Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maltoza
Maltoza (səməni şəkəri) -‒ 4-О-α-D-qlükopiranozil-D-qlükoza, molekulu iki α-qlükoza qalığından ibarət olan təbii disaxariddir, arpa, çovdar və digər taxıllı bitkilərin, həmçinin pomidorun tərkibində vardır. Β-D-glucopyranosyl fosfat ve D-glycose'dan maltozun biyosentezi, yalnız bazı bakteriyalar növlərində məlumdur. Heyvan və bitki orqanizmlərində maltoza nişastanın və qlikogenin fermentativ parçalanması ilə alınır. Maltoza insan orqanizmi tərəfindən asanlıqla mənimsənilir. Maltoza heyvan və insanların həzm şirələrində, kif göbələklərdə və mayada olan α -qlükozidaza fermentinin təsiri nəticəsində iki α-qlükoza qalığına bölünür. İnsanın bağırsaq mukozasında bu fermentin genetik cəhətdən olmaması nəticəsində maltozaya qarşı anadangəlmə dözümsüzlük olan ağır xəstəliyə gətirib çıxarır. == Kimyəvi adı == α-Maltoza — (2R,3R,4S,5R,6R)-5-[(2R,3R,4S,5R,6R)-2,3,4-trihidroksi-6-(hidroksimetil)oksanil]oksi-6-(hidroksimetil)oksan-2,3,4-triol β-Maltoza — (2S,3R,4S,5R,6R)-5-[(2R,3R,4S,5R,6R)-2,3,4-trihidroksi-6-(hidroksimetil)oksanil]oksi-6-(hidroksimetil)oksan-2,3,4-triol == Fiziki xassələri == Maıtoza suda asanlıqla həll olur, şirin dada malikdir. Maltozanın molekul kütləsi 342.32-dir. Maltozanın (susuz) ərimə temperaturu – 1020C-dir (susuz). Kimyəvi xassələri == İzomaltoza == Maltoza bərpaolunmuş şəkərdir, çünki əvəzedilməmiş yarı asetal hidroksil qrupuna malikdir.
Massoia
Kriptokariya (lat. Cryptocarya) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
Mastaba
Mastaba (ər. ‏‏مصطبة, DMG maṣṭaba, "daş kətil və ya oturacaq") — Qədim Misirin İlkin və ən qədim dövrlərinə aid dördkünc (kvadrat) formalı qəbir məqbərə. Mastaba ehramın oturacaq forması olub, divarları relyeflərlə bəzədilmiş bir neçə otaq və hücrələrdən ibarət alt qata və ya zirzəmiyə malik məzar tikilisidir. Məhz sonralar mastaba tikilisi əsasında ehramlar inşa olunmuşdur.
Mastara
Mastara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «meşəsiz dağ», «dağın cənub tərəfi» mənasında işlənən mes sözü ilə dərə (tara) sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1828-1830 - cu illərdə Türkiyədən 138 erməni göçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci il də 7 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Hatoma
Hatoma adası (yap. 鳩間島) — Yaponiyanın Ryukyu arxipelaqı, Sakişima adaları, Yaeyama adaları qrupuna daxil olan ada. İnzibati baxımından Yaponiyanın Okinava prefekturası, Yaeyama qəzası, Taketomi dairəsi ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi — 0,96 km², maksimal hündürlüyü 34 m. İriomote adasından Hatoma boğazı ilə ayrılır. Adada Hatoma kəndi yerləşir.
Astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Covanni Vastola
Covanni Vastola (20 aprel 1938 – 20 yanvar 2017, Ravenna, Emiliya-Romanya) — Yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar İtaliya futbolçusudur. Vastola 20 yanvar 2017-ci ildə 78 yaşında vəfat etmişdir.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Pastora Soler
Pilar Sançes Luke (isp. Pilar Sánchez Luque; 28 sentyabr 1978, Koriya-del-Rio, Sevilya vilayəti[d], İspaniya), daha çox Pastora Soler kimi tanınır (isp. Pastora Soler) — İspaniya müğənnisi, Avroviziya 2012 mahnı müsabiqəsində İspaniyanın təmsilçisi.
Sandro Matsola
Alessandro "Sandro" Matsola (it. Alessandro "Sandro" Mazzola; 8 noyabr 1942, Turin) — italiyalı keçmiş futbolçu. Müxtəlif dövrlərdə hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. 1968 Avropa çempionu və 1970 milli komanda ilə vitse dünya çempionu. Hal-hazırda RAI-də idman şərhçisi işləyir. Öz dövrunun məşhur futbolçusu Valentino Matsolanın oğlu, Ferrucco Matsolanın böyük qardaşı. Karyerasında ancaq bir klubun, Milanın "İnter" klubunun heyətində çıxış edib. Karyerasında debüt oyunu 10 iyun 1961-ci il tarixində, komandasının "Yuventus" klubuna 1: 9 hesabı ilə məğlub olduğu oyunda olub. Ümumilikdə "İnter"də 565 oyunda 160 qol vurub. "İnter"in heyətində A Seriyasında isə 418 oyun keçirib və 116 qol vurub.
Valentino Matsola
Valentino Matsola (it. Valentino Mazzola; 26 yanvar 1919 – 4 may 1949) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. İtaliya A Seriyasının 1949-cu ildə bombardiri olub. İtaliya millisinin və "Torino" klubunun kapitanı olub. 17 Torino oyunçusu da daxil olmaqla 31 nəfərin həyatına son qoyan Superga təyyarə qəzasında faciəvi şəkildə həyatını itirib. Məşhur futbolçular Alessandro Matsola və Ferruccio Matsolanın atasıdır. Valentino Matsola fəhlə ailəsində anadan olub. Ailədə ondan başqa 4 qardaşı olub. Valentinonun doğulmasından qısa müddət sonra atası vəfat edir və anası uşaqları tək böyütməli olur.
Betela mastica
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Astola adası
Astola adası, həmcinin "Cəzirə Xaft Talar" (urdu جزیرہ ہفت تلار) və ya "Yeddi təpə adası" — Ərəbistan dənizində, Pakistana məxsus olan, sahildən 25 km cənubda və Pasni şəhərindən 39 km cənub-şərqdə yerləşən ada. Ada Bəlucistan vilayətinin Pasni şəhəri, Qvadar dairəsi ərazisinə daxildir. Limandan adaya motorlu qayıqlarla 5 saata getmək mümkündür. == Coğrafiyası == Astola Pakistanın sahilində yerləşən ən böyük adadır. Onun uzunluğu 6,7 km, maksimsl evi isə 2,3 km təşkil edir. Adanın sahəsi 6,7 km²-dir. Ən hündür nöqtəsi 75 metrdir. Ada ərazisi bir platodur. 7 təpədən ibarətdir. Yerli adı olan "Xaft Talar" elə "yeddi təpə" mənasını verir.
Əl-firon (mastaba)
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.
Bronxial astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Maştağa
Maştağa — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Bir sıra tarixi fərziyyələrə görə, qəsəbə sakinlərinin soykökündə Böyük Kiri döyüşdə məğlub edən və V–VI əsrlərdə Xəzər sahillərində məskunlaşan qədim köçəri türk tayfası durur. == Tarixi == Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır. Maştağa kəndi öz tarixini burada ucaldılmış, tarixin daş yaddaşına çevrilmiş memarlıq abidələri ilə də təsdiqləyir. Lakin təəssüflər olsun ki, kənddə geniş arxeoloji qazıntılar aparılmadığından, tarixi faktların elmə töhfəsi qənaətbəxş deyildir. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21 ovdanı, müdafiə qalası, 20 məscidinin inşaası, tarixi ərazisinin irimiqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci yerə qoyurdu. Bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeronda istisna hal idi. "Maştağa" sözü, bu kəndin özündən əvvəl yaranıb.
Maşıoba
Maşıoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == XIX əsrin axırlarında yaranmış Maşı-oba kəndinin əsası Hacı Məhəmməd oğlu Əhməd bəy tərəfindən qoyulmuşdur. Kənd sıx meşələrlə əhatəli olduğundan Meşə-oba adlanıb. Sonradan Maşı-oba kimi sənədləşib. Buna səbəb həmin sənədləri tərtib edənlərin rus və digər millətlərdən olmasıı olub. 1980-ci illərə kimi kəndin köçürülməsi (Xruşov planına əsasən) nəzərdə tutulduğundan inkişafı üçün heç bir tədbir görülməyib. Kənd tarixi kurqanlarla əhatə olunub. Kəndin ərazisində Tunc dövründən (e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir) qalma yaşı 2500-3000 il olan iki kurqan mövcuddur. Həmin kurqanlarda Tunc dövrünə aid dulusçuluq sənətinə dair əşyalar tapılmışdır.
Maştağa bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Maştağa məscidləri
Maştağa məscidləri — 1939-cu ilin məlumatına görə Maştağada 36 məscid, 4 pir olmuşdur. == Cümə məscidi == Bu məscid 1893–95-ci illərdə tikilib. XIX əsrə aiddir. Ərazisi 1600 m², sahəsi 400 m², ibadət tutumu 400 nəfər. Məscid hicrətin səkkizinci yüzilliyində, miladi tarixilə 1414-cü ildə məştağalı memar Ərtuğay İbn Hacı Xəlil əl-Məşqədəh tərəfindən tikilibmiş. Məscidin minarəsinin memarı ustad Kərbalayı Hacı Qulu olub. Usta Kərbəlayı Hacı Qulu minarənin yuxarısında dairə boyunca Ayətəl-Kürsü də həkk etmişdi. 1994-cü ildə bu məscidin nəzdində İmam Cəfəri Sadiq mədrəsəsi açılır. Burada gənclər elmi dini biliklərə yiyələnir. == Hunlar məscidi == Seyid İbad Ağa küçəsində keşmiş bazar yerləşən meydana bitişikdir.
Mesrop Maştots
Mesrop Maştots (erm. Մեսրոպ Մաշտոց; təq. 362 – 17 fevral 440, Üçkilsə) — qədim erməni din xadimi və dilçisi, erməni əlifbasını 405-ci ildə Sasanilər dövründə tərtib etmişdir. Mesrop Maştots Erməni Qriqoryan Kilsəsi tərəfindən dəstəklənməsindən sonra İncil başda olmaqla, həmin dövrə aid bir çox dini və elmi ədəbiyyatı erməni əlifbası əsasında yazmışdır.
Mesrop Maştos
Mesrop Maştots (erm. Մեսրոպ Մաշտոց; təq. 362 – 17 fevral 440, Üçkilsə) — qədim erməni din xadimi və dilçisi, erməni əlifbasını 405-ci ildə Sasanilər dövründə tərtib etmişdir. Mesrop Maştots Erməni Qriqoryan Kilsəsi tərəfindən dəstəklənməsindən sonra İncil başda olmaqla, həmin dövrə aid bir çox dini və elmi ədəbiyyatı erməni əlifbası əsasında yazmışdır.
Maştağa Hərbi Dəstəsi
Maştağa Hərbi Dəstəsi — Qafqaz İslam Ordusunun 1918-ci ilin avqustun 13-də Maştağa kəndi ətrafında döyüşən hissə və bölmələrindən təşkil edilmiş xüsusi taktiki qrup. == Fəaliyyəti == Onun yaradılmasında məqsəd məntəqədəki nizami bölmələrin, habelə Bakı ətrafındakı kəndlərin könüllü dəstələrinin və yerli əhali nümayəndələrinin ümumi səylərini birləşdirmək və Bakı şəhərinin yad qüvvələrdən azad edilməsi uğrunda onların fəaliyyətinin səmərəliliyini artırmaq idi. Məntəqədə bir neçə gün davam edən döyüşlərin təcrübəsi də belə zərbə qüvvəsinin təşkilini zəruri edirdi. 1918-ci ilin avqustun 10-dan etibarən Abşeron yarımadasında başlanan döyüşlərdə Maştağa kəndini yerli könüllülərlə bərabər, Əlahiddə Azərbaycan korpusunun ləzgi süvari alayı qoruyurdu. Elə həmin gün şərq cəbhəsi komandanlığı ləzgi süvari alayının köməyinə bir piyada bölüyü ilə bir pulemyot taqımı göndərdi. Avqustun 11-də isə, əlavə olaraq, 38-ci türk piyada alayının bir taboru da məntəqəyə gətirildi. Avqustun 13-də həmin bölmələr və ləzgi süvari alayı şərq cəbhəsi komandanı Mürsəl bəyin əmrilə Maştağa dəstəsində birləşdirildi və 38-ci piyada alayının 2-ci tabor komandiri qayməqam Həsən bəy bu dəstənin komandiri təyin edildi. Maştağa dəstəsi Binəqədi döyüşündə fəal iştirak etdi. 1918-ci ilin sentyabrın əvvəllərində dəstə ləğv edildi. Onun tərkibinə daxil olan ləzgi süvari alayı, Azərbaycan korpusunun digər süvari bölmələri və 5-ci Qafqaz firqəsinin 2-ci süvari alayı əsasında ayrıca bir dəstə yaradıldı və Zehni bəy həmin dəstənin komandiri təyin olundu.
Maştağa Olimpiya İdman Kompleksi
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)