Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Məhəmmədvəli mirzə Fərmanfərma
Məhəmmədvəli mirzə Əbdülhüseyn mirzə oğlu Fərmanfərma (1891 və ya 1890, Təbriz – 1983 və ya 1988, Tehran)—Qacar şahzadəsi, İranın ictimai-siyasi xadimi. Əbdülhüseyn mirzə Fərmanfərmanın üçüncü oğlu Məhəmmədvəli mirzə 1891-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. Beyrutda Amerika Universitetini bitirmişdi. Atasının mülklərini idarə edirdi. Məhəmmədvəli mirzə 1916-cı ildən 1917-ci ilədək Təbrizdə maliyyə idarəsində çalışmışdı. Atası ona tapşırmışdı ki, mülklərini qorumaq üçün məclisdə (parlamentdə) iştirak etsin. O, 4-cü, 5-ci, 6-cı çağırışda məclisə deputat seçilmişdi. 1917-ci ildən 1931-ci ilədək məclisədə vəkil kimi Sərabı təmsil etmişdi. 13-cü, 14-cü çağırışda, 1941-ci ildən 1947-ci ilədək Təbrizin nümayəndəsi kimi məclisdə əyləşmişdi.
Məhəmmədvəli xan Tənkabuni
Məhəmmədvəli xan Həbibulla xan oğlu Tənkabuni (1846–1926)—İranın baş naziri Məhəmmədvəli xan Həbibulla xan oğlu 1846-cı ildə Mazandaran əyalətinin Tənəkabun şəhərində anadan olmuşdu. Mülkədar idi. Babası Məhəmmədvəli xan Səidəddövlə Məhəmməd şah Qacarın böyük sərdarlarından sayılırdı. Sipəhsalari-Əzəm ləqəbini daşıyırdı. Məhəmmədvəli xan Tənkabuni 4 dəfə İranın baş naziri olmuşdu.
Məhəmmədvəli mirzə Qovanlı-Qacar
Məhəmmədvəli mirzə Qovanlı-Qacar (1789-?)— İran şahzadəsi, vali Məhəmmədvəli mirzə Fətəli şah oğlu 1789-cu ildə anadan olmuşdu. O, onaltı il Xorasanın, 7 il Yəzdin hakimi olmuşdu. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi. Hacı Məhəmmədvəli mirzənin Mehdiqulu mirzə, Cəfərqulu mirzə, Xosrov mirzə adlı oğulları vardı. Ənvər Çingizoğlu. Qacarlar və Qacar kəndi. Bakı: "Şuşa", 2008, 334 səh.
Məhəmmədəli
Məhəmmədəli — ad. Məhəmmədəli Tərbiyət — ziyalı, jurnalist Məhəmmədəli şah Qacar — İran şahı, Müzəffərəddin şahın oğlu Məhəmmədəli bəy Məxfi — azərbaycanlı şair, titulyar müşavir, Məclisi-ünsün üzvü.
Məhəmmədşəli (Xoy)
Məhəmmədşəli (fars. محمدشلي‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Məhəmmədəli Füruği
Mirzə Məhəmmədəli xan Mirzə Məhəmmədhüseyn xan oğlu Zəkaülmülk Füruği (1877-1942) — İranın baş naziri. Məhəmmədəli Mirzə Məhəmmədhüseyn xan oğlu Füruği 1877-ci ildə İranın Tehran şəhərində doğulmuşdu. Atası Mirzə Məhəmmədhüseyn xan əslən İsfahanlı idi. Nasirəddin şah Qacarın yaxınlarından olmuşdu. Məhəmmədhəsən xan Müqəddəmin nazirliyi dövründə çalışmışdı. Ərəb dilindən tərcümələr edirdi. Məhəmmədəli Füruği Tehran Darülfünunu bitirmişdi. Ədəbiyyatla, jurnalistika ilə məşğul olmuşdu. Sonra siyasətə başlamışdı. Fars millətçiliyinin və Rza Pəhləvinin iqtidara gəlməsində Məhəmmədəli Füruğinin müstəsna rolu olmuşdur.
Məhəmmədəli Fərdin
Məhəmmədəli Fərdin (fars. محمّدعلی فردین‎ Müḥəmməd-‘əlī Fərdīn; 7 aprel 1930, Tehran – 6 aprel 2000, Tehran) — iranlı aktyor. İran İslam İnqilabından (1979) qabaq, İranın ən məşhur aktyorlarından biri idi. Məşhur aktyor Huşəng Azəroğlu ilə birlikdə "Gənc-i Qarun" filmində də rol alıb.
Məhəmmədəli Fərzanə
Məhəmmədəli Fərzanə (1923, Təbriz – 17 yanvar 2006, Göteborq) — Azərbaycanlı yazıçı, tədqiqatçı, dilçi, folklorçu. İsveç Krallıq Akademiyasının, İsveç Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olub. Məhəmmədəli Fərzanə 1923-cü ildə Təbrizin Çayqırağı məhəlləsində anadan olub. İlk təhsilini məhəllə məktəbində və mədrəsədə fars dilində alıb. Təbriz Universitetindəki pedaqoji kurslarda təhsilini fars dilində davam etdirib. Mədrəsəni bitirdikdən sonra burada qalıb müəllim edib və 1942-ci ildə Təbrizdə kitabхanada işləməyə başlayıb. Burada işləyərkən latın və kiril əlifbalarını öyrənib. Kitabxanada işləyərkən təsadüfən üstündə "məhv ediləcək kitablar" yazılmış bağlama tapır. Bu bağlamada alim Məhəmmədəli Tərbiyətin kitabxanaya bağışladığı Kitabi-Dədə Qorqud dastanı və "Divanü Lüğat-it-Türk" kimi kitablar olub. Azərbaycan Milli Hökuməti dövründə Təbrizdə nəşr olunan "Azərbaycan" və "Vətən yolunda" qəzetlərində "M.Ə.Qövsi" təxəllüsü ilə çıxış edirdi.
Məhəmmədəli Fəxrəddini
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məhəmmədəli Hüseynzadə
Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan – 1852, Tiflis) — Qafqaz müsəlmanlarının ilk şeyxülislamı. 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə təyin edilib. O, Azərbaycan publisisti, rəssam və yazıçısı Əli bəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam 1852-ci ilə kimi Zaqafqaziya Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi. Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.
Məhəmmədəli Həsənzadə
Məhəmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məhəmmədəli Məhəmmədəlizadə
Məhəmmədəli Məşədiyev
Məşədiyev Məhəmmədəli Qulu oğlu (1 aprel 1961, Qazax rayonu) — Məşədiyev Məhəmmədəli Qulu oğlu 01 aprel 1961-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur.1968–1978-ci illərdə Qazax rayon Çaylı kənd orta məktəbində təhsil almışdır. 1983–1988-ci illərdə Qazax rayon Uşaq Musiqi məktəbində saz ixtisası üzrə müəllim, 1988-ci ildən 1989-cu ilə kimi Çaylı kənd Mədəniyyət evinin bədii rəhbəri, 1989–2004-cü ilərdə Çaylı kənd Mədəniyyət evinin müdiri vəzifələrində işləmişdir. 1990–1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. 2004–2006-cı illərdə Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2006-cı ildən hazıradək Çaylı kənd folklor evinin müdiri, 2017-ci ildən Ağstafa Regional Mədəniyyət İdarəsinin nəznində yaradılmış "İncəgülü" Aşıqlar ansamblının bədii rəhbəri vəzifələrində işləyir. 1985-ci ildə Faşizm üzərində Qələbənin 40 illiyinə həsr edilmiş Ümumittifaq bədii özfəaliyyət kollektivlərinin, 1987-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 70 illiyinə həsr edilmiş xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. 2000-ci ildə Azərbaycan-Gürcüstan gənclərinin III Dostluq görüşünün təşkili və keçirilməsində yüksək fəallıq göstərdiyinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin diplomu, 2003-cü ildə Aşıq sənətinin inkişafındakı xidmətlərinə və ictimai işlərdə fəal iştirakına görə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2007-ci ildə "Lider" televizyasının təşkil etdiyi "Ozan" aşıq müsabiqəsində münsif və müəllim kimi fəaliyyət göstərmişdir. 2008-ci ildə V Aşıqlar Qurultayının nümayəndəsi olmuş və həmin Qurultayda Azərbaycan Aşıqlar Birliyinin İdarə heyətinin üzvü seçilmişdir. 2012–2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi gənc aşıqların müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur.
Məhəmmədəli Naniyev
Məhəmmədəli Ramazanoviç Naniyev (rus. Магомедали Рамазанович Наниев; 5 aprel 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Kuban-2 Krasnodar klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. Naniyev öz peşəkar karyerasında debütünü 17 sentyabr 2017-ci ildə Kuban-2 Krasnodar klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Armavir klubuna qarşı oyunda etmişdir.
Məhəmmədəli Nuriyev
Nuriyev Məhəmmədəli Nürəddin oğlu (24 fevral 1962) — Texnika elmləri doktoru, professor (2012) Məhəmmədəli Nuriyev 24 fevral 1962-ci ildə Zərdab rayonunun Alıcanlı kəndində muəllim ailəsində anadan olmuşdur. O, 1969–1979-cu illərdə həmin kənddə orta təhsili başa vurduqdan sonra 1980–1982-ci illərdə hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1982-ci ildə Ç. İldrim adına Azərbaycan Politexnik İnstitutuna müsabiqədənkənar yolla qəbul olunmuş və təhsil almaq üçün Xalqlar dostluğu ordenli Y. Axunbabayev adına Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun hazırlıq fakültəsinə göndərilmişdir. 1988-ci ildə həmin İnstitutu bitirdikdən sonra mühəndis-mexanik ixtisasına yiyələnmişdir. M. N. Nuriyev 1988-ci ildə Azərbaycan Təhsil Nazirliyinin təyinatı ilə Azərbaycan Texnologiya İnstitutunun elmi-tədqiqat şöbəsində laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Üç ildən sonra Özbəkistan Respublikasının Təhsal Nazirıiyinin və Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun birgə məktubu ilə Azərbaycan Təhsil Nazirliyinə onun diplom layihəsinin yerinə yetirilməsi zamanı apardığı tədqiqatların elm tutumlu və xalq təsərrüfatına yararlı olduğunu bildirilmiş və tədqiqatların davam etdirilməsi üçün məqsədli aspiranturaya göndərilməsi üçün müraciət etmişlər. 1991-ci ildə göstərilən müraciətin əsasında o, yenidən ali təhsil aldığı institutun məqsədli aspiranturasına göndərilmiş və 1994-cü ilin sentyabrında vaxtından əvvəl "Çarpaz sarınan bağlamaların strukturlarına effektli nəzarət üsulu yaratmaq məqsədilə onların əmələ gəlmə proseslərinin tədqiqi" mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika elmləri namizədi elmi adına layiq görülmüşdür. 1994–1998-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun "Əmək fəaliyyətinin təhlükəsizliyi" kafedrasında saat hesabı müəllim kimi çalışmışdır. 1998–2000-ci illərdə M. N. Nuriyev Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun "Standartlaşdırma və sertifikasiya" kafedrasında assistent sonra dosent, 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Standartlaşdırma və sertifikasiya" kafedrasında dosent, 2012-ci ilin dekabından isə professor vəzifəsində çalışır. Professor M. N. Nuriyev 2001–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Kommersiya" və 2004–2006-cı illərdə isə "Texnologiya və dizayn" fakültəsində dekan müavini işləmişdir.
Məhəmmədəli Pişnamazzadə
Axund Məhəmməd Əli oğlu Pişnamazzadə (15 may 1853, Yelizavetpol, Tiflis quberniyası – 1938, Kirovabad) – Zaqafqaziya şeyxülislamı, axund. Məhəmməd Əli oğlu 1853-cü il may ayının 15-də Gəncə şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Gəncə mədrəsəsində almış, sonra isə ali ruhani təhsili almq üçün Təbrizə göndərilmişdir. 1883-cü ildə Təbrizdə təhsilini başa vurmuş və Tiflisə gələrək şəhadətnamə almışdır. 1892-ci ildə Gəncə cümə məscidinə axund təyin olunmuş, burada az müddət ərzində savadli və bacarıqlı ruhani kimi hörmət qazanmışdır. 1893-cü ildə Tiflis Vilayət Ruhani Məclisinin üzvü seçilmişdir. 1895-ci ildə Gəncə Vilayət Ruhani Məclisinin sədri təyin olunmuşdur. 1896-cı ildə "Məktəbül-Xeyriyyə"ni (Xeyriyyə məktəbi) təşkil etmişdi. "Məktəbül-Xeyriyyə" 1900-cü ilə kimi milli məktəb formasında fəaliyyət göstərib, sonra rus-müsəlman məktəbinə çevrilib. Məktəbin milli məktəb formasından çıxmasının səbəbi Axund Molla Məhəmməd Pişnamazzadənin həbs olunub, sürgünə göndərilməsi ilə bağlı idi.
Məhəmmədəli Rüşdi
Məhəmmədəli Rüşdi - Təbriz tamaşaçılarının xüsusi rəğbət bəslədikləri sənətkar olub. Populyar və şöhrətli aktyor realist oyun üslubunda istifadə etdiyi ifadə vasitələrinin təbiiliyi, cazibədarlığı və səmimiyyəti ilə geniş kütlənin rəğbətini qazanıb. Səhnədə 25 ildən çox aktyorluq edib və Təbrizdə milli teatrın inkişafında hər cür məhrumiyyət və əzablara mətanətlə sinə gərib. Məhəmmədəli Rüşdi 1906-cı ildə Təbrizdə dünyaya göz açıb. Atası müəllim idi və buna görə də oğlunu ziyalı görmək üçün ona mükəmməl təhsil verib. O, Təbrizdə darülmüəllimi bitirdikdən sonra müxtəlif təhsil ocaqlarında dərs verib. Müəllimlik edə-edə həm məktəblərdə hazırlanan tamaşalarda, həm də şəhərin müxtəlif həvəskar teatr dəstələrində kiçik rollar oynamağa başlayıb. Əvvəlcə qız rollarında səhnəyə çıxıb. Tədricən qabiliyyəti və bacarığı, səhnədə sərbəst və inamla davranması ilə maraq doğuran aktyora daha sanballı rollar tapşırılıb. Məhəmmədəli Rüşdi dramatik rollarda, realist səpkili psixoloji obrazların ifasında daha uğurla, daha inamla çıxış edib.
Məhəmmədəli Rəcai
Məhəmmədəli Rəcai (15 iyun 1933, Qəzvin – 30 avqust 1981, Tehran) — İran İslam Respublikasının 2-ci prezidenti. Məhəmmədəli Rəcai 1933-cü ildə Qəzvin şəhərində dünyaya gəlmişdi. İlk təhsilini də bu şəhərdə alan Rəcai, 1948-ci ildə Tehrana gedərək Hava qüvvətlərinə qatıldı və beş il müddətlə hərbi xidmət illəri dövründə axşam təhsili (ikinci təhsil) alaraq orta təhsilini tamamladı. 1959-cu ildə Ruft Ali Müəllimlər Məktəbində riyaziyyat bölümündən məzun olan Rəcai, Xansar, Qəzvin və Tehran kimi şəhərlərdə müəllim kimi çalışdı. 1961-ci ildə "Nehzet-i Azadi" (Azadlıq hərəkatı)ya üzv olduqdan iki il sonra tutulan Rəcai iki ay müddətlə həbs yatdı. Həbsdən çıxdıqdan sonra Məhəmməd Cavad Bahonər ilə birlikdə İttifaq nümayəndəsini yenidən canlandırmağa çalışdı və silahlı mübarizəni aktiv şəkildə idarə edə biləcək kadrlar çıxarmaq üçün FKÖ düşərgələrinə mütəxəssis göndərdi. 1971-ci ildə ölkə xaricinə çıxaraq, öncə Fransaya getdi ardından bir müddet Türkiyə və Suriya kimi bölgə ölkələrində oldu. Siyasi fəaliyətlərdə olduğu kimi mədəni işlərdə də aktiv olaraq yer alan Rəcai 1975-ci ildə tutularaq ünlü Qəsr-Qacar və Evin həbsxanalarında dörd il boyunca həbs yatdı. 1979-cu il inqilabının ən hərəkətli dönəmində, digər məhkumlarla bərabər sərbəst buraxılmasının ardından siyasi və mədəni fəaliyətlərinə yenidən başladı. Bəzi dostlarıyla birlikdə Müəllimlər İslam Birliyi [Əncümən-i İslami Müallimin] təşkilatını qurdu.
Məhəmmədəli Sepanlı
Məhəmmədəli Sepanlı (20 noyabr 1940, Tehran – 11 may 2015, Tehran) — İranlı şair və ədəbiyyatşünas.
Məhəmmədəli Sipanlı
Məhəmmədəli Sepanlı (20 noyabr 1940, Tehran – 11 may 2015, Tehran) — İranlı şair və ədəbiyyatşünas.
Məhəmmədəli Tərbiyət
Məhəmmədəli Tərbiyət (27 may 1877, Təbriz – 18 yanvar 1940, Tehran) — ziyalı, jurnalist, Tərbiyət kitabxanasının yaradıcısı, Məşrutə inqilabının iştirakçısı. Mirzə Məhəmmədəli Mirzə Sadıq oğlu Tərbiyət 1887-ci il mayın 26-da Təbriz şəhərində anadan olub. Şəhərdə mütərəqqi fikirli ziyalı kimi tanınan Mirzə Sadıq oğlunu məhəllədəki Molla Zeynalabdinin açdığı ibtidai məktəbə qoyur. Mirzə Sadıq oğluna özü yaxşı bildiyi fənləri tədris etməklə yanaşı, Təbrizin adlı-sanlı həkimlərindən olan Mirzə Nəsrullaxanın və bir müddət Təbrizdə yaşamış Məhəmmədəlixan Küfrinin yanında avropa və şərq təbabətini öyrənməyə göndərib. Hər iki həkimin tövsiyəsilə Məhəmmədəli fransız və alman dillərini öyrənib. Nücum, riyaziyyat və tibb sahəsində özəl dərslər almasına baxmayaraq sonradan pedaqoji sahəyə maraq göstərib. Ərəb, fars, fransız və ingilis dillərini mükəmməl öyrənib. 1894–1895-ci illərdə Təbrizdə hökumətin açdığı Müzəffəriyyə mədrəsəsində təbiət fənnindən, 1898–1912-ci illərdə isə yeni açılmış Loğmaniyyə mədrəsəsində nücum və coğrafiyadan dərs deyib. O, müəllim işləməklə yanaşı, daim öz üzərində çalışmış, dövrün tanınmış alimi Mirzə Abdulladan xüsusi dərslər almışdır. Ölümündən sonra alimin vəsiyyətinə uyğun olaraq şəxsi kitabxanası Məhəmmədəliyə verilmişdir.
Məhəmmədəli Zunuzi
Mirzə Məhəmmədəli Zunuzi — Babın müridlərindən idi ki, onunla birlikdə şəhid edildi.
Məhəmmədəli xan
Məhəmmədəli xan Cavanşir — Məhəmmədəli xan Qullarağası — Məhəmmədəli xan Əlaüssəltənə — Məhəmmədəli xan Tərbiyyət — Məhəmmədəli xan Qaragözlü — Məhəmmədəli xan (Kokand xanı) — 1822-1842-ci illərdə Kokand xanlığını idarə etmiş hakim.
Məhəmmədəli İbrahimli
Məhəmmədəli Mütəllim oğlu İbrahimli (22 noyabr 1996, Beyləqan – 13 oktyabr 2020, Göyarx, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Bakalavr və magistr təhsili almış Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Quru Qoşunlarının tərkibində Suqovuşanın azad edilməsində və Ağdərə istiqamətində baş tutan döyüşlərdə iştirak etmişdir. Döyüş zamanı ağır yaralanan Məhəmmədəli İbrahimli müalicə üçün Bərdəyə aparılsa da, müalicəsini yarımçıq qoyaraq könüllü şəkildə ön cəbhəyə qayıtmışdır. O, 13 oktyabrda Ağdərə istiqamətində Ermənistan Silahlı Qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumu zamanı qumbara ilə 20-dən çox erməni hərbçisini məhv etmiş, özü də baş tutan döyüşlərdə həlak olmuşdur. Məhəmmədəli İbrahimlinin nəşi müharibənin bitməsindən iki ay sonra tapılmışdır. Əslən Füzulinin Cuvarlı kəndindən olan Məhəmmədəli İbrahimli "İmarət" azarkeş qrupunun ən fəal üzvlərindən idi. O, 2021-ci ilin yanvarında "Sabah" ilə keçirilən matçda "Qarabağ"ın qələbə topunu vuran Mahir Emreli qoldan sonra üzərində Məhəmmədəli İbrahimlinin şəkli olan ağ formanı nümayiş etdirmişdir. Həmin ilin may ayında Məhəmmədəli İbrahimli "Qarabağ" komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının gümüş medalına layiq görülmüşdür. Həmçinin, iyul ayında Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Məhəmmədəli İbrahimlinin xatirəsinə həsr olunmuş sərgi açılmışdır. Bundan başqa, fərqli ölkələrdə məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı" təsis edilmişdir.
Məhəmmədəli İsmayıllı
Məhəmmədəli şah
Məhəmmədəli şah Qovanlı-Qacar (21 iyun 1872, Təbriz, Qacar dövləti – 5 aprel 1925, San-Remo, İtaliya krallığı) (fars. محمدعلی شاه قاجار‎) — İran şahı, Müzəffərəddin şahın oğlu Məhəmmədəli mirzə Müzəffərəddin şah oğlu 1872-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Etizadülmüzəffər ləqəbi almışdı. Anası Ümmül Xaqan dövrünün məşhur əxlaqsız qadınlarından biri idi. Məhəmmədəli mirzə Təbrizin valisi idi. Anasının əxlaqsızlığı onun özünə də az təsir etməmişdi. O, hələ Təbrizdə vəliəhd olduğu vaxt cinayətlər və əxlaqsızlıqlar etmişdi. Onun bütün bu cinayətlərinə son qoymaq üçün təbrizlilər üsyana da əl atmışdılar. 1906-cı ilin sonlarında atası Müzəffərəddin şahın xəstəliyi gücləndi.
Məhəmmədəli Ələkbərov
Məhəmmədli
Məhəmmədli (İmişli)