Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balamir
Balamir (?-378) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Balamir (Balambər), adı bilinən ilk Qərb Hun Türk hökmdarıdır (IV yüzilın ikinci yarısı). Balamir, Oğuzların atasıdır. Adı "Balam-ber" yəni oğul verən (Oğul törədən) anlamına gəlir. Çiçi yabqunun dokuzuncu, Mete xaqanın 15-ci göbəkdən nəvəsi, Hun xaqanı, Hayluntur tayfasının da rəis idi. Şimal Hun dövlətinin yıxılmasının ardından dağılan və qərbə çəkilən hunlar, Ural və İdil çayları arasına yerləşmişdilər. Ardından hunlar, bu bölgədəki Türk boylarını itaətləri altına almışdır. IV yüzilın ortalarında Aral gölü ilə Xəzər dənizinin şimalındaki Alan ölkəsini ələ keçirdikdən sonra, 374-cü ildə Balamir xan başçılığında İdil çayı yaxalarında görünmüşlər, Qaradənizin şimalındakı düzənliklərdə yaşayan Ostroqotları və Viziqotları yenilgiyə uğratmışdılar. 375-ci ildə ostroqotlar və viziqotlar, hunların hücumlarından dolayı qərbə doğru yönəlmişdilər. Beləcə "Tayfalar köçü" başlamışdır.
Kalamit
Kalamitlər (Calamitales) - paleozoyda mövcud olmuş qatırquyruğuna oxşar ağac bitkiləri qrupunu əhatə edir. Kalamitlər hündürlüyü 20 m-ə çatırdı. Xarici görünüşünə (gövdənin bu­ğum­lu quruluşu, buğum və yarpaqların çiçək göbə düzülüşü) görə onlar nəhəng qatırquyruğuları xatırladır. Gövdənin səthi hamar və ya uzununa şırımlarla örtülü olub. Qazıntı halında ən çox özəyin izlərinə rast gəlinir. Neştərəoxşar yarpaqlarının sayı çiçək köbəsində adətən 20-dən çox olur. Nisbətən erkən kalamitlər yarpaqları dəfələrlə şaxələnən sapşəkilli elementlər seriyasını xatırladır. Kalamitlər sporongiləri bərabər- və müxtəlifsporlu olub adətən kompakt strobillərdə (qozalar) toplanmışdır. Üst devon – alt perm. == Həmçinin bax == Paleozoy Qatırquyruğu Bitkilər Devon dövrü Perm dövrü == İstinadlar == Geologiya terminlərinin izahlı lüğəti.
Piper malamiri
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Malamir xan
Malamir xan (bolq. Кан Маламир; bilinmir – 836) — Bulqar xanı (831-836). == Həyatı == Malamir xan Omurtaq xanın ən kiçik oğlu idi. Böyük qardaşı Enravota xristian olduğu üçün vərəsəliyi ləğv edilmiş, ortancıl qardaşı Zvinitsa isə xəstələnib cavan vaxtı vəfat etmişdi. Kiçik olduğu üçün dövləti kovxan İsbul idarə edirdi. Taxta çıxdıqdan 2 il sonra qardaşı Enravotanı edam etdirmişdi. === Bizansla münasibətlər === Omurtaq xanın sülh sazişinin vaxtının bitməsindən sonra imperator Feofil 836-cı ildə yenidən sərhədləri yağmalağa başlamışdı. Cavab olaraq hücuma keçən xan Plovdivi ələ keçirib xanlığa birləşdirdi. Lakin elə həmin il də öldü. Yerinə I Presian xan gəldi.
Balamir Məmmədov
Karantinnı burnu (Kalamit körfəzi)
Karantinnı burnu (ukr. Карантінний) — Krım yarımadasının qərbində yerləşən burun. Burun Qara dənizə daxil olan Kalamit körfəzinə daxil olur. Ərazisində Mirmek antik şəhəri yerləşir. Kalamit körfəzinə doğru uzanan burun Evpatoriya buxrtası ilə əhatələnir. Ərazisində Kerkinitida antik yunan şəhəri yerləşir. Burunun şimalında Evpatoriya dəniz limanı, şərqində isə çimərlik vardır. Sahilləri isə su altı və üstü daşlarla sahibdire. şimal hissəsində isə Evpatoriyaya aid yaşayış binaları vardır.