Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İşıqlanma dərəcəsi
İşıqlanma dərəcəsi (ing. illuminance, rus. освещенность, türk. aydınlatma şiddeti) – bir şeyin üzərinə düşən işığın miqdarı və ya səthin bir hissəsinin işıqlandırılması. Beynəlxalq vahidlər sistemində işıqlanmanın ölçü vahidi 1 lüks hesab olunur. Bu anlayışdan televiziya texnikasında, kompüterlərin displeylərinin və başqa oxşar optik qurğuların təsvirində istifadə edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan fərqlərdən yaranır. Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır. Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır.