Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Korsika
Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır.
Cənubi Korsika
Cənubi Korsika (fr. Corse-du-Sud, kors. Corsica suttana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2A. İnzibati mərkəzi — Ayaçço. Əhalisi — 145 998 nəfər. == Coğrafiya == Sahəsi — 4014 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, şimal-şərqdə Yuxarı Korsika departamenti ilə sərhəddir. == Tarix == Cənubi Korsika departamenti 1975-ci il 15 may tarixində, 1975-ci il 15 sentyabr tarixində, 1793-cü ildən 1811-ci ilə qədər mövcud olan Liamonun tarixi rayonunda yaradılmışdır. Layihəyə görə Sarten, 20 kanton və 124 kommuna şəhərlərində mərkəzləri olan departamentdə 2 rayon mövcüd idi. == İnzibati bölgüsü == 2015-ci ildən Cənubi Korsikanın ərazisi 2 rayon (Sarten və Ayaçço), 11 kanton və 124 kommuna bölünmüşdür .
Korsika boğazı
Korsika boğazı - Korsika adasını Toskan arxipelaqı arasında yerləşir. Aralıq dənizi akvatoriyasına daxil olan Tirren dənizini Liquriya dənizi ilə birləşdirir. Uzunluğu 70 km, eni 60 – 120 km, dərinliyi 500 m təşkil edir. Axınlar şimala istiqamətlənir və sürəti 1 km/s təşkil edir.
Yuxarı Korsika
Yuxarı Korsika (fr. Haute-Corse, kors. Corsica suprana) — Fransa departamenti, Korsika regionunun departamentlərindən biri. Sıra nömrəsi — 2B. İnzibati mərkəzi — Bastiya. Əhalisi — 168 869 nəfər. Sahəsi — 4666 km². Departament 3 tərəfdən Aralıq dənizilə yuyulur, cənub-qərbdə Cənubi Korsika departamenti ilə sərhəddir. 1793-cü ildən 1811-ci ilə qədər Qolo departamenti günümüzdəki Yuxarı Korsika ərazisində yerləşirdi. Sonra Korsika adasında Korsikanın vahid bir departamenti kimi yaradıldı. 15 sentyabr 1975-ci ildə ada iki departamentə ayrıldı.
Korsikanın fəthi (1553)
Korsikanın fəthi (türk. Korsika'nın Fethi) — 1553-cü ildə fransız və Osmanlı qüvvələrinə dəstək olan korsikalıların Genuya respublikasının tərkibində olan Korsika adasının bir hissəsini, Osmanlı qüvvələri adadan ayrıldıqdan sonra isə bütün adanın fransızların əlinə keçməsi ilə nəticələnən hadisə. == Arxa planı == 1551-ci ildə Müqəddəs Roma İmperatoru V Karl və Fransanın Kralı II Henrinin mübarizəsi iki dövlət arasında müharibəyə gətirib çıxardı. Atası I Fransiskin Osmanlı Sultanı Süleyman Qanuni ilə ittifaıqna əsasən Aralıq dənizindəki Müqəddəs Roma Cermen İmperiyasının fəaliyyətlərinə qarşı Osmanlı İmperiyasından yardım istədi. 1553-cü il 1 fevral tarixində iki ölkə arasında dənizdəki fəaliyyətlərlə bağlı yeni bir müqavilə imzalandı. Bir il əvvəl 1552-ci il avqustun 5-də Fransanın Osmanlıdakı elçisi Qabriel de Luetzin də müşayiət etdiyi Osmanlı donanması Andrea Dorianın rəhbərlik etdiyi Ceneviz donanması arasında Preveze dəniz döyüşü həyata keçimişdir və bu döyüşdə Osmanlı qüvvələri qalib gəlmişdir. == Fəthi == 1553-cü ilin yazında Memar Sinan və Turqut Rəisin tabesində olan Osmanlı donanması Antoan Eskalin dez Amarın komandirliyi altında olan fransız donanması ilə birlikdə Napoli, Siciliya və Korsika sahillərinə hücum etdi. Parmadakı Marşal Paul de Termesin başçılıq etdiyi fransız ordusu və Sampiro Korsonun əmrində olan korsikalı miqrantların dəstəyi ilə Fransa kralının göstərişi olmadan Korsika adasına doğru yola düşən müttəfiqlər 24 avqust 1553-cü ildə Bastiya limanını ələ keçirdilər. Yazın sonuna doğru fransızlar tam olaraq adanı işğal etdilər. Fəthdən sonra fransız qüvvələrinin əksəriyyəti adanı tərk edərək Marsellə getdi; təxminən 5000 fransız əsgəri adanı tərk etmişdi.
Korsikada italyan irredentizmi
Korsikada italyan irredentizmi — (italyanca:Irredentismo italiano in Corsica) — XVIII əsrdən təşəkkül tapmağa başlayan İtalyan irredentizminin yayıldığı yerlərdən biri. Korsikadakı italyan irredentistləri buranı İtaliya krallığına birlöəşdirməyə çalışırdılar. == Formalaşması == İtalyan irredentizminin görkəmli şəxslərindən biri olan Nikkolo Tommaseo tərəfindən italyan irredentizminin banilərindən biri hesab edilir. Bildirilir ki, Pasqal Paoli korsikalı millətçilər tərəfindən "Vətənin Atası" ("Babbu di a Patria") olaraq adlandırılır. O, 1768-ci ildə bunları demişdi: Biz anadan gəlmə və hissiyyat olaraq korsikalıyıq, lakin hər şeydən əvvəl biz dil, kök, adət-ənənə olaraq özümüzü italyan hiss edirik və italyanların hamısı tarix və Allah qarşısında qardaşdırlar və birdirlər...Korsikalılar kimi biz nə qul, nə də “üsyançı” olmaq istəmirik və italyanlar kimi digər italyan qardaşlarla bərabər davranmaq hüququmuz var...Ya biz azad olacağıq, ya da yox olacağıq...Ya biz qalib olacağıq, ya da (fransızlara qarşı) əldə silah öləcəyik...Allahın adının müqəddəs və haqq olduğu kimi Fransaya qarşı müharibədə haqq və müqəddəsdir və burada bizim dağlarımız İtaliya üçün azadlıq günəşi kimi doğacaqdır. — Pasquale Paoli Pasqal Paoli italyan dilinin yaratdığl Korsika Respublikasında rəsmi dil olmasını istəyirdi. 1755-ci ildə qəbul edilmiş ilk Korsika Konstitusiyası italyan dilində yazılmışdı və 1787-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyası üçün model rolunu oynamışdı. Həmçinin, 1765-ci ildə onun tərəfindən yaradılmış və Korsikada ilk olan Korte Universitetində də tədrisin dili italyanca idi. 1768-cı ilə qədər Korsika Genuya Respublikasının bir hissəsi olmuşdu. Bu tarixdə respublika bu bölgəni Fransaya verdi.
Yuxarı Korsika departamentinin kommunaları
Yuxarı Korsika (fr. Haute-Corse) — Fransanın cənubundakı Korsika adasındakı departament, Korsika bölgəsinin departamentlərindən biridir. İnzibati mərkəzi Bastia şəhəridir. 2012-ci il siyahıyaalınmasına əsasən, departamentinin əhalisi 170,828 nəfər idi. 2015-ci ilə qədər Yuxarı Korsika ərazisi 3 rayona (Bastiya, Kalvi və Korte), 15 kanton və 236 kommunaya bölündü. Departamentin əhalisi 10000 nəfərdən çox olan 1 şəhər, 5000 nəfərdən çox olan 6 şəhər var. Sant-Antonino kommunası Fransanın ən gözəl kəndi adına layiq görülüb.