və qarıncığın sonuna qədər uzanmışdır. Rusiya və Avropanın cənubu və şimalında, Qafqazda və Kiçik Asiyada rast gəlinir. Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən zonaları və Naxçıvan MR-da yayılmışdır. Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, kolluqlar.
Qara ayıca
Qara ayıca (lat. Axiopoena maura) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. Qanadları açıq halda 100–105 mm-dir. Ön qanadın uzunluğu 43–48 mm-dir. Hər iki cinsin rəngi eynidir. Ön qanadlar ipək parıltılı, qara rənglidir. Arxa qanadların əsası kərpici-qırmızı, kənarı isə bozumtul-qaradır. Bəzən ön qanadların xarici kənarında 1–2 ağ ləkə olur. Yaxalığı qırmızı, qarıncığı qonuru-qırmızı olub, ucu qaradır. Növə Orta Asiya, Pakistanın şimal-qərbi, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Zaqafqaziya, Azərbaycan və Şərqi İran ərazilərində rast gəlinir.
Qırmızınöqtəli ayıca
Qırmızınöqtəli ayıca (lat. Utetheisa pulchella) — pulcuqluqanadlılar dəstəsinə aid nadir növ. Qanadları açılmış halda 38-40 mm-dir. Ön qanadları sarımtıl-ağdır, bəzən ağ rəngdə olur. Üzərində səpələnmiş halda kiçik qara nöqtələr və onların arasında bir qədər iri qırmızı nöqtələr var. Qanadların zirvəsində aypara şəklində qara rəngli ləkə, onun altında aşağıya doğru 6 ədəd qara rəngli kiçik nöqtələr düzülmüşdür. Arxa qanadlar tamam ağdır, ətrafı qara rənglə haşiyələnmişdir, haşiyənin yuxarı və orta hissəsi enlidir. Qanadın kənarlarında olan saçaqlar ağdır. Başı və döşü sarımtıl-ağ rəngdədir. Qarıncığı ağdır, azacıq tutqundur.
Axirət
Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir. Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir. Ağıl və məntiq baxmından Axirət aləmi aşağıdakı xüsusiyətlərə malik olmalıdır: Axirət aləmi əbədi və həmişəlik olmalıdır. Qurani kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn: Behiştin qapıcıları əhlinə salam verərək dəyər xoş olsun sizə.
Naxırçı
Naxırçı (latınca, Bootes) — Göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Arkturdur. Azərbaycandan görünür.
Adıça
Adıça (rus. Адыча, saxa Адыаччы) — Rusiya Federasiyasına bağlı Saxa Respublikasında çay. Yananın sağ qoludur. Uzunluğu 715 kilometr, hövzəsinin sahəsi 89,8 min kilometr2-dir. Çerski silsiləsinin qərb yamaclarından başlanır. Qar və yağış suları ilə qidalanır. Oktyabrdan maya qədər donmuş olur. Adıça // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Akira
Akira — ad. Akira Kaci — keçmiş Yaponiya futbolçusu. Akira Kitaquçi — Akira Matsunaqa Akira Matsunaqa (futbolçu, 1914) Akira Matsunaqa (futbolçu, 1948) — Yaponiya futbolçusu.
Amira
Amira (fr. Amirat) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qrass dairəsi, Qrass-1 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Sent-Oban kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi 12.95 km², əhalisi 26 nəfərdir (2006) artım tendensiyası ilə: 63 nəfər (2012), əhalinin sıxlığı 4.9 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 57 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 63 nəfər.
Xirsa
Xirsa (gürc. ხირსა) — Gürcüstanın Kaxetiya ölkəsində, inzibati mərkəzi Siqnaxi şəhəri olan Siqnaxi bələdiyyəsi ərazisində kənd. Yaxınlığındakı Tibaani kəndinin əvvəlki adı da Xirsa olmuşdur və Xirsa monastırı həmin kəndin ərazisindədir.
Euphorbia aprica
Euphorbia aprica (lat. Euphorbia aprica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Naxırçı (bürc)
Naxırçı (latınca, Bootes) — Göyün şimal yarımkürəsində bürc. Ən parlaq ulduzu Arkturdur. Azərbaycandan görünür.
Quercus aprica
Quercus imbricaria (lat. Quercus imbricaria) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Erythrobalanus imbricaria (Michx.) O.Schwarz Quercus phellos var. imbricaria (Michx.) Spach Quercus aprica Raf. Quercus imbricaria var. inaequalifolia Kuntze Quercus imbricaria var. spinulosa A.DC. Quercus latifolia Steud. Quercus sonchifolia Booth ex G.Kirchn.