Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Eldəniz Elgün
Eldəniz Elgün — tanınmış azərbaycanlı jurnalist, "Unikal" qəzetinin şef redaktoru. == Həyatı == 1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişdir. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda o da Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşdur. 1981-ci ildə Basarkeçər rayonunun Qanlı kəndində orta məktəbə getmiş, 1988-ci ildən isə Sumqayıtda 23 nömrəli orta məktəbdə təhsilini davam etdirmişdir. 1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getmiş, öz evlərində bir gün gecələmişdir. 2010-cu ildə tanınmış müstəqil jurnalist Eldəniz Elgünün sədri olduğu, Azərbaycanda türkçülük ideyalarını təbliğ edən yeni qurum — "Türk Evi" fəaliyyətə başlayıb. 13 mart 2012-ci ildə Eldəniz Elgünün təsisçi və baş redaktoru olduğu pat.az saytı fəaliyyətə başlamışdır. Yeni analitik-informasiya saytı əsasən analitik yazılara, proqnozların hazırlanmasına üstünlük verir. Eldəniz Elgün 2006-cı il aprelin 7-də "Speys" Müstəqil Teleradio Şirkətinin "Xəbərlər Departamenti"nin rəhbəri vəzifəsindən istefa vermişdir. 2006-cı il aprelin 25-də isə E.Elgün şirkətin icraçı direktorunun müavini təyin olunmuşdur.
Elgün Abbaslı
Elgün Abdullayev
Elgün Bəyişli
Elgün Camal
Elgün Həmidov
Elgün Rafik oğlu Həmidov (2 yanvar 1983, Yergüc, Xaçmaz rayonu) — Azərbaycanın teatr və kino aktyoru. == Həyatı == Elgün Rafik oğlu Həmidov 2 yanvar 1983-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuşdur. 1989–2000-ci illərdə Xaçmaz rayon Yergüc kənd orta məktəbində təhsil almışdır. 2009–2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsində estrada rejissoru ixtisası üzrə Vidadi Həsənovun kursunda ali təhsil almışdır. 2021-ci ildə ailə həyatı qurmuşdur. Aktyor fəaliyyəti: 2010–2011-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının "Gənc mütəxəssislərin yetişdirilməsi" kursunda ilk sənət təcrübəsi əldə etmişdir. 2011–2013-cü illərdə (rəsmi olaraq, 2015-ci ilə qədər) Pərviz Məmmədrzayevin rəhbərliyi ilə "SİMSAR" Plastik Dram Teatrında çalışmış, eyni zamanda orada Qurban Məsimovun "Klounada janrı" ustad dərslərində (2012–2013) iştirak etmişdir. 2013–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (müqavilə əsasında) və onun nəzdində yaradılmış "Az-ART" studiyasında fəaliyyət göstərmişdir. 2013-cü ildən YUĞ Dövlət Teatrının aktyorudur. 2016-cı ildən "M-Teatr"-da, 2017-ci ildən "Human" teatrında çalışır, 2017–2021-ci illərdə "ADO" teatrı ilə əməkdaşlıq etmişdir.
Elgün Həsənov
Elgün Kərimov
Elgün Mikayıllı
Elgün Muradov
Elgün Mövlanov
Elgün Paşayev
Elgün Quliyev
Elgün Sadıqov
Elgün Səfərov
Elgün Firdovsi oğlu Səfərov (5 iyun 1982) – hüquq üzrə fəlsəfə doktoru, Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin sədr müavini, beynəlxalq hüquq, insan hüquq və azadlıqları üzrə ekspert. == Haqqında == Elgün Səfərov 5 iyun 1982-ci ildə anadan olmuşdur. 1999–2003-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsində bakalavr pilləsi üzrə ali təhsil almışdır. 2003–2005-ci illərdə BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var. == Fəaliyyəti == === Elmi və pedaqoji fəaliyyəti === O, 2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin aspiranturasına daxil olmuş, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Müasir dövrdə BMT-nin Təhlükəsizlik Şurasının beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində fəaliyyəti (Beynəlxalq hüquqi məsələlər)" mövzusu üzrə elmi işini müdafiə etmişdir. 50-dən çox elmi əsəri Azərbaycanda, Ukraynada, Rusiya Federasiyasında və digər ölkələrdə çap edilmişdir. Elmi araşdırmaları əsasən insan hüquqlarının müdafiəsi, BMT-də islahatlar, Avropa İttifaqının qanunvericiliyi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi və s. mövzular üzrə olmuşdur.
Elgün Səmədov
Elgün Xanoğlanlı
Elgün Xıdırov
Elgün Yunusov
Elgün İzzətzadə
Elgün Əmiraslanov
Elgün Əzizov
Nakiyə Elgün
Nakiyə Elgün (1882, Rumelifeneri[d] – 23 mart 1954, İstanbul) — türk siyasətçi və pedaqoq. O, Osmanlı dövrünün sonu və Türkiyə Cümhuriyyətinin ilk illərində qızların təhsilə cəlb edilməsinni təbliğ edən ilk maarifçilərdən biri olub. Elgün Osmanlı qadın hərəkatının üzvlərindən idi və 1930-cu ildə İstanbul Bələdiyyə Məclisinin ilk qadın üzvü olmaqla Cümhuriyyət dövrünün siyasi hüquqlar əldə edən ilk qadınlarından biri olmuşur. O 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində Ərzurumu üç dəfə təmsil etmiş və Türkiyə Cümhuriyyətinin ilk 18 qadın millət vəkilindən (deputat) biri olmuşdur. Nakiyə Elgün 1882-ci ildə İstanbulda anadan olub. 1901-ci ildə Qız müəllim məktəbini bitirmiş, 1911-ci ilə qədər həmin məktəbdə ədəbiyyat müəllimi kimi işləmişdir. Elgün 1911-ci ildə İkinci Məşrutiyyətdən sonra yeni açılmış İstanbul İnas Məktəbinə təyin olunub. İnas məktəbində işlədiyi müddətdə Osmanlı dövlətinin Maarif Nazirliyi ondan təhsil pillələrinin yenilənməsi ilə bağlı apardıqları işdə sistemə rəhbərlik edəcək layihə hazırlamağı xahiş etmişdir. Elgün fiziki mühitin təhsilə təsirini əsas göstərərək şagirdlərin elektriklə təchiz edilmiş və masaların üstü ağ rəngli örtüklə örtülmüş siniflərdə təhsil almasını təklif etmişdir. Lakin bu, Nazirlik tərəfindən "lyuks" kimi qiymətləndirilmiş və onun layihəsi rədd edilmişdir.
Elgün Hüseynov
Elgün Hüseynov (21 dekabr 1987, Bakı) — azərbaycanlı radio aparıcısı, müğənni, aktyor. == Həyatı və fəaliyyəti == Elgün Hüseynov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Hal-hazırda Radio TMB 100.5 FM-in "3-ü 1-də" səhər şousunun aparıcısıdı. "Ata ocağı"nda Rəvan, "Xalxın evi"ndə "Naxçıvanlı", "Qız atası"nda "İlqar" obrazlarını canlandırıb. Komedixana layihəsinin altyorlarından biridir.
Ərgünə-xun
Ərgənəqon (türk. Ergenekon) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə. Ərgənəqon türklərin Orta Asiyadakı əfsanəvi anayurdu. Rus tarixçi Gumilevin araşdırmalarına görə Dik Yamac mənasını daşıyır., Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı, Beluça dağında olduğundan bəhs edilir. XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı Cəmi ət-Təvarix (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17. yüzildə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbulqazi Bahadır xanın qələmə aldığı Şəcərəyi Türk adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də Türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon (Farsca:ارگنه قون; Ergene Qon) adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir. Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək Türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var.
Ərgünə (Həştrud)
Ərgünə (fars. رقنه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 432 nəfər yaşayır (95 ailə).
Ergenə
Ergenə - Türkiyənin Balkan hissəsində yerləşən çay; Meriç çayının qollarından biri. == Xüsusiyyətləri == Bu çay mənbəyini Türkiyənin Mərmərə regionunun Qara dəniz sahillərində yerləşən Yıldız dağlarından götürür. Çoxlu qollara malik olan bu çay Meriç çayı ilə birləşib Egey dənizinə tökülür. Bundan başqa Mərmərə regionunun Ergenə hissəsi də öz adını bu çaydan götürmüşdür. Ergene çayının qərbdən şərqə doğru şimal qollarını belə sıralamaq olar: Ovadərə, Kuleli çay, Anaçay çayı, Üsküb (Skopye) çayı, Qaynarca çayı, Sulucak çayı, Yuvalı dərə, Çorlu çayı. Qərbdən şərqə doğru isə cənub qolları belədirː Fakara dərə suyu, Beyköy dərə suyu, Hayrabolu dərə suyu, Ovaçay dərə suyu, Hamam dərə suyu. == Coğrafi vəziyyət == Mənbəyindən Saray vilayətinə qədər 1-ci dərəcəli yüksək keyfiyyətli su və müxtəlif balıq və canlıların (karp, mullet, eel, trout və s.) bu ərazidə yaşaması ilə gəlir.Saray rayonunda müalicə olunan məişət tullantılarının qarışdırıldığı çayda suyun keyfiyyəti 2. Bu dərəcədir və onun canlı həyatı Ulaş bölgəsinə qədər mövcuddur. Çerkezköy, Kapaklı, Ulaş, Velimeşe, Çorlu, Pehlivanköy, Mixan və Lüleburgaz sənaye müəssisələri tərəfindən çirklənir. Xüsusilə də aşanda bütün Ergene düzənliyi çirklənir.
Əngənə
Əngənə — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Nazlı bəxşindəki Şimali Nazlı dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 628 nəfərdən və 168 ailədən ibarət idi.
Ərgünəş
Dolanlar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dolanlar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 23 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Dolanlar kəndi 23 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kəndin keçmiş adı Arqyuneş (Arguneş) olmuşdur. Kənd 1828-ci ildən sonra Şimali Farsdan köçmüş erməni ailələri tərəfindən yaradılmışdır. Arqyuneş ərazidəki dağın adıdır. Dolanar XIII əsrdə monqol basqınlarında iştirak etmiş dolan tayfasının adını əks etdirən eyniadlı soyaddır. Bu tayfanın adı qırğız və özbəklər arasında da geniş yayılmışdır [3]. Dolanlar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İcma dağlıqdır, sahəsi 3085,1 ha, bunun 739,54 ha kənd təsərrüfatı, 2261,29 ha meşə torpaqlarıdır. Tarix-mədəniyyət abidələri: "Hənqət Eğtsi" kilsəsi (IX–X əsrlər), qəbiristanlıq (IX–X əsrlər), xaçkar (XII–XIII əsrlər).
Ergene
Ergenə - Türkiyənin Balkan hissəsində yerləşən çay; Meriç çayının qollarından biri. == Xüsusiyyətləri == Bu çay mənbəyini Türkiyənin Mərmərə regionunun Qara dəniz sahillərində yerləşən Yıldız dağlarından götürür. Çoxlu qollara malik olan bu çay Meriç çayı ilə birləşib Egey dənizinə tökülür. Bundan başqa Mərmərə regionunun Ergenə hissəsi də öz adını bu çaydan götürmüşdür. Ergene çayının qərbdən şərqə doğru şimal qollarını belə sıralamaq olar: Ovadərə, Kuleli çay, Anaçay çayı, Üsküb (Skopye) çayı, Qaynarca çayı, Sulucak çayı, Yuvalı dərə, Çorlu çayı. Qərbdən şərqə doğru isə cənub qolları belədirː Fakara dərə suyu, Beyköy dərə suyu, Hayrabolu dərə suyu, Ovaçay dərə suyu, Hamam dərə suyu. == Coğrafi vəziyyət == Mənbəyindən Saray vilayətinə qədər 1-ci dərəcəli yüksək keyfiyyətli su və müxtəlif balıq və canlıların (karp, mullet, eel, trout və s.) bu ərazidə yaşaması ilə gəlir.Saray rayonunda müalicə olunan məişət tullantılarının qarışdırıldığı çayda suyun keyfiyyəti 2. Bu dərəcədir və onun canlı həyatı Ulaş bölgəsinə qədər mövcuddur. Çerkezköy, Kapaklı, Ulaş, Velimeşe, Çorlu, Pehlivanköy, Mixan və Lüleburgaz sənaye müəssisələri tərəfindən çirklənir. Xüsusilə də aşanda bütün Ergene düzənliyi çirklənir.