Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perimetr
Perimetr (yun. περίμετρον — çevrə, yaxud yun. περιμετρέο — ətrafı ölçürəm) — fiqurun sərhəddinin ümumi uzunluğu (əsasən müstəvi üzərində). Uzunluq kəmiyyətləri ilə ölçülür. Bəzən həndəsi fiqurun sərhədini də perimetr adlandırırlar. Müxtəliftərəfli üçbucaq: a+b+c; Bərabəryanlı üçbucaq: 2a+b; Bərəbərtərəfli (düzgün) üçbucaq: 3a; Düzbucaqlı və paraleloqram: 2(a+b); Kvadrat və romb: 4a; Müxtəliftərəfli trapesiya: a+b+c+d; Bərabəryanlı trapesiya: 2a+b+c. Çoxbucaqlının perimetri onun tərəfləri cəminə bərabərdir. dairənin perimetri (onun çevrəsinin uzunluğu) ;;; P = 2 π r = π d , {\displaystyle P=2\pi r=\pi d,} -yə bərabərdir, burada π {\displaystyle \pi } =3.14159… -sabit, r {\displaystyle r} — dairənin radiusu; d {\displaystyle d} — dairənin diametridir. Üçbucaqla əlaqəli düsturlarda (məsələn üçbucağın sahəsinin Heron düsturu ilə hesablanması zamanı) yarımperimetr anlayışından da istifadə edirlər.
Henrieta Farkaşova
Henrieta Farkaşova (slovak. Henrieta Farkašová; 3 may 1986, Rojnyava) — Slovakiya paralimpiya xizəkçisi, 2010, 2014 və 2018 Paralimpiya Qış Oyunlarının 9 qat çempionu. == Həyatı == Görmə qabiliyyəti əlilliyi var, B3 sinifində yarışır. Trnava Universitetində və Matey Bel Universitetində sosioloq ixtisasında oxuyub. Rolik sürməyi sevir. Şəxsi şüarı — "Mümkünsüz mümkündür". Henrietanın doqquz qızıl medalı var: üçünü 2010-cu ildə (nəhəng slalom, super kombinasiya və super nəhəng), ikisini 2014-cü ildə (sürətli eniş, nəhəng slalom), dördünü 2018-də (sürətli eniş, super nəhəng, super kombinasiya və nəhəng slalom) qazanmışdır. Həmçinin, onun aktivində 2010-cu (sürətli eniş) və 2018-ci (slalom) illərdə qazanılan gümüş medallar var, 2014-cü ildə isə o, bürünc medal (slalom) qazanmışdır. Nataliya Şubrtova onun lideridir.
Henriett adası
Henriett adası — De-Lonq adaları qrupuna daxil olan, Şərqi Sibir dənizində yerləşən ada. Adanın sahəsi 12 km², hündürlüyü isə 315 metrdir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Şərqi Sibir dənizi şimal qutaracağında yerləşir. == Geologiya == Henriett adası De-Lonq adalarına daxil digər adalar kimi Verxoyan-Çukot qayalıq zonasında yerləşir. Paleozoy və Mezazoy dövrünə aid bazalt suxurlardan ibarətdir. == İqlimi == De-Lonq adaları qrupuna daxil adalar arasında ancaq Henriett adasının iqlimi öyrənilmişdir. Qımda küləklər cənubdan, yayda isə şimaldan əsir. Ən isti ayın orta temperaturu (iyul) +0,3°, soyuq ayın temoeraturu isə (mart) −26,5° təşkil edir. == Buzlaqlar == Buzlaqlar əsasən adanın cənub-şərqində 6 km² sahəyə malikdir.