Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kamillik (film, 1979)
== Məzmun == Film tanınmış Azərbaycan yazıçısı və dramaturqu, respublika yazıçılar ittifaqının I katibi İmran Qasımovun anadan olmasının 60 illiyinə həsr olunmuşdur. Filmdə yazıçının həyat və yaradıcılığı barədə danışılır.
Hamiləlik
Hamiləlik kişidən gələn sperma ilə qadının yumurtalıqlarından atılmış olan yumurtanın döllənməsindən doğuma qədər keçən 40 həftəlik (280 gün) dövrə verilən addır. Döllənmənin meydana gəldiyi andan 8 həftənin sonuna qədər keçən dövrə embrionduq dövr deyilərkən bundan sonrasına və doğuma qədər olan dövrə də fetal dövr deyilir. == Necə hamilə qalmalı == Mütəxəssislər spermanın vagina içərisində ən uzun müddət qala bildiyi pozanı hamilə qalmaq üçün ən uyğun poza olduğunu bildirirlər. Ayrıca cinsi əlaqədən sonra qadının görəcəyi tədbirlər hamilə qalmaq şansını artırır. Misyoner pozada (kişinin üstdə olduğu) münasibət zamanı və münasibət sonrasında 1saat belin altına yastıq qoyaraq uzanmaq spermlərın daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Ancaq yastıq çox qalın olmamalıdır. Diz dirsək pozasında olan bərabərlik hamilə qalmaq üçün ən uyğun şəkildir. Belə pozada bərabərlikdən sonra arxası üstə uzanmaq və belin altına yastıq qoymaq lazımdır. Ayaq üstə, oturan formada və ya qadının üstdə olduğu pozalarda spermanın vaginadan kənara axdığı üçün hamilə qalmağa uyğun poza deyil. Geniş yayılmış poza: kişinin üstdə, qadınla üz-üzə olduğu pozadır.
Hamiləlik toksikozu
== Hamiləlik toksikozu(hestozu) == Hamiləlik toksikozu mayalanmış yumurta hüceyrənin inkşafı ilə əlaqədar meydana çıxan və çoxlu simtomlarla xarakterizə olunan xəstəlik sayılır.Bu simptomlardan tez –tez və qabarıq şəkildə meydana çıxanlar:MSS-i pozğunluqları, qan-damar və maddələr mübadiləsi pozğunluqlarıdır.Baş vermə vaxtına və klinik əlamətlərinə görə toksikoz iki qrupa bölünür:erkən toksikoz (qusma,hipersalivasiya(və ya ptializm),dermatoz) və gecikmiş toksikoz(hidrops, nefropatiya,preeklampsiya və Eklampsiya) Xüsusi qrupa nadir forma toksikozlar-hepatopatiya(toksiki),sarılıq,qaraciyərin kəskin distrofiyası,hamiləlik tetaniyası,xoreya,osteomalasiya,atropatiya aiddir. Erkən hestoz adətən bədənin susuzlaşması,gecikmiş hestoz isə toxumalarda həddən artıq mayenin toplanması ilə xarakterizə olunur. Erkən toksikozlar.Buna bəzən"hamiləliyin I yarısının toksikozu" da deyilir.Hamiləliyin 1-3 aylarında meydana çıxır.Bu qrup patalogiyalara hamiləliyin ilk aylarında baş verən qusmalar və hipersalivasiya(ptializm) aiddir.Erkən hestozların baş vermə səbəbini həcmcə böyüməkdə olan uşaqlığın reseptorlarından gələn həddən artıq çox saylı impulslarla vegetativ sinr sisteminin(qabıqaltı nüvələrin ,xüsusilə də retikulyar formasiya)qıcıqlanması ilə izah edilir.( "neyro-reflektor nəzəriyyə")Sinir sistemində meydana çıxan bu dəyişiliklərə görə hamiləliklə əlaqədar orqanizmdə adaptasiya (uyğunlaşma)prossesləri baş verə bilmir,bütun bunlar isə erkən hestozların inkşaf etməsinə gətirib çıxarır. Həmçinin hamiləlik toksikozunun yaranmasına səbəb olan faktorlara mədə-bağırsaq traktının xroniki xəstəlikləri, genital hipoplaziya,astenik sindrom,uşaqlığın reseptor funksiyasının pozulması və.s. aiddir. Hamiləlik qusmaları.Patogenezində əsas rolu MSS-nin funksional vəziyyətinin pozğunluqları oynayır.Hamiləlik qusmalarının yüngül,orta ağırlıqda və ağır formaları ayırd edilir.Xəstəliyin ağırlığı su-duz mübadiləsinin, karbohidrat və yağ mübadiləsinin, qələvi-turşu və vitamin mübadiləsinin , daxili sekresiya vəzilərin funksiyası pozğunluqları ilə əlaqədardır. Yüngül qusmalara gün ərzində bir necə dəfə, xüsusilə qida qəbulundan sonra və səhərlər ac qarnına meydana çıxır.Xəstələrin ümumi halında demək olar ki, nəzərə çarpan dəyişiklik olmur.Arterial təzyiq stabil deyil, nəbz bir qədər tezləşib(dəqiqədə 90 vurğu), qadının bədən çəkisi dəyişmir, tempratur, diurez normaldır. Orta dərəcəli qusma sutkada 10 dəfəyə qədər və daha çox olur.Arterial təzyiq aşağı düşür, nəbz dəqiqədə 100-110 vurğu olur, subfebril tempratur, dəridə quruluq olur, karbohidrat-yağ, su-duz və elektrolit mübadiləsi pozulur, diurez azalır.Bu mərhələdə davamlı müalicə aparmaq lazımdır, müalicə nəticəsiz olduqda həddən artıq qusma inkşaf edir. Bu zaman temperatur 38'-ə dək yüksəlir, taxikardiya (120"və daha çox), hipotenziya, tez bir zamanda kaxeksiya meydana çıxır, dəri və görünən selikli qişaların rəngi solğunlaşır, ağızdan aseton iyi gəlir, diurez azalır, sidikdə-zülal, sildiruriya, asetonuriya olur. Yüngül dərəcəli qusmalar MSS-də funksional dəyişiliklərin,yəni nevrozun əlaməti kimi,orta dərəcəli qusmalar intoksikasiyanın əlaməti,ağır dərəcəli qusmalar isə distrofik dəyişikliklərin əlaməti kimi meydana çıxır.Klinik cəhətdən ağır dərəcəli qusmalar orqanizm üçün daha böyük təhlükə təşkil edir.
Kamilla Klodel
Kamilla Klodel (fr. Camille Claudel, 8 dekabr 1864[…] – 19 oktyabr 1943[…]) — Fransa heykəltaraşı, fransız şair və diplomat Pol Klodelin bacısıdır. == Həyatı == Kamilla Klodel Şimali Fransada Aisnedə, Louise Athanaïse Cécile Cerveaux ilə Louis Prosperin ikinci uşağı olaraq doğulub. Ailə Kamilla uşaq ikən Vilnyöv-Syur-Ferə köçür. Qardaşı Pol 1868-ci ildə doğulub. 1870-ci ildə ailə Bar-le-Duc-ə, 1876-cı ildə Nogent-sur-Seine-ə və 1879-cu ildə Wassy-sur-Blaise-ə köçür. Kamilla anası və digər uşaqlar ilə birgə 1881-ci ildə Parisin Montparnasse bölgəsində məskunlaşır. Kamilla hələ uşaq yaşlarından evlərinin bağçasında palçıqdan və gildən cürbəcür fiqurlar düzəltməyi xoşlasa da, düzəltdiyi fiqurları günün altında qurudub evə gətirəndə anasının ciddi tənqidi ilə üzləşirdi. Kamilla böyüdükcə heykəllərə olan marağı daha da ciddiləşməyə başlayır. Həmin dövrlərdə Fransada qadın rəssam və heykəltaraşlar o qədər azlıq təşkil edirdilər ki, ailə qızlarının incəsənətə olan marağına o qədər də əhəmiyyət vermirdi.
Kamilla Patrisia
Kamilla Patrisia (d. 4 noyabr 1994) — İtaliyanı təmsil edən bədii gimnast. Kamilla Patrisia 2016-cı ildə İtaliyanı Olimpiya Oyunlarında təmsil etdi; Patrisia həmdə Dünya Çempionatlarının 1 qızıl və 4 gümüş medalını qazanıb. == Karyerası == Kamilla Patrisia 2016-cı ildə İtaliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Martina Centofani, Sofiya Lodi, Alessia Maurelli və Marta Pacnini ilə birgə final yarışlarında 35.549 xal topladı və 4-cü yeri tutdu.
Kamilla Pfeffer
Kamilla Pfeffer (d. 24 yanvar 1993) — Almaniyanı təmsil edən bədii gimnast. Kamilla Pfeffer 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Kamilla Pfeffer 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Mira Bimperlinq, Yudit Hauser, Nikola Müller, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Kamille süsəni
Kamille süsəni - (lat. Iris camillae Grossh.). Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın dar arellı, nadir endemik növüdür.Regional IUCN Status: VU D2 == Qısa morfoloji təsviri == Çoxillik bitkisidir, kökümsovu qısa, sürünəndir, gövdə 10—25 (35) sm hündürlükdə, bir ədəd təpə çiçəyi var; yarpaqlar boz-göyümtül, dar – xətvaridir, 3-4 (5) mm enində, bəzən oraqvari əyilmiş, təpə yarpaqları otvari, pərdəli,lansetvari, itidir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan bir az uzundur, xaricdən 4—6 sm uzunluğunda, yuxarıya dartılmış, yumurtavari və ya enli – ellipsvaridir, ağımtıl-sarı, mavitəhər bənövşəyidir, sütuncuğun kənarı dartılmış, çiçəkyanlığının xarici tərəfindən qısadır, kürək hissəsi küt, xaricdən dişciklidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarına təsadüf edir. Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir.
Kamillo Kavur
Kamillo Kavur (10 avqust 1810- 6 iyun 1861, Torino), İtalyan dövlət xadimi, beynəlxalq və inqilabçı hərəkatlardan yararlanaraq Savoyya sülaləsi idarəsində İtaliyanın birliyini yaradan və yeni krallığın ilk baş nazırı olan Piyemontlu mühavizəkar dövlət adamı. == Ailəsi və gənclik dövrü == Köklü bir keçmişi olan Kavurlar nəsli 16-cı əsrdən başlayaraq əsgər və məmur olaraq Savoyya sülaləsinə xidmət etmişdir. Kamillonun Cenevrə doğumlu və Kalvinist olan anası, dövrün bütün siyası, dini və toplumsal cərəyanlarına açıq bir şəhər olan Cenevrənin abu-havasını ailəyə gətirərkən, atası Michele də, köhnə rejimlə əlaqələri ilə əlaqədar Fransız Burjua İnqilabı ilə nüfuzu təhlükə altına girən ailənin Napaleon dövründə yenidən seçkin bir pilləyə gətirmişdi. Kavur, 10 yaşında Turin Hərbi Akademiyasına qəbul oldu. Ailənin kiçik oğlu olaraq miras gözləntisi olmadığından, qarşısındakı tək yol Savoyya və Piyemont şahzadəsi Karl Albertin qoruyuculuğu altında parlaq bir məqama çatmaq idi. Hələ tələbəlik illəri zamanı siyası düşüncələrə maraq hiss etməyə başladı. 1821-ci ildəki məşrutiyyətçi Piyemont inqilabının hərbi tələbələrə qədər yayılan azadlıq və milli yönlərindən təsirləmdi. Ailə içindəki söhbətlər zamanı Burbonlar sülaləsinin yenidən hakimiyyətə keçdiyi Fransadakı daxili siyasi dəyişikliklər, Osmanlı idarəsinə qarşı Yunan üsyanı, Rusiyadakı Dekabrist qiyamı kimi dövrünün mövzularını yaxından izlədi. Bencamin Franklin, Piyemont inqilabının məşjur lideri və uzaq qohumu Santorre de Santarosa kimi insanlara duyduğu simpatiya coşqulu bir şəkildə üzə vurmağa başladı. Özündən üç yaş böyük bir hərbi tələbə olan Baron Severino Kassionun təsiri ilə vətənpərvər və millətçi cərəyanlara yönəldi.
Kamillo Qolci
Kamillo Qolci (7 iyul 1843[…] – 21 yanvar 1926[…], Paviya, Lombardiya[…]) — italyan alimi, histoloq, Nobel mükafatı laureatı == Həyatı == Məşhur italyan histoloqu (toxumaları öyrənən elm sahəsi) Kamillo Qolci 1843-cü il iyul ayının 7-də İtalyanın Korteno şəhərində doğulmuşdur. Paviya Universitetində məşhur botanik Eusebio Oelanın rəhbərliyi altında tibb təhsili alan Qolci 1865-ci ildə həmin universiteti bitirərək, Paviyadakı San-Matteo xəstəxanasının psixatriya klinikasında fəaliyyətə başlamışdır. Universitetdə müəllimi Culio Bissoseronun laboratoriyasında isə beyinin quruluşu və sinir sistemi sahəsində tədqiqatlarını davam etdirmişdir. == Tədqiqatı == XIX əsrdə mikroskopun texniki imkanlarının inkişafı ilə əlaqədar alimlərin hüceyrə və toxumalar sahəsindəki nəzəri bilikləri xeyli artmış, 1850-ci ildə alman alimi Rudolf Virxovun çapdan çıxmış "Hüceyrə patologiyası" kitabından sonra isə bu sahədəki tədqiqatlar daha da genişlənmişdir. Digər tərəfdən isə beyin hüceyrələrinin (neyronların) araşdırılması zamanı ənənəvi üsullara müraciət edilməsi düzgün elmi nəticələrin alınmasına çətinlik törədirdi. Kamillo Qolcinin mikroskopik neyroanatomiya sahəsində ilk tədqiqatları 1860-cı illərin sonlarında nəşr olunmuşdur. 1872-ci ildə Abyateqrasso şəhər xəstəxanasının baş sanitar müfəttişi vəzifəsinə təyin edildikdən sonra laboratoriya təcrübələri aparmağa vaxtı və imkanı məhdudlaşdığından tədqiqatlarını evinin mətbəxində davam etdirmiş və neyron toxumalarının azotlu gümüşə batırıldıqda qara rəngə boyandığını aşkar etmişdir. Bu üsul elm aləmində əvvəlcə ehtiyatla qarşılansa da, 1880-ci illərdən etibarən məşhurlaşmağa başlamışdı. Qolci 1898-ci ildə neyronlar üzərində apardığı tədqiqat zamanı onların arasında incə saplarla hörülmüş tor müşahidə etmiş və buna "Holci kompleksi" adını vermişdir. Bu toxumanın öyrənilməsi yalnız elektron mikroskopun kəşfindən sonra mümkün olmuşdur.
Kamilla Trever
Kamilla Vasilyevna Trever (rus. Камилла Васильевна Тревер; 25 yanvar 1892, Sankt-Peterburq – 11 noyabr 1974, Leninqrad) — Rusiya tarixçisi, numizmatı və şərqşünası, 29 sentyabr 1943-cü ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü. Trever Cənubi Qafqaz, Mərkəzi Asiya və İranın tarixi və mədəniyyəti üzrə ixtisaslaşmışdır. == Karyera == Treverin karyerası 1918-ci ildə İmperator Arxeoloji Komissiyasında tədqiqatçı vəzifəsinə seçilməsi ilə başlamışdır. Bu, onun "Ermitaj"da işə başlamasına səbəb olmuşdu. Karyerasının bu ilk mərhələsi onun diqqətini Sasani numizmatikasına, eləcə də Monqolustanda aparılan qazıntılardan əldə edilən materialları dərc etdirməyə yönəltmişdir. O, həmçinin Leninqrad Dövlət Universitetinin İranşünaslıq fakültəsində dərs demişdir.
Kamilla Əliyeva
== Nəticələri == == İmza atdığı uğurlar == Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup Azərbaycan idmanı tarixində bir sıra uğurlara imza atıb. (18 sentyabr 2022) — bədii gimnastların Dünya Çempionatında qrup turnirində medala sahib olan birinci idmançılar. (21 may 2023) — bədii gimnastların Avropa Çempionatında qrup turnirinin qalibi olan birinci idmançılar. (21 may 2023) — bədii gimnastların Avropa Çempionatının qalibi olan birinci azərbaycanlı idmançılar. == Dövlət təltifləri == "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı — Müdafiə sənayesi naziri Mədət Quliyevin Əmrinə əsasən Kamilla Əliyeva "Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)" yubiley medalı ilə təltif edildi.
Kamallı
Kamallı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Kamallı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Kamal Kamallı
Kamal Vilayət oğlu Kamallı (16 noyabr 1995, Cicimli, Laçın rayonu – 16 iyun 2021, Şəki, Şəki rayonu) — İkinci Qarabağ Müharibəsi iştirakçısı. == Həyatı == Kamallı Kamal Vilayət oğlu 16 noyabr 1995-ci ildə Şəki şəhərində anadan olmuşdur. 2002-ci il 1 sentyabrda Əyyub Namazov adın Şəki rayon Şəki kəndində 1-ci sinifə getmiş, 2013-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2014–2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində "N" saylı hərbi hissəsində xidmətdə olmuşdur. Subay idi. == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 16.06.2021-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən naməlum səbəbdən Laçın rayonu Cicimli kəndində avtomobil qəzasına düşərək şəhid olmuşdurŞəki rayonunun Şəki kəndində torpağa tapşırılıb.
Kamallı (Laçın)
Kamallı — Azərbaycan Respublikasının Laçın rayonu Kamallı kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Laçın rayonunun Alxaslı inzibati ərazi vahidində yrləşən kənd dağlıq ərazidədir. Keçmiş adı Bozlu olmuşdur. Yaşayış məntəqəsinin əsasını Dərələyəz mahalından gəlmiş bozlu tayfasına mənsub ailələr salmışlar. Kəndin qərbindəki əkin sahələrindən biri Kamalın çuxuru adlanırdı. == Əhalisi == Kəndin əhalisi 1992-ci ildə 2 min nəfərə çatırdı və türksoylu millət olan azərbaycanlılardan ibarət idi. Onlar kəndin işğalından sonra on iki müxtəlif rayonda məskunlaşmışdır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik idi. Kəndin 1992-ci ildə 800–900 baş iribuynuzlu mal-qarası, 6–7 min baş xırda buynuzlu davan, meyvə və bostan məhsullan yetişdirmək üçün böyük bağ sahəsi var idi.
Kamallı (Saatlı)
Kamallı — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 1107 nəfərdir.[mənbə göstərin] == Toponimikası == Saatlı r-nunun Hacıqasımlı i.ə.v.-də kənd. Araz çayı sahilində, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Kamal adlı şəxs qoyduğundan kənd onun adını daşıyır. Güman etmək olar ki, bu kəndlər ya Dərələyəz mahalında vaxtilə mövcud olmuş Kamal kəndindən köçüb gəlmiş ailələrin gətirdiyi adla, ya da kamallı nəslinin adı ilə adlandırılmışdır. Keçən əsrdə Tatarıstan ərazisində də Kamallı adlı yaşayış məntəqəsi qeydə alınmışdır. Türk dillərində kamal sözü "qala", "səngər", "axın" mənalarında işlənir.