Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Namaz Allahverdiyev
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. Namaz Bədəlov 20 may 1932–ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954–cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959–cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961–ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964–ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Nəvaz Şərif
Mian Məhəmməd Nəvaz Şərif (pənc. میاں محمد نواز شریف‎, 25 dekabr 1949[…], Lahor, Pakistan dominionu) 2013-cü ildən 2017-ci ilə qədər Pakistan İslam Respublikasının Baş naziri olmuş pakistanlı biznes maqnatı və siyasi xadim. O, buna qədər iki dəfə (1990–93 və 1997–99-cu illərdə) bu vəzifəni icra etmiş, 1985-ci ildən 1990-cı ilə qədər isə Pəncab əyalətinin baş naziri olmuşdur. Pakistan tarixində ən uzun müddət baş nazir vəzifəsində xidmət etmiş şəxsdir. Nəvaz Şərif Lahor şəhərində Şərif ailəsində anadan olmuşdur. Atası "İttifaq" və "Şərif Group" şirkətlərinin sahibi olan Məhəmməd Şərif ölkədə məşhur biznesmen olmuşdur. Pakistan Seçki Komissiyasının verdiyi məlumata əsasən Nəvaz Şərifin şəxsi gəliri 15 milyon ABŞ dolları həcmindədir. Şərif Lahorda yerləşən Dövlət Kollecində və Pəncab Universitetində təhsil aldıqdan sonra 1970-ci illərin sonlarında siyasətə daxil olmuşdur. O, 1981-ci ildə Ziya ül Həqq tərəfindən Pəncab əyalətinin Maliyyə naziri vəzifəsinə təyin olunmuşdur. 1985-ci ildə mühafizəkarlar koalisiyası tərəfindən dəstəklənmiş və Pəncab əyalətinin baş naziri vəzifəsinə təyin olunmuşdur.
Vacibi namaz
Vacibi namaz — qılınması vacib olan namaz. Sübh namazı Zöhr namazı Əsr namazı Şam namazı İşa namazı Ayət namazı Həcc ilə ümrə zamanı qılınan təvaf namazı Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlar Cümə namazı sünni məzhəbində vacib, şiə məzhəbində isə zamanə imamının hazır olduğu zaman vacib, qeybdə olduğu müddətdə təxyiri-vacibdir. Fitr və qurban bayramlarının namazı şiə məzhəbində zamanə imamının hazır olduğu zaman vacibdir və camaat namazı kimi qılınmalıdır, qeybdə olduğu müddətdə isə müstəhəbdir və camaat namazı, yaxud furada (fərdi şəkildə) qılmaq olar.
Namaz Yusubov
Məryəm Nəvaz Şərif
Maryam NawazW/O Shahid alam(28 oktyabr 1973, Lahor; Şablon:Dil-urdu) — Pakistanlı siyasətçi, keçmiş baş nazir Nəvaz Şərif.Məryəm Şərif əvvəllər ailənin xeyriyyə təşkilatlarında iştirak edirdi. Ancaq 2014-07 ildə siyasətlə maraqlanmağa başladı və 2013-cü il ümmha shahid seçkilərsə rəhbərlil edib. 2014- nazir ch Gənclər Proqramının Sədri təyin edildi. Ancaq Lahor Yüksək Məhkəməsinin də sədri təyin olunmasına dna 2014-cu ildə istefa verdi. 2018-ci ilin iyul ayında Avenfild istinad sənədində korrupsiya ittihamı ilə 2 milyon funt sterlinq cərimə ilə 7 il həbs cəzasına məhkum edildi. Sentyabrın 19-da İslamabad Ali Məhkəməsi onun cəzasını təxirə saldı. Məryəm 28 oktyabr 1973-cü ildə Pakistanın Lahor şəhərində Nəvaz Şərif və Gülsüm Şərifin ailəsində anadan olmuşdur. İlk təhsilini Lahordakı İsa və Məryəm monastırından aldı. Bir həkim olmaq istəyi ilə, 1980-ci illərin sonlarında Kral Eduard Tibb Kollecinə daxil oldu, lakin qeyri-qanuni qəbulla bağlı mübahisədən sonra diplomunu almadan kolleci tərk etməli oldu.
Təpəbaşı-i Namaz
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Axırıncı namaz (film, 1963)
Axırıncı namaz — rejissor Zeynəb Kazımova tərəfindən 1963-cü ildə ekranlaşdırılmış qısametrajlı bədii filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Haqqında == Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib. Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin "Axırıncı namaz" filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.
Qala-Numaz sinaqoqu (Dərbənd)
Qala-Numaz — Dağıstan Respublikası, Dərbənd şəhəri, Tağı-Zadə küçəsi, ev 94-də yerləşən sinaqoq. Dərbəndli yəhudilərin mənəvi dinclik mərkəzidir. XIX əsrdə Dərbənd qeyd olunan prinsiplərə görə məskunlaşmışdı: şəhərin ən qədim hissəsi, Harın-Qalaya daha yaxın olan hissədə müsəlmanlar; mərkəzi, düz hissədə, əsasən yəhudilər, hətta dənizə yaxın yerlərdə ermənilər və ruslar yaşayırdı. Sonra əsas yəhudi küçəsi Tağı-Zadəni "Böyük (uzun) küçə" mənasını verən "Qala-Kuçe" və digər adı "Cuqut məhəlləsi" olmaqla (Yəhudi məhəlləsi) bu cürə adlandırırdılar. Bu küçədə Böyük Dərbənd sinaqoqu — "Qala-Numaz" yerləşir. Qala-Numaz sinaqoqu beş tacir qardaşın Hanukaeyvlərin hesabına tikilmişdir. Binanın layihəsini hazırlayan memar məlum deyil. Sinaqoq 1914-cü ildə açılıb. Ancaq son yüz il ərzində bina çox köhnəlib. Hal-hazırda sinaqoq Rusiya Yəhudi İcmaları Federasiyasının səlahiyyətindədir.
Təpəbaşı-i Namaz (Şot)
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
İsgəndərzadə Mustafa Namaz oğlu
İsgəndərzadə Mustafa Namaz oğlu 17 noyabr, 1939-cu ildə Ermənistan Respublikasının Dərəçiçək mahalında anadan olmuşdur. 1948-ci ildə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Deportasiya olunduqdan sonra, Azərbaycan Respublikasının, Ağstafa rayonunun "Kalinka" kəndinə köçmüş və burada məskunlaşmışdılar. Həmin illərdə, yaşadığı rayonda təhsil almağa başlamışdır və 8 illik təhsilini məhz həmin məktəbdə bitirmişdir. 8 illik təhsilini bitirdikdən sonra,1956-cı ildə "Kirovka" kəndinin nəzdində olan məktəbə təhsilinə davam etmişdir. 1958-ci ildə təhsilini tamamilə başa vurduqdan sonra, hərbi qulluğa yollanmışdır. 1961-ci ildə hərbi xidmətini layiqincə başa vurduqdan sonra,təhsil həyatına davam etmişdir. Azərbaycan Dillər İnstitutunun "Rus dili və ədəbiyyatı" fakültəsinin axşam qrupları bölməsinə daxil olmuşdur.Qeyd etmək lazımdır ki, dərslərinin olmadığı müddətlər isə, soyuducu zavodunda işləyirdi. 1962-ci ildə, məktəb yoldaşı Qurbanova Mənzərə İmran qızı ilə ailə həyatı qurmuşdur və bir oğlu İsgəndərzadə Çinar 1978-ci ildə dünyaya gəlmişdir. İSGƏNDƏRZADƏ MUSTAFA NAMAZ OĞLU 27 noyabr, 2015-ci ildə dünyasını dəyişmiş və Bakı şəhərində dəfn olunmuşdur.
NEFAZ
NEFAZ — Kamaz şirkətlər qrupunun tərkibinə daxil olan avtomobil istehsalını həyata keçirən avtomobilqayırma şirkəti. Kamaz avtomobillərinin şassiləri əsasında Rusiyada avtomobil istehsal edən iri şirkətlərdən biri. 2000-ci ilin dekabrında zavod özünün ilk şəhər içtimai nəqliyyatı olan «NefAZ-5299» avtobusununu nümayiş etdirmişdir. Zavod Başqırdıstanın Neftekamsk şəhərində yerləşir. 17 dekabr 1970-ci ildə SSRİ Nazirlər Soveti Kam Avtomobil zavodlarını ehtiyat hissələri ilə təmin etmək məqsədi üçün xüsusi layihəni imzalayır. Bu illərdə KAMAZ üçün peyk zavodlar inşa edilirdi. 13 iyul 1972-ci ildə zavodun inşasın başlanılır. 15 aprel 1977-ci ildə zavodda ilk 10 tonluq «KAMAZ-5511» samosvaldları istehsal edilir. 11 oktyabr 1977-ci ildə əsas konveyr istismara buraxılır. Bundan sonra «KAMAZ-5511» modelinin seriya buraxılışı başlanır.
Neman
Neman (rus. Неман) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Neman Vəliyev
Neman deltası
Neman deltası (lit. Nemuno delta) — Neman çayının Baltik dənizinə töküldüyü yerdə formalaşdırdığı relyef forması. Delta bir neçə çay qolları və kanallardan ibarətdir. Neman deltasında polderlər və su-bataqlıq ərazilər üstünlük təşkil edir. Bu regionun zəngin təbiəti ərazidə ekoturizmin inkişafına böyük təkan verir. Neman deltasında əsas ayrılan qol Atmata çayıdır. Digərləri daha balacadır: Pakalne, Upayte, Skirvite, Varusne və s. Deltanın ortasında Litvanın ən böyük adası — Rusne yerləşir. Adada deltanın ən böyük yaşayış məntəqəsi Rusne var. Məntəqənin əhalisi 1630 nəfərdir.
Normandiya-Neman
Normandiya-Neman qırıcı alayı (fr. Régiment de Chasse Normandie-Niémen) — Azad Fransanın ilk əlahiddə qırıcı aviasiya alayının adı. "Normandiya-Neman" alayıİkinci Dünya müharibəsinin Şərq cəbhəsində Nasist Almaniyasına qarşı əməliyyatlarda iştirak etmişdir. SSRİ ərazisində fransız aviasiya eskadrilyasının yaradılması haqqında (25 noyabr 1942 tarixli SSRİ–Fransa sazişinə əsasən 1942-ci ilin noyabr ayının axırlarında 14 təyyarəçi və 58 aviamexanikdən ibarət fransız könüllüləri SSRİ-yə göndərilmişdir. Əvvəlcə dəstənin adı "Normandiya" olmuşdur (Fransanın Normandiya əyalətinin adından). 1944-cü ildən Neman çayının keçilməsində döyüş xidmətlərinə görə Sovet qoşunları Ali Baş Komandanı Aleksandr Vasilevskinin əmri ilə "Normaniya"ya "Neman" fəxri adı əlavə edilmişdir. "Normandiya Neman" müharibə zamanı Lüftvaffenin 273 təyyarəsini vurub salmış, 80 təyyarəsini zədələmiş, xeyili çaplı qüvvəsini və döyüş texnikasını məhv etmişdir. Normandiya Neman SSRİ-nin Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, Fransanın Fəxri Legion ordeni, 2 digər orden və medalı ilə təltif olunmuşdur. 4 nəfər fransız təyyarəçi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Normandiya Neman" adlı aviasiya hissəsi "Normandiya Neman" alayı təyyarəçi-veretanlarının birliyi, SSRİ-də isə texnik-veteranlarının şurası yaradılmışdır.
Yaakov Neman
Yaakov Neeman (ivr. ‏יעקב נאמן‏‎; 16 sentyabr 1939, Tel-Əviv – 1 yanvar 2017, Qüds) — eyni zamanda Ədliyyə naziri və Maliyyə naziri vəzifəsini icra edən bir İsrailli vəkil. Neman, mandat dövründə Təl-Əvivdə bir dini sionist ailəsində anadan olmuşdur. Midraşyat Noam orta məktəbində təhsil alıb və Golani Briqadasında hərbi xidmətini başa vurdu. 1964-cü ildə LL.B dərəcəsi alaraq Qüds Yəhudi Universitetində hüquq təhsilinə davam etdi. 1965-ci ildə Nyu York Universitetindən bir LL.M dərəcəsi aldı, 1968-ci ildə İsrailə qayıtdıqdan sonra 1972-ci ildə İsrailin gələcək prezidenti Şaim Herzoq ilə birlikdə Herzog, Fox & Ne'eman hüquq firmasını qurdu.
Almaz
Almaz (almanca – Diamant (m), fransızca – Diamant (m), ingiliscə – Diamond) saf karbondan meydana gəlib, bilinən ən bərk maddədir. Karbon elementinin bir modifikasiyası qrafit, digəri isə almazdır. Almazın saf karbon olduğu ilk olaraq Fransız kimyaçı Lavuazye tərəfindən aşkar edilmişdir. Lavuazye almazı yandırmış və yanma qazının yalnız karbondioksid olduğunu görüncə almazın karbon olduğu qənaətinə gəlmişdir. == Xüsusiyyətləri == Almaz qrafitlə bərabər allotrop quruluşa malik olub ən bərk 10 mineraldan biridir. Əsas xassəsi yüksək bərklik, istilik keçiriciliyi və disperisyası ilə tanınır. Almaz kristallik quruluşa mailkdir ,ona görə də o dielektrikdir. Almazın metalda və havada sürtünmə əmsalı 0,1-dir. Bu onun səthində nazik absorbsiya olunmuş qaz qatının yaranması ilə bağlıdır. Bu qat yağlayıcı rolunu oynayır.
Həmas
HƏMAS (ərəb. حماس‎) və ya tam adı ilə İslami Müqavimət Hərəkatı (ər. حركة المقاومة الاسلامية; Hərəkət əl-Müqavəmət əl-İslamiyyə) — 1987-ci ildə yaradılmış, fələstinli islamçı-sünni fundamentalist Fələstin təşkilatı və hərbiləşdirilmiş hərəkat. HƏMAS Fələstində yaradılmış islamçı bir siyasi və hərbi hərəkatdır. 1987-ci ildə fələstinlilər arasında başlayan Birinci İntifada (İsrail işğalına qarşı xalq üsyanı) zamanı qurulmuşdur. HƏMAS həm siyasi, həm də silahlı qanada malikdir və onun əsas məqsədi İsrailin işğalı altındakı Fələstin torpaqlarını azad etmək və Fələstinin müstəqilliyini təmin etməkdir. HƏMAS islamçı bir təşkilatdır və Fələstin torpaqlarında İslam qanunlarına əsaslanan bir dövlət qurmağı hədəfləyir. Hərəkatın əsas ideologiyası Fələstinin İsrail tərəfindən işğal olunmuş ərazilərini azad etmək üçün “cihad” (müqavimət savaşı) aparmaqdır. HƏMAS həm siyasi partiya kimi fəaliyyət göstərir, həm də müxtəlif sosial xidmətlər göstərir. O, Fələstin seçkilərində iştirak etmiş və 2006-cı ildə keçirilən parlament seçkilərində qələbə qazanmışdır.
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Kəmax
Kəmax — Ərzincanın 9 ilçəsindən biridir. == Əhalisi == 2016-cı ilin məlumatına görə ilçədə 7.125 nəfər yaşayır.
Məcaz
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir. Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni, təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir.
Namazu
Namazu (yap. 大鯰) — Yaponiya mifologiyasında Namazu (鯰) və ya Ōnamazu (大鯰) zəlzələlərə səbəb olan nəhəng pişik balığıdır. O, Yaponiya adaları altında palçıqda yaşayır və bir daş ilə yayın balığı məhdudlaşdıran tanrı Kaşima tərəfindən mühafizə olunur. Kaşima onun qarovulunun düşməsinə icazə verən zaman, Namazu mübarizə edir və şiddətli zəlzələyə səbəb olur. Namazu-e (pişik balığı çapları) ukiyo-enin bir kiçik janrıdırlar. İlan hücumları: tanrıların lənəti, yoxsa təbiət hadisəsi?
Nəama
Nəamə (ərəb. النعامة‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhər vilayətin şərq hissəsində, yüksək dağ yaylasında, dəniz səviyyəsindən 1,176 metr yüksəklikdə yerləşir. Nəamə ölkənin paytaxtı Əlcəzairdən təxminən 490 kilometr cənub-qərbdə yerləşir. Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 16,251 nəfər idi.
Nəmin
Nəmin — İranın Ərdəbil ostanındakı Nəmin şəhristanının inzibati mərkəzi. 2006-cı ilin hesablamalarına görə əhalisinin sayı 10 117 nəfər və 2,690 ailədən ibarət idi.. Əhalisinin əksəriyyəti Talışlardan ibarətdir və Talış dilində danışırlar. İslamın şiə məzhəbinə etiqad edirlər.
Neman Qrodno FK
Nioman FK (Qrodno) — Belarusun futbol klubu. 1964-ci ildə yaranıb. 3 dəfə Avropa kuboklarında iştirak edib. 1 dəfə Belarus Kubokunun qalibi - 1993-cü il.
Nema Huni (Talış)
Nema Huni (fars. نماهوني‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (82 ailə).
Axmaz
Axmaz göl — Axmaz — Ağdaş rayonunda gol; Axmaz — Mingəçevir Şəhərindən cənubda, Kurun sol sahilində gol; Axmaz — Sabirabad rayonunda gol; Axmaz — Yevlax rayonunda gol.
Bəyaz
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Nisaz
Nisaz (fars. نساز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 921 nəfər yaşayır (215 ailə).
Niyaz
Niyaz — Azərbaycanda daha çox işlədilən kişi adı. Niyaz Cahangirov — ictimai, siyasi xadim Niyaz Vəliyev — texnika elmləri doktoru, professor. Niyaz Şərifov — rejissor. Aktyor. Niyaz Əliyev — İrəli ictimai birliyinin katibi (2013–2014).
Nəraq
Nəraq (digər adı Nərə Təvil) — İranın Mərkəzi ostanının Dilican şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,508 nəfər və 826 ailədən ibarət idi.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Nəsai
Nəsai və ya tam adı ilə Əbu Əbdürrəhman Əhməd ibn Şueyb ən-Nəsai (ərəb. أبو داود السجستاني‎, 829 və ya 830 – 28 avqust 915, Fələstin) — Fars əsilli müsəlman alimi, hədis üzrə görkəmli mütəxəssislərdən biri. Ən mötəbər altı hədis məcmuəsindən birinin müəllifidir.Mühəddis, "Sünəni Nəsai" hədislər toplusunun müəllifi. Ən-Nəsai Türkmənistanın müasir paytaxtı Aşqabaddan qərbdə yerləşən, hazırda mövcud olmayan Nisa şəhərində (onun soyadı bu şəhərin adı ilə verilmişdir) anadan olmuşdur. Ən-Nəsai ömrünün ikinci yarısını Misirdə keçirir. Yaqub əl-Fəsəvi onun müəllimi olur. Ölümündən bir müddət əvvəl Fələstinə gedir və orada ölür. Misiri tərk etməsinə səbəb onun geniş biliyinə görə başqalarının paxıllığı idi. Fələstinə gəldikdən sonra bir qrup xaricinin hücumuna məruz qalır və aldığı yaralardan ölür. Əl-Həkim onun haqqında yazırdı: "Əbu Əbdürrəhman bütün fəzilətləri ilə yanaşı, şəhadət də çəkdi".
Kemax
Kemax - Dağıstan Respublikasının Dərbənd rayonunda ərazisində mövcud olmuş kənd. == Coğrafiya == Kənd 354 m hündürlüyə malik dağın ətəyində, Dərbənd şəhərindən 12 km qərbdə yerləşir. == Əhali == 1895-ci il məlumatına görə 63 ev mövcud olmuşdur. Burada 383 nəfər yaşayırdı (yahudilər — 123 nəfər). Sovet rəsmi statistikasında kənd əhalisi azərbaycanlılardan ibarət olmuşdur. Digər mənbələrdə isə onların tat olması qeyd olunur. Belə ki, onlar öz aralarında Azərbaycan dilindən istifadə etmişlər. Ancaq rəsmi mənbələr onların azərbaycanlı olmasını təstiqləyir. Onlar digər ətraf azərbaycanlı kəndlərindən fərqli olaraq islam dininin sünni məzhəbində etiqad edirdilər,. Kəndi deyilənə görə Dərbənd ətrafına açılan gözəl mənzərə ilə əlaqədar düşərgə qurduqları türklər salmışlar.
Memar
Memar ― binaların və başqa tiklilərin texniki, iqtisadi, funksional və görünüşü baxımından planlaşdırılması və tikilməsi işlərini yerinə yetirən şəxs. Memarlıq sənətinə ənənəvi olaraq böyük önəm verilmişdir. Onlar keçmişdə tikililərin layihələndirilməsindən tutmuş işlərin yerinə yetirilməsinə kimi rəhbərliyi bir nəfərdə cəmləyən dövlətə yaxın şəxsiyyətlər idilər. Müxtəlif dövrlərdən asılı olaraq onların iş istiqamətləri də müxtəlif olmuşdur. Məsələn, Roma imperiyası dövründə onların çoxu hərbi tikililər üçün çalışmışlar (məs.Vitruvi). Zaman keçdikcə memarlar daha çox gözəl binaların salınması ilə məşğul olmuşlar (məs. Əcəmi Naxçıvani). Renessans dövründə memarların məşğul olduqları sahələrə heykəltaraşlıq da daxil olmuşdur. Memar olmaq üçün universitetlərin 4 illik təhsil verən "Memarlıq" ixtisası üzrə pilləni bitirmək zəruridir. İctimai qurumlarda işləmək üçün "İctimai kadrların seçimi imtahanı"nın keçirilməsi zəruridir.
Nelas
Nelas (fars. نلاس‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan şəhər. Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının cənub-qərbində, Kiçik Zab çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 069 metr təşkil edir. Nelas Urmiya şəhərindən 142 km cənub-qərbdə yerləşir. 2006-cı il məlumatına görə kənddə 5 891 nəfər yaşayır. Əhalisi kürdlərdən ibarətdir.
Nemti
Nemti — Misir mifologiyasında Nemti (Yunan dilində Antaeus, lakin yəqin ki, Yunan mifologiyasında Antaeus ilə əlaqəli deyil) ibadət mərkəzi Yuxarı Misirin şimalındakı Anteopolisdə olan bir tanrı idi. Nemtinin ibadəti kifayət qədər qədimdir, ən azı 2-ci sülalədən, onun artıq öz kultuna həsr olunmuş keşişləri olduğu zamana gedib çıxır. Əvvəlcə Nemti, Horus kultunun mərkəzi olan Badari ətrafındakı qədim bölgənin himayədarı olduğu görünür. Sağ qalan məlumatların olmaması səbəbindən Nemtinin orijinal funksiyasının nə olduğu və ya onun hər hansı bir xüsusi funksiyaya istinad edən Horus titulundan başqa bir şey olub olmadığı yaxşı bilinmir. Zaman keçdikcə Nemti sadəcə bərəçilərin tanrısı hesab olunmağa başladı və buna görə də qayıqda dayanan şahin kimi təsvir olundu, bu, əvvəlcə şahin olduğu düşünülən Horusa işarə idi. Daşıyıcıların tanrısı olaraq, (səyahət edən) mənasını verən Nemti titulunu aldı. Onun sonrakı kult mərkəzi Anteopolisdə və həmçinin Yuxarı Misirin 12-ci nomunda Per Nemtidə (Nemti evi) olmuşdur. Nemti, Osirisin mirasının həllini təsvir edən "Horus və Setin mübahisələri" nağılında görünür. Köhnə Krallıq. Bu nağılda Setin güc əldə etmək cəhdlərindən biri də tanrıları bir yerə toplayıb güclü arqumentlər irəli sürərək, onların hamısını inandırmasıdır (sonrakı ənənələrdə Totdan başqa hamısı).
Neqab
Neqab — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Cuveyn şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,022 nəfər və 3,087 ailədən ibarət idi.