Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gölgede Aynı (albom)
Gölgede Aynı – Mustafa Sandal-ın 1996-cı ildə çıxardığı 2-ci albomudur. "Gölgede Aynı" albomu Mustafa Sandalın ikinci albomudur. İlk klip "Araba" musiqiyə çəkilmişdir. Bu klip hit-paradlarda uzun müddət uğur əldə etmişdir. Mahnının sözləri və musiqisi Mustafa Sandala məxsusdur. Ardınca "Jest Oldu" mahnısına klip çəkilir. Bu mahnı da böyük uğur qazanır. 1997-ci ildə "Bir Anda" musiqisinin remiksinə klip çəkilir.
Sədrəddin Ayni
Sədrəddin Ayni (tac. Садриддин Айнӣ; əsl adı Sədrəddin Səid-Murodzoda; 1878—1954) — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. İkinci dərəcəli Stalin mükafatı laureatı (1950). Sədrəddin Səid-Murodzoda (Sədrəddin Ayni) 1878-ci il aprel ayının 15-də (bəzi mənbələrdə 27-də) Özbəkistanın Buxara vilayətinin Soktare kəndində anadan olmuşdur. İlk təhsilini Buxara mədrəsələrində almışdır. Tacik sovet ədəbiyyatının banisi və tacik ədəbiyyatının yaradıcılarından biridir. İlk əsəri “Qardaşımın ölümünə” elegiyası əmir hakimiyyətinin devrilməsinə çağırış kimi səslənmişdir. Böyük Oktyabr Sosialist İnqilabını sevinclə qarşılayan Ayni cədidizmdən uzaqlaşaraq, 1920-ci il Buxara xalq inqilabında iştirak etmişdir. 1920-ci ildə yazdığı “Buxara cəlladları” ilk nəsr əsəri, “Odina” povesti, “Doxunda” və “Qullar” romanlarından ibarət trilogiyası tacik xalqının inqilabdan əvvəlki ağır həyatının və sovet hakimiyyəti uğrunda mübarizəsinin epik salnaməsidir. Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə kəskin publisist məqalələr və tarixi-bədii oçerklər yazmışdır.
Aynur Aydın
Aynur Aydın (15 dekabr 1985, Münxen) — Türkiyəli müğənni və bəstəkar.[mənbə göstərin] 15 dekabr 1985-ci ildə Almaniyanın Münhen şəhərində dünyaya gəlib. İlk səhnə təcrübəsini teatrda qazanıb. Mühnehndəki "Westend Opera Musical" məktəbini bitirib. 1999-cu ildə "Sürpriz" musiqi qrupuna qatılmaqla professional musiqiyə başlayıb.
Aydın
Aydın — Azərbaycan kişi adı. Aydın Ata — türk mifologiyasında əfsanəvi ozan. Aydın Feyzullayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi, itkin. Aydın Bayramov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Əhmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Aydın Bəşirov — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi. Aydın Kələntərli — neft hasilatı sahəsində tanınmış Azərbaycanlı alimi. Aydın Mirzəzadə — Azərbaycan Respublikası II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı. Aydın Ələkbəroğlu — siyasətçi Aydın Əfəndi — rusdilli Azərbaycan şairi Aydın Həsəni — Aydın Paşacanov — Aydın Rəcəbov — Azərbaycan xalçaçı-rəssamı Aydın Ağabəyov — Aydın Abıyev — ədəbiyyatşünas Aydın Əzim Kərimoğlu — bəstəkar Aydın İbrahimov — güləşçi.
Aynur
Aynur — Azərbaycanlı qız adı. Aynur Məmmədova — Taekvondo üzrə 3 qat dünya və 2 qat Avropa çempionu Aynur Sofiyeva — Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. Aynur Camalqızı — sabiq deputat, jurnalist, yazıçı, "Gündəlik Teleqraf" MMC-nin direktoru.
Ayrım
Ayrım — qədim türk xalqı. Ayrım (Loru) — Qazax-Şəmsəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Aşağı Ayrım — Kəlbəcər rayonunun Aşağı Ayrım kənd inzibati ərazi dairəsində kənd. Ayrım (çay) — Kəlbəcər rayonu ərazisində çay. Yuxarı Ayrım — Kəlbəcər rayonunda kənd. Polad Ayrım — Qaraqoyunlu mahalında kənd.
Aytıs
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır. Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.
Ayzıt
Ayğır
Ayğır — yetkin erkək at. Cinsi yetişkənliyinə bir il-ilyarımlıqda çatır, lakin döllük məqsədilə 3 yaşından istifadə olunur. Bir mövsüm ərzində hər ayğıra əl üsulu ilə cütləşdirmədə 35–40, ilxıda cütləşdirmədə 20–25, süni mayalandırmada 500-dək madyan ayrıla bilər. Cavan ayğıra cütləşmək üçün birinci il normanın yarısı qədər, ikinci ildən isə tam norma ilə madyan ayrılır. Yaxşı yemlənən və düzgün istifadə olunan ayğırı 16–18 il cütləşdirmək olar. Döl götürmək üçün, adətən, cins ayğırlardan istifadə edilir. Damazlığa yaramayan ayğır 2–3 illikdə axtalanıb işlək at kimi istifadə olunur.
Aznıç
Yanıq
Yanıq — termiki, kimyəvi, elektrik, günəş, şüa agentlərinin təsirindən orqanizmin dəri və toxumaların zədələnməsi. Zədələnmənin kütləvi xarakter aldığı fövqəladə vəziyyətlərdə (təbii fəlakətlər zamanı, istehsalat qəzalarında, hərbi münaqişələr zamanı və s.) yanıqlar xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə yanıqlar bütün travmatik zədələnmələr arasında 3-cü yeri tutur. Hər il min nəfərdən biri yanıq zədəsinə məruz qalır. Son illərdə lokal müharibələrdə zədələnmələrin 10%-ini yanıqlar təşkil edir. Statistik məlumatlara görə, dünyada hər dəqiqədə kimsə yanıqla zədələnir. Alovla bağlı yanıqlar hər il bütün dünyada dörd yüz minə yaxın ölüm hadisəsinə səbəb olmuşdur. Bunların çox hissəsi (96%-i) inkişaf etməkdə olan ölkələrdə baş vermişdir. Azərbaycanda il ərzində ağır yanıqları olan xəstələrin sayı 1000 və daha artıq olur. Yanğınlara, əsasən uşaqlar və qocalar məruz qalır.
Yanıx
Yanıx, Nşxark — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 13 km şimal-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «yanmış, susuz, quru yer» mənasında işlənən yanıx sözü əsasında əmələ gəlmişdir. Quruluşca sadə toponimdir. Kənddə 1873 - cü ildə 194 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildən 360 nəfər, 1914 - cü ildə 730 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919 - cu ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 66 nəfər azərbaycanlı, 1926-cı ildə 37 nəfər azərbaycanlı, 163 erməni yaşamışdır. Göründüyü kimi, ermənilər buraya 1922-ci ildən sonra, 1923-1925-cı illərdə köçürülmüşdür.
Aydın Abi Aydın (Aydın Abiyev)
Aydın Müstəcəb oğlu Abiyev (Aydın Abi Aydın) (28 aprel 1939, Hilədərə, Lerik rayonu – 16 fevral 2022) — ədəbiyyatşünas, tənqidçi, lüğətçi, filologiya elmləri doktoru (1997), professor (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2000), Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Aydın Abiyev 28 aprel 1936-cu ildə Lerik rayonunun Hiledərə kəndində anadan olub. O, orta məktəbi Biləsuvarda oxuduqdan sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olur. Abıyev 1957–1962-ci illərdə Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb. Aydın Abıyev əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi kimi başlayıb. Daha sonra o, 1975-ci ildə baş elmi işçi olub. Abıyev 1978–1981-ci illərdə Türkiyənin İsgəndərun şəhərində tərcüməçi kimi çalışıb. O, 1981–1992-ci illərdə yenidən Şərqşünaslıq İnstitutunun türk filologiyası şöbəsində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb. Aydın Abıyev 1968-ci ildə "Görkəmli türk yazıçısı Ömər Seyfəddinin həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Abıyev 1997-ci ildə "XIX əsrin ikinci yarısı — XX əsrin əvvəllərində türk ədəbiyyatında satira və onun Azərbaycan ədəbiyyatı ilə əlaqəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Alnı
Alnı — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2016-cı ilin məlumatına görə şəhərdə 3,739 nəfər yaşayır (1,197 ailə). Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Emre Aydın
Əmrə Aydın (2 fevral 1981, İsparta) - Türkiyə müğənnisi Əmrə Aydın 2 fevral 1981-ci ildə anadan olmuşdur. Gənc ifaçı 15-ci MTV Avropa musiqi mükafatlandırma mərasimində “Avropanın ən yaxşı sənətçisi” adına layiq görülüb.
Kiçik Ayrım
Kiçik ayrım - Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-şərqdə, Borçalı (Debet) çayının sol sahilində yerləşir. Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən kiçik sözündən və ayrım türk tayfa adından əmələ gəlmişdir. Ə.Babazadə «Ayrım dialekti» əsərində göstərir ki, ayrımlar oğuz tayfalarından biri olan eymurların xələfləridir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 154 nəfər, 1939 - cu ildə 207 nəfər, 1959 - cu ildə 233 nəfər, 1970-ci ildə 420 nəfər, 1979 - cu ildə 388 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən qovulmuşlar. İndi buralarda yalqız ermənilər yaşayır.
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti
Sədrəddin Ayni adına Tacikistan Dövlət Pedaqoji Universiteti (tac. Донишгоҳи давлатии омӯзгории Тоҷикистон ба номи С. Айнӣ) — Tacikistan Respublikasının ali təhsil müəssisəsi. Düşənbədə yerləşir. Tacikistan Respublikasının dövlət ali təhsil peşə qurumu statusuna malikdir. Sədrəddin Ayni adına Tacikistan Respublikası Təhsil Nazirliyinin səlahiyyətindədir. Universitet Tacikistan Respublikasının, əsasən təhsil sistemi üçün müəllim və tərbiyəçilər hazırlayan aparıcı universitetlərdən biridir. Universitetdə tələbələrin təhsili 34 ixtisas üzrə aparılır. 2012-ci ildə TDPU-da 8000-dən çox tələbə təhsil almışdır və 585 müəllim çalışmışdır. 1931-ci ildə qurulmuşdur. Universitetin keçmiş adları — Stalinabad Pedaqoji İnstitutu, T.Q.Şevçenko adına Düşənbə Pedaqoji İnstitutudur.
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
Ayna
Ayna (qəzet) — həftəlik ictimai-siyasi Azərbaycan qəzeti. Ayna TV — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli internet televiziya kanalı. Filmlər Ayna (film, 2000) — qısametrajlı bədii televiziya filmi. Ayna (film, 2006) — qısametrajlı cizgi filmi.
Ayrı
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. Fəlsəfə Şəxsiyyət Təfəkkür Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Molla Ayrım
Molla Ayrım — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Bir mülahizəyə görə, kəndi ayrım tayfasından olan molla saldığına görə belə adlanmışdır. Məlumdur ki, ayrımlar Azərbaycanın bölgələrində (Qazax, Tovuz, Gədəbəy və s. rayonlarda) yaşayan, mübariz həyat keçirmiş oğuz tayfalarından biri olmuşdur. Başqa ehtimala görə, Molla Ayrım şəxs adı olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd orta dağlıq qurşaqda yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Molla Ayrım kənd ibtidai məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Nevin Yanıt
Nevin Yanıt (16 fevral 1986, Mersin) — 100 metrlik maneələrlə qaçış üzrə yarışan Türkiyə yüngül atleti. Fenerbahçe Athletics klubunda çıxış edir. 60 və 100 metrlik maneələrlə qaçış üzrə Türkiyə rekordlarının sahibidir. 100 metrlik maneələrlə qaçış yarışlarında ikiqat Avropa çempionudur. 29 Avqust 2013-cü ildə Yanıt müsbət dopinq testi səbəbiylə iki il yarışlardan kənarlaşdırılmışdır. Lakin IAAF uzaqlaşdırma müddətinə etiraz etdi və Arbitraj Komitəsi diskvalifikasiya müddətini daha bir ilə qədər uzatdı. Yanıt 2007-ci ildə Banqkokda keçirilən Yay Universiadasında gümüş medal qazanmışdır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında 100 metrlik maneələrlə qaçış üzrə yarımfinala çıxaraq, Türkiyənin Olimpiya Oyunlarında sprint növlərində bu mərhələyə çatan ilk təmsilçisi oldu. 2009-cu ildə Peskara şəhərində keçirilən Aralıq dənizi Oyunlarında iştirak edərək 100 metrlik maneələrlə qaçış yarışında qızıl medal qazandı. 2010-cu ildə Barselonadakı Avropa çempionatında o, 100 metrlik maneələrlə qaçış yarışında 12,63 saniyə nəticəsini göstərərək (milli rekord) qızıl medal qazandı.
Nizami Aydın
Polad Ayrım
Polad (Polad Ayrım, 1991-ci ildən XAÇARDZAN) - azərbaycanlılar yaşamış kənd. Ermənistan SSR-in İcevan (Karvansara) rayonunda, Polad çayının mənbəyi yaxınlığında, rayon mərkəzindən 18 km cənub-qərbdə azərbaycanlılar yaşamış kənd. Azərbaycanlı əhalisi 1905-ci ildə 567, 1914-cü ildə 381, 1931-ci ildə 452 nəfər olub. 1988-ci ildə faciəli olaylar zamanı azərbaycanlılar kənddən bütünlüklə qovulmuşlar. Polad kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet hökuməti qurulduqdan (1920, 29 noyabr) sonra Qazax qəzası ərazisinin 44,5%-i, o cümlədən 1874-cü il inzibati bölgüsünə görə Azasu, Qaradaş, Qılınc kənd, Uzuntala, Baranin, Qalaçı, Kötikənd, Qoşqotan Külpi, Yeni Dilican, Köhnə Dilican, Karvansara, Qaraqoyunlu, Polad-Ayrım, Xaştar, Başkənd, Küləli, Mixaylovsk, Tatlıkənd, Tovuzqala kəndləri Ermənistanın tərkibində qaldı. Qazax qəzasının Azərbaycanın tərkibində qalan torpaqlarında Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şamxor rayonları, Ermənistana verilmiş torpaqlarda isə Karvansara (İcevan), Çəmbərək (Krasnoselsk), Şəmşəddil, Dilican rayonları yaradıldı. Müsrəddin Tağıyev - Fizika-riyaziyyat elmləri namizədi (1998), müəllim.
Quşçu Ayrım
Quşçu Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. 1999-cu ildə Ermənistan Silahlı Qüvvələri kəndin ətrafında yerləşən dağları işğal edib. Ermənilər bütün örüş yerlərini tutub, ona görə də sakinlər mal-qaranı otarmağa apara bilmirlər. Onlar bulaqdan ancaq gecə su götürə bilirlər. Quşçu Ayrım oyk., miir. Qazax r-nunun Əskipara i.ə.v.-də kənd. Qazançı dağının ətəyindədir. Keçmişdə Qazax qəzasında Ayrım adlı iki kənd vardı. Bir-birindən fərqləndirmək üçün biri Quşçu kəndi yaxınlığında yerləşdiyinə görə Quşçu Ayrım, digəri Bağanıs çayı kənarında olduğuna görə Bağanıs Ayrım adlanırdı. Oykonim "Quşçu kəndi yaxınlığında Ayrım kəndi" mənasındadır.
Xanım Aydın
Xanım Aydın (8 may 1984; Bakı, Azərbaycan SSR) — azərbaycanlı yazıçı, şair, tərcüməçi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2016) Xanım Aydın 1984-cü il mayın 8-də Bakı şəhərində anadan olub. 1990–2001-ci illərdə 171 saylı tam orta məktəbdə, 1991–1996-cı illərdə S.Ələsgərov adına 1 saylı incəsənət məktəbinin fortepiano sinfində təhsil alıb. 2015–2020-ci illərdə V.N.Karazin adına Xarkov Milli Universitetinin "Rus dili filologiyası" fakültəsində ali təhsilini tamamlayıb. 2014–2016-ci illərdə Bakı Slavyan Universitetinin "Yaradıcılıq" fakültəsində təhsil alıb. 2014-cü ildən Xanım Aydın imzasıyla ədəbi mühitdə tanınmağa başlayıb. Həmin ildən "Ulduz", "Azərbaycan", "Literaturnıy Azerbaycan", "Yazı", "Dünya ədəbiyyatı" jurnalları, "Kaspi", "525-ci qəzet", "Ədəbiyyat qəzeti", "Mir literaturı" və s. qəzetlərdə məqalə, hekayə, şeir və tərcümələri müntəzəm şəkildə dərc olunub. 2015-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin gənc yazarlar üçün verdiyi "Prezident Təqaüdü"nə layiq görülüb.
İlkər Ayrık
İlkər Ayrık (19 oktyabr 1979, Balıkəsir ili, Türkiyə) — Türk aktyoru, aparıcı və rejissor. İlkər Ayrık 16 oktyabr 1979-cu ikdə Balıkəsirdə dünyaya gəldi. Müjdat Gəzən Sənət Mərkəzi Universitetinə qəbul oldu və teatr bölməsindən məzun oldu. 2005–2006-cı sezonunda Aykut Taşkın ilə birlikdə Pervasız Teatrını qurdu. 2008-ci ildə Doanın Yallah klipində oynayıb. 2007–2009-cu sezonunda Cimri oyunu ilə Kənd Aktyorlarına qatıldı. Teatr aktyorluğundan başqa 2002-ci ildən bəri bir neçə kinoteatr, teleserial və reklam çalışmaları etdi. Kıvanç Tatlıtuğ ilə bir neçə dəfə Akbank reklamında oynayıb. Çaqqallarla Rəqs filmində "Mühasibatçı Sərvət" olaraq bilinir. Uzun bir vaxt Səksənlər teleserialında Çağatay obrazını canlandırmışdır.
Abnik
Aykido
Aykido aykidoka kimi də tanınan praktikantlara bütün yaradılışla dərin harmoniya hissi keçirməyi öyrədən bir yapon döyüş sənətidir. Buraya potensial hücumçu da daxildir, ona görə də texnikada hücum hərəkətləri tətbiq edilmir. Əvəzində, aykido tələbələrinə rəqiblərini nəzarətə götürərək, prosesdə ən az xəsarət yetirməklə onları özlərinə tabe olmağı öyrədirlər. Bunun üçün aykidoka hücumun gücü və enerjisi ilə hərəkət edərək onu yaxşı hərəkət, duruş və balansla öz mənbəyinə qaytarır. Bu, əks qüvvələri daha az zərərli istiqamətə yönləndirmək üçün nəzərdə tutulmuş dairəvi və sferik hərəkətlərdən istifadə edən bir çox aikido texnikası ilə əldə edilir. Unikal təbiətinə görə bir çox insan "Aykido effektivdirmi?" sualını verir. Cavab sadədir: özünüzü müdafiə edə bildiyiniz halda ən az zərər verməyə başlasanız, Aykido çox təsirlidir. Aykido texnikalarının arxasında duran əsas prinsiplər qaçınma, nəzarət və zərərsizləşdirmədir və tələbələrə hərəkətlərin zərif şəkildə icra olunmasını təmin etmək üçün sakit bir ağıl, rahat bədən və inteqrasiya olunmuş nəfəslə məşq etmək öyrədilir. Təlim zamanı tələbələr, hətta biri hücum rolunda, digəri isə müdafiə hərəkətləri edərkən belə, bir-biri ilə tərəfdaş kimi davranmağa təşviq edilir. Ciu-citsu Aikido – The Way of Harmony.
Ayris
Laura van den Breyl (nid. Laura van den Bruel; 19 yanvar 1995), daha çox Ayris (ing. Iris, nid. Airis) kimi tanınır) — Belçika müğənnisi, Belçikanın 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsilçisi. 1995-ci ildə Belçikanın şimalında yerləşən kiçik Morkxoven kəndində anadan olub. 15 yaşından oxumağa başlayıb və 2010-cu ildə buraxdığı debüt albomu olan "Wonderful" onu öz ölkəsində əsl ulduza çevirib. Seventeen (2012) Wonderful (2010) Would You?
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Amid
Amid (Soyuqbulaq) — İranın Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Amid döyüşü — 359-cu ildə Sasani və Roma arasında baş vermiş döyüş. Amid Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Həsənli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Amid Heydərov — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. Amid İsmayılov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, Vətən müharibəsi şəhidi. Amid Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi. Amid Salayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Andi
ANDİ (AND) — İrəvan xanlığının Vedibasar mahalında (indiki Ararat rayonu) kənd adı. 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi ermənilər tərəfindən qovulduqdan sonra kənd dağılmışdır. Ermənistandakı türk mənşəli qədim adlardandır. 765-ci ilə aid ermənicə mənbədə Taçat Andzevatsi naharar adının çəkilməsi And toponiminin orada VIII əsrdə mövcud olduğunu göstərir. Alagöz (ermənicə Araqadz) dağının dərəsində Andzin kənd adını Favst Buzand (Vəsr) qeyd etmişdir. (Favst Buzand, III kitab, 24-cü fəsil). Bu müəllif Ərməniyədə Andmiş qala adını da çəkir. "And" sözünün iştirak etdiyi ən qədim toponim II Sarqonun (er. əv. 720–705) assurca kitabəsində Cənubi Azərbaycan ərazisində, indiki Qızılüzən çayı hövzələrində Andiya əyalətinin adı ilə qeydə alınmışdır.
Aqni
Aqni (sanskr. अग्नि) — qədim hind veda dinində od tanrısı. Ad sanskrit dilindədir. Kramrisch, Stella; Burnier, Raymond. The Hindu Temple. Motilal Banarsidass. 1976. səh. 92. ISBN 978-81-208-0223-0.
Ağni
Ağni Tiflis quberniyasının Borçalı qəzasına mənsub Lori pristavlığında kənd adı. == Toponimkası == Ağni- Tiflis quberniyasının Borçalı qəzasına mənsub Lori pristavlığında kənd adı. XIX əsrin ortasında kəndin əhalisi Türkiyədən gəlmə ermənilər idi.(yenə orada). Yaqut Həməvi (XIII əsr) Gəncə şəhərinin yaxınlığında bir qalanın Akna adlandığını yazmışdır. Ehtimal ki, kəndin əhalisi müəyyən tarixi hadisə ilə əlaqədar olaraq həmin qaladan çıxmadır.
Eysid caz
Klub cazı olaraq da bilinən Eysid caz, caz, soul, fank və disko elementlərini özündə cəmləşdirən bir musiqi janrıdır. Eysid cazı 1980-ci illərdə Londonda klublarda nadir yiv hərəkəti ilə yarandı və ABŞ, Yaponiya, Şərqi Avropa və Braziliyaya yayıldı. Tanınmışlar arasında Böyük Britaniyadan Brand New Heavies, Incognito, Us3 və Jamiroquai və ABŞ-dən Buckshot LeFonque və Digable Planets yer almışdı. 1990-cı illərin ortalarından sonlarına qədər elektron klub musiqisinin yüksəlməsi maraqların azalmasına səbəb oldu və iyirmi birinci əsrdə hərəkat bir növ olaraq qeyri-müəyyən oldu. Eysid caz iki əlaqəli hərəkətdən ibarət idi. Birincisi, diskli jokeylərin və 1960-70-ci illərin caz traktlarına zərb və elektron rəqs ritmləri əlavə edən musiqi istehsalçılarının qeydlərinə əsaslandı. İkinci hərəkət, bu qeydlərdən təsirlənən və bir yiv vurğulayan qrupları əhatə etdi. Eysid caz caz, funk və hip-hopdan bəhrələndi. Əsasən zərb və canlı ifaya söykəndiyindən, bəzən cazla əlaqələndirilir, lakin yivə vurğu onu daha çox funk, hip hop və rəqs musiqisinə uyğunlaşdırır. Eysid cazın mənşəyi 1960-cı illərdə, psixodel üslubların digər musiqi janrlarına daxil edildiyi dövrdən başlayır.