Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Eldey
Eldey (isl. Eldey) — İslandiyanın cənub-qərbində, Reykyanes yarımadasından təxminən 10 mil (16 km) məsafədə yerləşən kiçik bir ada. Ada təxminən 3 hektar ərazini əhatə edir və hündürlüyü 77 metrə çatır. Adanın dik yamaclarında təxminən 16.000 cüt ilə dünyanın ən Şimal oluşası koloniyalarından biri də daxil olmaqla bir çox quş yaşayır. Adanın yuxarı hissəsində quraşdırılmış iki veb-kameradan istifadə edərək bu koloniyanı real vaxt rejimində müşahidə edə bilərsiniz. 1830-cu ildə vulkan püskürməsindən sonra Qeyrfuqlasker adasından quşlar buraya çoxlu sayda qanadsız qaqara populyasiyası köç edir. 1835-ci ildə kəşf edildikdən sonra koloniyanın sayı 50-yə yaxın olur. Kolleksiyalarında bu quşu görmək istəyən muzeylər tədricən quşları koloniyadan götürürlər. Balalarını yumurtadan çıxaran sonuncu cüt 1844-cü ildə öldürülür.
Rob Elder
Rob Elder (25 aprel 1981, Suva, Fici) — Ficili oxatan. Rob Elder Ficini 2004, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Rob Elder birinci dəfə Olimpiya Oyunlarına 2004-ci ildə qatıldı. O, Afinada baş tutan XXVIII Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Park Kyung-Mo ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 138:154 hesabı ilə uduzdu. Rob Elder özünün ikinci Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Kim Bun-Min ilə üz-üzə gəldi. Həmin görüşdə Rob Elder rəqibinə 2:3 hesabı ilə uduzdu. Rob Elder növbəti Olimpiya Oyunlarına 2016-ci ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Çin Taybeyinin nümayəndəsi Vei Çun-Heng ilə üz-üzə gəldi.
Əjdərli
Soyadlar Şamxal Əjdərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Digər Əjdərli (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Əldərə
Əldərə, Aldərə — Yelizavetpol quberniyasının (Gəncə) Zəngəzur qəzasında, indi Meğri rayonunda kənd.Digər adı Əlidamı. Rayon mərkəzindən 12 km cənub-şərqdə, Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Əlidərə formasında qeyd edilmişdir. XIV–XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin (alban kilsəsi, qala və s.) qalıqları indi də durur. Toponim qədim Azərbaycan dilində "qırmızı" mənasını bildirən al sözü ilə (üzün allanması ifadəsində indi də özünü göstərir) "dərin çuxur" mənasında ifadə edən dərə sözünün birləşməsindən formalaşmışdır və "qırmızı dərə" mənasını ifadə edir. Kəndin salındığı ərazinin torpağı qırmızı suxurlardan ibarət olduğu üçün kənd Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Kənd "Əli dərədə" yarandığına görə həmin dərənin adını qəbul еtmişdir. Həmin dərədə yеrləşən və Əlidərə adlanan göl isə XX əsrin 30-cu illərində Alidzor adlandırılmışdır Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Meğri rayonunda çay. Araz çayına axıb tökülür. Kənddə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1904-cü ildə 1505 nəfər, 1914-cü ildə 1987 nəfər yalnız azərbaycanlı yaşamışdır.
Abdarlu (Əbdərli)
Şamxal Əjdərli
Əjdərli (Germi)
Əjdərli (fars. اژدرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (21 ailə).