Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycan (ekzonim)
Azərbaycan — müxtəlif dövrlərdə Şimali və Cənubi Azərbaycan üçün hal-hazırda müasir Azərbaycan Respublikası üçün istifadə edilən toponim. == Etimologiya == "Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır. Qədim müəlliflər həmçinin Atropatena üçün Kiçik Midiya adını istifadə edirlər. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" (fars. Âzarâbâdagân‎) vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxır. Bu ərazinin sakinləri irandilli midiyalılar idi. Midiya Atropatenası coğrafi olaraq böyük hissəsi Cənubi Azərbaycanı və həmçinin Araz sərhəd olmaqla Azərbaycan Respublikasının cənub-şərqini əhatə edirdi. Ancaq eramızdan əvvəl II əsrin əvvəllərində Atropatenanın siyasi gücü Azərbaycan Respublikasında yerləşən Naxçıvana qədər yayılmışdı. Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər.
Yeronim Stridonlu
Eusébios Sofrónius İyerónim (lat. Eusebius Sophronius Hieronymus; yun. Εὐσέβιος Σωφρόνιος Ἱερώνυμος; təq. 345, Dalmatiya – təq. 30 sentyabr 420 və ya 419, Beytləhm, Palestina Prima) — latın atalarından ən tanınmış kilsə atalarından biri, kilsə yazarı, Müqəddəs kitabın latın dilinə çevirəni, rahibi. Həm Katolik, həm də Ortodoks kilsəsinin müqəddəsidir. Stridon şəhərində anadan olmuşdur. Öz təhsilini Romada almışdır və orada da 366-cı ildə Xristianlığı qəbul etmişdir. 382–385-ci illərdə İyeronim papa Damasusun katibi olmuşdur. Yeronim öz dövrünün ən savadlı adamlarından biri idi.
İeronim Bosx
İeronim Bosx (nid. Hieronymus Bosch; təq. 1450[…] – avqust 1516) (Jeroen Anthoniszoon van Aken) — XV və XVI əsr holland rəssamı. İntibah dövrünün şimaldakı nümayəndələrindən biri sayılır. Yaşadığı dövrdə əsərləri kral və zadəganlar tərəfindən alınan məşhur rəssam olmağına baxmayaraq, indiki dövrdə haqqında çox az şey məlumdur. Jeroen Anthoniszoon van Aken adıyla rəssam Antonis van Akenin (ö. 1478) oğlu kimi 1450-ci ildə Şimali Brabant, Hollandiya da dünyaya gəlmişdir. Həyatının böyük bir qismini Sertoqenbuş ('s-Hertogenbosch) şəhəri və ətrafında keçirən Bosxun rəsmi qeydlərdə adı ilk dəfə 1474-cü ildə, iki qardaşı və bir bacısı ilə birlikdə keçir.
İeronim Boş

Ceronim ayaqsız kərtənkələsi
Anniella geronimensis (lat. Anniella geronimensis) — ayaqsız kərtənkələlər fəsiləsinin ayaqsız kərtənkələ cinsinə aid heyvan növü.