Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ekzekusiya
Bədən cəzası və ya fiziki cəza — edam ilə birgə ən qədim cəzalardan biridir. Bu cəzanın mənası cinayətdə günahkar olan kəsə fiziki ağrı verməkdə və/və ya yaralamaqdadır. Bədən cəzalarını iki yerə ayırmaq olar: yaralamaq, adamın hansısa orqanından məhrum etmək: dilini, əlini, barmaqlarını və başqa ətraflarını kəsmək, gözünü çıxartmaq, axtalamaq. ağrı vermək, alətlər ilə vurmaq, məkənək, evdə və ya məktəbdə uşağın şapalaqlanması. == Tarixi == Bədən cəzası hələ Hammurapi qanunlarında var idi, həmçinin Roma İmperatorluğunda istifadələnirdi. XX yüzilliyə qədər bədən cəzası dünyanın çox dövlətlərində var idi, Amerika Birləşmiş Ştatlarında sonuncu dəfə bu cəza 1952 ildə Delaver şəhərində işlənili — bir kişi öz arvadına əl qaldırdığına görə 20 dəfə qamçılandı, həmin ştatda rəsmi olaraq belə cəzalar 1972 ildə yığışdırıldı. 1980-ci illərdə İslam dövlətlərindən bəziləri şəriət qanunlarına qayıdan ölkələr bədən cəzasını cinayyət məcəlləsinə qaytarmaq qərarına gəldilər (İran, Sudan, Pakistan, Mavritaniya, Liviya, Yəmən), bəziləri isə cəzalandırmanı artırdılar (Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri). == İslamda == Şəriətə görə bədən cəzaları — Hüdud Kiməsə sübutsuz zinakarlıqda böhtan atan şəxsə 80 şallaq vurmaq. Zina edən qadına və ya kişiyə 100 şallaq vurmaq (4 adıləkəsiz müsəlman şahid varsa). Residivist oğrunun əlini kəsmək.
Ereksiya
Ereksiya və ya sərtləşmə — penisin böyüdüyü və daha da sıxlaşdığı fizioloji bir anlayış. Ereksiya, adətən cinsi ehtiras və ya cinsi cazibə nəticəsində yaranır; Psixoloji, sinir, damar və endokrin amillərin mürəkkəb qarşılıqlı təsirinin nəticəsidir. Qadınlardakı oxşar xəbərdarlıq klitoral ereksiyadır. == Fiziologiyası == Erektil disfunksiya (Ereksiya yəni) parasimpatik sinir sisteminin stimullaşdırılması nəticəsində baş verən penisin corpus cavernosum və Corpus spongiosum hissələrinə qan dolması ilə əlaqədar baş verən fizioloji hadisə kimi də təyin edilə bilər. Fizioloji olaraq, oyanma zamanı arterial damarlar vasitəsilə qan sürətlə penisə vurulur, cinsiyyət orqanının kavernoz kameralarının divarları getdikcə böyüyür və genişlənir və daha çox qan qəbul edərək şişir və həcmini artırır. Beləliklə, penis qanla dolaraq böyüyür və sərtləşir. Ən xaricdəki sərt qabıqlar və pərdələr gərilir, vena damarları bağlanır və cinsiyyət orqanının öz sərtliyini uzun müddət saxlaması təmin edilir. Yəni cinsiyyət orqanını dolduran qan yenidən dövr etmir, bir müddət orada qalır. Penis sərtliyini itirdikcə bu damarlar açılır, qan penisi tərk edir, kavernoz sistemlərinin divarları büzülür və balacalaşır. Penis əvvəlki vəziyyətinə qayıdır.
Ereksiya halqası
Ereksiya halqası (ing. - cock ring) - ereksiyanı daha güclü hala gətirmək və ya müddətini uzatmaq üçün nəzərdə tutulmuş penisin ətrafına taxılan halqa. Ereksiya halqası orqazmın intensivliyini də əhəmiyyətli dərəcədə artıra bilər. Seks oyuncaqlarından biri hesab olunun ereksiya halqaları dəri, metal, plastik, kauçuk, silikon kimi müxtəlif materiallardan hazırlana bilər. == Risklər == Ereksiya halqası satıcıları və tibbi mənbələr ereksiya halqasının 30 dəqiqədən çox taxılmamalı olduğunu vurğulayırlar. Bu müddətdə yuxuya getmək və ya narkotik istifadə etmək təhlükəlidir. Penisin keyiməsi, soyuması və ya ağrıması problemlərin başlamasına işarədir. Belə hislər yarandıqda ereksiya halqası mütləq çıxarılmalıdır.
Klitoral ereksiya
Klitoral ereksiya — klitorun böyüdüyü və gücləndiyi fizioloji bir hadisə. Klitoral ereksiya psixoloji, sinir, damar və endokrin amillərin kompleks qarşılıqlı təsirinin nəticəsidir və ümumiyyətlə, məxsusi olaraq olmasa da, cinsi oyanma ilə əlaqələndirilir. == Fiziologiyası == Klitor qadınlardakı penisin homoloqudur. Çöldə görünən hissə bir neçə millimetrdən bir santimetrə qədər dəyişir və xarici dodaqların içərisində gizlənir.