Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daydar
Daydar-i Ülya (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Daydar-e Sofla (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Daydar-e Sofla (İcrud)
Daydar-e Sofla (fars. دايدارسفلي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 69 nəfər yaşayır (18 ailə).
Daydar-i Ülya (İcrud)
Daydar-i Ülya (fars. دايدارعليا‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 142 nəfər yaşayır (43 ailə).
Baydar
Baydar Xan, həmçinin Peta kimi tanınır,Cığatay xanın altıncı oğlu idi. O, 1235–1241-ci illərdə qardaşı oğlu Büri ilə Avropaya yürüş etmişdir. O, Polşaya təyin edilmiş monqol ordusuna Kadan və ehtimal ki, Orda xanla birlikdə komandanlıq etdi. Baydar çoxlu polyakları, rusları, almanları və moraviyalıları məğlub etmişdir. 13 fevral 1241-ci ildə monqollar şaxtalı Vistuladan keçmişdilər. Sandomierz şəhəri alınmışdı və talan edilmişdir. Daha qərbdə, Martın 18-də Orda və Baydar Chmielnik döyüşündə hersoq V Boleslavın (döyüşdə iştirak etmədiyi) komandanlığı altında Polşa ordusu ilə qarşılaşmış, Polyakları ağır məğlubiyyətə uğratmışlar və Boleslav qoşunlarının bir hissəsi ilə Moraviyaya qaçmışdır. Martın 22-də monqollar Krakov qarşısında dayandılar, sakinlərinin çoxu artıq qaçmışdı. Palm bazar günü monqollar şəhəri yandırdılar və qalan insanların çoxunu əsir götürdülər. Daha da qərbə doğru irəliləyən Orda və Baydar Opolenin şərqinə çatdılar və burada II Mieszkonun ordusunu geri çəkilməyə məcbur etdilər.
Arkadi Qaydar
Arkadi Petroviç Qaydar (rus. Арка́дий Петро́вич Гайда́р, 9 (22) yanvar 1904, Lqov[d], Kursk quberniyası[d][…] – 26 oktyabr 1941[…], Leplyavo[d], Poltava vilayəti) — Sovet yazıçısı. Arkadi Qaydar 1904-cü il fevralın 9-da Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin edirlər. Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis edirlər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur. 1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxır. 1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilir.
Baydar (Sarvan)
Baydar — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Baydar (dəqiqləşdirmə)
Baydar (Sarvan) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Baydar nahiyəsi
Baydar nahiyəsi — Tiflis əyalətinin nahiyələrindən biri. == Tarixi == 1590-cı ilə Osmanlı İmperiyasının Tiflis əyalətinin Lori sancağının nahiyəsi olmuşdur. Cavanşir Kəbirli adlı bir oba da Tiflisin Baydar nahiyəsində (33 ailə, 15,000 aqça vergi) yaşayırdı. Tiflis vilayətinin Baydar nahiyəsində Cavanşir Pəhlivanlı adlı bir oymaq yaşamaqda idi. == Nahiyənin kəndləri == Qacar — BİR ELİN ADI Qədimxan qışlağı Qobuqışlaq Qoçulu (Borçalı) Daşdəmir Laxan k., Qorçubaşı camaatı, Cıqlay camaatı,Bəykəndi k., Qoçulu məhəlləsi, Ələmdarlı camaatı, Əmirxanlı camaatı, Padar camaatı, Daşdəmir k.Heydəmirli k., Mürşüdlü k., Çələbili camaatı, Zülfüqarlı k., Mahmudlu k.. Əhmədli k., Qobu qışlağı, Zəngi Şalı k., Ağamir Həsənli k., Başcıq Ciftliyi, İmirli k., (bu kəndin İmirli, Onbaşı və Xızır məhəllələri), Qacar camaatı, Başqa Qacar məhəlləsi, Şıxatlı k., Əli Miri oğlu İmir Həsənli k., Dəlilər k., Qullar k., Molla Vəli məhəlləsi, Molla Əhməd məhəlləsi, Pirəli məhəlləsi, Bayram məhəlləsi, Həsən məhəlləsi, Xanoğlu məhəlləsi, Çələbili camaatı, Orucoğlu camaatı, Molla Abdulla oğlu Mustafa camaatı, Nəcməddinli Molla Mahmud camaatı, Yadigaroğlu Əhməd camaatı, Molla Əhməd camaatı, Qaradəmirçilər camaatı, Cavanşir Pəhləvanlı camaatı, Qədimxan qışlağı, Həsir qışlağı, Lək camaatı, Cavanşir Kəbirli camaatı, İmir Həsənli camaatı, Muğanlu camaatı, İmir Xəlil qışlağı və Qaramanlı İsmayıl camaatı.
Daylar (Əhər)
Daylar (fars. دايلار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 473 nəfər yaşayır (120 ailə).
Hasan Baydar
Haydar Berk
Haydar Berk (30 noyabr 1954, Çan[d], Çanaqqala ili) — Türkiyə diplomatı. Haydar Berk 30 noyabr 1954-cü ildə Çanaqqalanın Çan kəndində şəhərində anadan olmuşdur. 1976-cı ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsindən məzun olmuşdur. 1977-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətə başlamış və müxtəlif vəzifələrdə işləmişdir. O, 2001–2005-ci illərdə Türkiyənin Bolqarıstandakı səfiri vəzifəsində işləmişdir. Evlidir. 2 övladı var.
Mariya Qaydar
Mariya Yeqorovna Qaydar (ukr. Марія Єгорівна Гайдар; 21 oktyabr 1982, Moskva) — Rus və Ukrayna dövlət və ictimai xadimi və siyasətçi. O, 2015-ci il 30 may-dan Odessa regional şurasının deputatı və 2017-ci il martın 17-dən 2019-cu ilə qədər Ukrayna Prezidentinin xarici məsləhətçisi olmuşdur. Keçmişdə Odessa əyalətinin Sosial Müdafiəsi və Sağlamlığı üzrə Dövlət Administrasiyasının məsləhətçisi (2015-2016), Odessa Rayon İcra Hakimiyyəti başçısının sosial məsələlər üzrə müavini (2016-cı ilin yanvar-may ayları) olmuşdur.
Yeqor Qaydar
Yeqor Timuroviç Qaydar (rus. Его́р Тиму́рович Гайда́р; 19 mart 1956[…], Moskva – 16 dekabr 2009[…], Odintsovo, Moskva vilayəti) — Rusiyanın keçmiş baş naziri, iqtisadçı. Yeqor Qaydar SSRİ-nin dağılmasından sonrakı ilk illərdə Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri olmuşdur. Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib. 1980-ci ildə iqtisad elmləri namizədi, 1990-cı ildə iqtisad elmləri doktoru elmi dərəcələrini alıb. Yeqor Qaydar Rusiyada iqtisadi islahatların əsas ideoloqlarından biri sayılır. 1990-cı illərdə hökumətdə önəmli vəzifələrdə çalışan Yeqor Qaydar müstəqil Rusiyanın ilk maliyyə naziri olub, daha sonra baş nazirin 1-ci müavini və baş nazir səlahiyyətlərinin icraçısı vəzifələrini tutub. Özəlləşdirmə prosesi məhz Yeqor Qaydarın rəhbərliyi ilə başlanıb. Hökumətdən getdikdən sonra 1994–2001-ci illərdə "Demokratiçeskiy vıbor Rossii" partiyasının lideri olub. 2001–2003-cü illərdə isə "Soyuz Pravıx Sil"in tərkibində fəaliyyət göstərib.
Aydar Qalimov
Aydar Qaniyeviç Qalimov (başq. Ғалимов Айҙар Ғәни улы, 23 fevral 1967, Madaniyat, Qazaxıstan SSR, SSRİ) — müğənni, Tatarıstan və Başqırdıstan xalq artisti.
Aydar gölü
Aydar göl (özb. Aydar ko‘li, Айдар кўли; Haydar ko‘li, Ҳайдар кўли) — Özbəkistanın şimal-şərqində yerləşən böyük axarsız göl. Arnasay göllər sisteminə daxil olan süni sututar. 1960-cı illərin əvvəlində Sırdərya çayının qarşısı kəsildi. Eyni zamanda Şardarin SES inşa edildi. Su səviyyəsini nəzarətdə saxlamaq məqsədi ilə şlüzlər quraşdırıldı. Ancaq 1969-cu ildə güclü daşıqın baş verdi və şlüzləri açdılar. Məhs bəndin su buraxmaq səviyyəsi aşağı idi. 1969-cu ilin fevralından 1970-ci ilin fevralınadək Sirdaryanın illik axınının (21 km³) 60% -i Şardara su anbarından Arnasay ovalığına yönəldilmişdir. Nəticədə Aydar gölü meydana gəldi.
Daklar
Daklar, Daçiyalılar və ya Daçlar (İngiliscə tələffüz: [ˈdeɪʃənz]; Latınca: Daci, Yunanca: Δάκοι Δάοι, Δάκαι) — Tarakiyalılar ilə əlaqələrinin mövcudluğu bilinən, yaxud da Trakiyalılara mənsub olan qədim Hind-Avropa xalqı. Daklar Qara dənizin qərbindəki Karpat dağları ətrafında yerləşən Daçyan zonasının qədim sakinləridirlər. Bu əraziyə müasir Rumıniya və Moldova ərazilərindən əlavə olaraq, Ukraynanın bəzi hissələri, Şərqi Serbiya, Şimali Bolqarıstan, Slovakiya, Macarıstan və Cənubi Polşa da daxildir.
Dandır
Təndir — istilənmək üçün istifadə edilən bir növ manqal. Yerə çuxur qazılaraq edilən xüsusi bir sobaya da dandır deyilir. Təndirdə manqal kömürü, odun kimi yanacaqlar istifadə edilər. Ümumiyyətlə burada çörək bişirilər və ət qızardılar. Təndir üçün lazım olan sarı torpaq qəzil, saman, at qılı və s. qarışdırılıb əlavə olunandan sonra yaxşı-yaxşı hasil edilir, sonra təndirin badı (divarı) qoyulurdu. Təndirin dairəsi yuxarıya getdikcə kiçilir, badın qalınlığı, hamarlığı təndirqoyanın ustalığından asılı idi. Təndir qoyulub başa çatandan sonra o, yaxşı qurumalı idi. Təndirin çatlamaması, ovulmaması üçün onu üstüörtülü yerdə, çox vaxt sal daşların üstünə qoyurdular. Beləliklə, təndir nəmdən, yağışdan qorunurdu.
Danlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Datlar
Danlar və ya Datlar Danimarka sakinləridir. İngiliscə Danish öz dillərində isə Danskere kimi səslənir. German xalqlarından olan danlar xristiandırlar və lüterandırlar. Dünyada 6 milyondan çox insan dan dilində danışır.
Davdan
Davdan Pain (Xudafərin)
Dondar
Dondarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X–XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır. Dondarlı kəndinin tarixi cox qədimdir.
Haylar
Haylar — Ermənistan yaylasının şimal-qərbində yaşamış qəbilə icması. Hayasa-Azzi dövlətinin əsas əhalisi idi. Hay tayfaları hetlərdən şərqdə yaşayırdılar. Het padşahı Hattusilisin "Avtobioqrafiyası"nda e.ə. XVI–XV əsrlərdə Het dövlətinin zəifləməsindən istifadə edən qonşu tayfalar və padşahları onun ərazisinə dərindən nüfuz etmişdilər. Xüsusilə uzaqlara, cənuba kasklar nüfuz edir və onlardan şərqdəki tayfalar da böyük uğur qazanmışlar. Azzilər Yuxarı Ölkəni işğal edərək "Samuxa dağını sərhəd edir", işuvalılar isə Fəratın sağ sahilini keçərək Teqaramanı tutmuşdular. Hayasa ölkəsinin etnik tərkibi və dili haqqında məlumatlar o qədər fraqmentlidir ki, bu barədə müəyyən fikir formalaşdırmaq hələ də çətindir. Hayasa-Azzi ölkəsinin sakinlərinin hurri tayfalarına mənsub olması fikri üstünlük təşkil edir, lakin hayların Hind-Avropa mənşəli olmasının lehinə arqumentlər də vardır. Gevork Caukyan fərziyyə kimi ortaya çıxan bu nöqteyi-nəzəri daha da inkişaf etdirmişdir.
Kavdar
Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kavdar oyk, sadə. Cəbrayıl rayonunun Hacılı inzibati ərazi vahidində kənddir. Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və b. r-nların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır.
Qeydar
Qeydar (digər adı Qeydar Nəbi) — İranın Zəncan ostanında şəhər, Xudabəndə şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,525 nəfər və 6,253ailədən ibarət idi. Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər adını bura gömülü olan Qeydar Peyğəmbərdən almaqdadır.
Baydak
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Davdaq
Dəvdək və ya Davdax — VII əsr Qafqaz albanı şairi. Həyat və yaradıcılığı haqqında məlumat azdır. Musa Kalankatlının yazdığına görə, Dəvdək filosof, gözəl natiq və ustad şair olmuşdur. Uzun müddət Cavanşirin sarayında yaşamışdır. Cavanşirin xəyanət nəticəsində öldürülməsi münasibətilə yazdığı qəsidəni Musa Kalankatlı "Alban tarixi" əsərinin ikinci kitabına daxil etmişdi. "Alban tarixi"nin əsli hələlik tapılmamışdır, elm aləminə bu əsərin və qəsidənin XI–XII əsrlərdə qədim erməni dilinə tərcüməsi məlumdur. Təqribən 140 misralıq bu qəsidədə mədhiyyə və mərsiyə ünsürləri birləşmişdir. Qəsidə janr etibarı ilə qədim yunan, formaca isə şərq poeziyasında geniş yayılmış müvəşşəh şəklində yazılmışdır.
Baydaq
Bəydağ, Bəydaş və ya Xordzor (erm. Խորձոր) - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 5 km şərqdə, Oxçu çayının sol sahilində yerləşirdi. Toponim Azərbaycan dilində «hündür, böyük» mənasında işlənən bəy (<bək) sözü ilə dağ sözünün birləşməsindən əmələ gəlib, «hündür, böyük dağ yaxınlığında kənd» mənasını ifadə edir. Onu da əlavə edək ki, bəy sözü qədim türk dilində bək formasında «təpə» mənasında işlənmişdir. Bəy sözü toponimlərin əvvəlində işlənərkən «hündür, böyük», «təpə», sonunda işlənərkən «ağa», «varlı adam» mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənddə 1831-ci ildə 13 nəfər, 1873 - cü ildə 51 nəfər, 1886-cı ildə 68 nəfər, 1897-ci ildə 118 nəfər, 1904-cü ildə 193 nəfər, 1914 - cü ildə 58 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulmuşdur.
Dizdar
Dizdar (fars. qala keşikçisi‎) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
Gaddar
Gaddar (azərb. Qəddar‎) — ilk seriyası 19 yanvar 2024-cü ildə buraxılan, baş rollarda Çağatay Ulusoy, Sümeyye Aydoğanın rol aldığı Türkiyə istehsalı döyüş və dram janrında teleserial.
Çaydam
Çaydam (monq. Цайдам) — tektonik düzənlik, Tibet öndağlığının şimal-şərqində qərarlaşır. Səhra hər tərəfdən dağlarla örtülüdür. Cənubdan Bokalıktaq və Burxan-Budda, şimal-şərqdən Nanşan, şimal-qərbdən isə Altıntaq dağları ilə əhatələnir. Çaydam düzənliyi inzibati cəhətdən Xaysi-Monqol-Tibet muxtar rayonu ərazisində yerləşir. Çaydam düzənliyi 700 uzunluğa və 100–300 km enə malikdir. Şimal-qərbi qum-gilli suxurlardan təşkil olunmuşdur. Burada hündürlük 2600—2900 metr olduğu halda cənub-şərqi aşağı nisbətən aşağıdır. Şoranlıqlar 1600 km² əraziyə malikdir. İqlimi kəskin kontinentaldır.
Çaydan
Çaydan — qaynar su hazırlamaq üçün istifadə edilən kiçik bir mətbəx ləvazımatı. Çaydanlar, bir soba üzrə yerləşdirilməsi ilə və ya öz elektrik qızdırıcı element tərəfindən qızdırıla bilər. İlk çaydanlar bişirməkdən başqa məqsədlər üçün qədim Mesopotamiyada istifadə olunmuşdur.
Çaykar
Çarikar — Əfqanıstanda şəhər. Hindi Quş dağları ilə əhatələnib.
Çaylar
Çay — quruda özünün əmələ gətirdiyi yataq üzrə hərəkət edən su axını, təbii yataqla axan, hövzəsindəki səth axımı və yeraltı axımla qidalanan su axınıdır. Hər bir çayın uzunluğu, dərəsinin eni, düşməsi, meyilliyi, axın sürəti, su sərfi, asılı maddələrin miqdarı, suyun kimyəvi tərkibi, hövzəsinin sahəsi ilə səciyyələnir… Hər bir çay uzunluğu, eni, hövzəsinin sahəsi, dərinliyi, meyilliyi, səviyyəsi, axın sürəti, su sərfi, suyun kimyəvi tərkibi və s. ilə səciyyələnir. Çayın başlandığı yerə çay mənbəyi, dənizə, gölə töküldüyü və ya digər çayla birləşdiyi yerə çay mənsəbi deyilir. Yayda quruyan azsulu çayların çoxunun mənsəbi olmur. Belə çaylara kormənsəbli çaylar deyilir. Belə çaylara Avstraliyada krik deyilir. Bəzi çayların mənsəbində delta, estuari və bar əmələ gəlir. Bilavasitə okeana, dənizə, gölə tökülən, yaxud qumluqlarda və bataqlıqlarda itənlər əsas çay, buna birləşənlər çay qolu adlanır. Çaydan ayrılan qollar (bax Bifurkasiya) da olur (məs., Kürdən ayrılan qol — Bala Kür yaxud Aquşa).