Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Batyarlıq
Batyarlıq və ya batyar (ukr. батяр, pol. baciar) — XIX əsrin ortalarından XX əsrin ortalarına qədər mövcud olan Lvov subkulturası. Subkulturanın adı macarca "quldur", "macəraçı" mənasını verən və İran dillərindən gələn "betyár" sözü ilə verilmişdir. XIX əsrdə Lvov Avstriya-Macarıstan imperiyasının bir hissəsi olduğu üçün onun polislərinin bir qismi macar idi və onlar bu termini yerli dialektə öz ana dillərindən gətirmişdilər. Yan Lyamın məlumatına görə, termin "gündən-günə yaşayan, baxımsız, kirli, sərxoş, haqqında yalnız nifrətlə danışılan bir şəxsi" təsvir edirdi. Lvovda batyar müxtəlif təşəbbüslərə və riskli zarafatlara qadir olan cəsarətli adama deyilirdi. Batyarların əksəriyyəti şəhərətrafı qəsəbələrin meyxanalarda və bağlarda toplaşan (xüsusilə Lıçakov və Podzamçe) sakinləri idi. Batyarlar polyak, ukrayn, alman və ivrit sözlərinin qarışığı olan xüsusi jarqondan istifadə edirdilər, bəziləri hələ də Lvovda istifadə olunur. 1933-cü ildə Lvovda aparıcılar Tonko və Şçepço ilə birlikdə "Şən Lvov Dalğası" radio proqramı çıxdı, bunun sayəsində Polşanın digər vilayətlərində batyar subkulturasını daha da tanınmışdır.
Ayrılıq
Ayrılıq — azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi mahnı. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilib. Mahnının bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. Siyasi repressiyaların tüğyan etdiyi 30-cu illərdə Əli Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir. Əli Səlimi müsahibəsində "Ayrılıq" mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım.
Bağırlı
Bağırlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Bağırlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Bağırlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağırlıq qüvvəsi
Cazibə qüvvəsi, qravitasiya qüvvəsi, çəkim qüvvəsi və ya sadəcə cazibə, çəkim (lat. gravitas—"ağırlıq") — kütləyə malik maddi obyektlərin bir-birini cəzb etməsini bildirən təbii fenomen və fizikada təbiətin dörd fundamental qüvvələrindən biridir (başqalar güclü, elektromaqnit, zəif qüvvələr olmaqla). Cazibənin qarşılıqlı təsiri cazibə sahəsi vasitasilə yayılır və zəif olduğundan elementar zərrəcik fizikasında nəzərə alınmır. Yerin cazibə qüvvəsi nəticəsində cisimlər Yer tərəfindən cəzb edilir. Bu qüvvə həm də Yerin və başqa planetlərin trayektoriyasını təyin edir və bununla astronomiyada böyük rol oynayır. Müasir fizika cazibəyə Ümumi Nisbilik Nəzəriyyəsi çərçivəsində yanaşır, yəni fəza-zamanın əyriliyi kimi. Nyutonun nəzəriyyəsi cazibəni qüvvə kimi hesab edir və Nyutonun Ümumdünya Cazibə Qanunu asan olduğundan bir çox hesablamalarda təqribi qiymətləri tapmaq üçün istifadə olunur. == Yaranmasına dair == Qədim hind müəllifləri sərbəst düşməni artıq cismin kütləsi ilə mütənasib olan və yerin mərkəzinə yönəlmiş qüvvə ilə izah etmişlər. Aristotel yeri bütün cismləri özünə cəlb edən cism kimi təsvir etmişdir. Fars astronomu Məhəmməd ibn Musa IX əsrdə fəza cismlərinin hərkətini casibə qüvvəsi ilə izah etmişdir.
Bayıcıq (Çaroymaq)
Bayıcıq (fars. بايجوق‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 64 nəfər yaşayır (14 ailə).
Bağırlı (Germi)
Bağırlı (fars. باقرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 78 nəfər yaşayır (12 ailə).
Bağırlı (Kəlbəcər)
Bağırlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycana qaytarılıb. == Tarixi == Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənd. Toponim XIX əsrdə Şamaxı qəzasında yaşamış 47 ailədən ibarət bağırlı maldar elatının adı ilə bağlıdır. Ernotoponimdir. Krım vilayətində Baqerovo adlı Şəhər tipli qəsəbə., 1933 ildə Sabirabad rayonunun Haşımxanlı inzibati ərazi vahidində Bağırtuğay kəndi qeydə alınmışdır. AŞqabad vilayətində Baqır adlı dağ vardır. Türk dillərində bağır/baqır sözü "dağ yamacı", "dağ döŞü", "obyektin qabaq hissəsi" mənalarında da işlənir. == Yaylaqlar == Bəbirxan yurdu, Məmmədölən yurd, Qaraxır yurdu.
Bağırlı (Şamaxı)
Bağırlı — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bağırlı Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləngəbiz silsiləsinin cənub ətəyində, Bulanıqsu çayının sahilindədir. Tam adı Lələ Bağırlıdır. Kəndin adı keçmışdə qışı Ərəş qəzasında, yayı isə Kəlbəcər yaylaqlarında maldarlıqla məşğul olmuş bir elatın adındandır. 1919-cu il tarixində ermənilər tərəfindən Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfəri uşaqlar olmuşdur, kəndə dəyən ümumi zərər 12,5 milyon manat olmuşdur. == Əhalisi == Kənd əhalisi 2077 nəfərdir ki, onunda 1042 nəfəri kişi, 1035 nəfəri isə qadınlar təşkil edir.
Dağ Bağırlı
Dağ Bağırlı, Bağırlıdağ — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Bağırlıdağ Şamaxı rayonunun Bağırlı inzibati ərazi vahidində kənd. Mənbələrin məlumatına görə, yaşayış məntəqəsi XIX əsrdə Şamaxı qəzasının dağlıq ərazisində yaşamış bağırlı elatının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. "Bağırlı kəndinin dağlıq hissəsi və ya dağlıq ərazidə yerləşən Bağırlı kəndi" deməkdir. Kənd əhalisi 1310 nəfərdir ki, onunda 678 nəfəri kişi, 632 nəfəri isə qadınlar təşkil edir. Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Hikmət Bağırlı
Mirsədi Bağırlı
Qəzənfər Bağırlı
Qəzənfər Kərim oğlu Bağırlı — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Bağırlıya "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Süni ağırlıq
Süni ağırlıq (kosmosda) — kosmik gəmi heyəti üçün Yerdəkinə yaxın həyat şəraitinin yaradılmasını təmin edən süni ağırlıq. Uzunmüddətli kosmik uçuşlar üçün böyük əhəmiyyətə malikdir. Qısamüddətli süni ağırlıq gəminin kütlə mərkəzinə təcil verən reaktiv mühərriklər vasitəsilə yaradılır; uzunmüddətli süni ağırlıq üçün kosmik gəmi (və ya onun tərkib hissələri) öz oxlarından birinin ətrafında fırladılır. Bir-birinə trosla birləşdirilmiş iki kosmik gəmidə süni ağırlıq yaratmaq üçün onlar ümumi kütlə mərkəzi ətrafında fırlandırılmalıdır. Bu halda birləşdiriçi tros uzunluğunun dəyişdirilməsi yolu ilə süni ağırlığı tənzim etmək olur.
Çayırlı (Zəncan)
Çayırlı (fars. چايرلو‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 742 nəfər yaşayır (152 ailə). Zəncan şəhristanının İcərud kəndistanında, Zəncan şəhərindən 50 km cənub-qərbdədir.
Ayrılıq imiş
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.
Ayırıq (Ərdəbil)
Ayırıq (fars. ايوريق‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,463 nəfər yaşayır (309 ailə).
Ümumdünya Baytarlıq Assosiasiyası
Ümumdünya Baytarlıq Assosiasiyası (ing. WVA) — Kənd təsərrüfatı üzrə bеynəlхalq təşkilat Assosiasiya 1905-ci ilin 9 sеntyabrında Budapeşt şəhərində yaradılan bеynəlхalq baytarlıq Konqrеsinin varisi qismində 27 mart 1959-cu ildə Madrid şəhərində təsis еdilmişdir. Birinci Bеynəlхalq Baytarlıq Konqrеsi Almaniyanın Hamburq şəhərində 14-18 iyul 1963-cü ildə kеçirilmişdir. dünya baytarlarının birləşdirilməsi, baytarlıq еlmi və təcrübəsinin, baytarlıq təhsili və еtikasının yüksək standartlara çatdırılması; bütün növ hеyvanların sağlamlıq səviyyəsinin yüksəldilməsi, hüququnun müdafiəsi, Assosiasiyaya üzv ölkələr arasında informasiya mübadiləsinin mükafatlandırılması, digər maraqlı təşkilatlarla münasibətlərin müəyyənləşdirilməsi.
Ayrılıq (film, 1995)
Ayrılıq qısametrajlı bədii filmi rejissor Elçin Cahangirli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Əlfi Qasımovun "Qağayı fəryadı" povestinin motivləri əsasında çəkilib. Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Əsas rolları Nailə Əliyeva və Elçin Cahangirli ifa edirlər. Film vaxtilə bir-birini sevən iki gəncin taleyindən bəhs edir. Onlar illər sonra bir toy mərasimində qarşılaşırlar. Vaxtilə bir-birilərini sevən bu gənclər baş verən bəzi hadisələr səbəbindən ayrılırlar. İllər sonra bu təsadüfi görüş hər ikisinin sevgi xatirələrini canlandırır. Ancaq necə deyərlər: Ötən günə gün çatmaz, calasan da günü günə...
Baytarlıq Elmi-Tədqiqat İnstitutu
Baytarlıq Elmi-Tədqiqat İnstitutu — baytarlıq institutu. == Haqqında == BETİ-nin təməli Çar hökumətinin qərarı ilə 1901-ci ilin dekabr ayının 12-də Zaqafqaziyada baytarlığa dair ilk elmi müəssisə sayılan taun əleyhinə Zurnabad (Gəncə quberniyası) stansiyası təşkil edilmişdir. 1935-ci ildə hökumətin qərarı ilə respublika torpaq nazirliyinin 1935-ci il yanvarın 20-si 32/34 №-li əmri ilə Az. BETİ Azərbaycan Elmi-Tədqiqat Baytarlıq Təcrübə Stansiyasına çevrildi və Zurnabaddan Bakıya köçürüldü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli qərarının 3-cü hissəsinə əsasən Azərbaycan Dövlət baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitut və Azərbaycan Elmi – Tədqiqat Baytarlıq İnstitutunun bazasında Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq Elmi–Tədqiqat İnstitutu yaradılmışdır. İnstitutun tərkibində Gənc alimlər şurası təşkil olunub və instititun gənc alimləri burada da öz elmi fəaliyyətlərini göstərirlər. İnstitut baytarlıq bioloji preparatlarının hazırlanması və onların keyfiyyətinə nəzarət işində istifadə olunan mikroorqanizimlərin ştammlarının depolaşdırılması üzrə Azərbaycan Respulikasının baza müəssisəsidir. Hal-hazırda institutda 20 müxtəlif istehsalat və nəzarət, 5 salmonelyoz və 20 quduzluq, 1 quş qripi və 1 nodulyar dermatit virusunun epizootik ştammları saxlanılır. == İnstitutun əsas nailiyyətləri == Zurnabad stansiyasında iribuynuzlu heyvanların taun xəstəliyinə qarşı serum hazırlanaraq 1902–1929-cu illərdə Türkiyədə, İranda, Orta Asiyada və başqa Yaxın Şərq ölkələrində, habelə Azərbaycanda geniş tətbiq edilmişdir. İribuynuzlu heyvanların və camışların pasterelyoz xəstəliyinə qarşı QOA formol vaksin ilk dəfə akademik M. Qəniyevin rəhbərliyi ilə 1949-cu ildə hazırlanmış və istifadəyə verilmişdir.
Budapeşt Tibbi Baytarlıq Universiteti
Budapeşt Tibbi Baytarlıq Universiteti (ing. University of Veterinary Medicine of Budapest, mac. Állatorvostudományi Egyetem) — Macarıstanın paytaxtı Budapeştdə yerləşən dövlət universitetidir.
Ankara Universitetinin Baytarlıq fakültəsi
Ankara Universitetinin Baytarlıq təbabəti takültəsi — Ankarada yerləşən baytarlıq təbabəti məktəbidir. 1970-ci ilə qədər Türkiyədə təhsil və tədqiqat aparılan yeganə baytarlıq fakültəsi olmuşdur. Türkiyədə baytarlıq təbabəti təhsili ilk dəfə 1842-ci ildə İstanbuldakı Hərbi Baytarlıq Məktəbində başlamışdır. Daha sonra 1889-cu ildə Mülki Baytarlıq Məktəbi təsis edilmiş və bu iki qurum 1921-ci ildə Ali Baytarlıq Məktəbi adı altında birləşdirilmişdir. Türkiyə Respublikasındakı Ali Təhsil islahatları çərçivəsində 1933-cü ildə Baytarlıq Məktəbi bütün akademik və inzibati heyeti ilə birlikdə Ankaraya köçürülərək Ali Kənd Təsərrüfatı İnstitutuna daxil edilmiş, 1939-cu ildə isə Baytarlıq Təbabəti Fakültəsi adını almışdır. 1946-cı ildə Ankara Universitetinin təsis edilməsindən sonra Baytarlıq Təbabəti Fakültəsi 1948-ci ildə Ankara Universitetinə birləşdirilmiş və Universitetin qurucu fakültələrindən biri olmuşdur. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi təməl fakültə olaraq yarandığı gündən etibarən, sonradan təsis edilmiş baytarlıq fakültələrinin əksəriyyətinin təhsil və tədqiqat fəaliyyətlərinə dəstək vermişdir. Ankara Universitetinin Baytarlıq Təbabəti Fakültəsi 2007-ci ildə Avropa Baytarlıq Təhsili Müəssisələri Birliyinin (EAEVE) üzvü olmuşdur. Fakültə 2015-ci ildə Təhsil Müəssisələrinin və Baytarlıq Proqramlarının Qiymətləndirilməsi və Akkreditasiyası Assosiasiyası (VEDEK) tərəfindən akkreditə edilmişdir. Tədqiqat və təhsillə yanaşı, Fakültə Heyvan Xəstəxanası vasitəsilə ictimai xidmət göstərməkdədir.
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bakirlik
Bakirəlik – heç vaxt cinsi əlaqədə olmayan insanın vəziyyəti. Bakirə termini əvvəlcə yalnız cinsi cəhətdən təcrübəsiz qadınlara aid edilmiş, lakin ənənəvi, müasir və etik anlayışlarda tapıldığı kimi bir sıra tərifləri əhatə etmək üçün inkişaf etmişdir. Heteroseksual fərdlər bakirəliyin itirilməsinin yalnız penis-vaginal penetrasiya yolu ilə baş verdiyini hesab edə bilər və ya hesab etməyə bilər, digər cinsi oriyentasiyalı insanlar isə bakirəliyini itirmə təriflərinə tez-tez oral seks, anal seks və ya qarşılıqlı masturbasiya daxildir. Bu hala xüsusi dəyər və əhəmiyyət verən, əsasən subay qadınlara münasibətdə şəxsi təmizlik, şərəf və dəyər anlayışları ilə əlaqəli mədəni və dini ənənələr var. İffət kimi, bakirəlik anlayışı da ənənəvi olaraq cinsi əlaqədən çəkinməyi əhatə edir. Bakirəlik anlayışı adətən əxlaqi və ya dini məsələləri əhatə edir və sosial status və şəxsiyyətlərarası münasibətlər baxımından nəticələri ola bilər. Baxmayaraq ki, bakirəlik sosial təsirlərə malikdir və keçmişdə bəzi cəmiyyətlərdə əhəmiyyətli hüquqi təsirlərə malik olsa da, bu gün əksər cəmiyyətlərdə bunun heç bir hüquqi nəticəsi yoxdur. Bakirəliyin sosial nəticələri hələ də bir çox cəmiyyətlərdə qalmaqdadır və fərdin sosial agentliyinə müxtəlif təsirlər göstərə bilər. Bakirəlik anlayışı yalnız müəyyən sosial, mədəni və ya əxlaqi kontekstdə əhəmiyyət kəsb edir. Hanne Blankın fikrincə, "bakirəlik heç bir məlum bioloji imperativi əks etdirmir və sübut edilə bilən təkamül üstünlükləri vermir".
Ayrılıq imiş (film, 2008)
Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər. Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır.