Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Başkənd
Yaşayış məntəqələri Azərbaycan Başkənd (Kəlbəcər) — Kəlbəcər rayonunda kənd. Başkənd (Xocalı) — Xocalı rayonunda kənd. Başkənd (Ordubad) — Ordubad rayonunda kənd. Başkənd (Gədəbəy) — Gədəbəy rayonunda kənd. (Rəsmən Ermənistana aiddir) Ermənistan Başkənd (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər rayonunda kənd. Başkənd (Dərələyəz) — Dərələyəz mahalında kənd. Başkənd (Şörəyel) — Şörəyel mahalında kənd. Başkənd (Qırxbulaq) — Qırxbulaq mahalında kənd. Başkənd (Qaraqoyunlu) — Qaraqoyunlu mahalında kənd. Başkənd (Zəngəzur) — Zəngəzur mahalında kənd.
Başkənd (Bostanabad)
Başkənd (fars. باشكند‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 273 nəfər yaşayır (53 ailə).
Başkənd (Dərələyəz)
Başkənd — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə, Arpaçayın sağ axarında, Başkəndçayın sahilində yerələşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Azərbaycan dilində "böyük, əsas" mənasında işlənən baş sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Vernaşen (Başkənd) qoyulmuşdur. 1728-ci ildən mə'lumdur. XIX əsrin 70-ci illərində Azərbaycan türkləri sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Vernaşen adlandırılmışdır.
Başkənd (Göyçə)
Başkənd — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-qərbdə, Kəvər çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin ilk adı Göyçə Başkəndi olmuşdur. Yəni Göyçə mahalında yerləşən Başkənd. Sonradan Göyçə sözü atılmış, kənd Başkənd adlandırılmışdır. Toponim Azərbaycan dilində «böyük», «əsas», «yuxarı» mənasında işlənən baş sözü ilə kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qeğarkuni qoyulmuşdur.
Başkənd (Gədəbəy)
Başkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Birinci Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd Ermənistanın Azərbaycan ərazisində anklavı idi. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçmişdir. Başkənd hal-hazırda Azərbaycan nəzarəti altındadır. Rəsmi dili Azərbaycan dilidir. Ermənilərə aid heçnə yoxdur. Kənddə Gədəbəylilərin gediş-gəlişi mövcuddur. == Tarixi == Tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər. XX əsrin 90-cı illərin əvvəlinədək Ermənistanın Azərbaycan ərazisisində anklav formada yerləşən iri yaşayış məntəqəsi idi. 7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid kənddir.
Başkənd (Kəlbəcər)
Başkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Hacıkənd kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25.11.2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Başkənd Kəlbəcər rayonunun Sınıqkilsə inzibati ərazi vahidində kənd. Murovdağ silsiləsinin ətəyindədir. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrin əvvəllərində Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Hacı Ələmşah adlı bir şəxs burada binə salıb. Sonralar onun törəmələri binə yerində daimi məskunlaşıblar. Kənd qonşu kəndlərə nisbətən yuxarıda yerləşdiyi üçün belə adlandırılmışdır.
Başkənd (Makı)
Başkənd (fars. باشكند‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 403 nəfər yaşayır (90 ailə). Əhalisi Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Başkənd (Ordubad)
Başkənd (əvvəlki adı: Disər) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd inzibati ərazi dairəsi tərkibindəki Disər kəndi Başkənd adlandırılmışdır. == Toponimikası və tarixi == Vənənd çayı sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. Kəndin adı onun ş.-ində bir-birinə yaxın 300 m. hündürlükdə olan və Disər adlanan iki kiçik dağın adından yaranmışdır. Oronim isə İran dillərindəki dildə (iki) və sər (baş, zirvə) sözlərindən düzəlib, "iki baş, iki zirvə" deməkdir. 2003-cü ildən Başkənd adlandırılmışdır. == Əhalisi == Əhalisi 427 nəfərdir.
Başkənd (Qaraqoyunlu)
Başkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Birinci Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd Ermənistanın Azərbaycan ərazisində anklavı idi. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarəti altına keçmişdir. Başkənd hal-hazırda Azərbaycan nəzarəti altındadır. Rəsmi dili Azərbaycan dilidir. Ermənilərə aid heçnə yoxdur. Kənddə Gədəbəylilərin gediş-gəlişi mövcuddur. == Tarixi == Tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər. XX əsrin 90-cı illərin əvvəlinədək Ermənistanın Azərbaycan ərazisisində anklav formada yerləşən iri yaşayış məntəqəsi idi. 7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid kənddir.
Başkənd (Sərab)
Başkənd (fars. باشكند‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 136 nəfər yaşayır (26 ailə).
Başkənd (Xocalı)
Başkənd — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd. Xocalı rayonunun Kosalar inzibati ərazi vahidində kənd. Ballıca çayının sahilində, Mıxtökən dağının ətəyindədir. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Başkənd Rusiya Sülhməramlı qüvvələrinin nəzarətində olub, 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qvvələrinin nəzarətinə qaytarılmışdır.
Başkənd (Şörəyel)
Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Başkənd kimi, Qafqazın 5 verstlik xəritəsində Baş kyoq formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində "əsas, böyük, dağın zirvəsi" mənalarında işlənən baş sözü ilə müasir türk dilində "kənd" mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Erm. SSR AS RH-nin 31. V.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Saralanc qoyulmuşdur.
Başkənd aşırımı
Başkənd aşırımı - inzibati cəhətdən Gədəbəy rayonu ərazisində, Şahdağ silsiləsinin Kəşəldağ qolunda yerləşən aşırım. Qarabağ müharibəsi zamanı olduqca böyük əhəmiyyət kəsb edən nöqtə olmuşdur. Aşırım 2170 metr yüksəklikdə yerləşir. Gədəbəy rayonu ilə Ermənistan sərhədində, Başkənd kəndi yaxınlığındadır. Oronim Başkənd (oyk.) və aşırımı (kecidi) komponentlərindən düzəlib.
Başkənd əməliyyatı
Başkənd əməliyyatı — 1992-cü ilin avqustunda, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Başkənd, o cümlədən Gədəbəy rayonunun Mutudərə və Qasımağalı kəndlərinin nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı. Əsası XIX əsrdə qoyulan Başkənd sovet dövründə sərhəddən 18 kilometr (11 mil) uzaqlıqda, Azərbaycan ərazisi tərəfindən əhatələnmiş bir Ermənistan eksklavına çevrilmişdi. 6 avqust 1992-ci ildə erməni qüvvələri Başkənd ilə əlaqə qurmaq üçün Mutudərə və Qasımağalı kəndlərini işğal etmişdir. Növbəti gün Azərbaycan tərəfi əraziyə canlı qüvvə, artilleriya və tank bölmələri cəlb edir. 8 avqustda keçirilən əməliyyat Mutudərə və Qasımağalı işğaldan azad edilmiş, növbəti hədəf Başkənd olmuşdur. Ermənilərin ciddi müqavimətinə baxmayaraq, onlar həmin gün təslim olaraq kəndi təhvil vermişdir. == Zəmin == Başkəndin əsası 1845-ci ildə qoyulmuşdur. İlk adı Başkənd olan kəndin adı 1890-cı ildə dəyişdirilərək Arsvaşen adlandırılmışdır. Sovet dövründə Başkənd Ermənistanın Azərbaycan–Ermənistan sərhədindən 18 kilometr (11 mil) aralıda yerləşən eksklavına çevrilmişdi. Təqribən 50 kv.
Yeni Başkənd
Yeni Başkənd — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonunda kənd.
Başkənd Universiteti
Başkənd Universiteti — Türkiyənin Ankara şəhərində yerləşən özəl universitet. Universitet 13 yanvar 1994-cü ildə Türkiyə Orqan Transplantasiyası və Yanıq müalicəsi Vəqfi və Haberal Təhsil Vəqfi tərəfindən Ankarada qurulmuşdur.
Başkort
Başkort (Başq:Башҡорт) — Başqırd Mərkəzi Şurası tərəfindən 1917–1918-ci illərdə qədim başqırdca çap olunan həftəlik sosial-siyasi qəzet. Yazılarında başqırdları milli birliyə səsləyən bolşeviklərə qarşı çıxış edən qəzet 1918-ci ilin avqust ayında fəaliyyətini dayandırır. Buna səbəb isə Başqırd hökumətinin Sovet hökuməti ilə müqavilə bağlaması idi. == Haqqında == Qəzetin ilk nömrəsi "Başq:Башҡорт иттифаҡи бюроһының мөхбире" (Başqırd Vilayət Şurasının Xəbərləri) adı ilə 1917-ci ilin iyun ayında Orenburqda çap olunub. Bu sayda Zəki Vəlidi Toğanın "Başq:Башҡорттарҙың алдында торған эштәре" (Başqırdların qarşısında duran məsələlər) məqaləsi çap edilib. Sonradan bu məqalə Başqırd Milli Hərəkatının proqramına çevrildi. İyul ayında qəzetin adı "Başkort" olaraq dəyişdirildi. Çap olunan bu qəzet azadlıq uğrunda, öz torpaqları uğrunda və Başqırd Milli Muxtariyyəti uğrunda güclü carçıya çevrilir. "Başkort" qəzeti Ümumbaşqırd qurultayları, konfranslar, müəssisələr məclisinə seçkilər haqqında məlumatlar verib müharibəyə qarşı məqalələr dərs edirdi. Bu qəzet başqırdların birləşməsində və milli fikirlərin təbliğatında böyük rol oynayır.
Başneft
Başneft — Rosneftin tərkibinə daxil olan neft şirkəti. Şirkətin baş ofisi Başqırdıstanın paytaxtı Ufa şəhərindədir. == Başqırdıstan nefti == Başqırdıstanda 140-dan çox neft yatağı var. Bu yataqlardan ən böyükləri Tuymazı və Agizel çaylarının aşağı axarlarında yerləşir. Həmçinin burada təbii qaz həm sərbəst halda həmçinin neftlə bərabər çıxır. == Tarixi == "Başneft"-in yaradılması Başqırdıstanda neft sənayesinin inkişafına səbəb oldu. İlk dəfə 16 may 1932-ci ildə mühəndis-geoloq A.A.Bloxinin başçılığı ilə İşimbay şəhərində İşimbay neft yatağının açılışı oldu. "Başneft" 1946-ci ildə "Başneftkimya kombinatının" bazası üzərində yaradıldı. Bu zaman bir çox müəssisələr bu müəssisəyə birləşdirildi. Belə ki, 1954-cü ildə bu müəssisə SSRİ-də neft istehsalı üzrə ən böyük birləşmiş müəssisə oldu.
Jarkent
Jarkent (qaz. Жаркент) — Qazaxıstanda şəhər, Almatı vilayətinin Panfilov rayonunun inzibati mərkəzi. Sarıozek dəmir yolu stansiyasından 200 km şərqdə (Semey - Almatı xəttində) Sarıozek - Xorqos magistral yolunda, Çin sərhədindən 29 km məsafədədir. Kadastr kodu 266-dır. == Tarixi == Jarkent, Böyük İpək Yolunun Qazaxıstan ərazisinə girdiyi X əsrin sonunda bilinirdi. Məşhur antik tədqiqatçı İ.A.Kastaniyer müxtəlif formalı çoxsaylı kurqanları qeyd edir, eyni zamanda Semirechye'nin qədim və erkən orta əsrlər tarixi ilə əlaqəli xristian-nestorian və müsəlman abidələrindən bəhs edir. Jarkent şəhərinin qədimliyinin sübutu hələ izləri qorunub saxlanılan şəhər qala divarıdır. Belə bir gil müdafiə divarı Orta Asiyanın orta əsrlər və qədim tarixi üçün xarakterikdir. Çokan Vəlixanov, Bilal Nazim, Tuğluk Timur, İ.A. Səyyah və alim Çokan Çingisoviç Vəlixanov 1856-cı ildə gündəlikində Jarkent şəhəri və Karaturuk kəndi haqqında qeydlər etmiş, bir xəritə çəkmişdir. "Zhetisu" ensiklopediyasında Karaturuk məskunlaşmasının görünüşü dövrümüzün 6-7-ci əsrlərinə aid edilir.
Batken
Batken (qırğız dilində: Batken) - Qırğızıstanda şəhər, Batken vilayətinin və Batken rayonunun inzibati mərkəzi. == Coğrafiyası == Batken şəhəri Qırğızıstanın cənub-qərbində, Oş şəhərindən qərbdə, 240 km. aralı məsafədə yerləşir. Şəhərin ümumi sahəsi 5180 hektardır. Şəhərətrafı ərazilər nəzərə alınmadan şəhərin xüsusi ərazisi 1143 hektardır. Şəhərətrafı ərazilərdə kənd təsərrüfatına yararlı ərazilər 4037 hektardır, bu ərazidən 1106 hektarı kəndli təsərrüfatlarının, o cümlədən, 918 hektarı becərilən torpaqların, 2400 hektarı otlaqların payına düşür. Şəhər idarəetmə orqanlarının sərəncamında olan ərazinin sahəsi 205 km².-dir, bu ərazidən 51,8 km².-i şəhərin, qalan 153 km²-i isə şəhərətrafı 3 kəndin ərazisini (onlardan ən böyüyü 3207 nəfər əhalisi olan Kızıl-Jol kəndidir) təşkil edir. == Əhalisi == Batken şəhərinin əhalisi 23 134 nəfərdir (2009) . 2009-cu ildə aparılmış əhalinin siyahıya alınmasına görə Batken şəhərində 14 millətin nümayəndələri yaşasa da, burada əhalinin mütləq əksəriyyətini - 99,5 faizini qırğızlar təşkil edirlər. == İnzibati-ərazi quruluşu == Şəhər inzibati-ərazi quruluşuna görə 6 kvartala - Aeroport, Bazar-Başi, Bulak-Başi, Keleçek, Kızıl-Don, və Kızıl-Jol kvartallarına bölünür.
Başkənd məbədi (Dərələyəz)
Başkənd məbədi (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Başkənd (10.09.1946-cı ildən — Vernaşen) kəndindən 7 km şimalda yerləşən alban-türk xristian abidəsidir. == Haqqında == Bu günbəzli məbəd ağ şümşad daşlarla hörülmüşdü. Buna görə də XIX əsrdən bura köçən ermənilər onu Spitakavor (spitak — ermənicə "ağ" deməkdir) adlandırmışlar. XIX yüzilin sonlarında abidəyə gələn ingilis səyyahı A. Berje yazır ki, "çoxlu bəzəklərə malik" bu məbəd yerli müsəlmanlar tərəfindən Gülvəng adlandırılır. Məbədin divarlarında Azərbaycan tarixinin XIII–XIV əsrlərinə aid yazılar və təsvirlər vardır. Qədimdən Türk-Oğuz boylarının yurdu hesab olunan Başkənd kəndinə1828–1829-cu illərdə İrandan ermənilər (16 ailədə 91 nəfər) köçürülüb gətirilmişlər.
Baken
Baken (nid. baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir. == Həmçinin bax == == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Başkənd mineral bulağı
Başkənd mineral bulağı — Culfa rayonu ərazisindəki Baş Anzır kəndindən 1,5 km. şimalda, okean səviyyəsindən 2340 m. yüksəklikdədir. Eyni kimyəvi tərkibli bulaq suyundan okean səviyyəsindən 2100 m. hündürlükdə "Gilanarlıq dərəsi" deyilən yerdə də vardır. Hər iki bulağın suyu Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" tipli suyunun analoqu kimi daxili xəstəliklərin müalicəsində istifadə edilə bilər. Mineral sular elmi şəkildə öyrənilməmişdir.
Bilkent Universiteti
Bilkent Universiteti – Türkiyə Respublikasının Ankara şəhərində yerləşən özəl ali təhsil müəssisəsi. İhsan Doğramacı tərəfində 20 oktyabr 1984-cü ildə qurulmuşdur.
Beykent Universiteti
Beykent Universiteti (BU) — İstanbulda universitet. 1997-ci il 4282 saylı Qanuna əsasən Adem Çelik-Beykent Təhsil Vəqfi tərəfindən qurulan iniversitet, Türkiyədə İctimai Hüquq statusu alan ilk vəqf universitetlərindən biridir. Universitetdə tədris ingilis, rus və türk dillərindədir. Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlu 1999–2004-cü illərdə Beykent Universitetində professor, Beynəlxalq Əlaqələr Departamentinin müdiri, Universitet Senatının üzvü və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Türkiyənin keçmiş Milli Təhsil Naziri Ömər Dinçer 1999–2003-cü illərdə Beykent Universitetində professor, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, Sosial Elmlər İnstitutunun direktoru və prorektor vəzifələrində çalışıb. İstanbul Beykent Universitetinin Kişi Voleybol Komandası Türkiyə Universitet İdmanları Federasiyası tərəfindən 18–29 mart 2013-cü il tarixlərində təşkil edilən Birinci Liqa Voleybol Turnirində çempion olmuşdur. == Əlaqələri == Universitet Qafqaz Universitetlər Birliyinin üzvüdür. Beykent Universitetinin Sokrat və Erasmus proqramları çərçivəsində Avropa universitetləri ilə müqavilələri var ki, bu proqramlar universitet tələbələrinin Avropa universitetində təhsillərini davam etdirməsinə, əcnəbi tələbələrin isə Türkiyədə təhsil almasına şərait yaradır. == Tarixi == Beykent Universiteti, 09.07.1997-ci il 4282 tarixli Qanuna əsasən Adem Çelik — Beykent Təhsil Vəqfi tərəfindən təsis edilmiş, Publik hüquqi şəxs statusuna malik vəqf universitetidir. Adam Çelik vəqfi "İcmaiyyətə xidmət" təhsil təşəbbüsünü irəli sürmüş və uşaq bağçasından ibtidai və orta məktəbə, sonra isə Beykent Universitetə qədər qüsursuz təhsil zənciri yaratdı.
Batken rayonu
Batken rayonu (qırğ. Баткен району) — Qırğızıstan Respublikasının Batken vilayətinin üç rayonundan biridir. Rayonun inzibati mərkəzi Batken şəhəridir. == Coğrafiya == Batken rayonu Qırğızıstan Respublikasının Batken vilayətinin mərkəzi hissəsində yerləşir. Bölgənin şimal hissəsi Fərqanə vadisinin cənub hissəsində, qalan hissəsi Alay silsiləsinin dağətəyi və dağlıq hissələrindədir. Rayonun ən yüksək nöqtəsi 5621 metrdir. Qərbdə Leylek, şərqinddə Qırğızıstanın Batkən vilayətinin Kadamjay rayonu, şimalda Özbəkistan, cənubda isə Tacikistanla həmsərhəddir. Rayon daxilində Özbəkistanın Fərqanə vilayətinin Sox rayonuna aid 2 və Tacikistana məxsus Vorux eksklavı var. Batken rayonunun əsas çayları Sok (qolları Kojo-Aşkan, Arça-Başı və Akterek) və İsfara (orta axınında — Karavşin və Kşemış). Rayon ərazisində buzlaq dağ formasiyaları mövcuddur.
Abdurrahman Başkan
Abdurrahman Başkan (1964, Zilə[d], Toqat ili) — aqrar mühəndis, iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Abdurrahman Başkan 1964-cü ildə Tokat ilinin Zile ilçəsində anadan olub. Atatürk Universiteti Aqrar Bölməsindən məzun olub. Kənd təsərrüfatı sahəsində mühəndis olaraq çalışıb, bu sahə üzrə fəaliyyət göstərən firmalarda rəhbər vəzifələrdə təmsil olunub. 1995-ci ildə öz firmasını qurub. Uzun illərdir MHP üzvüdür. 2003-2006-cı illərdə MHP İstanbul il şöbəsinin sədr müavini, 2011-2014-cü illərdə MHP İstanbul il şöbəsinin sədri olub. 2009, 2015, 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib. 2014-cü ildə MHP sədrinin baş müşaviri vəzifəsinə təyin edilib. İyun 2015-ci ildə Tokat ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən MHP namizədi olaraq Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib.
Basmenc
Basmınc (yerli xalqın ləhcəsində Vasmış) (fars. باسمنج‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanında şəhər. Basmınc Təbriz şəhərindən 10 kilometr cənub-şərqdə yerləşir. Əhalisi 10,736 (2006–cı il əhalinin siyahıya alınmasına görə) nəfərdir. Əhali sayına görə Şərqi Azərbaycan ostanının 22-ci şəhəri sayılır. Basmınc suğatları (sovqatları) qali, Liqvan pendiri və Basmınc xiyarıdır (yerpənək-gülbəsər).
Daşkənd
Daşkənd (özb. Toshkent, ing. Tashkent) — Özbəkistanın paytaxtı. Sahəsi 334,8 km², əhalisi 2,5 milyon nəfərdir (2020). Mərkəzi Asiyada metropoliteni olan yeganə şəhərdir. Şəhərin su ehtiyaclarını təmin etmək üçün onun yaxınlığında süni Çarvak gölü yaradılmışdır. 2009-cu ilə olan məlumata görə şəhərin əhalisi 2 milyon 221 min nəfərdir. Şəhər 11 inzibati rayona bölünür. == Adı == Şəhərin əsasının e.ə. V-III əsrlərdə qoyulduğu güman edilir.
Bastet
Bast, həmçinin Bastet, Baset, Ubasti və ya Paşt (q.misir 𓎰𓏏𓏏, qibt. Ⲟⲩⲃⲁⲥⲧⲉ) — Misir mifologiyasındakı tanrıçalardan biri. Per-Bast öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir. Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü. Ranın qızı sayılan Bast da "Ranın gözü" olan tanrılardan biri idi.