Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Billi Milliqan
Uilyam Stenli Milliqan (14 fevral 1955 – 12 dekabr 2014, Kolumbus) — 1970-ci illərin sonunda ictimaiyyətə açıq məhkəməsi keçirilən 24 fərqli şəxsiyyəti olan amerikalı cinayətkar. Silahlı soyğun da daxil olmaqla bir neçə cinayət törətdikdən sonra, Ohayo Dövlət Universitetinin kampusunda üç təcavüzə görə həbs olundu.Bu zaman psixoloqlar Milliqana çoxsaylı şəxsiyyət pozğunluğu diaqnozu qoydular.Vəkilləri tərəfindən onun psixoloji problemi olduğunu və iki alternativ şəxsiyyətinin Milliqan fərqinə varmadan cinayət törətdiyi iddia edildi.Müdafiəsi zamanı şəxsiyyət pozğunluğu diaqnozu qoyulan və böyük bir cinayətə görə 10 il ruhi xəstəxanada yatmaq cəzası verilən ilk insan idi. Milliqan'ın həyat hekayəsi Daniel Kizin mükafat qazanan romanı " Billi Milligan'ın düşüncələri" ilə populyarlaşdı. == Uşaqlıq illəri == Milliqan 1955-ci ilin fevralında Mayamidə Doroti Milliqan və Conni Morrisonun övladı olaraq dünyaya gəlib. Doroti Milliqan Ohayoda böyümüşdü və əvvəlki əri ilə birlikdə Lankaster-də yaşayırdı. Onlar boşandıqdan sonra Doroti Mayamiyə köçdü və müğənni kimi işləməyə başladı. Və Cimmi Morrisonla birlikdə yaşamağa başladı və onların iki övladı oldu. Daniel Kizə görə Cimmi yaxşı atalıq etməyi bacamırdı, qumar oynayır və çoxlu içki içirdi. Bundan sonra Doroti uşaqlarını götürdü və Mayamidən uzaqlaşdı, nəticədə keçmiş əri ilə yenidən evləndi və Lankaster, Ohayoya qayıtdı. Dorotinin ərinin keçmiş həyat yoldaşından Billi ilə eyni yaşda olan bir qızı da var idi.
Georgi Millyar
Georgi Millyar (rus. Гео́ргий Фра́нцевич Милля́р; d. 7 noyabr 1903, Moskva, Rusiya – ö. 4 iyun 1993, Moskva, Rusiya) — mahir ifaçısı, məşhur teatr və kino aktyoru, Rusiyanın Xalq artisti. == Həyatı və fəaliyyəti == Georgi Millyar 7 noyabr 1903-cü ildə Moskva şəhərində anadan olmuşdur. Atası fransalı körpü-tikinti mühəndisi Franst de Milyon işlə əlaqədar Rusiyaya gəlmiş və İrkutsk şəhərinin qızıl mədənində bir mühəndisin qızı onun gələcək anası ilə tanış olmuşdu. Georginin 3 yaşı olanda atası rəhmətə getmişdi. Buna baxmayaraq, onlar çox yaxşı yaşayıblar, iki yerdə mənzilləri, bağ evləri olub. Xalası aktrisa olduğundan Georgini tez-tez teatra apararmış. Beləcə onda uşaqlıqdan sənətə məhəbbət yaranıb.