Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.
Florensiya vəftizxanasının tavan mozaikaları
Florensiya vəftizxanasının tavan mozaikaları (it. Mosaici del battistero di Firenze) — Florensiya vəftizxanasının günbəzinin daxilini və apsidalarını bəzəyən mozaikalardır. 1225-1330-cu illərdə məşhur rəssamlar Çimabue, Koppo di Markovaldo, Meliore di Yakopo və Maestro della Maddalenanın eskizləri əsasında hazırlanmış mozaikalar orta əsrlər İtaliya mozaika sənətinin öyrənilməsi üçün ən mühüm mənbələrdən biridir. == Tarixi == Vəftizxananın apsidalarında ilk mozaikalar Fransiskan rahib Yakopo tərəfindən yaradılmışdır. Vazari özünün “Məşhur rəssamlar, heykəltəraşlar və memarların həyatı” əsərində həmin rahibi səhvən Yakopo Torriti ilə qarışdırır. Dörd apsidaya bölünmüş kitabədə işlərin başlanması tarixi qeyd edilmişdir. Mozaika hazırlanması çətin və bahalı bir iş idi. Vəftizxananın bəzədilməsi və saxlanılmasına “Arte di Calimala” adlı balıqçı gildiyası cavabdeh idi; gildiya tikilinin günbəzinin bəzədilməsi üçün 1271-ci ildə kanonla müqavilə bağlayır və işlərə başlanılır. Lakin, hazırda günbəzin fənərə yaxın hissəsini bəzəyən mozaikaların daha erkən dövrdə - 1228-ci ildə, skrasellanın (düzbucaqlı apsida) mozaikalarının tamamlanmasından dərhal sonra rahib Yakopo tərəfindən başlanılmasına daha çox inanılır. İşlər XIV əsrin əvvəlinə kimi davam etdirilmiş və Covanni Villaninin əsərində qeyd olunduğu kimi təxminən 1330-cu illərdə tamamlanmışdır.
Mozaika
Mozaika (rəngli qurama) — (fr. mosaïque, it. mosaico, lat. (opus) musivum — muzalara həsr olunmuş əsər) eyni və ya müxtəlif rənglərdə şüşə, daş hissəciklərdən və plitələrdən hazırlanmış incəsənət nümunəsidir. Mozaikalar daxili divarlarda, döşəmələrdə və tavanda istifadə oluna bilər. Bəzən mozaikalardan açıq havada səkilərdə də istifadə olunur. Monumental-dekorativ sənətinin əsas növlərindən biridir. Mozaikadan əsasən dekorativ-tətbiqi sənətdə, bəzi hallarda isə dəzgah incəsənətində istifadə edilir. Mozaika şablon şəkildə kəsilmiş sadə və mürəkkəb həndəsi formalı xırda material qırıqlarından yığılır və əhəng, sement, mastika yaxud mum təbəqəsinə bərkidilir. Mozaikada həm də, xırda rəngli qeyr-şəffaf şüşə parçalarının nəm suvağa düzülür.
Mozalan
"Mozalan" Satirik Kinojurnalı — 1971-ci ildə təsis edilmiş Kinojurnal. "Mozalan" studiyası — "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən studiya. Mozalan kinojurnalının süjetlərinin siyahısı Mozalan (musiqi qrupu) Mozalan böcəyi "Mozalan"ın nağılı (film, 1979) — "Mozalan" Satirik Kinojurnalı № 50 (1979) "Mozalan"ın izi ilə (film, 1982) — Film Xanlar rayonunun Aşıqlı kəndindəki qaz probleminin Mozalanın 59-cu nömrəsindəki "Göz Dağı" adlı süjetindən sonra nəticə çıxarılaraq həll olunduğu haqqındadır.
Mozalan (kinojurnal)
Mozalan kinojurnalı 1970-ci ildə təsis edilmişdir. 1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir. 1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar. 1971-79 illərdə rüblük, 1980-ci ildən isə ildə 8 nömrəsi buraxılmışdır. 2007-2014-cü illərdə kinojurnalın baş redaktoru yazıçı-ssenarist Orxan Fikrətoğlu olub. 2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb. 2021-ci ilin yanvar ayında Azərbaycan Televiziyası və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə “Mozalan”ı yenidən dirçəltmək barədə qərar qəbul olunmuşdur. Beləliklə “Mozalan” satirik kinojurnalı uzun bir fasilədən sonra, 50 illik yubileyi ərəfəsində aprel ayından başlayaraq yenidən yayımlanmağa başlamışdır. Videoçarxın ssenari müəllifi və redaktoru İlqar Fəhmi, ”Mozalan” studiyası tərəfindən yaradıcı heyətin rəhbəri isə Əlisəttar Quliyevdir.
Mozalan (studiya)
"Mozalan" kinostudiyası məşhur kinostudiya "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. "Mozalan" satirik kinojurnalı üçün süjetlər, sənədli və bədii filmlər istehsal edir. Direktor və bədii rəhbər: Orxan Fikrətoğlu. 2008-ci ildə "Mozalan" studiyası İspaniyanın "Aktualidad" jurnalının təsis etdiyi "Keyfiyyət və nüfuz lideri" beynəlxalq mükafatına layiq görülüb. 100 (film, 1985) (qısametrajlı bədii film — Mozalan №100) ("Mozalan" studiyası) 20+1 (film, 1986) (qısametrajlı bədii süjet — Mozalan №105) ("Mozalan" studiyası) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) ("Mozalan" studiyası) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet — Mozalan №129) ("Mozalan" studiyası) 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet — Mozalan №47) ("Mozalan" studiyası) Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film) ("Mozalan" studiyası) Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet — Mozalan №161) ("Mozalan" studiyası) Adı Günəşlidir... (film, 1992) (qısametrajlı sənədli süjet — Mozalan №162) ("Mozalan" studiyası) Adsız su (film, 1985) (qısametrajlı sənədli süjet — Mozalan №98) ("Mozalan" studiyası) Ağstafa Şərabçıları (film, 1992) ("Mozalan" studiyası) Axırıncı maqın sonu (film, 1974) ("Mozalan" studiyası) Axtaran tapar (film, 1980) ("Mozalan" studiyası) Akt və fakt (film, 1978) ("Mozalan" studiyası) Alayarımçıq (film, 1984) ("Mozalan" studiyası) Alıcının sərgüzəşti (film, 1976) ("Mozalan" studiyası) Altı duru, üstü quru (film, 1983) ("Mozalan" studiyası) Arayış (film, 1986) ("Mozalan" studiyası) Arşınmalçı (film, 1985) ("Mozalan" studiyası) Arzu (film, 1972) ("Mozalan" studiyası) Astarı üzündən baha (film, 1986) ("Mozalan" studiyası) Atamın sənəti (film, 1980) ("Mozalan" studiyası) Atası yandı (film, 1986) ("Mozalan" studiyası) ATU və ya pa ATU nnan (film, 1971) ("Mozalan" studiyası) Avtoqraf (film, 1986) ("Mozalan" studiyası) Ay alan! (film, 1981) ("Mozalan" studiyası) Ay çox, il çox... (film, 1985) ("Mozalan" studiyası) Ay müştəri... (film, 1986) ("Mozalan" studiyası) Baba zeytun diyarında (film, 1992) ("Mozalan" studiyası) Bağlı qapılar (film, 1986) ("Mozalan" studiyası) Bais (film, 1985) ("Mozalan" studiyası) Baldızoğlu (film, 1977) ("Mozalan" studiyası) ...balıq sevdası (film, 1979) ("Mozalan" studiyası) Baş tutmayan ziyafət (film, 1981) ("Mozalan" studiyası) Başdan ayağa (film, 1973) ("Mozalan" studiyası) Belə də olur (film, 1988) ("Mozalan" studiyası) Bəhanə (film, 1991) ("Mozalan" studiyası) Bəhrə (film, 1984) ("Mozalan" studiyası) Bəhri-təhvil (film, 1979) ("Mozalan" studiyası) Bəlkə... (film, 1985) ("Mozalan" studiyası) Bir daha keyfiyyət barədə (film, 1987) ("Mozalan" studiyası) Bir məktubun izi ilə (film, 1982) ("Mozalan" studiyası) Bir nömrəli...
Mozalan Satirik Kinojurnalı
Kinojurnal 1970-ci ildə təsis edilmişdir. 1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir. 1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar. 1971-79 illərdə rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır. İndiyə qədər 180-dən çox nömrə istehsal etmişdir. Hər nömrədə isə 3-4 süjet vardır. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir.
Mozalan kinojurnalı
Kinojurnal 1970-ci ildə təsis edilmişdir. 1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir. 1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar. 1971-79 illərdə rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır. İndiyə qədər 180-dən çox nömrə istehsal etmişdir. Hər nömrədə isə 3-4 süjet vardır. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir.
Mozalan kinojurnalının cizgi süjetlərinin siyahısı
Filmdə "Gənclərə geniş yol" şüarındakı mənalara toxunulmuşdur. Lakin heç də hər yerdə bu şüara əməl edilmir. Öz layihəsini qəbul etdirmək istəyən gənc memarın başına gələn əhvalat əks etdirilir. "Mozalan" Satirik Kinojurnalı № 41, 1-ci süjet Müəllif : Tahir Piriyev Rejissor : Əsgər Məmmədov Operator : Antonina Korotnitskaya Rəssamlar : Əsgər Məmmədov, Tahir Piriyev Səs operatoru : Kamal Seyidov Musiqilərindən istifadə edilən bəstəkar : Xəyyam Mirzəzadə ("Günlərin Bir Günündə..." cizgi filmindən) (titrlərdə yoxdur) Baş Redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə anonim məktubların doğurduğu nəticələr öz əksini tapır. "Mozalan" Satirik Kinojurnalı № 6, 1-ci süjet Müəllif : İntiqam Qasımzadə Rejissorlar : Nazim Məmmədov, Bəhmən Əliyev Quruluşçu rəssam : Kamil Nəcəfzadə Operator : Aleksandr Milov Səs operatoru : Ələkbər Həsənzadə Baş redaktor : Eyvaz Borçalı YouTube Filmi izlə sayt YouTube Filmdə alverçilik problemlərinə toxunulur. "Mozalan" Satirik Kinojurnalı № 96, 2-ci süjet Müəllif : M. Lipskerov Rejissor : Vahid Talıbov Rəssam : Elçin Axundov Operator : Ramiz Ağayev Səs operatoru : Akif Nuriyev Redaktor : Vidadi Paşayev Ramiz Əzizbəyli-Robot (titrlərdə yoxdur) Filmi izlə sayt YouTube Filmdə işə düzəlmək istəyən maralın əvvəl buynuzunu çıxarırlar, sonra qulaqlarını uzadırlar.
Mozalan kinojurnalının süjetlərinin siyahısı
Kinojurnal 1970-ci ildə təsis edilmişdir. 1974-cü ildə "Dəyirman bildiyini eləyir" və "Keyfiyyət nişanı" sənədli süjetlərində jurnal Bakı ət kombinatının və Bakı karamel fabrikinin məhsulunu kəskin tənqid etmişdir. 1976-cı ilin əvvəllərində “Mozalan” kinojurnalı “Qunduzdan söhbət açaq” süjetində Qarayazı xəzli heyvanlar sovxozunun pis vəziyyətindən bəhs etmişdir. 1978-ci ildə jurnalda göstərilmiş tənqidi materialların yoxlanması nəticəsində bəzi vəzifəli şəxslər məsuliyyətə cəlb olunmuşlar. 1971-79 illərdə rüblük, 1980 ildən isə ildə 8 nömrəsi buraxılmışdır. İndiyə qədər 180-dən çox nömrə istehsal etmişdir. Hər nömrədə isə 3-4 süjet vardır. Bunlar bədii, sənədli və hətta cizgi süjetləridir. Kinojurnal "Azərbaycanfilm" kinostudiyasının nəzdində yaradılmışdır. Məqsəd ölkədəki neqativ hallara qarşı mübarizə aparmaq, satira diliylə xalqa çatdırmaq və dərs verməkdir.
Mozambik
Mozambik — Afrikada dövlət. Bir çox qaynaqda Mozambik (Moçambique-okunuşu: musambiki) adının bir Ərəb sultanı olan Muça Alebique (Musa Alibiki)dan gəldiyi ayrıca tədavüldəki pul vahidi olan metikal adının da bir ağırlıq formas(n)ı olan مطقال miṭqāl'den gəldiyi söylənilməkdədir. Mövqe: cənub-Şərq Afrikada Hind okeanının qərbində, Tanzaniyanın şimalında, Malavi və Zambiyanın şimal batısında, Zimbabvenin şərqində, Esvatini və Cənubi Afrikanın şimal şərqindədir. Coğrafi mövqes(n)i: 18–15 Cənub dərəcəsi, 35 00 Şərq meridianı Xəritədəki mövqes(n)i: Afrika Sahə: 801,590 km² Sərhədləri: cəmi: 4,571 km Sərhəd qonşuları: Malavi 1,569 km, Cənub Afrika 491 km, Esvatini 105 km, Tanzaniya 756 km, Zambiya 419 km, Zimbabve 1,231 km Sahil şeridi: 2,470 km İqlimi: tropikdən subtropikale keçiş iqlimi. Ərazi quruluşu: Sahil düzənlikləri, mərkəzdə yüksək ərazilər, şimal-qərbdə yüksək platolar, qərbdə dağlar iştirak edər. Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Hind Okeanı 0 m ən yüksək nöqtəsi: Monte Binga 2,436 m Təbii qaynaqları: Kömür, titanyum, təbii qaz, hidro enerji, tantal, grafit, gümüş, boksit. Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4 daimi əkinlər: %0 otlaqlar: %56 meşəlik ərazi: %18 digər: %22 (1993 məlumatları) Sulanan ərazi: 1,200 km² (2000 məlumatları) Təbii fəlakətlər: Quraqlıqlar, su basqınları, yox edici siklonlar Ölkənin əhəmiyyətli şəhərləri; Beira, Quelimane, Nampula, Xaixai, Chimoi, Inhanbane, Pemba və Tetedir. Hind Okeanı boyunca uzun və incə uzanan ölkənin sahil uzunluğu 2515 kmdir. Bu sahilləri limanların yanında turistik sahillərə malikdir. Qonşuları : Tanzaniya, Malavi, Zambiya, Zimbabve, Cənub Afrika və Esvatini.
Mozambik Azadlıq Cəbhəsi
FRELİMO (pol. Frente de Libertação de Moçambique adından; mənası – Mozambik Azadlıq Cəbhəsi) — Mozambikdə siyasi partiya. Ölkədə yeganə hakim partiya kimi qiymətləndirilir. 1977-ci ildə kütləvi-siyasi Mozambik Azadlıq Cəbhəsi təşkilatı əsasında yaradılmışdır. 1989-cu ilə qədər fəaliyyətində marksizm-leninizm prinsipləri rəhbər tutulurdu, o dövrdən partiya demokratik sosializm istiqamətində fəaliyyət göstərir. Basto, Maria-Benedita, "Writing a Nation or Writing a Culture? Frelimo and Nationalism During the Mozambican Liberation War" in Eric Morier-Genoud (ed.) Sure Road? Nationalisms in Angola, Guinea-Bissau and Mozambique (Leiden: Brill, 2012). Bowen, Merle. The State Against the Peasantry: Rural Struggles in Colonial and Postcolonial Mozambique.
Mozambik Katolik Universiteti
Mozambik Katolik Universiteti (port. Universidade Católica de Moçambique) — Mozambikdə yerləşən ali təhsil müəssisəsi. Rektoru professor Padre Alberto Ferreyradır. Universitetin əsası 1996-cı ildə qoyulmuşdur.
Mozambik Respublikası
Mozambik — Afrikada dövlət. Bir çox qaynaqda Mozambik (Moçambique-okunuşu: musambiki) adının bir Ərəb sultanı olan Muça Alebique (Musa Alibiki)dan gəldiyi ayrıca tədavüldəki pul vahidi olan metikal adının da bir ağırlıq formas(n)ı olan مطقال miṭqāl'den gəldiyi söylənilməkdədir. Mövqe: cənub-Şərq Afrikada Hind okeanının qərbində, Tanzaniyanın şimalında, Malavi və Zambiyanın şimal batısında, Zimbabvenin şərqində, Esvatini və Cənubi Afrikanın şimal şərqindədir. Coğrafi mövqes(n)i: 18–15 Cənub dərəcəsi, 35 00 Şərq meridianı Xəritədəki mövqes(n)i: Afrika Sahə: 801,590 km² Sərhədləri: cəmi: 4,571 km Sərhəd qonşuları: Malavi 1,569 km, Cənub Afrika 491 km, Esvatini 105 km, Tanzaniya 756 km, Zambiya 419 km, Zimbabve 1,231 km Sahil şeridi: 2,470 km İqlimi: tropikdən subtropikale keçiş iqlimi. Ərazi quruluşu: Sahil düzənlikləri, mərkəzdə yüksək ərazilər, şimal-qərbdə yüksək platolar, qərbdə dağlar iştirak edər. Dəniz səviyyəsindən yüksəkliyi: ən alçaq nöqtəsi: Hind Okeanı 0 m ən yüksək nöqtəsi: Monte Binga 2,436 m Təbii qaynaqları: Kömür, titanyum, təbii qaz, hidro enerji, tantal, grafit, gümüş, boksit. Ərazi istifadəsi: əkinçiliyə uyğun torpaqlar: %4 daimi əkinlər: %0 otlaqlar: %56 meşəlik ərazi: %18 digər: %22 (1993 məlumatları) Sulanan ərazi: 1,200 km² (2000 məlumatları) Təbii fəlakətlər: Quraqlıqlar, su basqınları, yox edici siklonlar Ölkənin əhəmiyyətli şəhərləri; Beira, Quelimane, Nampula, Xaixai, Chimoi, Inhanbane, Pemba və Tetedir. Hind Okeanı boyunca uzun və incə uzanan ölkənin sahil uzunluğu 2515 kmdir. Bu sahilləri limanların yanında turistik sahillərə malikdir. Qonşuları : Tanzaniya, Malavi, Zambiya, Zimbabve, Cənub Afrika və Esvatini.
Mozambik adası
Mozambik adası (port. Ilha de Moçambique) — Mozambikin şimalında, Mozambik kanalı ilə Mossuril körfəzi arasında yerləşir və Nampula əyalətinə daxildir. 1898-ci ilə qədər Portuqaliyanın Şərqi Afrikadakı müstəmləkə paytaxtı idi. Zəngin tarixi və qumlu çimərlikləri ilə Mozambik adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir və Mozambikin ən sürətli böyüyən turizm yerlərindən biridir. Təxminən 14 000 nəfər əhalisi var və yaxınlığında Nampula əyalətindəki Lumbo hava limanı xidmət göstərir. Mozambik adasında tapılan dulusçuluq məmulatları şəhərin on dördüncü əsrdən gec olmayaraq qurulduğunu göstərir. Şəhərin hökmdarlarının XV əsrdə həm Anqoçe, həm də Kelimanenin hökmdarları ilə əlaqələri vardı. 1514-cü ildə Duarte Barbosa, şəhərin müsəlman bir əhaliyə sahib olduğunu və Anqoçe ilə eyni suahili ləhcəsində danışdıqlarını qeyd etdi. Adanın adı (port. Moçambique) adanın Vasko da Qama dövründəki sultanı Əli Musa Mbikinin (Musa ibn-Bik) adından yaranmışdır.
Mozambik bayrağı
Mozambik bayrağı — Mozambikin dövlət bayrağı. BMT üzvü ölkələr arasında odlu silahın həkk oldunduğu üç bayraqdan biri də Mozambik bayrağıdır. Bu bayraq dünyada yeganə bayraqdır ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var. Bununla yanaşı bayraqda toxa təsvirinə də rast gəlmək olar ki, avtomatla birgə onlar X-ya bənzər forma yaradırlar. 1975-ci ildə Portuqaliyadan müstəqilliyini aldıqdan sonra Mozambik Azadlıq Hərəkatının bayrağı sayılan, 3:2 nisbətində üfüqi vəziyyətdə yaşıl, qara, sarı zolaqlar və qırmızı düzbucaqlı üzbucaq olan bayrağa FRELIMO-nun (Frente de Libertação de Moçambique - Mozambik Azadlıq Cəbhəsi) simvolları əlaqə edilərək 1983-cü ildə rəsmi bayraq kimi qəbul edilmişdir. Bu vaxta qədər isə bayrağın dizaynı bir qədər fərqli olmuşdur. Bayraqdakı yaşıl rəng - ölkənin yerüstü sərvətlərini, qara rəng - Afrika qitəsini, qızılı sarı rəng - ölkənin yeraltı sərvətlərini, qırmızı rəng - müstəmləkəçiliyə qarşı müqaviməti, suverenliyin müdafiəsi və milli azadlıq uğrunda silahı mübarizəni, ağ rəng - Mozambik xalqının mübrizənin haqlılığını və sülhü, sarı beşguşəli ulduz - mozambik xalqının beynəlmiləl həmrəylik ruhunu, kitab - təhsili, toxa - kənd təsərrüfatını, istehsalatı və AK-47 - silahlı mübarizəni və ölkənin müdafiəsini simvolizə edir.
Mozambik boğazı
Mozambik boğazı (fr. Canal du Mozambique, malaq. Lakandranon'i Mozambika, port. Canal de Moçambique) — Madaqaskar və Mozambik arasında, Hind okeanının qərbində yerləşən boğaz. Dünyanın ən uzun boğazı olaraq uzunluğu 1760 km təşkil edir. Eni 422 km-dir. Ən dayaz yeri 117 m, ən dərin yeri isə 3292 metrdir. Burada suyun axın sürəti 1-1,5 dəniz mili/s təşkil edir. Komor Nqazidju Moceli Anjuan Boğazın sərhədləri Arxivləşdirilib 2011-10-08 at the Wayback Machine Beynəlxalq Hidroqrafiya Cəmiyyəti 1953 il.
Mozambik cərəyanı
Mozambik cərəyanı — Hind okeanının Mozambik boğazında Afrikanın şərq sahilləri boyunca Mozambik və Madaqaskar adası arasında cənuba doğru axan isti okean axınıdır. Mozambik cərəyanının klassik tərifi- güclü, davamlı, qərb sərhəd axımıdır. Müasir tədqiqatlar bu fərziyyəyə etiraz etmiş və göstərmişdir ki, güclü qərb sərhəd axımı ilə yanaşı, boğazda tez-tez bir sıra böyük anti-siklonik burulğanlar olur. Bu burulğanlar üçün sübutlar peyk altimetriyası məlumatlarında, gəmi sorğularında və aparılmış bir çox ölçmə qeydlərində tapılmışdır. İki ildən artıq aparılmış eyni axım ölçmə qeydləri Mozambik sahilləri boyunca güclü, davamlı axın, əsasən sabit bir Mozambik cərəyanı anlayışını ortadan qaldırır. Buna baxmayaraq, Mozambik cərəyanının qısamüddətli zamanlarda meydana gəlməsi ehtimalını istisna etmək mümkün deyil. Həqiqətən də, Mozambik boğazının rəqəmsal model görüntüləri Mozambik sahilində burulğanlar arasında bir axımın görünüşünü göstərir. Mozambik boğazı burulğanları cənuba doğru genişlənən böyük, isti, anti-siklonik burulğanlardır. Bu burulğanların diametri 300 km-ə qədər çatır və maksimal dövretmə sürət həddi təxminən 1 m/san olur. Burulğanların formalaşmasının dəqiq səbəbləri və yeri hələ də müzakirə olunmaqdadır.
Mozambik gerbi
Mozambik bayrağı — Mozambikin dövlət gerbi. Mozambik gerbi dünyada yeganə gerbdir ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var.
Mozambik metikalı
Mozambik metikalı — Mozambik dövlətinin pul vahididir. Pul mübadiləsində 20, 50, 100, 200, 500 və 1000 metikallıq əsginaslardan, 1, 5, 10, 20 və 50 sentavoluq, 1, 2, 5 və 10 metikallıq sikkələrdən daha çox istifadə olunur. Metikal (MZM) 1980-ci ilin iyunun 16-sından eskudonu əvəz etmişdir. Metikal hiperinflyasiyaya məruz qaldı və bir müddət təxminən mübadilə kursuyla 24 500 metikal bir Amerika dollarına (USD) bərabər idi və dünyada ən az qiymətli valyuta ünvanına sahib olmuşdur. Bu titul 2005-ci ilin avqust ayından Zimbabve dollarına ötürüldü. 1 iyul 2006-cı ildə Mozambik məzənnə ilə 1000:1 nisbətində denominasiya edən metikala keçdi. ISO 4217-də metikalın yeni kodu MZN qəbul edilmişdir. Yeni əsginaslar və sikkələr 1 iyul 2006-cı il tarixində təqdim edilmişdi. Keçid dövrü zamanı həm köhnə, həm də yeni valyutadan mübadilədə istifadə olunurdu. 31 dekabr 2006-cı ildə keçid dövrü başa çatdı.
Mozambik silsiləsi
Mozambik silsiləsi - Hind okeanıında yerləşən sualtı silsilə. Cənub-qərbdə Aqulyas şərqdə isə Mozambik çökəkliyi yerləşir. Silsilənin uzunluğu 1100 km, eni 300 km təşkil edir. Səthə ən yaxın yerinin dərinliyi 1207 m, ən dərin yeri isə 2900 m təşkil edir. Silsilənin suxurları materik məşəllidir. Bu səbəbdən onu bəzən Afrikanın sualtı davamı hesab edilir. Faunası zəngindir. Burada 44 fəsiləyə 130 növə aid balıq vardır Silsilə Danimarka elmi-araşdırmacı "Qalateya" gəmisi tərəfindən 1951 ildə araşdırılmışdır.
Mozambik ədəbiyyatı
Mozambik ədəbiyyatı (ing. Mozambican literature) — Mozambik xalqlarının folkloru zəngindir. XIX əsrin sonu XX əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə jurnalistika inkişaf etdi. Juan və Joze Albazini qardaşları, E.Diaş Mozabik ədəbiyyatının baniləridir. Bədii ədəbiyyat XX əsrin əvvəlində yaranmışdır. İlk vaxtlaq Portuqal ədəbi nümunələri təqlid olunurdu. İkinci dünya müharibəsindən sonra ədəbiyyatda realist meyllər gücləndi (J.Kraverinya, Noemiya di Soza). M. duş Santuşun şeirlərində, J.Diaş, L.Bernardu Onvananın hekayələrində inqilab və milli azadlıq uğrunda mübarizə ideyaları tərənnüm edilir. Müasir Mozambik ədəbiyyatında poeziya əsas yer tutur (Mogimo, R.Noqar, S.Vieyra, M.Kraverinya və başqaları). 1982-ci ildə Mozambik Yazıçılar İttifaqı yaradılmışdır.
Mozambikdə COVID-19 pandemiyası
Mozambikdə COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu dünya miqyasında 2019-cu il (COVID-19) koronavirus xəstəliyi pandemiyasının bir hissəsidir. Virusun 2020-ci ilin martında Mozambikə çatdığı təsdiqlənib. 12 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 31 dekabr 2019-cu ildə ÜST-ə bildirilmiş Çinin Hubey əyalətinin Uhan şəhərində bir qrup insanda yeni bir koronavirusun tənəffüs xəstəliyinə səbəb olduğunu təsdiqlədi. 30 yanvar 2020-ci ildə Beynəlxalq İctimai Səhiyyə Fövqəladə Vəziyyəti elan olundui və və 11 martda pandemiya kimi qəbul edildi. COVID-19-dan ölüm halları 2003-cü ildəki SARS ilə müqayisədə xeyli aşağıdır, lakin yoluxma əhəmiyyətli dərəcədə yüksəkdir və əhəmiyyətli ümumi ölüm nisbəti var. Mozambik üçün model əsaslı simulyasiyalar göstərir ki, zamanla dəyişən reproduksiya nömrəsi R t üçün 95% inam intervalı 2020-ci ilin dekabrında və 2021-ci ilin yanvarında 1.0-ı keçib.
Mozambikin dövlət quruluşu
Mozambikin dövlət quruluşu — Mozambik respublikadır. 1975-ci il Konstitusiyası qüvvədədir. Mozambik Azadlıq Cəbhəsinin (FRELİMO) sədri dövlət başçısı və prezidentdir. Ali qanunverici orqan Respublika Məclisidir (birpalatalı parlament). İcra hakimiyyətinin prezidentin başçılıq etdiyi Nazirlər Şurası həyata keçirir. Hanlon, Joseph, and Teresa Smart. Do bicycles equal development in Mozambique?. James Currey Publisher, 2008. Manning CL. The politics of peace in Mozambique: post-conflict democratisation, 1992-2000. Greenwood Publishing Group; 2002.
Mozambik–Türkiyə münasibətləri
Türkiyə—Mozambik münasibətləri — Mozambik və Türkiyə arasındakı xarici ikitərəfli əlaqələr. 15 mart 2011-ci ildən bəri Türkiyənin Maputu şəhərində səfirliyi var və İtaliyanın Romadakı Mozambik Səfiri də Türkiyədə akkreditə olunmuşdur. Türkiyə əvvəlcə Portuqaliyaya qarşı silahlı mübarizəyə başlamaq üçün Mozambik Qurtuluş Cəbhəsini quran Amerika Birləşmiş Ştatlarında təhsil almış mülayim sosialist olan Eduardu Mondlane ilə rəğbət bəslədi. Eyni zamanda, Türkiyə zahiri olaraq NATO müttəfiqini dəstəkləməyə davam etdi . Mozambik ilə Türkiyə arasında münasibətlər olduqca gərginləşdi sərt marksist Samora Maşel Mozambik Qurtuluş Cəbhəsinin lideri olduqdan sonra. Sovet İttifaqının köməyi ilə Samora Maşel şimal tayfalarını və Katolik Kilsəsini təqib etdi və 10.000-100.000 ölümünə cavabdeh idi. 1985-ci ildə Samora Maşel ilə Ronald Reyqanın ABŞ arasındakı diplomatik ərimədən sonra Türkiyə Mozambikə iqtisadi yardım göstərməyə başladı və bu yardım Machel-in xələfi Joakim Çissanonun iqtisadi liberallaşmanı sürətləndirməsindən və marksizmdən ayrıldığını elan etməsindən sonra davam etdi. 2019-cu ildə iki ölkə arasındakı ticarət həcmi 153 milyon ABŞ dolları təşkil etdi. Mozambikdəki ümumi xarici investisiyaların 19 %-ni Türkiyə BXİ oluşturur. Abrahamsson, H., and A. Nilsson.
Boza
Boza — Mərkəzi Asiya mənşəli darı, su və şəkərdən hazırlanan bir qış içkisi. Mərkəzi Asiya, Balkanlar, Türkiyə, Qafqaz və Şimali Afrikada hazırlanır. Bilinən ən qədim türk içkilərindən biridir. Boza adətən qış aylarında içilir. Bozanın mövsümü 15 iyul-15 maydır. Düzgün şərtlərdə saxlanılsa boza 6–7 gün öz dadını olduğu kimi qoruyub saxlaya bilir. == Tarixi == Boza ən qədim türk mənşəli içkilərdəndir.:77:46 Türkiyədə əsasən darıdan hazırlanan bu içki lakin digər ölkələrdə əraziyə spesifik olan qarğıdalı, arpa, çovdar, yulaf, buğda, arnavut darısı kimi bitkilərin unundan və bəzən düyü və çörək unu mayalandırılaraq hazırlanır. Boza Misir və Şimali Afrika sahilləri yolu ilə Aralıq dənizi tacirləri vasitəsilə qərbə, Xəzər Dənizinin cənubundan şərqə, Asiyaya və Çinə, İrana, Əfqanıstana, Qafqaza, Volqa hövzəsinə yayılmışdır. İbn Battuta adlı bir ərəb səyyahı on dördüncü əsrin əvvəllərində yazdığı səyahətnaməsində türklərin yaşadığı Deşt Qıpçaq ərazisindən bəhs edərkən, türklərin içdiyi bir şirənin bozanın adını çəkmişdir: "Dadarkən bir turşməzəlik hiss etdiyimçün dərhal içməyi dayandırdım. Yeməkdən sonra bunun nə olduğunu soruşdum, bildirdilər ki, Duki (düğ=incə bulqur) dənələrindən hazırlanan bir içkidir.
Moda
Dəb (fr. mode, lat. modus – ölçü, obraz, tərz) — həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbulolunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı əksər hallarda tez keçiciliklə əvəz olunur. Müəyyən bir müddət ərzində cəmiyyətdə məşhur üslub və ya geyim, fikir, davranış, etiket, həyat tərzi, incəsənət, ədəbiyyat, mətbəx, memarlıq, əyləncə növü, və s. göstərə bilər. Moda anlayışı həmçinin cari dövrə aid insan bədən növünü də əks etdirir (məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılırdı). Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Nəhəng moda evləri bunlardır: Chanel, Christian Dior, Dolce&Gabbana, Armani, Lacoste, Prada, Gucci, Calvin Klein, Hugo Boss və s. 11–14 may 2015-ci il tarixində Bakıda, Azərbaycanda ilk yüksək moda həftəsi keçirilmişdir.
Monza
Montsa (it. Monza, Monscia, lat. Modicia, Modoetia, tar. alm. Montsch‎) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var. Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur. Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir. Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.
Roza
Roza — ad. Roza Zərgərli — Azərbaycanlı rejissor, müğənni, aktrisa, yazıçı və televziya aparıcısı. Roza Cəlilova — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007). Roza Tağıyeva — Azərbaycan televiziya diktoru, Azərbaycan Respublikasının xalq artisti (1991). Roza Camali — şair, tərcüməçi və dramaturq. Roza Şanina — İkinci dünya müharibəsi dövründə fəaliyyət göstərmiş sovet snayperi. Roza Eynula — Azərbaycan əsilli Cənubi Koreya şahmatçısı. Roza Papova — Bolqar teatr aktrisası, rejissor və teatr xadimi. Roza Eyvazova — Azərbaycan filoloq alimi, filologiya elmləri doktoru, professor. Roza Otunbayeva — Roza Baqlanova — Roza Talxiqova — Çeçenistan şairəsi Roza Camanova — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959).
Moz
Moz (Dərələyəz)
Ekvivalent doza
Ekvivalent doza – orqan və ya toxumada udulan dozaların məlum şüalanma növü üçün uyğun keyfiyyət əmsalına hasilidir. Fotonlar (rentgen və qamma şüaları) və beta şüalar üçün bu əmsal 1-ə, alfa şüalar üçün isə 20-yə bərabərdir, bu o deməkdir ki, eyni miqdarda enerji ötürüldüyü halda alfa şüalanmanın bioloji effekt yaratma qabiliyyəti beta şüalanma ilə müqayisədə 20 dəfə çoxdur. Bu əmsallar müxtəlif növ şüalanmaların bioloji effekt yaratmaq qabiliyyətinin foton şüalanması ilə müqayisəsidir və ya 1Qrey verilmiş şüalanmadan (alfa, beta, neytron şüalanması) alınmış dozanın bioloji effekt yaratma qabiliyyətinə görə neçə Qrey foton şüalanmasından (rentgen, qamma şüalanması) alınan dozaya ekvivalent olduğunu göstərir. Ekvivalent dozanın ölçü vahidi Zivertdir (Zv).
Ezgi Mola
Mercan Ezgi Mola (d. 29 mart 1983, İstanbul) — teatr, film və televiziya aktrisası. == Həyatı == 2000-ci ildə Akademiya İstanbulda təhsilinə başladı. Hələ 18 yaşı tamam olmadan Kartal Tibetin yönətdiyi Karate Can serialında ilk televiziya təcrübəsini qazandı. Müjdat Gezen Sənət Mərkəzinə qəbul oldu və 4 il təhsil aldı. Bu arada Aydoğan Temeldən də 2 il teatr təhsili aldı. Yenə Aydoğan Temelin liderliyindəki bir teatr mərkəzində "Çürük Alma" tamaşasında ilk səhnə təcrübəsini yaşadı. 2005-ci ilin Oktyabrında BKM Atölyəsinə qatıldı.2005-ci ildə saf bir saç ustası rolunu canlandırdığı "Hırsız Polis" serialının gördüyü böyük bir maraq sayəsində tanınmağa başladı.2006-cı ildə çəkilən "Hayatımın Kadınısın" filmindəki roluyla uğur qazandı. Bu filmdə şəxsi hədəf olaraq gördüyü Türkan Şoray ilə qarşılıqlı rol almaq fürsəti qazanaraq özünü göstərə biləcəyi bir rolu canlandırma şansı qazandı. Bu roluyla 2007-ci ildə Ən Yaxşı Qadın Yardımcı Oyunçu naminasiyasında Sadri Alışık mükafatına sahib oldu.
Koza Mostra
Koza Mostra — 2011-ci ildə qurulmuş Yunan musiqi qrupu. Koza Mostra Yunanıstanı 2013 Avroviziya Mahnı Müsabiqəsində Aqafon İakovidis ilə birlikdə "Alcohol Is Free" mahnısı ilə təmsil edib.
Koza Nostra
Koza nostra (it. Cosa nostra ) — Siciliyada yaranmış, 1930-cu illərdən Nyu-Yorkda fəaliyyət göstərən iri italyan-amerikan mafiya qruplaşması. 1930-cu illərdən fəaliyyət göstərən Nyu-Yorkun 5 cinayət ailəsi ABŞ-də ən təhlükəli cinayət qruplaşması olmuşdur. Koza nostra yarandığı gündən Laki Luçanonun təsis etdiyi "Komissiya" tərəfindən idarə olunmuş və onilliklərlə toxunulmazlığını qorumuşdur. Ailələrə qarşı mübarizə göstərməkdə dövlət qurumları da gücsüz qalmış, hətta bəzən onlara kömək üçün müraciət etmişdir. İkinci dünya müharibəsində Nyu-Yorkdakı təxribatların qarşısını almaq üçün Strateji Xidmətlər Bürosu (OSS) Luçanodan qeyri-könüllü xidmət görür. 1960-cı ildə Mərkəzi Kəşfiyyat Agentliyi Kuba lideri Fidel Kastronun həyatına qəsd etmək üçün italyan mafiyasından kömək istəyir. Lakin onlar dövlətlə işləməkdən boyun qaçırırlar. 2007-ci ildə vəfat etmiş keçmiş MKİ agenti Edvard Hant isə ölümündən qabaq ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətlində agentlik və mafiyanın əlbir olduğunu etiraf etmişdir. Koza nostra 1980-ci illərin sonlarına kimi ən güclü mütəşəkkil cinayət forması qalmışdır, lakin son 20 ildə ailədaxili çəkişmələr və xəyanət nəticəsində qismən zəifləmişdir.
Moka (qəhvədan)
Moka (it. Moka), və ya Moka ekspres geyzer tipli - qəhvədan. Üç hissədən ibarətdir: alta su doldurulur, hansı ki, sonradan 1,5 atm təzyiq altında buxara çevrilir. Buxar sonradan yuxarı dar kanal üzrə qalxır və orta hissəyə tökülmüş üyüdülmüş qəhvədən keçir. Yuxarı hissəyə artıq hazır içki qalxır.
Mona Liza
Mona Liza (it. Monna Lisa və ya La Gioconda, fr. La Joconde) — İtaliya intibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza Gerardininin yarım boy ölçülü portreti. Mona Liza, "dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir." Mona Liza həm də dünyada ən bahalı rəsm əsərlərindən biridir. 1962-ci ildə $100 milyon dəyərində sığorta edilən əsər, o zamana kimi məlum olan ən böyük sığorta dəyəri kimi Ginnesin Rekordlar Kitabına düşmüş, 2017-ci ildə isə onun sığorta dəyəri $800 milyona çatmışdır. Rəsm əsəri, Françesko del Cakondonun həyat yoldaşı Liza Gerardininin qaraqovaq paneli üzərində yağlı boya ilə çəkilmiş portretidir. Əsərin 1503–1506-cı illərdə çəkildiyinə inanılır; lakin, ehtimal ki, Da Vinçi 1517-ci ilə kimi portret üzərində işləməyə davam etmişdir. Son elmi tədqiqatlar rəssamın əsər üzərində işə 1513-cü ildən əvvəl başlamadığını göstərir. Fransa kralı I Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətindədir və 1797-ci ildən Parisdəki Luvr muzeyinin daimi ekspozisiyasına daxildir. Subyektin çox vaxt sirrli adlandırılan mimikası, kompozisiyanın monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzionizm əsərin geniş tədqiqinə və məşhurlaşmasına səbəb olan əsas xüsusiyyətləridir.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər. Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir.
Mona adaları
Mona adaları — Kara dənizində yerləşən adalar qrupu. Taymır уarımadasının qərb sahillərində yerləşir. İnzibati cəhətdən Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir (Rusiya). Arxipelaq altı nisbətən iri və beş kiçik (adsız) qranitdən ibarət olan adalardan ibarətdir. Adalar qərbdən şərqə doğru Xariton Laptev sahilləri boyunca uzanır. Adalar Tymır yarımadasından 20–40 km məsafədə yerləşirlər. Arxipelaqa daxil olan ən şərq nöqtə ilə qərb nöqtəsi arasında məsafə 35 kilometrdir. Adaların uzunluğu 4,7 kilometri keçmir. Adalar Böyük Arktik qoruğu ərazisinə daxildir. (qərbdən şərqə): Rinqnes adası — qrupun ən iri adasıdır.
Monte-Roza
Monte-Roza (it. massiccio del Monte Rosa, alm. Monte Rosa-Massiv‎, fr. massif du Mont Rose) — Pennin Alp dağlarında, İtaliya və İsveçrə sərhədində dağ massivi. Qranit və qneyslərdən təşkil olunmuşdur. Maksimum hündürlüyü 4634 metrdir (Düfur dağı; hündürlüyünə görə Alp dağlarının ikinci zirvəsi). Buzlaqlar (ən böyüyü Qorner; uzunluğu təqribən 14 kilometrdir), alp və subalp çəmənlik və kolluqları, iynəyarpaqlı meşələr var. Video and photos of a climb up to Capanna Margherita Gressoney Monterosa - www.gressoneyonline.it Rifugi Monterosa - Mountain Huts on Monte Rosa Tour Monte Rosa - Matterhorn Photos of Monte Rosa, Italian side Monte Rosa, some Photos, incl.
Mora (İzer)
Mora (fr. Moras) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38260. Kommunanın 1999-cu il üçün əhalisi 418 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 275 ilə 436 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.
Mora yarımadası
Moça adası
Moça adası (isp. La Orchila) — Çilinin Arauko vilayəti ərazisinə daxil olan ada. Sakit okean sahillərindən bir qədər aralıda yerləşir. Sahəsi 48 km² təşkil edir. Şimalından cənuba doğru dağ silsiləsi keçir. Mapuçe xalqının mifologiyasına görə ada ruhlar aləminin toplaşdəğı məkandır. Hazırda ada ərazisinin 45 %-ni Moça mili parkı tutur. Ada həmdə çoxlu sayda gəminin qəzaya uğradığı yer kimi tanınır. ada ətrafı ərazilər balıq ovu üçün olduqça əılverişlidir. Ada bəzən qədim polineziyalıların Cənubi Amerika ilə əlaqə qurduğu yer kimi hallandırılır.
Muza (parfiyalı)
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Parfiyalı Muza
Muza (q.yun. ΜΟΥΣΗ), Parfiyalı Muza (yun. Μούσα της Παρθίας) və ya Feyamuza — Parfiya imperiyasının məlikəsi (e.ə. 2–b.e. 4). Əslində İtaliyadan gətirilmiş bir kölə olan Muza Roma imperatoru Avqust (e.ə.27–b.e. 14) tərəfindən Parfiya şahanşahı IV Fraata (e.ə. 37–2) hədiyyə kimi verilir. O, tez bir zamanda IV Fraatın məlikəsi və sevimli arvadına çevrilir, daha sonra şahanşah olacaq Fraatakın anası olur. O, e.ə.
Roza Arazova
Roza Baqlanova
Roza Tajibay qızı Baqlanova (qaz. Роза Тәжібайқызы Бағланова; 1 yanvar 1922, Kazalinsk, Qırğızıstan MSSR – 8 fevral 2011, Almatı) — Sovet, Qazaxıstan operası və pop müğənnisi (soprano). SSRİ xalq artisti olub (1967). Qazaxıstan Xalq Qəhrəmanı ordeni ilə təltif olunub. 1 yanvar 1922-ci ildə Kazalinskdə (indi - Qazaxıstanın Qızılorda vilayəti) anadan olub. Kiçik juzun Jıtırı qəbiləsinin jaqalbəyli soyundandır. Məktəbi bitirdikdən sonra Roza Baqlanova 1939-1941-ci illərdə Qızılorda Pedaqoji Unioversitetində təhsil alır. Atasının ölümündən sonra, ailənin dolanışığı üçün, Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutuna daxil olur, çünki orada bir yataqxanada mənzil, pulsuz yemək verirdilər və toxucu olaraq əlavə pul qazanmaq mümkün mümkün idi. Daşkənddə onun oxuması təsadüfən Daşkənd Opera Evinin solisti və eyni zamanda Filarmoniya Cəmiyyətinin direktoru Muhitdin Qara-Yaqubov tərəfindən eşidilir. Roza Baqlanova 1941-ci ildən Səmərqənddə, Özbəkistan SSR Dövlət Qadın Mahnı və Rəqs Ansamblında, Özbəkistan Filarmoniyasında işləyir.
Roza Camali
Roza Camali (fars. رزا جمالی‎‎) - Əslən İran azərbaycanlılarından olan şair, tərcüməçi və dramaturq. Roza Camali 1977-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Roza Camali Tehran İncəsənət Universitetində dramaturgiya üzrə təhsil almışdır. Onun ilk şerlər külliyatı "Bu ölmüş oğlan alma deyil, o ya xiyar, ya da armuddur" adlanır. Bu əsər 1997-ci ildə İran poeziyasında yeni bir üslubun əsasını qoyan əsər kimi çap edilmişdir. Bu əsər İran poeziyasında yeni yaradıcı imkanlar yaratmışdır. Həmin ildə onun ikinci şerlər kitabı nəşr edilmişdir. "Üz düzəltmək" adlanan bu şerlər kitabı tənqidçilər tərəfindən müsbət rəy almışdır. Onun üçüncü şerlər kitabı "Cinayət hekayəsi üçün kofe düzəltmək" adlanır.
Roza Camanova
Roza Ümbetqızı Camanova (16 aprel 1928, Aqtöbe, Qazaxıstan MSSR – 27 dekabr 2013, Almatı) — Qazaxıstan opera müğənnisi (soprano), SSRİ Xalq Artisti (1959). Roza Camanova 1928-ci ildə Aqtöbe şəhərində anadan olub. 1954-cü ildə Almatı konservatoriyasını bitirmişdir. 1953-cü ildən Qazaxıstan Opera və Balet Teatrının solisti olmuşdur. 1962–1980-cı illərdə Qazaxıstan Teatr Cəmiyyətinin sədri, 1968-ci ildə isə Beynəlxalq Teatr İnstitutunun vitse-prezidenti olmuşdur. 1977-ci ildən Qazaxıstan Milli Konservatoriyasında dərs demişdir. Roza Camanova 27 dekabr 2013-cü ildə Almatıda vəfat etmişdir. Sara – "Birjan və Sara", M.Tölebayev Nazıqum – "Nazıqum", K.Kojamiyarov Tatyana – "Yevgeni Onegin", Pyotr Çaykovski Çio-Çio san – "Çio Çio san", J.Puççini Marqarita – "Faust", Ş.Quno Aysulu – "Aysulu", S.Məhəmmədcanov Ajar – "Abay", Ə. Jubanov və L.Həmidi Qazaxıstan SSR Əməkdar artisti (1957) SSRİ xalq artisti (1959) "Qırmızı əmək bayrağı" ordeni (1971) Qazaxıstan SSR Dövlət mükafatı (1972) "Xalqlar Dostluğu" ordeni (1978) "Lenin" ordeni (1986) Əri – Baxıtbəy Koşmuhambetov — təqaüdçü, Qazaxıstan SSR Əməkdar artisti (1957) 2005 – CD "Qazaxıstan incəsənətinin dahi vokal ustası" Azərbaycan Milli Ensiklopediyası. 5-ci cild. Bakı 2014.
Roza Cəfərxanova
Roza Heydər qızı Cəfərxanova (23 fevral 1927, Ordubad, Naxçıvan MSSR – 18 may 2010, Naxçıvan) — Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta məktəbi bitirdikdən sonra o vaxt Ordubadda yenicə açılmış Dövlət Dram Teatrına (1949-cu ilin əvvəllərində bağlanıb) aktrisa götürülüb. Bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Asya), "O olmasın, bu olsun" (Gülnaz), "Ər və arvad" (Minnət xanım) operettalarında, Səməd Vurğunun "Vaqif" (Gülnar), Abdulla Şaiqin "Vətən" (Gözəl), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin), Süleyman Sani Axundovun "Eşq və intiqam" (Qəmər) dramlarının tamaşalarında oynayıb. 1945-ci ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyib. 15 noyabr 1984-cü ildə Azərbaycan SSR əməkdar artisti və 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 2002-ci ildə isə Prezident təqaüdçüsü olub. Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb.
Roza Cəlilova
Roza (Rozaliya) İsmayıl qızı Cəlilova (17 may 1929, Quba) — rəqqasə, xoreoqraf-baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2007). Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olmuşdur. 1947-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. İki il M. F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M. Maqomaev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblına keçib. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətini davam etdirib, 1965–1975-ci illərdə isə qrupa rəhbərlik edib. Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstəmişdir. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlamışdır. Onun repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutur. O, səhnə fəaliyyətinin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-də, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində olmuşdur.
Coca-Cola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Coca-Cola Cherry
Coca-Cola Cherry (orijinal satış adı və hələ də tanındığı adı ilə Cherry Coke) — Koka-Kolanın albalı dadlı versiyası. İçki The Coca-Cola Company tərəfindən istehsal olunur. == Tarixi == Bir çox restoran, kinoteatr və apteklər içki 1985-ci ildə mağazalarda rəsmi olaraq təqdim edilməzdən çox əvvəl Koka-Kolaya albalı siropu əlavə edərək onun qeyri-rəsmi versiyasını təqdim etmişdilər. The Coca-Cola Company ilk dəfə 1982-ci ildə Tennessi ştatının Noksvill şəhərində keçirilən Ümumdünya Sərgisinə gələn tamaşaçılara digər dadlarla birlikdə Kola-nın rəsmi albalı dadlı versiyasını da təqdim edərək içkinin sınaqdan keçirməyə başladı. "Cherry Coke" 1985-ci ilin yayında ABŞ-də əsas istehsala daxil oldu. 2007-ci ilə qədər ABŞ-də və bəzi digər ölkələrdə Coca-Cola Cherry olaraq adlandırılan Cherry Coke, o dövrdə Coca-Cola-nın üçüncü variasiyası idi. == Beynəlxalq paylanma == Coca-Cola Cherry bir sıra müxtəlif ölkələrdə paylanmışdır. İçki hal-hazırda ABŞ-dən başqa İsveç, Albaniya, Çin, Ukrayna, Böyük Britaniya, İrlandiya Respublikası, Finlandiya, Almaniya, Belçika, Danimarka, Fransa, Macarıstan, Çexiya, Hollandiya, Polşa, Slovakiya, Xorvatiya, Latviya, Litva, Cənubi Afrika, Cənubi Koreya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Peruda mövcudur. İçki Yaponiyada da mövcuddur və burada hələ də "Cherry Coke" kimi tanınır. Coca-Cola Cherry Yeni Zelandiyada bəzi supermarketlərdə tapıla bilər (adətən Böyük Britaniya və ya ABŞ-dən gətirilir).