Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biosenologiya
Biosenologiya — biosenozlar haqqında elm. Bu elm biosenozları, onların tərkibini, quruluşunu, dinamik inkişafını, yayılmasını, mənşəyini, xarici mühit amilləri ilə qarşılıqlı əlaqəsini və növlər arasındakı münasibəti öyrənir. == Biosenologiyanın vəzifəsi == Ümumi ekologiyanın ekosistemlərini öyrənən biosenologiya, müxtəlif populyasiyalara aid olan növlər arasında, onların özləri və ətraf mühit arasında baş verən qarşılıqlı əlaqələri öyrənir. Biosenologiyanın vəzifəsinə ekosistemlər arasında sərhədlərin qurulması, orada mövcud olan ərzaq zəncirinin analizi, növ tərkibininn və onun sıxlığının təyin olunması və daxildir. == Biosenoloji mühit == Biosenoloji mühit orqanizmlərin xarici mühitə birgə təsiri ilə, əsasən də maddələr mübadiləsi vasitəsilə yaranan biosenozun daxili mühitidir. Bununla əlaqədar olaraq, xarici mühitin (hava, mineral, su) xasusiyyətləri biosenoloji mühitin əsasını təşkil edir və iki hissəyə bölünür: Humusu, ölü kütləsi və digər üzvi maddələri ilə birlikdə torpaq (polipedon) və günəş radiasiyasının tərkibi Xüsusi aerozol (tozcuq, biolin, spor), qaz tərkibi ilə birlikdə hava (klimatop) dəyişir. Dəniz biosenozlarında bioloji mühit öz xüsusiyyətləri ilə ayrılır: suda həll olan üzvi maddələrin və metobolizmin məhsullarının (zülallar, polisaxaridlər, nuklein turşuları, fermentlər) olması biolin rolunu oynayır. Bioloji mühit biosenozun ayrılmaz hissəsi olub, onu senoekosistemə (biogeosenoza) çevirir.
Geoekologiya
Geoekologiya - elmi yerin daxilində və xaricində baş verən proseslərlə canlı aləm arasında mövcud olan əlaqəni, canlı aləmin yaşaması üçün əlverişli şəratin (mühitin) yaradılması nöqteyi nəzərindən öyrənir. Geoekologiya fənni geologiya və ekologiya fənnlərinin sərhədində yaranmaqdadır. Geoekologiya canlı aləmin yaşadığı şərait, onlar arasında qarşılıqlı münasibət, bu şəraitin geoloji mühitdə baş verən dəyişikliklərlə əlaqədar dəyişməsi, canlı varlığın təsiri ilə geoloji mühitin dəyişməsi, yəni canlı varlıqla geoloji mühit arasında qarşılıqlı münasibət haqqında elmdir. == Predmeti == İnsanın həyat mühitinin (geoloji mühitin) vəziyyəti həm geoloji proseslərdən, həm də insanın təsərrüfat fəaliyyətindən asılıdır. Geoekologiyanın predmeti də bundan ibarətdir. Onun obyekti, bir tərəfdən təbii geoloji mühit, digər tərəfdən təbii-antropogen sistemlərdir. == Digər elmlərlə əlaqəsi == Geoekologiya bəşəriyyət üçün böyük əhəmiyyəti olan təbii və təbiəti mühafizə biliklərinin sintezidir. Geoekologiya təbii proseslərin geoloji mühitə və təbii-texnogen sistemlərə mümkün təsir nəticələrini qiymətləndirməyə və qabaqcadan söyləməyə imkan verir. Yer səthində və təkində təbii və oyadılmın (hərəkətə gətirilmiş) geoloji proseslərin gedişini müəyyən edən təbii və texnogen amillərin öyrənilməsi təbii kortəbii hadisələrin nəticələrini zəiflətmək və geoloji mühitə antropogen fəaliyyətin təhlükəli təsirinin minimuma endirilməsinə imkan verir. Öz inkişafında bu elmi sahə müxtəlif təbii və tətbiqi elmlərə - geologiya, fiziki coğrafiya, geomorfologiya, hidrogeologiya, meteorologiya, seysmologiya, geofizika, geokimya, mühəndis geologiyası, dağ işləri, faydalı qazıntıların kəşfiyyatı və işlənilməsi və b.
Ginekologiya
Ginekologiya (yun. gyne – qadın vəlogos – elm) Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir. Ginekologiya müstəqil bir elm kimi IX əsrdən etibarən inkişaf etməyə başlamışdır. Ginekologiya elminin məqsədi qadın sağlamlığını qorumaq və ona yardım göstərməkdən ibarətdir. Qadın xəstəlikləri dedikdə yalnız qadınlarda baş verən xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər uşaqlıqda, uşaqlıq artımlarında, yumurtalıqlarda, uşaqlıq boynunda əmələ gələn xəstəliklərdir. Qadın xəstəliklərinin müalicəsi ginekoloqlar tərəfindən aparılır. Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur. Mama-ginekoloq isə hamiləlik və doğuş dövrlərinə nəzarət edir.Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir.
Sinekologiya
Sinekologiya — ekologiyanın populyasiya və qruplaşmaların xarici və biosenoloji mühitlə əlaqəsini, onların mühit yaradıcı rolunu, populyasiya qruplaşmalarında gedən fizioloji prosesləri, o cümlədən fotosintezi, tənəffüs və transpirasiyanı öyrənən bölməsi. Əvvəllər bu termin yalnız botanikada istifadə olunurdu. Ancaq XIX əsrin sonu XX əsrin əvvəllərində Brokrauza və Efronanın ensiklopedik lüğətində bu terminə daha da aydınlıq gətirilmişdir. Sinekologiya bitkilərin formasiyalarını öyrənən elmdir və aşağıdakı bölmələrə bölünür: Fizinomik sinekologiya — bitkilərin formasiylarını onların tərkibi nöqteyi nəzərindən öyrənir (həyatı forma). Coğrafi sinekologiya — bitkilərin formasiyalarını coğrafi cəhətdən yəni harada, hansı dağlıq zonada və geoloji süxurlarda yerləşməsini və bu xüsusiyyətinin bitkiyə təsirini öyrənir. Ekoloji sinekologiya — bitkilərin yayıldığı sahələri, ekoloji bölmələri və s. öyrənir. Tarixi sinekologiya — bitkilərin müxtəlif bölmələrini formasiylarının və tarixi miqrasiyaları öyrənir.