Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fotosfer
Fotosfer — Günəşin səthindən 200–300 km-dək məsafədə yerləşir. Burada temperatur 5700 °C-dən çox olur. Fotosferdə yaranan dairəvi qara ləkələr (diametri 200000 km-ə qədər) Günəş ekvatorunun hər iki tərəfində müşahidə olunur.
Homosfer
Homosfer – hündürlüyü 90–95 km olan aşağı qatdır. "Homo" –tək, "sfera" isə təbəqə deməkdir. Bu qatda hündürlük artdıqca əsas qazların faiz tərkibi və havanın xüsusi molyar çəkisi dəyişməz qalır.
Litosfer
Litosfer (yun. λίθος (litos)— daş və σφαίρα (sfera)— təbəqə) – Yerin üst bərk qatı. Litosferə Yer qabığı və ondan Moxoroviçiç sərhədi ilə ayrılan üst mantiya daxil edilir. Litosfer əlaqələndirici təbəqədir.Litosferin qalınlığı qeyri-müəyyəndir, ehtimal ki,onun qalınlığı materik Yer qabığında 150–200 km-ə qədər,okeanlarda isə 90 km-ə çatır.«Litosfer» və «Yer qabığı» məfhumlarının mənasını eyniləşdirmək olmaz. == Litosfer qatları == Yer qabığı 1.Materik yer qabığı.2.Okean yer qabığı.3.Keçid qabığ(Böyük materiklərin kənar hissələri üçün xarakterikdir). Materik qabığı 3 qatdan ibarətdir: Çökmə qat Qranit qat. Bazalt qat. Qranit qata silisium və alüminium çox olduğu üçün SiAl təbəqəsi,bazalt qata isə silisium və maqnezium çox olduğu üçün SiMa təbəqəsi deyilir. Okean qabığı isə 2 qatdan ibarətdir.Qranit qat yoxdur. Çokmə qat.
İonosfer
İonosfer- atmosferin 50 (80) km-dən yuxarıda yerləşən ionlaşmış qatı. İonosferin yuxarı sərhəddi şərti olaraq 15-20 min km götürülür. İonlaşma qısa dalğalı günəş şüalarının, korpuskulyar sellərin, kosmik şüaların və s. təsiri nəticəsində baş verir. Maksimum ionlaşma gecə 300-400 km, gündüz isə 160-320 km yüksəkliyədək müşahidə olunur. İonosferdə temperatur hündürlükdən asılı olaraq yüzlərlə, hətta minlərlə dərəcəyə çatır. Buna görə İonosferə Termosfer də deyilir.
Fotosel
Fotosel (İngiliscə: photo cell) - üzərinə düşən işığın intensivliyinə nisbətdə gərginlik yaradan işıq sensorudur. Fotoelektrik effekt prinsipi ilə işləyir. Fotoseldəki şüşə sferanın daxili hissəsi natrium və litium kimi qələvi metallarla örtülmüşdür. Qələvi metallar yüksək enerjili ağ işıq (günəş işığı) aldıqları zaman onların elektronları qırılır və onlar anod ucuna çəkilirlər. Günəş batareyası kimi istifadə olunur və birbaşa işıq enerjisi ilə elektrikli alətləri işlədə bilir. Digər metallar da işə yarayır, lakin qələvi metallardakı metal xüsusiyyətlərini göstərə bilmirlər.
Noosfer
Noosfer (yun. noos) – ağıl və (yun. sphaira) (rus. ноосфера, ing. noosphere, yun. νόος — şüur və σφαῖρα — sfera, dairə, təbəqə) — planetin şüurlu insan fəaliyyəti ilə əhatə olunmuş sahəsidir. Noosfer məfhumu 1927-ci ildə fransız alimləri Elmə Teyyar de Şarden və E. Le-Rua tərəfindən gətirilmişdir. Vernadski isə bu anlayışı inkişaf etdirmişdir. Noosfer insanın kosmosa çıxması və planetdə dərin məsələlərin həlli sayəsində fasiləsiz olaraq genişlənmək meylinə malikdir. Noosfer çox zaman Antroposfer adlandırılır: Antroposfer — insan yaşayan və ya daxil olan yer sferi; Antroposfer — Yer sferi və yaxınlıqdakı Kosmosun insan tərəfindən bilavasitə və ya vasitəli keçmişdə dəyişdirilmiş və ya yaxın gələcəkdə dəyişdirilə biləcək hissəsi.
Litosfer tavaları