Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kəsəyən dağ siçancığı
Kəsəyən dağ siçancığı (lat. Calomyscus urartensis) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. == Xarici görünüşü == Ölçüləri xırda, quyruğu bədənindən uzundur (uyğun olaraq 101 və 85 mm-ə qədər). Xarici görünüşü siçanşəkilli, qulaqları uzun olub seyrək, zərif tüklərlə örtülmüşdür. Bığları uzundur. Başqa siçancıqlardan fərqli olaraq arxa ətrafları ön ətraflardan xeyli uzundur. == Yayılması == Azərbaycanda və şimal-qərbi İranda yayılmışdır. == Həyat tərzi == Yaşayış yerləri Naxçıvançayın sol sahili boyunca dağlıq çöllər 1660–1700 m hündürlüyə qədər bağlıdır. Dəyişkənliyi öyrənilməmişdir.
Kəsəyən dağ siçanı
Kəsəyən dağ siçancığı (lat. Calomyscus urartensis) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. == Xarici görünüşü == Ölçüləri xırda, quyruğu bədənindən uzundur (uyğun olaraq 101 və 85 mm-ə qədər). Xarici görünüşü siçanşəkilli, qulaqları uzun olub seyrək, zərif tüklərlə örtülmüşdür. Bığları uzundur. Başqa siçancıqlardan fərqli olaraq arxa ətrafları ön ətraflardan xeyli uzundur. == Yayılması == Azərbaycanda və şimal-qərbi İranda yayılmışdır. == Həyat tərzi == Yaşayış yerləri Naxçıvançayın sol sahili boyunca dağlıq çöllər 1660–1700 m hündürlüyə qədər bağlıdır. Dəyişkənliyi öyrənilməmişdir.
Kəsəmən
Aşağı Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Kəsəmən (Göyçə) — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
Kətəməz
Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörək. Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz. Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmır.
Kətəban
Kətəban — e.ə. I minilliyin əvvəllərindən b.e. I–II əsrlərinə qədər mövcud olmuş qədim Cənubi Ərəbistan (qədim Yəmən) padşahlığı. Bu, səbailər, məinlilər, həzrəmövtlülər, himyarlılar və əvsanlılar ilə birlikdə qədim Yəmənin altı qədim Cənubi Ərəbistan krallığından biri idi. == Coğrafiya == Kətəban Bəyhan vadisi ətrafında mərkəzləşmişdi və paytaxtı Timnə şəhəri idi. Kətəbanın qonşuları şimal-qərbdə və qərbdə səbailər, cənubda əvsanlılar və şərqdə həzrəmövtlülər idi. Kətəbanın ərazisi maksimum dərəcədə cənub-qərbdə Babül-Məndəb, şimalda Ramlat-əs-Sabataym və şərqdə Həzrəmövtün qərb sərhədlərinə qədər uzanırdı.
Kətəbə
Kətəbə — ornament sənətində əsas elementlərdən biridir. Kətəbələrin quruluşu uzunsov formalı "gölə" oxşayır. Bir qayda olaraq şeir və tarixi rəqəmlər kətəbənin daxilində yazılır. Ən çox Cənubi Azərbaycan xalçalarının hasiyəsində istifadə edilir. == İstinadlar == .
Aşağı Kəsəmən
Aşağı Kəsəmən (əvvəlki adı: Yenikənd) — Azərbaycan Respublikasının Ağstafa rayonunun Aşağı Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Yenikənd kəndi Aşağı Kəsəmən kəndi adlandırılmışdır. == Tarixi == Aşaği Kəsəmən kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşıyış məntəqəsi sovet hakimiyyəti illərində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Dağ Kəsəmən kəndinin qarşılığı kimi nəzərdə tutulmuşdur.
Dağ Kəsəmən
Dağ Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Dağ Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. == Görkəmli Şəxsləri == İbrahim Rəhimov — Azərbaycanın ilk ali təhsilli həkimi və ilk psixiatrı. Müseyib Allahverdiyev — Sovet İttifaqı Qəhrəmanı. Abdulla Allahverdiyev — Azərbaycanın Daxili İşlər naziri, polis general-mayoru. Süleyman Tatlıyev — Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. == İqtisadiyyatı == Kəndin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğuldur. Kənd 2010-cu ilin sentyabrında təbii qazla təmin olunmuşdur. Dağ Kəsəmən kəndi su ilə təmin edilməmişdir, sakinlər su problem yaşayırlar.[mənbə göstərin] == Mənbə == AĞSTAFA İsmayıl Umudlu. Dağ Kəsəmən. Yurd bilgisi, insanlar, talelər.
Kəsəmən (Basarkeçər)
Kəsəmən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Göyçə mahalında, indiki Basarkeçər rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır. Qazaxların Kəsəmən tayfasının adını əks etdirir. Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
Kəsəmən (Göyçə)
Kəsəmən — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Göyçə mahalında, indiki Basarkeçər rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır. Qazaxların Kəsəmən tayfasının adını əks etdirir. Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.
Kəsəmən (Gədəbəy)
Kəsəmən — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Kəsəmən oyk. Şahdağ silsiləsinin (Kiçik Qafqaz) Şm. yamacındadır. Yaşayış məntəqəsi XIX əsrin birinci yarısında Qazax r-nunun Qıraq Kəsəmən kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Samux r-nunun Poylu i.ə.v.də kənd. Qabırrı (İori) çayının sahilində, düzənlikdədir. Oykonimlər kəsəmən tayfasının adı ilə bağlıdır. Kəsəmənlər qazax tayfa birliyinə daxil olmuşlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Şəmşədil mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub azərbaycan ailələri Gəncə xanlığına köçürülmüşdü.
Kəsəmən (Samux)
Kəsəmən — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Samux rayonunun Poylu inzibati ərazi vahidində kənd. Qabırrıçayın sahilində, düzənlikdədir. Oykonim kəsəmən tayfasının adı ilə bağlıdır. Kəsəmənlər qazax tayfa birliyinə daxil olmuşlar. Mənbələrin məlumatına görə, XVIII əsrin axırlarında Kartli Kaxeti çarı İrakli dövründə Qazax və Şəmşədil mahallarından poylu, salahlı, kəsəmən tayfalarına mənsub Azərbaycan ailələri Gəncə xanlığına köçürülmüşdü. == Əhalisi == Əhalisinin sayı 456 nəfərdir.
Qıraq Kəsəmən
Qıraq Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsində kənd. Kürün sahilində yerləşən və yaxın tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan, Rusiya, İran və Türkiyədə qaçaqçılıq-xalq qəhrəmanlığı edib, nahaq qan tökməmiş və dünya qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti, kişiliyi ilə seçilən, eləcə də öz əcəli ilə Haqqın rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir kəndin bəyi olan bu igid, mərd və səxavətli şəxsiyyət, eyni zamanda Gəncəbasarın bəylər bəyi olmuş), Səməd Ağa Ağamalı oğlu (böyük dövlət xadimi, eyni zamanda latın əlifbasına türk dünyasında mərhaba deyən böyük şəxsiyyət), İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin sədri və böyük alim), Hüseyn Hacıyev (II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman polkovnik), Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər bəxş edən qədim kənddir. Ağalar bəy Qaçaq Kərəm (1860–1910) – Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. Molla Zalın nəvəsi, Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur. İsrafil ağa Kərbəlayev (1866–1917) – XX əsrin əvvələrinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur. Balasöyün – XIX əsrin sonu, XX əsrin əvvələrində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur. Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası). Hüseyn Arif (1924–1992) – Azərbaycanın xalq şairi, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
Kətayun Riyahi
Kətayun Riyahi (fars. کتایون ریاحی‎ Katâyun Riyâhi; 31 dekabr 1961, Tehran) — İran aktrisası. "Həzrəti Yusif" serialında isə Züleyxa rolları ilə tanınmışdır.
Aşağı Kəsəmən bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qıraq Kəsəmən bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kepəşen
Kepəşen — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kepəşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 38 km şimal-şərqdə, Kığı çayının yuxarı axarında, Gərd çayı ilə Kığı çayının qovuşduğu yerdə yerləşir. 1930-cu ildə kolxoz quruluşu yaradılanda Pəhyan təsərrüfatma daxil edilmişdir. 1950-ci illərdə kolxozlar ləğv ediləndən sonra Kığı heyvandarlıq sovxozuna tabe edilmişdir. Toponim Azərbaycan dəlində «pilləli qaya» mənasında işlənən kəp sözü ilə türk dilində «yaşayış məntəqəsi» mənası bildirən şenlik sözünün fonetik forması olan şen topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 136 nəfər, 1959 - cu ildə 1372 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabrın axırlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Kətişen
Çaykənd (əvvəlki adı: Kətişen) — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Çovdar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Daşkəsən rayonunun Kətişen kəndi Çaykənd kəndi adlandırılmışdır. == Toponimikası == Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini vaxtilə Qarabağdan və Gürcüstandan köçmə erməni ailələri salmışlar. Oykonim qet (erm. çay) və şen (erm. kənd) sözlərinin birləşməsindən əmələ gəlib, "çay sahilindəki kənd" mənasındadır. 1992-ci ildən kəndin adı Çaykənd kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Dağ Kəsəmən bələdiyyəsi
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Dünyanı bəzəyən Abbasın tarixi
Tarixi-aləmarayi-Abbasi, Tarix-i aləmara-yi Abbasi (fars. تاریخ عالم‌آرای عباسی‎; azərb. Dünyanı bəzəyən Abbasın tarixi‎) — İsgəndər bəy Münşinin farsca yazdığı Səfəvilər xanədanlığının tarixindən bəhs edən və Səfəvi hökmdarı I Şah Abbasa ithaf olunmuş tarixi əsər. == Əsərin nəşrləri == Azərbaycan türkman tayfasından olan Səfəvi tarixçisi İsgəndər bəy Münşinin yazdığı "Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilkin mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Tarixi-aləmarayi-Abbasi" əsərinin farsca mətnindən götürülmüş ayrı-ayrı hissələr hələ XIX əsrdə rus şərqşünasları B.Dorn və V.V.Velyaminov-Zernov tərəfindən dərc olunmuşlar. Mənbənin Mirzə Şərif tərəfindən tərtib olunmuş üçcildlik ilk tam nəşri 1896-cı ildə Tehranda daşbasma üsulu ilə çap olundu. Əsərin sonrakı nəşrləri hazırlanarkən bu daşbasma (litoqrafik) çapı əsas götürülmüşdür. 1955-1956-cı illərdə İran alimi İrəc Əfşarın redaktəsi ilə "Tarixi-aləmarayi-Abbasi" ikinci dəfə iki kitaba sığışdırılmış üç cild halında işıq üzü gördü.
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Li Ketsyan
Li Ketsyan (çin. 李克强; 3 iyul 1955 – 27 oktyabr 2023, Şanxay) — Çin siyasətçisi, 15 mart 2013-cü ildə Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri. İxtisasca iqtisadçı olan Li Çin hökumətinin sədridir, eyni zamanda Çinin maliyyə və iqtisadi işlər, xarici işlər, milli təhlükəsizlik və islahatlar ideologiyasını yürüdən liderlərdən biridir. O, eyni zamanda, ölkənin qərar qəbul edən orqanı olan Çin Kommunist Partiyası Siyasi Bürosunun Daimi Komitəsinin ikinci dərəcəli üzvüdür. Li baş katib Si Tsinpin ilə birlikdə "beşinci Çin rəhbərliyi"nin əsas hissəsidir. Li 2015 və 2016-cı illərdə dünyanın ən güclü insanları siyahısında "Forbes" tərəfindən 12-ci sıraya qoyulmuşdur. Li Kommunist Gənclər Birliyindəki rolu sayəsində yüksəldi. 1998–2004-cü illərdə Li Henan Qubernatoru və vilayətin partiya katibi vəzifələrində çalışıb. 2004–2007-ci illərdə Lyaonin Partiya katibi vəzifəsində çalışmışdır. Li 2008–2013-cü illərdə iqtisadi inkişaf, qiymət nəzarəti, maliyyə, iqlim dəyişikliyi və makroiqtisadi idarəetməni əhatə edən geniş portfelə nəzarət edən, o zamankı Baş nazir Ven Tszyabao dövründə Birinci vitse-prezident vəzifəsini icra etdi.
İlie Ketereu
İlie Ketereu (rum. Ilie V. Cătărău, doğulduğunda soyadı Katarov, 1888, Orhey[d], Bessarabiya quberniyası[d] – 1952, Transilvaniya) Bessarabiyada doğulan siyasi macəraçı, əsgər və casus idi. Həyatının bir hisssini Rumıniyada keçirmişdir. O, Rumıniya ilə Avstriya-Macarıstan arasındakı gərginliyin artmasına yönəlmiş iki terror hücumunun əsas günahkarlarından hesab edilir. Ketereu Katarov Rusiya imperiyasının və Rumıniyanın xüsusi xidmətləri üçün işləyən ikili agent idi. Ketereu Katarovun mənşəyi və erkən həyatı hələ müəyyən deyil. O, Rusiya İmperiyasının Bessarabiya əyalətində yerləşən Orxey — yaxud yaxınlıqdakı Markauti kəndindən idi. Qeydlər göstərir ki, onun doğulduğu il 1888, valideynləri isə Vasily Konstantinoviç və Aleksandr idi. Rumıniya qaynaqları isə Ketereunun Rumıniya cəmiyyətinin üzvü deyil, daha çox Bessarabiya Bolqarı olduğunu iddia edir. Ketereu və bir çox bacısı erkən yaşda yetim qaldı.
Ətyeyən böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
Ketayun Riahi
Kətayun Riyahi (fars. کتایون ریاحی‎ Katâyun Riyâhi; 31 dekabr 1961, Tehran) — İran aktrisası. "Həzrəti Yusif" serialında isə Züleyxa rolları ilə tanınmışdır.
Dağ Kəsəmən qızıl-polimetal yatağı
İştirak etməyən iştirakçı
İştirak etməyən iştirakçı — 1947–1949-cu illərdə Ərəb–İsrail müharibəsi zamanı evlərini tərk edən, qaçan və ya deportasiya edilən, lakin indiki İsrail Dövləti ərazisində qalmış Fələstin ərəblərini təsvir etmək üçün istifadə edilən termin. Onların əmlakı "işdən çıxmayanların əmlakı haqqında qanuna" uyğun olaraq müsadirə edilmişdir, lakin onlar məcburi köçkün kimi İsraildə qalmış və ya daha sonra İsrailə qayıtmışdılar. 1950-ci ildə İsraildəki 156,000 israilli ərəbdən 46,000-i iştirak etməyən iştirakçı sayılırdı. Fələstin QHT-si BADIL-in 2015-ci il hesablamalarına görə, İsraildə 384,200, Fələstin ərazilərində isə 334,600 məcburi köçkün var. Onlar yaşadıqları evlə eyni ərazidə olsalar, əmlak hələ də mövcud olsa, əmlakın onlara məxsus olduqlarını göstərə bilsələr belə məcburi köçkünlərə əvvəllər yaşadıqları evlərdə yaşamağa icazə verilmir. Onlar hətta bir neçə gündən çox evlərini tərk etmək niyyətində olmadıqları və qeyri-könüllü vəziyyətdə tərk etdikləri halda belə müəyyən bir gündə evlərində olmadıqları üçün İsrail hökuməti tərəfindən qeyri-iştirakçı hesab edilirlər. [1]Гаарец נפקדים-נוכחים, עד מתי? טליה ששון (ivr.) Аркадий Мазин.
Diogeniya (Keleyin qızı)
Diogeniya (q.yun. Διογένεια) — qədim yunan mifologiyasında persona, Elefsis padşahı Keley və Metaniranın qızı. Pavsani Pamf və Homerə istinadən xəbər verir ki, Afina padşahı Erextey və İmmarad elefsislilərə başçılıq edən Evmolpun oğlu döyüşdə ölmüş, Keleyin qızları Diogeniya, Pammerop və Sesara tanrıçalara müqəddəs bir xidmət təşkil etmişdir.