Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bələdçi
Bələdçi — yol göstərən, nabələd kimi isə yola müşayiət edən şəxs. Bələdçi — kiməsə yol göstərişi üçün müşayiət edən. Məsələn: dağlıq bələdçisi. Bələdçi — (dəmir yolu qulluqçusu). Bələdçi — yolda sərnişin vaqonunu müşayiət edən və sərnişinlərə xidmət edən dəmir yolu qulluqçusudur. Bələdçi — (elektrik Bələdçisi). Elektrik cərəyanını keçirən maddədir və ya belə maddədən istehsal edilmiş elektrik zəncirin elementidir. Bələdçi — zavod Bələdçisi Riqada yerləşmiş və XIX sonunda mövcud olmuş rezin məmulatlarının zavodudur. Bələdçi — Windows bələdçisi. Windows, explorer.exe istifadəçiyə fayllara giriş üçün qrafik interfeysi verən və Microsoft Windows əməliyyat sisteminin idarəsi altında işləyən kompüter proqramıdır, fayl meneceridir və iş stolu mühitidir.
Bəzəklik mağaraları
Bəzəklik Min Budda mağaraları (uyğ. بزقلیق مىڭ ئۆيى, çin. sadə. 柏孜克里克千佛洞 ; pinyin: Bózīkèlǐkè Qiānfódòng) - Çinin Turfan və Piçan vilayətləri arasında yerləşən və V əsrdən XIV əsrə qədər böyük bir tarixi əhatə edən Buddist qrotlardan ibarət mağaralar kompleksi. Mağaralar Təkləməkan səhrasının şimal-şərqində, Yanan dağlarının Mutou vadisində yerləşir və burada qədim Karahoca xarabalıqları da var. Qərbi Mutou vadisinin qayalıqlarında yerləşən və günümüzə qədər gəlib çatan mağaraların əksəriyyəti X-XIII əsrlər arasında Qərbi Uyğur Krallığından qalmadır. Klassik uyğur üslubunda rəsmlərin ən qədim nümunələrinin aşkar edildiyi Bəzıklik mağara kompleksi Qızıl dağ bölgəsində qayalara oyulmuş çoxlu məbədlərdən ibarətdir. Mağaralar düzbucaqlı və ya kvadrat şəklindədirlər. Onlar əksəriyyəti beşik tağlı, bəziləri günbəzlə örtülmüş, çoxsaylı və yan-yana Buddist ibadət tikililəridir. Bu mağaraların plan sxemləri Buddaya və ya başqa bir tanrıya həsr olunmuş daxili məbəddən və onun ətrafındakı monastırdan və ətraf məkanlardan ibarətdir.
Molla Vələdli türbəsi
Molla Vələdli türbəsi — Azərbaycanın Goranboy rayonunun Şəfəq kəndi ərazisində yerləşən tarixi-memarlıq abidəsi.