Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Enliqulaq
Enliqulaq (lat. Barbastella) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinə aid heyvan cinsi.
Enliqulaq bükükdodaq
Enliqulaq bükükdodaq (lat. Tadarida teniotis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin buldoqkimilər fəsiləsinin bükükdodaq cinsinə aid heyvan növü. 4 (BTMİ-nin 2.3 (1994-cü il) və 3.1 (2010-cu il) variantlarına əsasən LR/lc). Azərbaycan Respublikasının Qırmızı Kitabının I nəşrinə "məhdud arealı olan çox nadir növ" statusu ilə daxil edilib. Bern Konvensiyasına əsasən mühafizə olunur (Əlavə II). Qafqazda "məlumat azlığı" (DD) kimi qiymətləndirilib. Arealı Aralıq dənizinin şimal və cənub hissələrini, Qafqazı, Qazağıstanı, Elbrus, Kopetdağ və Pamir dağlarını əhatə edir. Ərəbistan yarımadasından və İranın cənubundan tək-tək tapıntılar var. Qafqazda cəmi bir neçə dəfə tapılıb. Azərbaycanda birinci dəfə 1938-ci ildə Dağlıq Qarabağın ərazisində Şuşa dərəsində N. Qubarev tərəfindən, 1939-cu ildə həmin yerdə A. Kuzyakin tərəfindən aşkar olunub.
Avropa enliqulaqı
Asiya enliqulağı
Asiya enliqulağı (lat. Barbastella leucomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin enliqulaq cinsinə aid heyvan növü. Avropa enliqulağından fərqli olaraq iriliyi və xəzinin tünlüyü ilə seçilir. Arealı Efiopiyanın şimalını, Kiçik və Orta Asiyanı, Cənubi Qafqaz, Yaxın Şərq, İran, Əfqanistan, Pamir, Pakistanın şimalı, Hindistan və Qərbi Çini əhatə edir. Qlobal areal çərçivəsində müxtəlif landşaftlarda - səhralardan tropik meşələrə qədər, dağətəyi və dağlıq yerlərdə d.s.2500 m hündürlükdə yayılmışdır. Qafqazda Asiya enliqulağı əsasən cənubi-şərq əyalətlərində (440 ş.e. qədər) yayılmışdır. Azərbaycanda 8 nöqtədə qeydə alınmışdır, əsasən cənub yarımkürəsində d.s. 600–1600 m hündürlükdə olan əraziləri əhatə edir. Adətən bu yarasalar arid landşaftlarda (Qobustanda və Bozdağ silsiləsində mağaralarda, Ordubad Milli Parkının Kilit və digər mağaralarında) rast gəlinir.
Avropa enliqulağı
Avropa enliqulaqı (lat. Barbastella barbastellus) — Enliqulaqlılar cinsinə aid növ. 32 xromosona malikdir. Kiçik və parlaq yarasadır. Çəkisi 6–15 q, uzunluğu 45–58 mm təşkil edir. Quyruğnun uzunluğu 38–52 mm-dir. Qanadlar arasında məsafə 26–31 sm-dir. Bel nahiyəsində rəngi tünddür Avropada İngiltərədən Qafqaza kimi ərazilərdə, İspaniyada, Mərakeşdə, Litvada, Cənub-qərbi Belarusda, Ukraynanın qərbində və Kiçik Asiyada yayılmışdır. Kiçik və Böyük Qafqazın meşələrində məskunlaşmışdır. Azərbaycanda 15 məntəqə qeydə alınıb, bunların çoxu şimali-qərb və cənubi-şərqdə — d.s.