Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət
Charlie Hebdo qətliamı ilə bağlı beynəlxalq münasibət (ing. International reactions to the Charlie Hebdo shooting) - 2015-ci ilin 7 yanvar tarixində Fransanın Paris şəhərində yerləşən Charlie Hebdo karikatura qəzetinə edilən silahlı basqın və hadisə nəticəsində 12 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına müstəqil dövlətlərin və xarici təşkilatların verdiyi reaksiya və başsağlığı mesajları. Ümumiyyətlə baş vermiş qətliam ilə bağlı 60 dan çox dövlət hadisəyə öz münasibətini bildirmişdir.
== Dövlətlər ==
Azərbaycan - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransalı həmkarı Fransua Ollanda baş vermiş terror aktı ilə bağlı başsağlı verib və yaşanmış hadisəni qınayıb. Göndərilən məktubda deyilir: Hörmətli cənab Prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti. Bakı, 7 yanvar 2015-ci il.
ABŞ - Ağ evdən edilən açıqlama ilə baş vermiş silahlı instident pisləndi.