Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lümpen
Lümpen (alm. Lumpen‎ - “ cır-cındır ”, lümpen-proletariat və ya lümpenləşmiş proletariat, alm. Lumpenproletariat‎) — cəmiyyətdən qovulmuş və ya təcrid olunmuş əhali qruplarına, əhalinin iqtisadi cəhətdən sinifsizləşmiş təbəqələrinə (avaralar, dilənçilər, cinayətkar elementlər və digər asosial şəxslər) aid edilən və Karl Marks tərəfindən irəli sürülmüş termin. Tipik bir halda, lümpen heç bir əmlakı və peşəsi olmayan, qeyri-adi işlərdə yaşayan və ya dövlət sosial müavinətlərindən müxtəlif formalarda istifadə edən şəxsdir Lümpenlər sosial kökləri olmayan, əxlaq kodeksi olmayan, güclülərə, yəni hazırda real gücə sahib olanlara ehtiyatsızcasına itaət etməyə hazır olan insanlardır. Sovet və postsovet sosiologiyasında sinifsizləşmiş elementlər cəmiyyətin heç bir mövcud sosial sinfə aid olmayan üzvləridir. Bunlara xroniki işsizlər və həbsxana məhbusları, ruhi xəstələr, dilənçilər, avaralar və müxtəlif səbəblərdən ictimai əmək bölgüsündə şəxsən iştirak etməyən əhalinin digər oxşar qruplarının nümayəndələri daxildir. Vurğulamaq lazımdır ki, “mənəvi cəhətdən şübhə doğuran” peşələrlə məşğul olmaq: fahişəlik, mütəşəkkil cinayət qruplarında iştirak etmək, sifarişli oğurluq və ya qətllər həyata keçirmək, insan və ya narkotik alveri və s. də bura daxildir. Müəyyən bir fərdin sosial davranışının mənəvi qiymətləndirilməsi ikinci dərəcəli, istehsal vasitələrinə münasibət və ictimai əmək bölgüsündə iştirak isə lümpenə üzvlüyün müəyyən edilməsində birinci dərəcəlidir.
İapet
İapet ( yun. Ἰαπετός) — yunan mifologiyasında tanrı titan. Geya və Uranın oğlu, Klimenanın əri. Atlant, Prometey, Epimetey və Menetiyin atası. İapet titanomaxiyada Zevsə qarşı iştirak etdiyinə görə qardaşları kimi Tartara atılmışdır.
Monika Lampert
Monika Lampert (tam adı: Monika Lampert, mac. Lamperth Mónika; 5 sentyabr 1957) — Macarıstan siyasətçisi və hüquqşünası. 2002-2006-cı illərdə Daxili İşlər naziri, 2007-ci ilədək Yerli Hökumət naziri vəzifələrini icra etmişdir. 2007-ci ildə Ferens Dyurçan onu Sosial Məsələlər və Əmək naziri təyin etmişdir. Dr Andraş Yeqeşi ilə ailə həyatı qurmuşdur, Vera adlı qızı, Andraş adlı oğlu var.
Eto Şimpey
Eto Şinpey (江藤 新平, 18 mart 1834, Saqa hanı[d], Saqa prefekturası – 13 aprel 1874, Saqa) – Meyci dövrünün əvvəllərində aktiv olmuş Yaponiya siyasətçisi. 1874-cü ildə Saqa üsyanının rəhbərlərindən biri olmuşdur. == Həyatı == Eto Şinpey 1834-cü ildə Saqa hanında aşağı rütbəli samuray ailəsində doğulmuşdur. 1862-ci ildə Kiotoya gələrək digər samuraylarla birləşərək Tokuqava şoqunluğunu devirmək hərəkatında iştirak etmişdir. İcazəsiz səyahətinə görə Saqa məmurları tərəfindən ev həbsi cəzası almışdır. 1868-ci ildə başlayan Boşin müharibəsi zamanı imperator ordusunun hərbi nəzarətçisi təyin olunmuş, Meyci islahatından sonra Böyük Dövlət Şurasında kiçik bir vəzifəyə təyin olunmuşdur. Paytaxtın Kiotodan Tokioya köçürülməsini dəstəkləmişdir. Tezliklə təhsil nazirinin köməkçisi və Solçular Palatasının vitse-prezidenti olmuşdur. 1871-ci ildə han sisteminin ləğvini və prefektura sisteminin yaradılmasını dəstəkləyən komitənin üzvü idi. Hüquq sahəsindəki bilikləri səbəbilə 1872-ci ildə ədalət naziri təyin olunmuşdur.
Sağ limit (sol limit)
Funksiyanın sağ (sol) limiti-əgər ixtiyari ε > 0 {\displaystyle \varepsilon >0} üçün elə δ > 0 {\displaystyle \delta >0} varsa ki, ixtiyari x ∈ ( a , a + δ ) ( x ∈ ( a − δ , a ) ) {\displaystyle x\in (a,a+\delta )(x\in (a-\delta ,a))} üçün | f ( x ) − b | < ε {\displaystyle |f(x)-b|<\varepsilon } olsun, onda deyirlər ki, b {\displaystyle b} ədədi y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının α {\displaystyle \alpha } nöqtəsində sağ (sol) limitidir. Funksiyanın sağ (sol) limiti lim x → a + 0 f ( x ) = b ( lim x → a − 0 f ( x ) = b ) {\displaystyle \lim _{x\to {a+0}}f(x)=b(\lim _{x\to {a-0}}f(x)=b)} , yaxud f ( a + 0 ) ( f ( a − 0 ) ) {\displaystyle f(a+0)(f(a-0))} kimi işarə olunur. Məsələn, f ( x ) = 1 1 + e 1 x {\displaystyle f(x)={\frac {1}{1+e^{\frac {1}{x}}}}} funksiyası üçün lim x → 0 + 0 f ( x ) = 0 , lim x → 0 − 0 f ( x ) = 1 {\displaystyle \lim _{x\to 0+0}f(x)=0,\lim _{x\to 0-0}f(x)=1} . f(a+0)=f(a-0) şərti limitinin varlığı üçün zəruri və kafi şərtdir. Sağ və sol limitlər funksiyanın x dəyəri müəyyən bir dəyərə yaxınlaşdıqda onun dəyərinin nə olacağını müəyyənləşdirir. Funksiyanın sağ və sol hədlərini tapmaq üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz: 1. Sağ Limit (x → a+): — Əgər funksiyanın x qiyməti a qiymətinə, x qiyməti isə a-dan sağa yaxınlaşırsa, onda doğru həddi tapılır. — Düzgün həddi tapmaq üçün funksiyanın a-dan bir qədər böyük olan x dəyərlərinə yaxınlaşmasına icazə verin (məsələn, a + ε, burada ε kiçik müsbət qiymətdir). — Bu yaxınlaşan x dəyərlərinə uyğun gələn funksiya dəyərlərini hesablayın və bu dəyərlərin sərhədlərini yoxlayın. 2.
Acianthera limae
Acianthera limae (lat. Acianthera limae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Lamet (xalq)
Lamet - Laos və Tailandda, Nantxa çayının hövzəsinin cənub hissəsində yaşayan mon-kxmer xalqı. Lamet dili Avstoasiya dilləri ailəsinin mon-kxmer qolunun palaunq - va qrupuna mənsubdur. Şərti olaraq dağ kxmerləri qrupuna daxildirlər. Bəzi mənbələrə əsasən lametlərin sayı 20 min nəfərə yaxındır. Lametlər arasında animizm, buddizm və ənənəvi dini inamlar geniş yayılmışdır. lametlərdə musiqi folkloru da inkişaf etmişdir. Lametlər primitiv əkinçilik üsulu olan kəsmə-yandırma əkinçilik, balıqçılıq, ovçuluq, yığıcılıq və sair təsərrüfüt fəaliyyəti ilə məşğuldurlar. * Чеснов Я. В. Ламет // Народы и религии мира / Глав. ред. В. А. Тишков.
Limit (iqtisadiyyat)
Limit - Hədd, sərhəd, məhdudiyyət, norma və bu kimi bir sıra sinonimləri olan bu termin maliyyə bazarlarında, əsasən, hər hansı bir kəmiyyətə müəyyən məhdudiyyətlər qoyulmasını ifadə edir. Bu baxımdan, aşağıdakıları misal gətirmək olar: Fond bazarında investorun, müştərinin öz brokerinə bazarda əməliyyat aparmaqla bağlı müəyyənləşdirdiyi ən yüksək və ən aşağı qiymət səviyyəsi. Bu limit brokerə investorun sahib olduğu maliyyə alətləri ilə, bir qayda olaraq, həmin qiymət aralığında alqı-satqı əməliyyatları aparmağa imkan verir. Valyuta əməliyyatları limiti banka hər hansı xarici valyutada əməliyyat aparmaqla bağlı müəyyənləşdirilmiş hədd. Bu hədd xaricində əməliyyat qeydə alındıqda bank müvafiq institutlar tərəfindən sanksiya və cərimələrə məruz qala bilər. Bir maliyyə ili ərzində dövlətin daxili və xarici iqtisadi subyektlərdən cəlb etdiyi borc vəsaitlərinin həcminin müvafiq hökumət orqanı tərəfindən müəyyənləşdirilən yuxarı həddi. Beləliklə, həm daxili, həm də xarici dövlət borcunun limiti ayrı-ayrılıqda müəyyənləşdirilir. Hökumətin müvafiq maliyyə orqanı tərəfindən bilavasitə özünün istifadəsi, yaxud öz adından cəlb edərək istifadəçiyə ötürmək məqsədilə və ya dövlət zəmanəti əsasında alınan kreditlərin həcmi həmin limiti aşa bilməz. Dövlətin faktiki borc öhdəliklərinin əsas makro-iqtisadi göstəricilərə nisbətinin limitləşdirilməsi. Bu halda dövlət borcu limiti bilavasitə dövlətin iqtisadi təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Limit (riyaziyyat)
Limit (lat. Limes - uc nöqtə) — funksiyanın limiti cəbr analizinin əsas anlayışlarından biridir. İlk dəfə yunan filosofları Arximed və Evklidin əsərlərində rast gəlinir. Müasir riyaziyyatda isə ingilis alimi İsaak Nyuton tərəfindən işlədilmişdir. lim x → ∞ ( 1 + 1 x ) x = e {\displaystyle \lim _{x\to \infty }(1+{\frac {1}{x}})^{x}=e} lim x → 0 ( 1 + x ) k x = e k ( k = 1 : x ) {\displaystyle \lim _{x\to 0}(1+x)^{\frac {k}{x}}=e^{k}(k=1:x)} lim x → 0 cos ⁡ ( x ) = 1 {\displaystyle \lim _{x\to 0}\cos(x)=1} lim x → 0 tan ⁡ ( x ) x = 1 {\displaystyle \lim _{x\to 0}{\frac {\tan(x)}{x}}=1} lim n → ∞ ( a n + b n ) = lim n → ∞ a n + lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}+b_{n})=\lim _{n\to \infty }a_{n}+\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ ( a n − b n ) = lim n → ∞ a n − lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}-b_{n})=\lim _{n\to \infty }a_{n}-\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ ( a n . b n ) = lim n → ∞ a n . lim n → ∞ b n . {\displaystyle \lim _{n\to \infty }(a_{n}.b_{n})=\lim _{n\to \infty }a_{n}.\lim _{n\to \infty }b_{n}.} lim n → ∞ a n b n = lim n → ∞ a n lim n → ∞ b n .
Lipen buzlağı
Lipen buzlağı (bolq. ледник Липен, ‘Lednik Lipen’ \'led-nik 'li-pen\) — 5 km uzunluğu, 3.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Lipen şəhərinin adını daşıyır. Lipen buzlağı 64°29′15″ c. e. 63°16′30″ q. u. koordinatlarında yerləşmişdir. İliada buzlağından şərqdə, Resus buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Nimet Çubukçu
Nemət Baş (2 mart 1965) — Türkiyənin milli təhsil naziri, siyasətçi və hüquqşünas. Nemət Baş 1965-ci il martın 2-də Türkiyə Respublikası Karaman ilinin Ayrancı kəndində anadan olub. Keçmiş həyat yoldaşı Birol Çubuqçu ilə 15 iyul 2011-ci ildə boşanıb. Bu izdivacdan Çağrı adlı övladı var. 1988-ci ildə İstanbul Universitetinin hüquq fakültəsini bitirib. 1990-cı ildən sərbəst vəkillik fəaliyyətinə başlayıb. İstanbul Vəkillər Kollegiyası uşaq haqları komissiyasında və uşaq məhkəmələrində işləyib. Türkiyənin hakim partiyası AKP-nin qurucu üzvü olan Nemet Çubuqçu 3 noyabr 2002-ci il parlament seçkilərində AKP üzrə İstanbuldan millət vəkili seçilib. 2 iyun 2005-ci ildə qurulan 59-cu hökumətdə qadın və ailə problemləri üzrə dövlət naziri vəzifəsinə təyin olunub. 60-cı hökumətdə yenidən dövlət naziri olub.
Çimpe qalası
Çimpe qalası — XIV əsrin ortalarında Osmanlı ordusu tərəfindən fəth edilən, Balkan torpaqlarının cənub-şərqində Gelibolu yarımadasında yerləşən bir qaladır. 1352-ci ildə Osmanlı ordusu tərəfindən fəth edilmişdir. XIV əsrin ortalarında Osmanlı türklərinin Çimpe qalasını alaraq Rumeliyə keçişi Balkanların tarixində olduqca əhəmiyyətli bir dönüş nöqtəsi olmuşdur. Sənədlərdə qalanın adı "Cinbi", "Çinpi" olaraq da keçir. İmperator Kantakuzenosun tələbi ilə 1352-ci ildə Süleyman Paşa komandasındakı iyirmi min nəfərlik Türk qoşunu Rumeliyə keçmiş, mühasirəyə altındakı Ədirnə ilə burada əsir olan imperatorun oğlunu xilas etmişdir. Kantakuzenos, Orxan bəydən yardım qüvvəsi istəyərkən bunun müqabilində Gelibolu yarımadasında bir qala verməyi öhdəsinə götürdüyü üçün Süleyman Paşa ertəsi il Anadoluya qayıdarkən Gelibolu yaxınlığındakı Çimpe qalasına bir miqdar əsgər qoymuşdur. İki il sonra, böyük strateji əhəmiyyəti olan Gelibolunu işğal etmiş və beş il ərzində Frakiyanın cənub bölgəsini fəth edərək, Anadoludan əsgər və əhali gətirib yerləşdirmişdilər. Beləliklə, qısa zamanda Avropa yaxasında güclü bir köprü-başı qurmuşdular. Bu köprü-başı, Osmanlıların Avropada Vyana önlərinə qədər yayılan imperiyalarının başlanğıcıdır. 1329–1344-cü illərdə İzmirdən donanması ilə Frakiyaya dəniz yürüşləri edən Aydınoğlu Umur Bəy, Balkan qoşunlarını hazırlayan ilk böyük qazi bəydir.
Pleurothallis limae
Acianthera limae (lat. Acianthera limae) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Seymur Martin Lipset
Seymur Martin Lipset (18 mart 1922[…], Harlem, Nyu-York ştatı – 31 dekabr 2006[…], Arlinqton dairəsi, Virciniya), amerikalı politoloq. Sosiologiya, ticarət birliklərinin təşkili və sosial təbəqələr üzərində işləmişdir. Lipsetin müqayisəli demokratiya sınaqları da mövcuddur.
Akdes Nimet Kurat
Akdes Nimet Kurat (22 aprel 1903, Kazan - 8 sentyabr 1971, İstanbul) — Tatar əsilli Türk tarixçi. 22 aprel 1903-cü ildə, Kazanın Novoşeşminski rayonuna bağlı Berkete kəndində, Tahir Şahmurad ilə Şakirə İrfanın övladı olaraq dünyaya gəldi. 1920-ci ildə Bügülmə Litseyindən məzun oldu və təhsilinə davam etmək üçün öncə Leninqrad və arxasından Moskvaya getdiysə də, ali təhsilini buralarda tamamlamadı. 1922də, təhsilini davam etdirmək üçün Almaniyani planlasa da, Litva üzərindən Polşaya gedərkən pasaportsuz olduğu üçün tutuklandı və burada altı aya qədər həbsxanada yatdı. Həbsdən çıxmasının ardından Varşava yaxınlarındaki bir malikanədə təqribən il yarım çalışdı, bu əsnada Ləhcə öyrəndi. Polşadaki Türkiyə elçiliyindən aldığı pasaportla 1924-cü ilin noyabrında İstanbula gəldi. İstanbul Darülfünunu Ədəbiyyat fakültəsində tarix və fəlsəfə təhsili aldı. 1925 avqustunda Mehmet Fuad Köprülü tərəfindən Türkiyat İnstitutuna asisent olaraq alındı. may 1928-ci ildə tarix bölümündən məzun olmasının ardından Almaniyadaki Breslau və Hamburq üniversitətlərində Şərqi Avropa, Bizans tarixi, iqtisadi və fəlsəfə sahələrində təhsil gördü. 1933-cü ildə İstanbula dönməsiylə birlikdə orta zamanlar tarixi dosent adaylığına gətirildi.
Limp Bizkit
Limp Bizkit — 1994-cü ildə Ceksonvil şəhərində (Florida ştatı) yaradılmış ABŞ nü-metal qrupudur. 1994-cü ildə qrupun solisti Fred Dörst, bassist Sem Riverslə tanış olur və onlar birlikdə qrup yaratmaq qərarına gəlir. Onlara Riversin qohumu zərbçi Con Otto və qitaraçı Ves Borland qoşulur. 1995-ci ildə onlar House of Pain qrupunun keçimiş di-ceyi – DJ Letalı qrupa dəvət edirlər və ilk demo disklərini 4 mahnıdan ibarət olan Mental Aquaducts albomunu yazırlar. Elə ilk illərdən qrupun en boyuk dostu və onlara dəstək verən artıq məşhurlaşmış və böyük fanat dəstəsinə sahib olan Korn qrupu olur. Ilk rəsmi albom "Three Dollar Bill, Yall$" olduqca uğurlu olsa da populyarlıq qazanmadı və yalnız qrupun 18 aylıq konsert turlarından sonra, yüksək satışlara nail oldu və dünya üzrə 2 milyon nüsxəyə yaxın satıldı. Bu günə kimi albom rapcore və nü-metal janrlarında yazılmış ən uğurlu albomlardan biri hesab edilir. Limp Bizkit, 1999-cu ilin yazında, ikinci albomlarını – Significant Other – çıxartdı və Billboard 200 siyahısında birinciliyə yükseldi. "Nookie" mahnısı onların dünya şöhrətini bir qədər də artırdı. 2000-ci ilin axırında ise, 3-cü albom "Chocolate Starfish and the Hot Dog Flavored Water" işıq üzü gördü.
Qul Himmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. Ələvi Bəktaşilik Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).