Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meydança
Meydança — Müəyyən məqsədlər üçün xüsusi hazırlanan kiçik bir sahə.
Messina
Messina — İtaliyanın Siciliya muxtar vilayətində ən böyük üçüncü şəhər. 243.000 əhalisi var.
Messina Universiteti
Messina Universiteti (it. Università degli Studi di Messina) — İtaliyanın Siciliya muxtar vilayətinin Messina şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1548-ci ildə qoyulmuşdur.
Messina boğazı
Messina boğazı (it. Stretto di Messina, sic. strittu di Missina) — Siciliya adasını Kalabriyanın cənub sahilindən ayırır. Ən dar yerdə eni 3,1 km, enli yerdə isə 16 km təşkil edir. Boğazın Sicilya sahillərində Villa-San Covanni, Kalabriya sahillərində isə Redjo-di-Kalabriya şəhəri yerləşir. 1957-ci ildə boğaz üzərindən yüksək gərginlikli elektrik xətti çəkilir və bu dünyada ən hündür xətt olur. Sonradan xətt sualtı xətt ilə əvəzlənir.
Matteo Messina Denaro
Matteo Messina Denaro (26 aprel 1962, Kastelvetrano[d] – 25 sentyabr 2023, L'Akuila, L'Akuila) — Koza nostra – Siciliya mafiya təşkilatının başçılarından biri. Digər təxəllüsləri "Diabolik" və ya "Roleks"dir. Onun atası Messina Denaro Siciliyada "Don Çiççio" kimi tanınmaqdadır. Matteo Bernardo Provençanonun sələfi Salvatore Lo Pikkolonun həbsindən sonra, 2007-ci ildə Siciliya mafiyasının 1 nömrəli adamına çevrilir. 1993-cü ildən etibarən polisdən gizlənərək, Forbs jurnalına əsasən dünyada 10 axtarışda olan cinayətkarlar arasında VI yeri tutur. Onun evində axtarış zamanı tapılan məktubdan: == Həyatı == Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyanın Kastelvetrano kommunasında (Trapani əyalətində) siciliyalı mafioz Françesko Messina Denaronun ("Don Çiçço" kimi tanınan) ailəsində dünyaya gəlmişdir. Atası Françesko mafioz fəaliyyətə qeyri rəsmi muzdlu qatil, rəsmi isə zəngin mülkədar və bankir (it. Banca Sicula) D‘Ali ailəsinin silahlı müafizəçisi kimi başlamış, sonralar isə irəli çəkilərək həmin ailənin icarə torpaq mülklərinin inzibatçısı təyin edilir. Yaxşı işinə görə D’Ali ailəsi ona Dzanqara rayonunda böyük bir mülk bağışlamışdır. Françesko 14 yaşlı oğlu Matteoyaya silahdan istifadəni öyrətmişdir.
Messina zəlzələsi (1908)
Messina zəlzələsi — 1908-ci ildə Messina şəhərində baş vermiş zəlzələ. 1908-ci ilin 28 dekabrında Siciliya və Appenin yarımadasının arasında yerləşən Messina boğazında 7,5 bal gücündə zəlzələ baş verdi. Bir dəqiqə ərzində 3 güclü təkan qeydə alındı və ikinci təkandan sonra binalar dağılmağa başladı. Zəlzələ nəticəsində Siciliya və Kalbriyanın sahilboyu ərazilərində yerləşən 20-dən çox yaşayış məntəqəsi zərər çəkdi. Təkrar təkanlar 1909-cu ilin yanvar ayında da baş verdi. 1908-ci il zəlzələsi nəticəsində həlak olmuş insanların ümumi sayı barədə müxtəlif məlumatlar var. Belə ki, bəzi mənbələrdə 200 min insanın həlak olduğu bildirilir. Zəlzələ nəticəsində Messina və Reco-Kalabriya şəhərləri tam dağıldı. Bu zəlzələ Avropa tarixində ən dəhşətli zəlzələlərdən hesab edilir.