Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mukadderat (roman)
Müqaddərat - aktyor,yazar,rejissor Erkan Kolçak Köstendildən kino hekayələri. “Bütün olanları, baş verənləri və gələcəkdə nə olacağını dəyişə bilərsinizmi? Bütün həyat təcrübəsinə və həyat arzusuna baxmayaraq, insan heç vaxt bir şeyə etiraz edə bilməz: ölüm. İnsan ölçdüyü anları dilimlərə bölərək yığdığına və Zaman adlı məfhumun ətrafında dolaşdığına görə yaşamaq başımızdan keçənlərin yükünü dumanlı bir meşəyə daşımaq kimidir. Bütün təcrübəmizə və qeyri-məhdud imkanlarımıza baxmayaraq, Zamanın gəlib-gəlmədiyinə, dolu olub-olmamasına qərar verə biləcək yeganə şey taleyindir. Bəzən təzə çiçəkləri qoparacaq, bəzən köhnə ayaqlarına dolanacaq. Ancaq həmişə vaxtında olacaq. Erkan Kolçak Köstendil öz kitabın yaranması haqqında belə deyir "2006-cı ildə Türkiyənin ilk internet və Facebook serialı olan “Mukadderat”ı çəkdik. O vaxt biz konservatoriyada oxuyurduq. 13 il sonra Mükadderatı kitaba çevirməyi təklif etdilər.
Muraddərə dağı
Muraddərə dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1092,4 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin şərq yamacında zirvə. Gilançayın sağ sahilində, Gilançay kəndindən 300 m-dək cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının nüvə hissəsində yerləşir.