Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
The Empty Box and Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
The Empty Box and the Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
Emmy
Emma Becanyan (erməni dilində: Էմմա Բեջանյան) — erməni müğənni. Eurovision 2011 mahnı müsabiqəsində Ermənistanı təmsil edən müğənni. 12 aprel 1984-cü ildə musiqiçi ailəsində anadan olmuşdur. Musiqi karyerasına 1993-cü ildə çıxmış ilk "Hayastan" adlı albomla başlamışdır. Musiqinin klipi də həmin il yayımlanmışdır. 2011-ci ildə Eurovision mahnı müsabiqəsində Ermənistanı təmsil edib. İlk albomu 2006-cı ildə yayımlanmışdır.
Melaleuca dempta
Melaleuca dempta (lat. Melaleuca dempta) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Qempey müharibəsi
Qenpey müharibəsi (源平合戦, Qenpey kassen) və ya Tayra–Minamoto müharibəsi – 1180-1185-ci illərdə Yaponiyanın Tayra və Minamoto klanları arasında davam etmiş həlledici müharibə. Bu klanlar Heyan dövrünün ən böyük rəqibləri idi. Müharibə Minamoto klanının qələbəsi ilə başa çatmış və nəticədə, Yaponiyada XIX əsrə qədər davam edəcək bakufu sisteminin əsası qoyulmuşdur. Müharibənin başa çatdığı il Yaponiyada Heyan dövrünün sonu hesab olunur. Tayra və Minamoto klanları IX əsrdə taxta iddia sürməkdən məhrum edilən imperatorluq ailəsinin davamçıları idi. İmperatorluq ailəsinin gücü Yaponiyanın qərbində cəmləşdiyi halda, Tayra və Minamoto klanları Yaponiyanın şərqində güc əldə etmişdilər. Onlar əvvəlcə əyalət rəsmiləri kimi burada məskunlaşsalar da, daha sonra hərbi liderlərə çevrilmişdirlər. İki klan arasında mübarizə XII əsrdə kəskinləşmişdir. Döyüşçü Tayra no Kiyomori 1156-cı ildə baş vermiş Hoqen müharibəsi zamanı Minamoto klanının əsas qolu olan Seva Qenci ailəsinə mənsub bir çox lideri öldürmüşdür. Bunun qarşılığında Minamoto no Yoşitomo 1159-cı ildə Kiyomoriyə qarşı Heyci müharibəsini başlatmışdır.
Hades
Aid və ya Hades (yun. ᾍδης və ya Ἅιδης) — Yunan mifologiyasında yeraltı dünyanın və ölülərin tanrısı. Tanrı Zevs və Poseydonun qardaşı, Persefonanın əri. Qədim Roma mifologiyasında Pluton kimi tanınır. Aid Kron və Reyanın oğludur. Rəvayətə görə Kron digər uşaqları kimi onu da doğulduqdan sonra udaraq yemişdir. Zevs atası Kronu əvvəlcə daşı, sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. O, qardaşları Aid və Poseydonun köməyilə atasını taxtdan salır. Onlar özləri taxt-taca sahib olurlar.Dünyanı bir yerdə idarə etməyin çətin olduğunu görüb 3 yerə bölürlər. Beləliklə, bütün yerüstü dünyanın tanrısı Zevs, yeraltı dünyanın – cəhənnəmin tanrısı Aid və dənizlərin tanrısı isə Poseydon olur.Yer altının bütün xəzinəsi Aidin olduğu üçün Romalılar onun adını dəyişib Pluton qoymuşdur.Arvadı Persefona ilə insafsız tanrılar olaraq yadda qalıblar.
HEDEP
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Den-Helder
Den Helder — Şimali Hollandiyada şəhər və bələdiyyə idarəsi. Şəhər Şimali Hollandiya kontinentalının ən şimal nöqtəsidir. Şəhər həm də ölkənin əsas dəniz bazasına ev sahibliyi edir. Buradan Royal TESO bərə xidməti Den Helder ilə şimaldakı Hollandiyanın yaxınlıqdakı Wadden Texel adası arasında nəqliyyat əlaqələrini təmin edir.
Empayr Steyt Bildinq
Empayr Steyt Bildinq (ing. Empire State Building) — Nyu-Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli göydələn. 1931-ci ildən 1972–ci ilə, Ümumdünya Ticarət Mərkəzinin tikilməsinədək dünyanın ən hündür binası idi. 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələri dağıldıqdan sonra yenidən Nyu-Yorkun ən hündür binası oldu. Binanın arxitekturası art deko stilində işlənmişdir. 1986-cı ildə Empayr Steyt Bildinq ABŞ-nin milli tarixi abidələri siyahısına daxil edilmişdir. 2007-ci ildə bina 1 nömrə altinda amerikanın ən yaxşı arxitektur həlləri siyahısına daxil edilmişdir. Binanın sahibi və müdiri W&H Properties kompaniyasıdır. Göydələn Beşinci avenyu və qərbi 33 və 34-cü küçələr arasında yerləşir. Göydələn öz adını ABŞ-nin Nyu-York ştatının xalq arasında yayılmış adından götürmüşdür, bela ki, onu xalq arasında İmperiya ştatı adlandırırlar.
Swire Seabed
Heaven Knows
Heaven Knows — ingiltərəli musiqiçi PinkPantheress-in ilk albomu. 10 noyabr 2023-cü ildə Warner UK tərəfindən buraxılıb. Bu albom onun 2021-ci ildə buraxdığı "To Hell with It" miksteypindən sonra gəlir. Albom "Boy's a Liar Pt. 2" (Ice Spice ilə), "Mosquito", "Capable of Love" və "Nice to Meet You" (Central Cee ilə) mahnılarını ehtiva edir. PinkPantheress 2023-cü ildə NME-yə verdiyi müsahibəsində müxtəlif musiqi növlərini sınamaq istədiyini və ilk albomunu bu il buraxmağı planlaşdırdığını dedi. O, "Boy's a Liar Pt. 2" və "Mosquito" mahnılarının uğurundan sonra oktyabrın 12-də albom çıxaracağını elan etdi. O, albomun son iki ildə yazdığı mahnılardan təşkil olunduğunu və mövzusunun tək olarkən daxili dincliyin tapılması haqqında olduğunu dilə gətirib.
Bella Hadid
İzabella Xair Hadid (ing. Isabella Khairiah Hadid; 9 oktyabr 1996, Vaşinqton) — Fələstin əsilli amerikalı model. == Həyatı == Bella Hadid Kaliforniya ştatının Los -Anceles şəhərində teleaparıcı və keçmiş model Yolanda Hadid və Fələstinli Amerikalı multimilyonçu Məhəmməd Hadidin ailəsində anadan olmuşdur. Model müsahibəsində" Atam Amerikaya ilk dəfə gələndə qaçqın idi,həmişə çox dindar idi və bizimlə birlikdə dua edirdi, müsəlman olduğum üçün qürur duyuram "dedi. Bellanın böyük bacısı model Gigi Hadid və kiçik qardaşı Ənvər Hadid var.Hadidin həmçinin atasının əvvəlki evliliyindən Mariel və Alana adlı 2 bacısı var. Yeniyetmə ikən Bella Hadid atçılıq idmanında uğur qazandı və 2016 -cı ildə Rio -de -Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırırdı, lakin sonradan sağlamlıq səbəbiylə məşq edə və yarışa bilmədi. Həkimlər qıza gənə dişləməsinin səbəb olduğu lyme xəstəliyi diaqnozu qoydular. Anası Yolanda və qardaşı Ənvər də eyni xəstəlikdən əziyyət çəkirlər. Ancaq qız təslim olmadı və 2014 -cü ilin payızında Nyu -Yorka köçdü. Burada fotoqrafiya ilə məşğul oldu.
Gigi Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura "Gigi" Hadid; 23 aprel 1995, Los-Anceles, Kaliforniya) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və holland əsilli amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Pooja Hegde
Pooja Hegde — Hindistan kino aktrisası və modeli. Pooja Hegde 13 oktyabr 1990-ci ildə Hindistanın Mumbay şəhərində anadan olub.
Sarit Hadad
Sarit Hadad (20 sentyabr 1978) — İsrail müğənnisi. Sarit Hadad 1978-ci il sentyabrın 20-si İsrailin Afula şəhərində anadan olub. Əsl adı Sara Xudadatovadır. Onun ailəsi 1976-cı ildə İsrailə köçmüş, əslən Dərbənddən olan dağ yəhudiləridir. Özündən böyük 3 bacısı və 4 qardaşı var. Saranın 3 yaşı olan zaman ailə Hadera şəhərinə köç edir. Uşaq yaşlarından musiqiyə maraq göstərmiş, lakin dağ yəhudiləri olaraq valideynləri onun müğənni olmaq istəyinə qarşı çıxmışdı. 10 yaşında gənc istedadlılar arasında keçirilmiş yarışda iştirak edir, orada fortepianoda ifa edir. O həmçinin orqan, gitara, akkordion və dabrukada da ifalar etmişdi. Gecələr klublarda konsert vermək üçün gizlincə evdən qaçmış, buna görə dəfələrlə ailəsi tərəfindən cəzalandırılmışdı.
Zaha Hadid
Zaha Hadid (ərəb. زها حديد‎; 31 oktyabr 1950[…], Bağdad[…] – 31 mart 2016[…], Mayami, Florida[…]) — İraq ərəb əsilli Britaniyalı, dekonstruktivist memar. 2004-cü ildə Hadid Pritsker Memarlıq mükafatına layiq görülən ilk qadın-memar olmuşdur. Zaha Hadid 1950-ci ildə Bağdadda, doğulub. Londonda Arxitektura Assosiasiya Məktəbində oxuyub. 1980-ci illərdə, Arxitektura Assosiasiya Məktəbində dərs deyib. Həmçinin dünyada nüfuzlu təşkilatlarda dərs demişdir. Bundan əlavə, o Amerikan İncəsənət İnstitutunun Fəxri Üzvüdür. Avstriyada Vyanada Tətbiqi İncəsənətlər Universitetində professor olmuşdur. Çoxlu beynəlxalq yarışın qalibidir, Honkonqda (1983-cü il) Peak Klub və Uelsdə (1994) Cardiff Bay Opera House onun işlərindəndir.
Cici Hadid
Yelena Nura "Gigi" Hadid (ing. Jelena Noura "Gigi" Hadid; 23 aprel 1995, Los-Anceles, Kaliforniya) fələstin-holland əsilli amerikalı model və aktrisa. Hadid müsəlmandır. Dünyanın ən yüksək ödənişli modellərindən biridir. O, 2015 Pirelli təqvimi ilə məşhurlaşan Victoria's Secret modeli Tom Fordun bir neçə sətirinin simasıdır. 2016-cı ildə İngilis Moda Şurası tərəfindən İlin Beynəlxalq Modeli seçildi. Dörd il ərzində Hadid beynəlxalq "Vogue" jurnalının qapaqlarında çıxış etmişdir. Hadid, 1995-ci il aprelin 23-də Los-Anceles şəhərində anadan olmuşdur. Fələstinli Mohamed Hadid və holland əsilli amerikalı köhnə model Yolanda Hadidin qızıdır. Giginin daha kiçik bir bacısı Bella və kiçik bir qardaşı Ənvər var.
Georq Fridrix Hendel
Qeorq Fridrix Handel (alm. Georg Friedrich Händel‎, 1685–1759) – dahi alman bəstəkarı, barokko musiqi janrının ən nümayəndələrindən biri. Həyatının böyük əksəriyyətini İngiltərədə yaşamışdır. Handel 1685-ci ilin 23 fevralında Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur. Yeddi yaşından musiqi ilə intensiv şəkildə məşğul olmağa, doqquz yaşından isə bəstəkarlıq fəaliyyətinə başlamışdır. İlk operaları olan "Ameliya" və "Neron" əsərlərini 1705-ci ildə yazmışdır. 1707–1710-cu illərdə bəstəkar İtaliyaya səfər etmiş və burada musiqi təhsili almışdır. Bu illərdə o italyan operasının mahir bilicisi adını qazanır. 1710-cu ildə Handel sonralar İngiltərə kralı olacaq Hannover kurfüristi Georqun sarayında kapelmeyster təyin olunur. Elə həmin il Londona yollanan Handel iki il sonra yenidən, lakin qısa müddətə Almaniyaya qayıdır.
Heaven And Hell
Heaven And Hell (azərb. Cənnət və cəhənnəm‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnı.
Johann Qottfrid Herder
Johann Qottfrid Herder (25 avqust 1744[…] – 18 dekabr 1803[…], Veymar, Saksen-Veymar[d], Müqəddəs Roma imperiyası[…]) — Alman tarixçisi, filosofu, şair. XVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, inkişafda və dinamikada olan faktlar kimi) yanaşmağa imkan vermirdi. XVIII əsr ərzində Qərbi Avropada maarifçilik hərəkatının görkəmli nümayəndələri (xüsusilə Mari Fransua Arue-Volter və Johann Qottfrid Herder) tərəfindən ümumdünya tarixinin universal təcrübələri yaradıldı. Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı təsiri, varisliyi problemləri qaldırıldı. Bu sahədə Johann Qottfrid Herderin (1744–1803) rolu böyük idi. Onun "Bəşəriyyət tarixinin fəlsəfəsinə dair ideyalar" (1784–1791) adlı əsərində bəşəriyyətin bütün tarixi inkişaf yolunu nəzəri cəhətdən təhlil etmək cəhdi göstərildi. Y. Herder hesab edirdi ki, tarixi inkişaf prosesinin başlıca mənbəyi mədəniyyətdir. Herder tarix elminin əsas vəzifəsini mədəniyyətin tədqiq olunmasında görürdü. O, dini və mənəvi yaradıcılığın bütün növlərini, insanların təsərrüfat fəaliyyətini, ictimai münasibətləri mədəniyyətin başlıca elementləri kimi tədqiq edirdi. Y. Herder qədim Şərq xalqlarının əski dövrlərdə yüksək mədəniyyətə malik olduqlarını sübut edir və etiraf edirdi ki, elmi biliklərin, astronomiyanın ilk elementləri məhz Şərq ölkələrində yaranmışdır.
Reader's Digest
Reader's Digest (Riderz Daycest;Oxucu seçimi, oxucu xülasəsi) Amerika da ümumi maraq kəsb edən ailə jurnalıdır ki, aybaay nəşr olunur.
Stairway to Heaven
Stairway to Heaven — Led Zeppelinin tərəfindən, 1971-ci ilin dekabr ayında nəşr olunan Led Zeppelin IV albomundan bir mahnı.Guitar World jurnalı Cimmi Peygin bu solosunu rok tarixindəki ən yaxşı solo seçmişdir. "Stairway to Heaven" 100 ən yaxşı rok mahnısı siyahısında VH1 tərəfindən 2000-ci ildə üçüncü elan edilmiş, ən yaxşı 500-də isə 31-ci yerdə qərarlaşmışdır.
The Last DeadEnd
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
Tomas Heyden Çörç
Tomas Riçard MakMillen (ing. Thomas Haden Church; 17 iyun 1960) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
İohann Qottfrid Herder
Johann Qottfrid Herder (25 avqust 1744[…] – 18 dekabr 1803[…], Veymar, Saksen-Veymar[d], Müqəddəs Roma imperiyası[…]) — Alman tarixçisi, filosofu, şair. XVII əsrdə Qərbi Avropada elmin inkişaf səviyyəsi sosioloji tədqiqatlarda ictimai hadisələrə proses kimi (dəyişmədə, inkişafda və dinamikada olan faktlar kimi) yanaşmağa imkan vermirdi. XVIII əsr ərzində Qərbi Avropada maarifçilik hərəkatının görkəmli nümayəndələri (xüsusilə Mari Fransua Arue-Volter və Johann Qottfrid Herder) tərəfindən ümumdünya tarixinin universal təcrübələri yaradıldı. Qərb və Şərq mədəniyyətlərinin qarşılıqlı təsiri, varisliyi problemləri qaldırıldı. Bu sahədə Johann Qottfrid Herderin (1744–1803) rolu böyük idi. Onun "Bəşəriyyət tarixinin fəlsəfəsinə dair ideyalar" (1784–1791) adlı əsərində bəşəriyyətin bütün tarixi inkişaf yolunu nəzəri cəhətdən təhlil etmək cəhdi göstərildi. Y. Herder hesab edirdi ki, tarixi inkişaf prosesinin başlıca mənbəyi mədəniyyətdir. Herder tarix elminin əsas vəzifəsini mədəniyyətin tədqiq olunmasında görürdü. O, dini və mənəvi yaradıcılığın bütün növlərini, insanların təsərrüfat fəaliyyətini, ictimai münasibətləri mədəniyyətin başlıca elementləri kimi tədqiq edirdi. Y. Herder qədim Şərq xalqlarının əski dövrlərdə yüksək mədəniyyətə malik olduqlarını sübut edir və etiraf edirdi ki, elmi biliklərin, astronomiyanın ilk elementləri məhz Şərq ölkələrində yaranmışdır.
Emmy Rossum
Emmanuell Qrey Rossum (12 sentyabr 1986, Nyu-York, Nyu-York ştatı, ABŞ) — amerikalı aktrisa, rejissor və müğənni. "Utanmaz" serialında canlandırdığı Fiona Qallaher rolu ilə tanınır. O, 2022-ci ildə "Angelyne" serialında çəkilib.
Əmtə çayı
Əmtə çayı — Rusiya Federasiyasının Rostov vilayəti ərazisindən axan çay. Əmtə çayı Don çayının hövzəsinə daxil olan Curyuk-Sal çayının sağ qolunu təşkil edir. Çayın uzunluğu 39 km, hövzəsinin sahəsi isə 570 km² təşkil edir. Çayın mailliliyi 1.4 m/km təşkil edir. Çay üzərində balıqların ovlanması məqsədi ilə kiçik su tutarları hazırlamışlar. Mənbəyinin hündürlüyü 110 metr, mənsəbinin hündürlüyü isə 56 metrdir. Çay sistemi: Əmtə → Curak-Sal → Sal → Don. Rostov vilayətində Böyük Əmtə adlı axar vardır. Bu axar Malaya Kuberle çayının sol qolunu təşkil edir «Rostov vilayətinin təbiəti» adlə dərgidə 1940-ci ildə Yamta çayı olaraq adlandırılır. Böyük ehtimal ki, çayın adı kalm.
Terminator BMPT
"Terminator" – düşmənin tank əleyhinə silahlarını məhv etmək üçün tank birləşmələrinin bir hissəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş Rusiyanın tanka dəstək döyüş maşınıdır (TDDM). Qumbaraatan, tank əleyhinə sistemlər və atıcı silahlarla təchiz edilmiş düşmən şəxsi heyətini effektiv şəkildə məhv etmək, hərəkətdə və yerindən tankı, PDMı, yüksək mühafizə olunan hədəfləri vurmaq da mümkündür.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi.
Həşdad
Səksən (həştad) — say sistemində saylardan biridir. Yetmiş doqquzdan sonra, səksən birdən əvvəl gəlir. Səksən ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 16, 20, 40 və 80 ədədlərinə qalıqsız bölünür.
Səadət
Səadət — qadın adı. Səadət Əliyeva — Azərbaycanlı alim, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Universitetinin rektoru. Səadət Təhmirazqızı — sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Yusifova — hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Hədər
Hədər (Salmas)
Hədət
Hədət əl-Həmra' (ərəb. الحدث الحمراء‎; mənası – Qırmızı Hədət) və ya Adata (q.yun. Ἃδατα) — Tavr dağları yaxınlıqlarında, indiki Türkiyənin cənub-şərqində qədim şəhər. Şəhər Bizans-ərəb müharibələrində əhəmiyyətli rol oynamışdır. Şəhər Tavr–Aladağlar dağ silsəsinin təqribən 1,000 metr (3,300 ft) yüksəkliyində, Adıyaman vilayətinin Gölbaşı rayonundakı Ağsu çayı yaxınlıqlarında yerləşirdi. Şəhərin dəqiq yeri naməlumdur. Houtsma, Martijn Theodoor, redaktorAl-Ḥadath // E.J. Brill's first encyclopaedia of Islam, 1913–1936, Volume III. Leiden: BRILL. 1987. səh. 187. ISBN 90-04-08265-4.
Heydər Abbasi
Heydər Abbasi (fars. حیدر عباسی‎; 24 fevral 1943, Marağa, Şərqi Azərbaycan ostanı) — daha çox öz təxəllüsü ilə tanınır - Barışmaz (farsca: باریشماز) - İran azərbaycanlılarından olan şair, yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatı tənqidçisi. Heydər Abbasi 1943-cü ildə Şərqi Azərbaycan ostanının Marağada şəhərində anadan olmuşdur. 2017-ci ilin dekabr ayının 7-də Marağa şəhərinin Əbdülqadir Marağalı adına Mədəniyyət və İncəsənət Kompleksində Heydər Abbasi üçün yaradıcılıq gecəsi keçirilmişdir. Mərasimdə Cənubi Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Nadir İlahi, Vədud Dusti və daha bir neçə şair də iştirak etmişdir. Təbriz Universitetində ingilis dili üzrə bakalavr təhsili almışdır. Tehran şəhərində isə magistr pilləsində təhsil almışdır. 45 ədəbi əsəri vardır. Heydər Abbasi ədəbi yaradıcılıq və ədəbi tənqidçiliklə yanaşı tərcüməçiliklə də məşğuldur. Onun ən yaxşı tərcümə əsərlərinə Nəhcül-bəlağəni həm ərəb, həm də latın əlifbasında Azərbaycan dilinə tərcüməsini (həmçinin həmin əsərin təfsirini 2 cilddə yazmışdır), Mövlanə Cəlaləddin Ruminin Məsnəvisini həm ərəb, həm də latın əlifbasında (4 cilddə) Azərbaycan dilinə tərcüməsini misal göstərmək olar.
Heydər Babayev
Heydər Aydın oğlu Babayev (1957, Bakı) — Azərbaycan Respublikasının sabiq İqtisadi İnkişaf naziri. Babayev Heydər Aydın oğlu 1957-ci ildə Bakıda anadan olmuşdur. 1980-ci ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan TSP-də xarici sərgilər üzrə müfəttiş vəzifəsi ilə başlamışdır. 1981-ci ildən SSRİ Xarici İqtisadi Əlaqələr Bankında valyuta mühafizəsi müfəttişi, idarə rəisinin müavini, 1992-ci ildən "Xariciiqtisadibank"ın Türkiyədə baş nümayəndəsi, 1997-ci ildən "Mostbank"ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləmişdir. 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf Naziri təyin olunmuşdur. 2008-ci il 30 oktyabrda Heydər Babayev İqtisadi İnkişaf Nazirliyi vəzifəsindən azad olunumuşdur. Evlidir, 1 övladı var.
Heydər Bammatov
Bammatov Heydər Nəcməddin oğlu (1 (13) noyabr 1889, Kafır-Kumuq[d], Temirxan-Şura dairəsi, Dağıstan vilayəti, Rusiya imperiyası – 31 mart 1965, Paris, Fransa) — Şimali Qafqaz ictimai-siyasi hərəkatının liderlərindən biri, liberal-demokrat. Fevral inqilabından (1917) sonra Dağıstan əhalisinin Temirxan-Şurada seçdiyi (1917, 9 mart) Müvəqqəti Vilayət İcraiyyə Komitəsinin üzvü olmuşdur. 1917-ci il sentyabrın 1-dəTemirxan-Şurada təşkil edilən Dağıstan Milli Müsəlman Komitəsinin tərkibinə daxil idi. Ümum-Rusiya Müəssislər məclisinə, III Ümumdağıstan qurultayında (1918, yanvar) Dağıstan İcraiyyə Komitəsinə üzv seçilmişdi. Müvəqqəti Dağlılar hökumətinin üzvü, Cənubi Qafqaz birliyi ilə danışıqlar aparmaq üçün Tiflisə göndərilən nümayəndə heyətinin sədri olmuşdur. 1918 ilin martında Tiflisdə Zaqafqaziya seyminin Müsəlman fraksiyası ilə Şimali Qafqaz nümayəndə heyətinin birgə iclasında Azərbaycanla Şimali Qafqaz arasında münasibətləri tənzimləmək üçün yaradılan xüsusi komissiyanın dağlılar tərəfindən üzvlərindən biri də Bammat idi. Trabzon konfransında qeyri-rəsmi iştirak etmiş, Ə. M. Çermoyevlə birlikdə 1918-ci il mayın 11-də Qafqaz Dağlılar İttifaqı dövlətinin müstəqilliyini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nümayəndə heyəti Batum konfransında (1918) rəsmən iştirak etmiş, Bammat burada Almaniyanın Türkiyədəki səfiri Bensdorf, Batum konfransında alman diplomatik heyətinin rəhbəri fon Lossov, Türkiyə və Cənubi Qafqaz dövlətlərinin nümayəndələri ilə Şimali Qafqaz Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Osmanlı dövləti ilə dostluq haqqında müqavilə imzalamış və ondan hərbi yardım təminatı almışdı. Bammat xarici işlər naziri kimi Avropaya getmiş, 1918 ilin dekabrında təşkil edilən yeni hökumətin tərkibində də xarici işlər naziri təyin olunmuşdu.
Heydər Baş
Heydər Baş (28 yanvar 1947, Trabzon – 14 aprel 2020, Trabzon) — Türkiyə siyasətçi, yazıçı, maarifçisi. Bağımsız Türkiyə Partiyasınin qurucusu və başkanıdır. İlk, orta və lisey təhsilini Trabzonda tamamladı. 1970-ci ildə Kayseri Yüksək İslam İnstitutinu bitirdi. Magistr və doktorluğunu "Veda Hutbesinde İnsan Hakları" mövzusunda tezi (disertasiyası) ilə Bakı Dövlət Universitetində tamamlamışdır. Akademik çalışmalarına eyni universitetdə davam eden Heydər Baş "İslam və Mövlanə", "Təsəvvüf Tarixi", "Din Sosialogiyası" və "Din Psixologiyası" mövzularındaki araşdırmaları nəticəsində "Professor" unvanını da almışdır. Milli İqtisad Modeli Sosyal Devlet / Milli Devlet Imam-i Ali Fatima Veda Hutbesinde İnsan Hakları Alemlere Rahmet Muhammed 2 Cilt Dini ve Milli Bütünlüğümüze Yönelik Tehditler İslam’da Kadın Hakları Makalat Mektubat İslam ve Mevlana Islam’da Zikir Islam’da Tevhid Iman ve Insan Insan-ı Kamil ve Nefs Mertebeleri Hacc’ın Hikmetleri Hıristiyanlık ve Yahudilik Hikmetin Sırları Din Tahripçilerine Kur’an-ı Kerim’in Cevabı Dua ve Evrad Birliğe Doğru Veda Hutbesi ve Evrensel Beyanname Nefs Terbiyesi Varoluşun Gayesi: Zikrullah Yaşayan Kur`an: Sünnet Dar Bölge Yaygın Kalkınma Modeli Das Nationale Wirtschaftsmodell (Milli Ekonomi Modeli Almanca) Oluş Sırrı Hadikatü`l Cennah (Dua Kitabi) Niçin Türkiye?
Heydər Biqiçev
Heydər Biqiçev (tatar. Хәйдәр Әббәс улы Бигичев; 16 iyun 1949, Çümbəli[d], Nijeqorod vilayəti – 13 noyabr 1998, Kazan) — müğənni (dramatik tenor), Musa Cəlil adına Tatar Opera və Balet Teatrının solisti, Tatar ASSR-nin xalq artisti (1980), RSFSR-nin əməkdar artisti (1986), Qabdulla Tukay adına Tatar ASSR Dövlət Mükafatı laureatı (1984). Heydər Biqiçev 16 iyun 1949-cu ildə Nijeqorod vilayətinin Krasnooktyabrski rayonunun Çembiley kəndində böyük bir ailədə anadan olub. Ata kombaynçı, anası kolxozda işləyirdi. Sovet Ordusu sıralarında xidmət etdikdən sonra X. Biqiçev Moskvaya yola düşür, fabrikdə işləyir. Dostunun məsləhəti ilə laureat olduğu "Salam, biz istedadları axtarırıq!" Ümumittifaq televiziya müsabiqəsində iştirak etdi. Müsabiqənin münsiflər heyətinin sədri bəstəkar M.Tariverdiev gənc ifaçının istedadını yüksək qiymətləndirdi və ona musiqi ilə peşəkar şəkildə təhsil almasını tövsiyə etdi. 1971-ci ildə məşhur tatar müğənnisi RSFSR Xalq artisti Fəxri Nasretdinovun istəyi ilə Kazan Dövlət Konservatoriyasının rektoru N.Q.Jiqanov qəbul imtahanları bitdikdən sonra nəticələrinə görə H.Biçiçev üçün bir dinləmə təşkil etdi. 1977-1998-ci illərdə Musa Cəlil adına Kazan Dövlət Opera və Balet Teatrının aparıcı solisti olmuşdur. Müğənni 13 noyabr 1998-ci ildə vəfat etdi.
Heydər Bulqakov
Heydər Bulqakov (1956, Özbəkistan SSR) — Sovet və Krım tatar mənşəli riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor. 1956-cı ildə Krım tatarlarının sürgün edilməsindən sonra Özbəkistanda anadan olmuşdur. 1972-ci il Riyaziyyat Olimpiadasında dərəcə əldə etdikdən sonra fizika və riyaziyyat liseyində bitirib Novosibirsk Dövlət Universitetinə daxil olur. 1978-ci ildə Novosibirsk Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. 1978-1993-cü illərdə aparıcı tədqiqatçı, əvvəlcə Hesablama Mərkəzində (1978-1980), 1980-ci ildən sonra isə Riyaziyyat İnstitutunda tədqiqatçı vəzifələrini tutur. Tətbiqi Riyaziyyat kafedrasında əvvəlcə doktorluq (1982), sonra elmlər doktoru (1989) dərəcəsi almışdır. 1976-1993-cü illərdə əvvəlcə tələbəsi, daha sonra həmkar kimi professor Serqey Qodunov ilə birlikdə çalışır. Rusiyada bir kompüter tətbiqi olaraq inkişaf etdirdiyi texnoloji üsullar sənayedə, xüsusilə mühərrik, kimya, avtomobil, aviasiya və hərbi sənayedə tətbiqini tapır. Tədqiqat mərkəzinin koordinatorlarında çalışır. Çoxsaylı milli və beynəlxalq konqreslərdə təşkilatçı və natiq kimi iştirak etmişdir.
Heydər Camal
Heydər Camal (Heydər Cahid oğlu Camal; rus. Гейдар Джахидович Джемаль; 6 noyabr 1947, Moskva – 5 dekabr 2016, Almatı) — Əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair. Rusiya İslam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri Heydər Camal 1947-ci ilin 6 noyabr tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olmuşdur. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır. Əslən ağdamlı olan H. Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Ağdama — ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq dilləri institutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 1966-cı ildə oğlu Orxan Camal dünyaya gəlir. Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat etmişdir.
Heydər Gəray
Heydər Gəray (bilinmir – 1487) — Krım xanlığının və Gəraylar sülaləsinin banisi Hacı Gərayın böyük oğlu. Müxtəlif vaxtlarda 2 dəfə Krım taxtı uğrunda ayaqlanmış, bu səbəblə tarixi mənbələrdə xan olaraq qeyd edilmir. Heydər Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ən böyük oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Ancaq atası Hacı Gəray xan olduqca sərt daxili siyasət yeridirdi. Bu səbəblə yerli əyanları özündən narazı salmışdı. Digər yandan Osmanlılarla ittifaq quraraq Kəfə qalasını mühasirəyə almış, qalanı ala bilməsə də genuyalıları vergi verməyə məcbur etmişdi. Məhz bu hadisədən 2 il sonra 1456-cı ildə Heydər Gəray genuyalıların və yerli əsilzadələrin dəstəyini alaraq atasına qarşı ayaqlandı və taxt mübarizəsinə başladı. Xarici dəstəyə baxmayaraq bu mübarizəsi cəmi 2 ay davam etdi və ələ keçirilərək Sudak qalasına həbs edildi.