Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Müqavimət
Müqavimət— İranın Xuzistan ostanının Xürrəmşəhr şəhristanının Mərkəzi bəxşində şəhər.
Aktiv müqavimət
Aktiv müqavimət tam müqavimətin həqiqi hissəsidir: Z = R + j X , {\displaystyle Z=R+jX,} R = Re ⁡ ( Z ) , {\displaystyle R=\operatorname {Re} \left(Z\right),} Burada, Z {\displaystyle Z} — tam müqavimət və ya impedans, R {\displaystyle R} — aktiv müqavimət, X {\displaystyle X} — reaktiv müqavimət, j {\displaystyle j} — xəyali vahid . Və ya: R = | Z | cos ⁡ φ , {\displaystyle R=\left|Z\right|\cos \varphi ,} Burada φ {\displaystyle \varphi } — elektrik dövrəsinin cərəyanı və gərginliyi arasındakı faza sürüşməsidir. Sinusoidal cərəyan dövrələrində R = Z cos ⁡ φ = U I cos ⁡ φ . {\displaystyle R=Z\cos \varphi ={\frac {U}{I}}\cos \varphi .} QOST R 52002–2003 aktiv müqaviməti elektrik dövrəsinin və ya sxeminin passiv elektrik dövrəsindəki aktiv gücün dövrənin girişdəki cərəyanın kvadratına nisbətinə bərabər olan parametri kimi təyin edir . Aktiv müqavimət elektrik dövrəsinin və ya onun hissəsinin elektrik enerjisinin digər növ enerjilərə çevirilməsi ilə şərtlənən müqavimətidir, məsələn, mexaniki enerjiyə (elektrik mühərrikləri), kimyəvi enerjiyə (elektroliz zamanı, batareyanın doldurulması), istilik enerjisinə,elektromaqnit şüalanmasına . == Ədəbiyyat == Добротворский И. Н. Теория электрических цепей. Учебник. М.: Радио и связь. 1989. Герасимов В. Г. , Кузнецов Э. В. , Николаева О. В. .
Yaşıl müqavimət
Yaşıl müqavimət (ərəb. أخضر المقاومة) — Müəmmər əl-Qəzzafinin öldürülməsindən sonra yaranan hərbi təşkilat. Müqavimət Seyf əl-İslam Müəmmər əl-Qəzzafi tərəfindən Liviya torpaqlarını Milli Keçid Şurasından və xarici işğalçılarından azad etmək məqsədilə yaradılıb. Müəmmər Qəddafinin devrilməsinə və Cəmahiriyyə quruluşunun süquta uğramasına baxmayaraq, Liviyada bir çox insan hələ də keçmiş hökuməti dəstəkləyir. Keçid Şurasının təhlükəsizliyi təmin edə biləcək vahid, güclü hökuməti qura bilməməsi, həmçinin ərzaq məhsullarının qiymətinin qalxmasına və işıqların mütəmadi söndürülməsinə görə Şuradan narazılıq günü-gündən artır. Bütün bunlar səbəb olub ki, Keçid Şurasına qarşı bir təşkilat yaransın. Yaşıl Müqavimət Müəmmər Qəzzafinin ölümündən cəmi bir neçə həftə sonra Seyf əl İslam tərəfindən təsis edildi. Təşkilatın qabağında ilkin hədəf kimi zindanlarda saxlanılan günahsız insanları azad etmək qoyulub. Yarandıqdan dərhal sonra, Yaşıl Müqavimət Liviya xalqının böyük rəğbətini qazanıb. Əhalisinin 70%-ni yəhudilər təşkil edən Misurata istisna olmaqla, Liviyanın hər şəhərində təşkilatı dəstəkləyənlər var.
Özəl mülkiyət
Xüsusi mülkiyyət, həmçinin şəxsi mülkiyyət və ya özəl mülkiyyət — hüquqi və fiziki şəxsin malik olduğu, nəzarət etdiyi, istifadə etdiyi, gəlir götürdüyü və sərəncan verdiyi torpaq, kapital və digər mülkiyyət. Həm daşınan, həm daşınmaz, həm də əqli mülkiyyət özəl mülkiyyət ola bilər. Onun dövlət mülkiyyətindən fərqi dövlətə, icmaya deyil, məhz konkret sahibə malik olmasıdır.
Şəxsi mülkiyət

Fransa Müqavimət Hərəkatı
Fransa müqavimət hərəkatı (fr. Résistance) — İkinci dünya müharibəsi dövründə Avropanın digər ölkələrində olduğu kimi Fransada da müqavimət hərəkatı geniş xarakter almışdır. Hərəkatın başlıca istiqaməti alman faşist işğalçılarının Fransa ərazisində mövcud olan Vişi hakimiyyəti idi. 1940-cı ilin iyunun 20-də Vişi hökumətini devirmək məqsədilə Moris Torisin və Jak Dyuklonun imzaları ilə Kommunist Partiyasının manifesti elan olundu. Manifestdə göstərilirdi ki, "Vişi hökuməti Fransa xalqı üçün böyük təhlükədir və Fransa xalqı özünün azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmalı və qul kimi yaşamamalıdır". 10 iyul 1940-cı il manifesti bütün ölkədə böyük əks-səda doğurdu və Fransada müqavimət hərəkatının əsasını qoydu. İlk günlərdə Fransa Kommunist Partiyası xalqın vahid mübarizəsini təşkil etmək məqsədilə bir sıra ciddi addımlar atdı. Belə ki, Fransada nəşr olunan "Humaniti" qəzeti 14 milyon nüsxə buraxıldı ki, bu da partizan hərəkatının formalaşmasına ciddi təsir göstərdi. 1940-cı ilin sonlarında müqavimət hərəkatının güclənməsinə təkan verən amillərdən biri noyabr ayının 11-də on minlərlə tələbənin iştirakı ilə izdihamlı nümayişin keçirilməsi oldu. Məhz həmin gün 1918-ci ildə Kompeyn meşəsində Almaniyanın təslim olması ilə başa çatan çox mühüm hadisə baş vermişdir.
Sosial Müqavimət Günü
Sosial Müqavimət Günü (türk. Toplumsal Direniş Bayramı) — 1571-ci ildə Kipr adasının Osmanlı imperiyası tərəfindən fəth elanguageməsi, 1958-ci ildə Türk Müqavimət Təşkilatının yaradılması və 1976-cı ildə Təhlükəsizlik Qüvvələri Komandanlığının yaradılması ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətində hər il 1 avqust tarixində qeyd olunan rəsmi bayram. Anım və idman tədbirləri ictimaiyyətə açıq keçirilir. Mərasimlərdə Təhlükəsizlik Qüvvələrinin komandanı və hərbi vəzifəli şəxslər, həmçinin müxtəlif cəmiyyət, müəssisə və təşkilatlar iştirak edir. Nikosiyada yerləşən Şəhidlər abidəsində anım mərasimi keçirilir.
Tanrının Müqavimət Ordusu
Tanrının Müqavimət Ordusu (ing. Lord's Resistance Army - LRA) — həmçinin Tanrının Müqavimət Hərəkatı kimi də tanınan, bir militant qrup. Şimali Uqanda, Cənubi Sudan, Konqo Demokratik Respublikası və Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərir. Geniş insan hüquqları pozuntuları o cümlədən qətl, oğurlama, uşaq cinsi köləliyi, uşaqları hərbi əməliyyatlarda iştirak etməyə məcbur etməyə ittiham edilmişdir. Əvvəlcə onlar cənubi Uqandalı təcrid hiss edən etnik qruplarının hesabına Uqandanın mərkəzi hökumətinə qarşı bəzi Açolilər tərəfindən icra edilən böyük bir silahlı müqavimət hərəkatının nəticəsi və davamı idi. İdeoloji cəhətdən,qrup Açoli millətçiliyi, Afrika mistisizm və xristian fundamentalizminin qarışığıdır.
Türk Müqavimət Təşkilatı
Türk Müqavimət Təşkilatı(qısaca TMT) — Kiprdə 1958-ci il avqustun 1-də EOKA ilə mübarizə üçün silahlı bir təşkilat quruldu. Daha sonra EOKA onu EOKA-B ilə əvəzlədiyi zaman bu təşkilata qarşı vuruşdu. 1 Avqust 1976-cı ildə Kipr Türk Təhlükəsizlik Qüvvələri Komandanlığına çevrildi. Üzvlərinə "mücahid" deyilirdi. 20 iyul 1974-cü ildə Kipr Sülh Hərəkatı başlayanda TMT-nin 17151 üzvü var idi. Yunan EOKA təşkilatı əvvəlcə İngilislərə qarşı mübarizə üçün 1955-ci ildə quruldu. Təşkilatın ideologiyası olan Enozis, adadakı türk varlığını tamamilə göz ardı etdi. EOKA İngilislərə qarşı mübarizəyə başlayanda İngilis rəhbərliyi çox sayda Kipr Türkünü polis qüvvəsinə cəlb etdi və EOKA hücumlarında Türk polisləri ilə Yunan EOKA-ları qarşı-qarşıya gəldi. EOKA-nın Enozis ideologiyasına söykənən hücumlarından narahat olan Kiprli Türklər və Türkiyə, buna qarşılıq olaraq Taksim ideologiyasını inkişaf etdirdi. Volkan, EOKA'nın Kipr Türklərinə etdiyi hücumlara cavab vermək üçün 1956-cı ildə quruldu.
Başqırd Müqavimət Komitəsi
Başqırd Müqavimət Komitəsi — Rusiyanın Başqırdıstan vilayətində fəaliyyət göstərən silahlı millətçi təşkilatdır. Əsas məqsədi Başqırdıstan üçün müstəqillik əldə etməkdir. 21 sentyabr 2022-ci ildə təsis edilmişdirr. Əsasən Rusiya hökumət binalarına və polis bölmələrinə kiçik yanğın hücumları edirlər. == Tarix == Başqırd Müqavimət Komitəsi 21 sentyabr 2022-ci ildə yaradılacaqdı. Bir neçə komissarlığa hücum ediləcəkdi. Rusiyanın qismən səfərbərliyindən sonra Başqırd müqaviməti elan edildi. "Nümayiş və etiraz yürüşlərinin vaxtı bitdi. Putin və müttəfiqləri indi güllə və Molotov kokteyli gözləyəbilər." Sentyabrın 24-də qrup “Vahid Rusiya”nın Salavatdakı ofislərini, oktyabrın 3-də isə Rusiya Federasiyası Kommunist Partiyasının şəhərdəki ofisini atəşə tutub. Rusiya rəsmiləri komitənin yaradılması və dəstəyinin arxasında başqırd mühacirlərinin tanınmış lideri Ruslan Qabbasovdan şübhələnirlər.
Livan Müqavimət Briqadaları
Livan Müqavimət Briqadaları (ərəb. سرايا المقاومة اللبنانية‎, Sərayə əl-Müqavəmə əl-Lübnaniyə) — "Hizbullah"a bağlı Livan qeyri-məzhəbli hərbiləşdirilmiş qrup. Qeyri-qanuni milislər Livan milliyətçiliyinə və İsrail əleyhinə güclü inanclara sadiq qalan sünni və şiə müsəlmanlar, xristianlar və druzlardan ibarətdir. Onlar "Hizbullah" tərəfindən maliyyələşdirilir, öyrədilir, silahlandırılır və formalaşdırılır. Qrupun ölçüsü, tərkibi və gücü aydın deyil. Qrup 1997-ci ildə İsraillə mübarizə məqsədilə yaradılmışdır, lakin o vaxtdan İŞİD kimi sünni ekstremistlərlə mübarizə aparmaq üçün fəaliyyətini genişləndirmişdir.
Milli Müqavimət Hərəkatı
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
Azərbaycan Islam Müqavimət Hərəkatı
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında
Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında - İkinci dünya müharibəsi dövründə azərbaycanlı döyüşçülərin alman faşizminə qarşı qəhrəmanlıq mübarizəsinin şanlı səhifələrindən biri. == Avropada Antifaşist müavimət hərəkatında Azərbaycanlıların iştirakı == Azərbaycandan olan hərbi əsirlər Almaniya, İtaliya, Fransa, Polşa və digər ölkələrin ərazilərində yerləşən hərbi düşərgələrdə düşmənə qarşı müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Onlar gizli təşkilatlar yaradır, faşistlərə işləyən müxtəlif hərbi obyektlərdə təxribat işləri aparır və əsirlərin qaçıb antifaşist müqavimət hərəkatına qoşulmasını təşkil edirdilər. === Polşada === Hərbi əsirlərin saxlanıldığı ən böyük əsir düşərgələrindən biri Polşanın Yedlina şəhərində idi. 1942-ci ilin yazında Hadi Qiyasbəyov, Mirzəxan Məmmədov, Xələf Hacıyev, Əşrəf Süleymanov və başqalarının rəhbərliyi altında Yedlina hərbi əsir düşərgəsində gizli təşkilat yaradılmışdı. Təşkilatın fəal üzvü Əli Əliyev polyak müqavimət hərəkatının iştirakçıları ilə əlaqə yaradıb, onlardan parol almışdı. B.Hacıyevin rəhbərliyi altında bir dəstə hərbi əsir qaçıb bu parol vasitəsilə müqavimət hərəkatına qoşulmuşdu. Həmin döyüşçülər əsasən Polşa ərazisində fəaliyyət göstərən T.Novakın partizan briqadasında bir ildən çox vuruşmuş, öz cəsarəti ilə xalq intiqamçılarının rəğbətini qazanmışdılar. Zeynal Zeynalov və Həsən Novruzov P.Karloviçin partizan dəstəsi tərkibində faşistlərə qarşı qəhrəmanlıqla vuruşaraq polyak xalqının azadlığı naminə gedən mübarizədə şəhid olmuşlar. Polşa qoşununun briqada generalı Z.Duşinski azərbaycanlı partizanlar haqqında xatirələrində yazır: "Onlar öz vətənlərinin və bizim Polşanın azadlığı uğrunda mübarizə aparmış, bu azadlıq yolunda canlarını fəda etmişlər".
Rumıniya antikommunist müqavimət hərəkatı
Rumıniya antikommunist müqavimət hərəkatı 1940-cı illərin sonlarından 1950-ci illərin ortalarına qədər aktiv olmuş, ayrı-ayrı fərdi döyüşçülər 1960-ci illərin əvvəllərinə qədər mübarizəni davam etdirmişdir. Bu, kommunist rejimə qarşı ilk və ən planlı formada olan silahlı müqavimət idi. Döyüşçülər bandit olaraq görülürdülər. 1989-cu ilin sonlarında Nikolae Çauşesku devrilməyincə, "anti-kommunist silahlı müqavimət" adlandırılanların təfərrüatları ictimaiyyətə açıqlandı. Yalnız bundan sonra ictimaiyyət bəzən özlərini "hayduk" adlandıran bir neçə kiçik silahlı dəstə haqqında, hansı ki, bəziləri on il hakimiyyətdən gizlədildiyi Karpat dağlarına sığınan bir neçə kiçik silahlı dəstə haqqında məlumat aldılar. Son döyüşçü 1962-ci ildə Banat dağlarında aradan qaldırıldı. Hərəkətin dərəcəsi və təsiri postkommunist Rumıniya mediasında, sağ qalanların xatirələrində və hətta tarixşünaslıqda avtoritar, antisemitizm və / və ya ksenofobik olduğu halda çox vaxt şişirdilir. Qrupların bir hissəsinin ideologiyası ümumiyyətlə gözdən yayınır və ya minimuma endirilir. Rumıniya müqavimətinin bəzən keçmiş Sovet blokunda ən uzun sürən silahlı hərəkatlardan biri olduğu deyilir. 1944-cü ilin mart ayında Qızıl Ordu, Bukovinaya, nasist Almaniyasının müttəfiqi olan Rumıniya ərazisinə doğru irəliləyir.
İks-adamlar: Son müqavimət
İks-adamlar: Son müqavimət (ing. X-Men: The Last Stand) — 2006-cı ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmi. Ssenarisi Saymon Kinberq və Zak Pennə aid olan və rejissorluğunu Brett Ratnerin etdiyi filmin əsas rollarında Hyu Cekman, Helli Berri, Yan MakKellen, Famke Yanssen, Anna Pekuin, Kelsi Qremmer, Ceyms Marsden, Rebekka Romeyn, Şon Eşmor, Aaron Stenford, Vinni Cons, Patrik Stüart və Ellen Peyc rol almışdır. Filmin məzmunu İks-adamların "Qara Zümrüd quşu dastanı" və "İstedadlı" romanlarından əsaslanaraq yazılmışdır. Filmin süjeti insanlar və mutantlar arasında böyük etirazlara səbəb olan "mutant müalicəsi" və eyni zamanda Cin Qreyin ölüb dirilməsi ətrafında dönür. İks-adamlar: Son müqavimət ABŞ və Kanadada 26 may 2006-cı ildə, 2 gün ərzində isə 20-dən artıq ölkədə nümayiş etdirilmişdir. Nümayişə başladığı ilk gündə 45.5 milyon dollar, bir həftə ərzində 103 milyon dollar ümumilikdə isə 459 milyon dollar qazanmışdır. Film ssenarisinə və döyüş səhnələrinə görə əsasən müsbət rəylər qazanmışdır. Birinci filmdə baş verən hadisələrdən 20 il öncə Professor Çarlz Xavier və Erik Lenşer mutantlar məktəbinə dəvət etmək üçün gənc mutant Cin Qrey ilə ailəsinin evində görüşürlər. Bundan on il sonra zəngin sənayeçi Vortinqton oğlu Uorreni öz qanadlarını kəsməyə cəhd göstərərkən görür və beləliklə onun mutant olduğunu öyrənir.
Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı
Azərbaycanda seçki blokları və siyasi birliklər — Azərbaycanda seçkilər üçün vahid namizəd irəli sürülməsi üçün yaradılan seçki blokları və siyasi partiyaların, siyasətçilərin birliyi üçün yaradılan siyasi birliklər. == Tarixi == Azərbaycanda hələ müstəqillikdən əvvəl SSRİ dönəmində seçki blokları yaranmışdır. 1990-cı il avqustun 24-də qəbul edilmiş Azərbaycan Xalq Cəbhəsinin Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram "Demokratik Azərbaycan " seçki blokunun da platforması kimi təsdiq edildi. Seçki blokları tarixi rəsmi olaraq 1994-cü ildən başlayır. == Seçki blokları == === 2000-ci il parlament seçkiləri === Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Maarifçilik Partiyasıseçkilərdə partiyalar bloku halında çıxış etməyi qərara aldılar və ölkənin parlament seçkiləri praktikasında ilk dəfə olaraq "Demokratik Azərbaycan" Siyasi Partiyalar Bloku qeydiyyatdan keçirildi. Proporsional seçkilərin partiyalar üzrə blok 0,40% səs topladı. === 2003-cü il prezident seçkiləri === ==== Bizim Azərbaycan Bloku ==== 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində müxalif siyasi partiyaların birliyi kimi yaradılmışdır. Blok 29 mart 2003 tarixində Müsavat Partiyasının sədri İsa Qəmbərin təşəbbüsü ilə 2003-cü il Azərbaycan Respublikası prezident seçkiləri ərəfəsində bəzi müxalif siyasi partiyaların və ictimai təşkilatlar tərəfindən təsis olunub. İlk növbədə seçki bloku olaraq yaradılsa da sonradan siyasi partiyalar blokuna çevrilmişdir.
İks-adamlar: Son müqavimət (film, 2006)
İks-adamlar: Son müqavimət (ing. X-Men: The Last Stand) — 2006-cı ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmi. Ssenarisi Saymon Kinberq və Zak Pennə aid olan və rejissorluğunu Brett Ratnerin etdiyi filmin əsas rollarında Hyu Cekman, Helli Berri, Yan MakKellen, Famke Yanssen, Anna Pekuin, Kelsi Qremmer, Ceyms Marsden, Rebekka Romeyn, Şon Eşmor, Aaron Stenford, Vinni Cons, Patrik Stüart və Ellen Peyc rol almışdır. Filmin məzmunu İks-adamların "Qara Zümrüd quşu dastanı" və "İstedadlı" romanlarından əsaslanaraq yazılmışdır. Filmin süjeti insanlar və mutantlar arasında böyük etirazlara səbəb olan "mutant müalicəsi" və eyni zamanda Cin Qreyin ölüb dirilməsi ətrafında dönür. İks-adamlar: Son müqavimət ABŞ və Kanadada 26 may 2006-cı ildə, 2 gün ərzində isə 20-dən artıq ölkədə nümayiş etdirilmişdir. Nümayişə başladığı ilk gündə 45.5 milyon dollar, bir həftə ərzində 103 milyon dollar ümumilikdə isə 459 milyon dollar qazanmışdır. Film ssenarisinə və döyüş səhnələrinə görə əsasən müsbət rəylər qazanmışdır. Birinci filmdə baş verən hadisələrdən 20 il öncə Professor Çarlz Xavier və Erik Lenşer mutantlar məktəbinə dəvət etmək üçün gənc mutant Cin Qrey ilə ailəsinin evində görüşürlər. Bundan on il sonra zəngin sənayeçi Vortinqton oğlu Uorreni öz qanadlarını kəsməyə cəhd göstərərkən görür və beləliklə onun mutant olduğunu öyrənir.
Muhammet Levent Bülbül
Məhəmməd Levent Bülbül (1980, Sakarya ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Məhəmməd Levent Bülbül 1980-ci ildə Sakarya ilində anadan olub. Çankaya Universiteti Hüquq Bölməsindən məzun olub. Qazi Universiteti Sosial Elmlər İnstitutunda özəl hüquq üzrə magistr dərəcəsi alıb. Hüquqşünas olaraq çalışıb. Uzun illərdir MHP üzvüdür. 2009-2013-cü illərdə MHP Hende ilçə sədri, 2013-2018-ci illərdə isə MHP Sakarya il sədri vəzifəsində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Sakarya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Ədalət Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Konstitusiya Komissiyasının üzvü vəzifəsində təmsil olunub. 6 noyabr 2018-ci ildən MHP TBMM qrupunun sədr müavinidir.