Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cornell University Press
Cornell University Press (ing. Kornell Universiteti Nəşriyyatı) — 1869-cu ildə əsası qoyulan (lakin, 1884-1930 illərin arasında fəaliyyət göstərməyən) və beləliklə ABŞ-nin ilk olan universitet nəşriyyatı.
Quercus cornelius-mulleri
Quercus cornelius-mulleri (lat. Quercus cornelius-mulleri) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Corel
Corel Korporasiyası (/kəˈrɛl/, kə-REL; "Cowpland Research Laboratory" abbreviaturasından) - Qrafika üzrə ixtisaslaşmış Ottava, Ontario mərkəzli Kanada proqram təminatı şirkəti. O, CorelDRAW kimi proqram başlıqlarının istehsalı və AfterShot Pro, PaintShop Pro, Painter, Video Studio və WordPerfect-in sahibi kimi məşhurdur. Corel Chess - Don Deyli və Larri Kaufman tərəfindən hazırlanmış şahmat mühərriki Corel Designer - Əvvəlki adı Micrografx Designer, peşəkar texniki illüstrasiya proqramı. Corel Digital Studio - dörd proqram dəsti: PaintShop Photo Express (Paint Shop Pro-nun yüngül versiyası), VideoStudio Express (video redaktə proqramı), DVD Factory (DVD yazmaq və konvertasiya üçün proqram), WinDVD (DVD pleyer proqramı). CorelDRAW - Vektor qrafikası redaktoru. Corel Graphics Suite - CorelDRAW, PhotoPaint və Capture proqramlarının birləşməsi. Corel Home Office – Ability Office 5-ə əsaslanan və həmçinin Corel-in WinZip proqram təminatına əsaslanan ofis dəsti. O, Corel-in öz WordPerfect fayl formatlarını dəstəkləmir. Corel KnockOut - Professional şəkil maskalama plaqini. Corel Paint It!
Kornel Universiteti
Kornell Universiteti (ing. Cornell University) — ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin nüfuzlu və ən böyük ali məktəblərindən biridir. Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi Endryu Vaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Vayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E. Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat – Kornell və Vayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur. Kornell və Vayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs – istənilən elm".
Svante Kornel
Svante Kornel — Con Hopkins Universitetinin Orta Asiya və Qafqaz İnstitutunun tədqiqat direktoru. Avrasiya, xüsusilə də Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya siyasəti və təhlükəsizliyi sahəsində ixtisaslaşmış İsveç alimi Svante Cornell 1975-ci ildə anadan olmuşdur. O, Stokholmda yerləşən Təhlükəsizlik və İnkişaf Siyasəti üzrə İnstitutun direktoru və həmtəsisçisi və adı çəkilən institut və Johns Hopkins Universitetinin birgə mərkəzi olan Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Araşdırmalar Proqramının tədiqatlar üzrə direktorudur. O, Yaxın Şərq Texniki Universitetində (Ankara, Türkiyə) Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb və Uppsala Universitetində isə Sülh və Münaqişə tədqiqatları üzrə PhD etmişdir. 2003-2007-ci illərdə Uppsala Universitetində mühazirələr oxumuşdur. Hazırda TİSİ və MAQİ-dakı vəzifələrindən başqa, Johns Hopkins Universitetində mühazirələr oxumaqla yanaşı, Uppsala Universitetində yarımştat çalışır. Cornell həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru adını almışdır.
Garcinia cornea
Garcinia celebica (lat. Garcinia celebica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Oxycarpus celebica (L.) Poir.
Corel Draw
CorelDraw — qrafik redaktor. Vektor qrafikası ilə işləmək üçün istifadə olunur. CorelDraw proqramı əsasən rəssam və dizaynerlərin işini asanlaşdırmaq üçün nəzərdə tutulub. Proqramdan istifadə etmək üçün onun imkanlarından istifadə etməyi bacarmaqla yanaşı rəssamlıq, dizayn və müxtəlif illüstrasiyaları yerinə yetirmək bacarığı da olmalıdır. Vektor qrafikası redaktorları arasında özünəməxsus yer tutan CorelDraw proqramı çox tez-tez yenilənir. CorelDraw proqramı nəşriyyat, poliqrafiya, reklam fəaliyyətində çox geniş istifadə edilir. Bunun da səbəbi onun vasitəsilə müxtəlif formalı və ölçülü təsvirlərin yaradılmasının mümkün olmasıdır. Vektor təsvirlərinin ölçüləri faylın həcminə təsir etmir. Ona görə də vektor qrafikasının köməyilə yaradılmasının reklam plakatlarını, bannerlər və s. bu kimi faylları çox asanlıqla daşıyıcı disklərə yazmaqdan əlavə, e-mail ilə də göndərmək olur.
Borneo
Kalimantan (ind. Kalimantan), bəzən Borneo (malay Borneo) — Adaların dünyada sahəsinə görə sıralamasında üçüncüdür. Adada üç dövlət yerləşir: İndoneziya, Bruney və Malayziya. Onun sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir. Ada avropalılar tərəfindən 1521-ci ildə Magellanın ekspedisiyası zamanı kəşf edilir. == Etimalogiyası == Ada bir çox adlarla məşhurdur. Ada ümumxalq dilində Borneo adlanır. Bu ad Bruney sultanlığının adı ilə bağlıdır. Magellanın ekspedisiyası adanın bu hissəsinə lövbər atırlar.
Borneol
Borneol (1,7,7-trimetilbisiklo-[1.2.2]-heptanol-2) -kimyəvi formulu: C10H18O. Borneol (solda) (endo-1,7,7-trimetilbisiklo-[1,2,2]-heptanol-2) terpen spirtlərinə aiddir. == İzahı == Xarakterik iynəyarpaq qoxusu olan rəngsiz kristallar; suda zəif həll olunur, yaxşı, üzvi həlledicilərdə, o cümlədən spirtlərdə isə pis həll olur. İzoborneol (sağda) - (ekzo-1,7,7-trimetilbisiklo-[1,2,2]-heptanol-2). Aşağı toksiklik xassəsinə malikdir, lakin mərkəzi sinir sisteminə təsir edir, qan təzyiqini azaldır. Borneol və izoborneol oksidləşdikdə kamfora çevrilir, turşu katalizatorlarının təsiri altında izoborneol borneoldan daha asan dehidratlaşır və kamfen əmələ gətirir (Vaqner-Mervein qruplaşması), həmçinin sadə efirləri asan, mürəkkəb efirləri isə çətin əmələ gətirir. == Təbiətdə tapılması == Borneollar və onların efirləri təbiətdə geniş yayılmışdır. Borneol ilk dəfə, efir yağında kəşf edilmiş və uzun müddət vətəni Sumatra və Kalimantan adalarında olan kamfora bitkisindən əldə edilmişdir. Bu hündür (60 m və daha yuxarı) ağacdır, tərkibində borneol və ya əvvəllər Bornean kamforası adlanırdı. Borneol əldə etmək üçün meşədə ağaclar parçalarla kəsilir, çatlarda kristallaşan borneol kristalları qırılır, sonra doğranmış gövdə və budaqlar efir yağının su buxarı ilə distillə edilməsinə məruz qalır. Dondurma yolu ilə efir yağından əlavə miqdarda borneol alınır.
Cartel
Cartel — 1995-ci ildə Almaniyada yaradılmış məşhur Türk rep qrupudur. Qrupun əsası Almaniyada qoyulmuş, 7 üzvdən ibarət olmuşdur. Cartel qrupunun albomu ilk dəfə Avropada buraxılmışdır. Tezliklə MTV musiqi kanalında Avropada kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən qrupla bağlı müsahibələr dərc edilib. Türk musiqisinin səsini dünyaya çatdıran nadir ansambllardan biri ola bilmiş qrup Türkiyədə də böyük məşhurluq qazanmağı bacarmışdır. İndiyədək İstanbulda Beşiktaş İnönü Stadionunda çıxış edən ilk və yeganə türk rap qrupudur. Radio və televiziya təşkilatları tərəfindən ilk həftə ərzində 100.000 disk satıldığında "Qızıl Kaset", 250.000 disk satıldığında isə "İkili Platinum" mükafatlarına layiq görülmüşlər. İngilis, alman, ispan dilində yazılmış musiqiləri bu türk rep qrupunun dil zənginliyini bir daha nümayiş etdirir. Cartel CD-diskini Türkiyədə yayınlanmasından qabaq Almaniyada 29.000 ədəd satmışdı. Türkiyədə ümumilikdə 543.000 ədəd satmış və türk rep tarixində ən çox satılan qrup olmuşdur.
Chanel
Chanel S. A. (fr. [ʃaˈnɛl]; azərb. Şanel‎) — XX əsrin əvvəlində Parisdə moda dizayneri Koko Şanel tərəfindən təsis edilmiş dəbdəbəli geyim firması. Sonralar Koko Şanel kimi tanınan Qabriel Bonyor Şanel 1913-cü ildə Aşağı Normandiya bölgəsinin kiçik Dovil şəhəində özünün ilk "Chanel" kiçicik butik geyim mağazasını açmışdır. 2013-cü ildə "Chanel" butikinin 100 illik yubileyi qeyd edilmişdir. Hal-hazırda ən sanballı, dəbdəbəli və dünya geyim dəbinin bayraqdarı sayılan "Chanel modalar evinin" mənzil gərargahı Parisin O-dö-Sen departamentində yerləşir. "Chanel Evi" qadın geyim və bəzək əşyalarından başqa kişilərin də zövqünə oxşayan geyim, qol saatları, eynəklər, kəmərlər və s. kimi aksessualar təqdim etməkdədir. Forbes juranalının yazdığına görə, Koko Şanelin iş ortağı Piyer Vertheimerin (1888–1965) nəvələri, Alayn Vertheimer (* 1949) və Jerard Vertheimer (* 1950) "Chanel"in sahibləridirlə. Dərziliyi öyrənmiş Koko Şanel 1909-cu ildə şlyapa atelyesi açır.
Cornus
Zoğal (lat. Cornus) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi. Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılmışdır. Azərbaycanda Şəki – Zaqatala, Quba – Qusar zonalarında, eləcə də Kür – Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyatyanı bağlarında becərilir. Zoğal ağacının ən çox meyvələrindən istifadə olunur. Meyvələrini tam yetişəndə yığır, həm təzə-təzə, həm də qurudub istifadə edirlər. Zoğalın meyvəsində 20-25 % şəkər (qlükoza, fruktoza, saxaroza), 10-11 % üzvi turşular (limon, alma, kəhraba və s.) 8-8 % aşı maddəsi, karotin və C, B vitaminləri, boyayıcı və pektin maddələri və s. vardır. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər.
Corone
Qoyunqulağı (lat. Silene) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Correa
Correa (lat. Correa) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinə aid bitki cinsi. Correa aemula (Lindl.) F.Muell. Correa alba Andrews Correa backhouseana Hook. Correa bauerlenii F.Muell. Correa calycina J.M.Black Correa decumbens F.Muell. Correa eburnea Paul G.Wilson Correa glabra Lindl. Correa × harrisii Paxton Correa lawrenciana Hook. Correa pulchella J.B.Mackay ex Sweet Correa reflexa (Labill.) Vent. Correa × rubra Sm.
Hornet
Hiller YH-32 Hornet — Hiller Aircraft aviasiya şirkəti tərəfindən 1950-ci illərin əvvəllərində istehsal olunan aviavasitədir. McDonnell Douglas F/A-18 Hornet — McDonnell Douglas ve Northrop Corporation şirkətləri tərəfindən istehsal olunan döyüş təyyarəsi M93 HORNET minası — ABŞ tərəfindən təkmilləşdirilmiş tank əleyhinə mina.
Kornet
Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
Digitalis carnea
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Erik Kornell
Erik Kornell (19 dekabr 1961)- Karl E. Vayman ilə Bose-Eynşteyn sıxlaşması üzərində etdikləri görüş səbəbiylə 2001-ci ildə Fizika üzrə Nobel mükafatını qazanmış ABŞ fizikidir. Stanford Universitetindən magistr dərəcələrlə məzun olmuş valideynlərə sahib olan Erik Allin Kornell 1961-cı ildə Palo Altoda, Kaliforniyada anadan olmuşdur. Kornell doğulduqdan iki il sonra daşındıqları Kembricdə, Massaçusetsdə böyümüşdür. Atası (MIT) Massachusetts Institute of Technologyda inşaat mühəndisliyi professoru, anası liseylərdə ingilis müəllimliyi etmişdir. Bir bacısı, bir də qardaşı var. Anasından məktəbə başlamadan oxuma-yazma öyrənən Kornell liseydə riyaziyyat və şahmat klublarına qatılır. Liseyi bitirməsinə bir il qala San-Fransiskoya daşınırlar. "Lowell High School" dan məzun olur. Bu məktəb şəhərin hər yerindən gələn akademikaya meylli şagirdlər üçün "maqnit məktəb" deyilən bir yerdir. Lisenziya təhsilini Stanford Universitetində alır.
Horner sindromu
Horner sindromu, Bernard-Horner sindromu ya Horner üçlüyü simpatik sinir sisteminin zədələnməsindən, üç əsas simptomla (ptoz, mioz, enoftalm) özünü büruzə verən klinik sindrom. Sindrom 1889-cu ildə sindromu təsvir etmiş İsveçrə alimi Yohann Fridrix Hornerin şərəfinə Horner adlandırılmışdır. Simptomlar əsasən üzdə, zədələnmiş tərəfdə meydana çıxır: ptoz - yuxarı göz qapağının simpatik innervasiyanın çatışmamazlığından lat. musculus tarsalis superior – Müller ya torzal əzələnin iflici nəticəsində sallanması Mioz - göz bəbəyinin daralması Enoftalm- göz almasının çuxura düşməsi Dishidroz(anhidroz) – üzün zədələnmiş hissəsinin dərisinin tər ifraz etmə funksiyasının pozulması(azalması) Horner sindromu anadangəlmə və yatrogen yolla yaranmış patoloji prosesin nəticəsində meydana çıxa bilir. Əksər səbəblər xoşxassəli olsa da, bəzən bu sindrom boyun və ya döş qəfəsində mövcud ciddi patoloji proseslərdən (Pankost — ağciyər zirvəsinin şişi, qalxanabənzər vəzi və boyun venalarının genişlənməsi-dilatasiyası) xəbər verir. Yatrogen səbəblərə regional anesteziya, xüsusən də bazu-boyun kələfinin blokadası icra edilərkən punksiya zamanı müvafiq sinir liflərinin zədələnməsi və inyeksiya edilən dərman dozasının düzgün seçilməməsi və s hallar aiddirlər. Horner sindromu simpatik innervasiyanın çatışmazlığından irəli gəlir. Birinci neyronun zədələnməsi (aparıcı yolun hipotalamus və boyun siliospinal mərkəz sahəsi) – hipotalamospinal yol da daxil mərkəzi zədələnmə İkinci neyronun ya preqanqlionar liflərin zədələnməsi (aparici yolun siliospinal mərkəzdən boyunun yuxarı düyününə qədər olan sahə): simpatik yolun ağciyər sirvəsinin şiş toxuması tərəfindən sıxılması Üçüncü neyronun – postqanqlionar liflərin zədələnməsi (boyunun yuxarı düyünü ilə əzələ arasındakı sahə), midriaz – göz bəbəyinin genəlməsi məhz bu sahənin – postqanqlionar liflərin daxili yuxu arteriyası səviyyəsində zədələnməsində (məsələn, kavernoz cibin şişi) meydana çıxmış olur.
Ipomoea carnea
Ipomoea carnea (lat. Ipomoea carnea) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü. Chand, Navin. "Impact toughness ofIpomoea carnea particulate-polyester composite". Journal of Materials Science Letters. Netherlands: Springer Netherlands. 6 (6). June 20, 2005: 695–697. ISSN (Print) 1573-4811 (Online) 0261-8028 (Print) 1573-4811 (Online) .
Katya Dorner
Katya Dörner (18 fevral 1976, Ziqen, Şimali Reyn-Vestfaliya) – alman siyasətçi. Bonn şəhərində 27 sentyabr 2020 tarixində bələdiyyə sədri vəzifəsinə seçilib. Dorner Altenkirxen bölgəsindəki Şteynbaxda böyüyüb. 1995-ci ildə özəl Marienştat gimnaziyasını bitirdikdən sonra o, Bonn, York və Edinburqda siyasi elmlər, ictimai hüquq və ədəbiyyat üzrə təhsil alıb, 2000-ci ildə Magistra Artium ilə bitirib. 2001-ci ildən Dorner Şimali Reyn-Vestfaliyadakı yaşıl parlament qrupunun lideri Silviya Löhrmanın şəxsi müşaviri olub. 2010-cu ilin iyun ayından 2014-cü ilin iyul ayına qədər Katya Dorner Müasir Həmrəylik İnstitutunun idarə heyətinin üzvü olub. 2013-cü ilin dekabrında Deutsches Kinderhilfswerk -in direktorlar şurasına seçilib. Evlidir, bir oğlu var və ailəsiylə birlikdə Bonnun Auerberq rayonunda yaşayır.
Korneli Nepot
Korneli Nepot (lat. Cornelius Nepos; təq. e.ə. 100, Paviya – təq. e.ə. 25, Roma) — Qədim Roma tarixçisi və bioqrafı, Mark Tulli Siseronun müasiri. Korneli Yuxarı İtaliyalı olub. Onun dostları arasında Tit Pomponi Attik, Siseron (tanrı ilə müqayisə edib Nepotu "ölümsüz" adlandırmışdır), Qay Valeri Katul (şeir kitabını Nepota həsr etmişdir) var idi. Siseronun bir məktubu sayəsində Kornelinin eramızdan əvvəl 44-cü il noyabr ayının birinci yarısında qəfil vəfat edən oğlu olduğu məlumdur. Sevgi şeirlərindən əlavə ilk böyük əsəri e.ə.
Forel
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur. Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər.
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Kornell Universiteti
Kornell Universiteti (ing. Cornell University) — ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin nüfuzlu və ən böyük ali məktəblərindən biridir. Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi Endryu Vaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Vayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E. Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat – Kornell və Vayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur. Kornell və Vayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs – istənilən elm".
Çörçil
Ser Vinston Leonard Spenser Çörçill (ing. Sir Winston Leonard Spencer-Churchill; 30 noyabr 1874[…] – 24 yanvar 1965[…]) — ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940–1945 və 1951–1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib. Vinston Çörçill 1874-cü il noyabrın 30-da Blenheym şəhərində dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı. Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899–1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Vinston siyasi fəaliyyətə başlayır. Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelində Çemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir.
Ferdinand Şörner
Ferdinand Şörner (alm. Ferdinand Schörner‎; 12 iyun 1892, Münxen – 2 iyul 1973, Münxen) — Üçüncü Reyxin sonuncu general-feldmarşalı və sıravi bir əsgər kimi xidmətə başlayaraq alman ordusunda bu ən yüksək hərbi rütbəyə yüksələn yeganə şəxs.
George Çerney
Hörner sxemi
Hörner sxemi (və ya Hörner üsulu) qismət çoxhədlisinin tapılması alqoritmi. Qalıqlı bölmənin tərifinə görə n dərəcəli P ( x ) = a n x n + a n − 1 x n − 1 + . . . + a 1 + a 0 {\displaystyle P(x)={a_{n}}{x^{n}}+a_{n-1}x^{n-1}+...+{a_{1}}+{a_{0}}} çoxhədlisini, x-α ikihədlisinə böldükdə qismət çoxhədlisi n-1 dərəcəli çoxhədli qalıq isə ədəd olur. Q ( x ) = b n − 1 x n − 1 + b n − 2 x n − 2 + . . . + b 1 + b 0 {\displaystyle Q(x)=b_{n-1}x^{n-1}+b_{n-2}x^{n-2}+...+{b_{1}}+{b_{0}}} qismət çoxhədlisinin əmsallarını və qalığı Hörner sxemi adlanan xüsusi üsulun köməyi ilə asan tapmaq olur. Tərifə görə a n x n + a n − 1 x n − 1 + .