Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qelma
Qelma (ərəb. قالمة‎) — Əlcəzairin şimal-şərqində şəhər. Eyniadlı vilayətin inzibati mərkəzidir. Şəhər vilayətin şimal hissəsində, Saybuz çayının sağ sahilində, dəniz səviyyəsindən 256 metr yüksəklikdə yerləşir. Qelma ölkənin paytaxtı Əlcəzairdən təxminən 390 kilometr şərqdə yerləşir. 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalisi 120,847 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Nela
Nela — ad. Nela Hasanbeqoviç — Bosniyalı heykəltəraşdır. Nela Kuburoviç — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Erjişnik — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı.
Nelya Novotorjina
Nelya Nikolayevna Novotorjina (2 aprel 1947) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun "Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları" laboratoriyasında aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. Nelya Novotorjina 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin axşam şöbəsinin 3-cü kursunda oxuduğu müddətdə Aşqarlar Kimyası İnstitutunun "Transmissiya və sənaye yağlarına aşqarlar və aşqar kompozisiyaları" laboratoriyasına laborant vəzifəsinə işə götürülmüşdür. Sonra o, ardıcıl olaraq 1972-ci ildən mühəndis, 1978-ci ildən böyük mühəndis, 1986-cı ildən kiçik elmi işçi və 2003-cü ildən 2009-cu ilə qədər böyük elmi işçi, 2009-cu ildən indiyə qədər aparıcı elmi işçi vəzifəsində çalışır. 2005-ci ildə o, dosent elmi adını almışdır. N. Novotorjina 1988-ci ildə "Di-, tritiokarbonat və ditiofosfat turşularının metiləvəzli efirlərinin sintezi və onların sürtkü yağlarına aşqar kimi tədqiqi" mövzusunda dissertasiya işini müdafiə etmiş və 2314.01 – "Neft kimyası" üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2005-ci ildə dosent elmi adına layiq görülmüşdür. İnstitutda işlədiyi müddətdə N. Novotorjina tərkibində azot, kükürd, fosfor, bor olan üzvi birləşmələrin sintezi və tədqiqi ilə məşğul olmuşdur. Novotorjina N. N. yüksək keyfiyyətli məlum transmissiya TAD-17ИХП yagının və bu yağda istifadə olunan ИХП-14A və ИХП-14M aşqarlarının müəl-liflərindən biridir. O, həm də bu aşqarların alınma texnologiyası ilə çox sıx məşğul olmuşdur.
Nelya Nəzirova
Nelya (Nailə) Məhəmməd qızı Nəzirova — baletmeyster, rəqs quruluşçusu, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan SSR və SSRİ dövlət mükafatları laureatı (1974, 1980). 1956-cı ildə Bakı xoreoqrafiya məktəbini (Qəmər Almaszadə, Tatyana Amiraqo yetirməsi), 1969-cu ildə isə Moskvadakı GİTİS-in (Dövlət Teatr İncəsənəti İnstitutu) baletmeyster bölməsini bitirib.. Fikrət Əmirovun ölümündən sonra köçüb Fransaya və orada ermənikökənli sovet, fransız müğənnisi Jak Duvalyan ilə evlənib.
Pelma absconditum
Bulbophyllum absconditum (lat. Bulbophyllum absconditum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Sumatradan Sakit okeanın cənub-qərb sahillərinə qədər ərazilərində yayılmışdır. Bulbophyllum absconditum subsp. hastula J.J.Verm. (1993) Bulbophyllum neocaledonicum Schltr. (1906) Bulbophyllum ochrochlamys Schltr.
Pelma ankylorhinon
Bulbophyllum ankylorhinon (lat. Bulbophyllum ankylorhinon) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Papua-Yeni Qvineya üçün endemik növdür. Pelma ankylorhinon (J.J.Verm.) Szlach.
Pelma bacilliferum
Bulbophyllum bacilliferum (lat. Bulbophyllum bacilliferum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Malukudan Papuasiyaya qədər yayılmışdır. Bulbophyllum melanoxanthum J.J.Verm. & B.A.Lewis Pelma bacilliferum (J.J.Sm.) Szlach. & Kulak Pelma melanoxanthum (J.J.Verm. & B.A.Lewis) Szlach.
Pelma colliferum
Bulbophyllum colliferum (lat. Bulbophyllum colliferum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Bulbophyllum colliferum növü Yeni Qvineya üçün endemik növdür. Bulbophyllum niveosulphureum Schltr. Bulbophyllum papulilabium Schltr. Pelma colliferum (J.J.Sm.) Szlach.
Pelma melanoxanthum
Bulbophyllum bacilliferum (lat. Bulbophyllum bacilliferum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Malukudan Papuasiyaya qədər yayılmışdır. Bulbophyllum melanoxanthum J.J.Verm. & B.A.Lewis Pelma bacilliferum (J.J.Sm.) Szlach. & Kulak Pelma melanoxanthum (J.J.Verm. & B.A.Lewis) Szlach.
Pelma neocaledonicum
Bulbophyllum absconditum (lat. Bulbophyllum absconditum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Sumatradan Sakit okeanın cənub-qərb sahillərinə qədər ərazilərində yayılmışdır. Bulbophyllum absconditum subsp. hastula J.J.Verm. (1993) Bulbophyllum neocaledonicum Schltr. (1906) Bulbophyllum ochrochlamys Schltr.
Selma Lagerlöf
Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[…] – 16 mart 1940[…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909) İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Selma Laqerlöf
Selma Ottiliya Lovisa Lagerlöf (isv. Selma Ottiliana Lovisa Lagerlöf; 20 noyabr 1858[…] – 16 mart 1940[…]) — İsveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı alan ilk qadın (1909) İsveçli Selma Ottiliana Loviza Laqerlöf ədəbiyyat sahəsində Nobel mükafatı qazanan ilk qadın yazıçıdır. O, ölkənin cənubundakı Vermlan əyalətində, istefaya çıxmış zabit Erik Qustav Laqerlöfün ailəsində doğulan beş uşaqdan dördüncüsü idi. Üç yaşı olanda iflic keçirmişdi. Bir il yataqdan qalxa bilməmiş, sonra isə həyatı boyu şikəst qalmışdı. Nənəsindən dinlədiyi çoxsaylı nağıl və rəvayətlər Selmanı kiçik yaşlarından sözün sehrli aləminə gətirmişdi. Müəllim olmaq istəyən Selma Laqerlöf 1885-ci ildə Stokholmdakı Kral Ali Qadın Pedaqoji Akademiyasını bitirmişdi. İki il sonra atasının vəfatı, ardınca ata-baba mülklərinin borca görə hərraca qoyulması ona sarsıdıcı zərbə olmuşdu. Selma ailəsinə kömək məqsədi ilə qız məktəbində işə düzəlmişdi. Tezliklə o, yüksək əqli və mənəvi keyfiyyətləri ilə şagirdlərinin sevimlisinə çevrilmişdi.
Selma Neuhaus
Selma Neuhaus (16 oktyabr 1981) — Almaniyanı təmsil edən bədii gimnast. Selma Neuhaus Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Selma Rza
Selma Rza (5 fevral 1872, Konstantinopol – 5 oktyabr 1931, İstanbul) — ilk Türk qadın jurnalisti.. O həmçinin ilk hekayə yazan Türk hekayəçidir. Onun ölmündən sonra onun adını "Feraçeli" ləqəbi ilə əbədiləşdiriblər. Bəzən o "Selma Rza Feraçeli" kimi adlanırdı. O 1872-ci ilin fevral ayının 5-də anadan olmuşdur. Onun atasının adı Əli Rza idi. O Avstriya və Belçika Osmanlı imperiyasının diplomatı olmuşdur. Selma Rzanın anası isə Nailə xanım Avstriyalıdır. O ilk təhsilini İstanbulda almışdır. O Parisə Fransaya 1898-ci ildə səyahət edərkən böyük qardaşı Əhməd Rza ilə görüşür.
Telma Tiksu
Telma Tiksu (isp. Thelma Tixou; əsl adı: Telma Deliya Sukiyennik, isp. Thelma Delia Sukiennik; 4 may 1944, Buenos-Ayres – 15 yanvar 2019, Mexiko) — Argentina və Meksika teatr və kino aktrisası (1967–2013), müğənnisi, rəqqasəsi. Telma Tiksu 4 may 1944-cü ildə Argentinanın Buenos Ayres şəhərində anadan olmuşdur. Onun ailəsi Litva əsilli idi. Tiksunun anası Telmanın gələcəkdə yaxşı bir rəqqas olacağını düşünürdü, buna görə də qızını rəqs kurslarına göndərmək fikrinə gəlmişdir. Tiksu 17 yaşında ikən Buenos Ayres şəhərində keçirilən bir rəqs müsabiqəsində 10 rəqqas arasından ən yaxşısı seçilmişdir. Onun rəqqaslıq fəaliyyəti Argentina kinematoqraflarının diqqətini cəlb etmişdir. Argentina kinosundakı debütünü 1967-ci ildə edən Tiksu 9 kinofilmdə və bir teleserialda rol almışdır. Telma Tiksu 15 yanvar 2019-cu ildə vəfat etmişdir.
Velma Barfild
Marci Velma Barfild (ing. Margie Velma Barfield; d. 29 oktyabr 1932, Cənubi Karolina, ABŞ — ö. 2 noyabr 1984, Roli, Şimali Karolina, ABŞ) — bir qətldə günahlandırılan, lakin nəticədə cəmi altı cinayət olduğunu etiraf edən amerikalı seriyalı qatil. Barfild 1976-cı ildə edam cəzası bərpa edildikdən sonra 1962-ci ildən bəri ABŞ-də edam edilən ilk qadın idi. O, eyni zamanda ölümcül inyeksiya ilə edam edilən ilk qadın idi. Velma Barfild Cənubi Karolinada anadan olub, lakin Şimali Karolina ştatının, Feyetvill şəhərində böyüyüb. Barfildin atasının fiziki istismar etdiyi və anası Lilian Bullardın müdaxilə etmədiyi bildirildi. O, 1949-cu ildə Tomas Berk ilə evlənərək qaçdı. Cütlüyün iki övladı var idi və deyilənə görə, Barfilddə histerektomiya və bel ağrısı büruzə verənə kimi xoşbəxt idilər.
Nela Erjişnik
Nela Erjişnik (xorv. Nela Eržišnik 18 iyun 1922, Banya Luka – 14 avqust 2007) — Xorvat və Yuqoslaviya aktrisası və komediyaçısı. Əsl adı Nevenka Marasdır. İkinci evliliyindən sonra özünə xaç adını götürmüş, soyadını isə ərinin soyadına dəyişmişdir. Nela Erjişnik 18 iyun 1922-ci ildə Banya Luka şəhərində anadan olmuşdur. İvan və Matildanın övladıdır. Marasın uşaqlığını Qоspiç və Otoçatsda keçirir. Burada ibtidai məktəbi və bir gimnaziyanın üç sinifini bitirir. 1935-ci ildə ailə Zaqrebə köçür, burada qız Qorniqrad gimnaziyasını bitirir. Müstəqil Xorvatiya Dövlətin dövründə şəhərin baş poçt şöbəsində işləyir.
Nela Hasanbegoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Nela Hasanbeqoviç
Nela Hasanbeqoviç (21 yanvar 1984, Sarayevo) — Bosniyalı heykəltəraşdır . 2002-ci ildə Sarayevoda Ali incəsənət məktəbinin Heykəltəraşlıq bölməsinin məzunu olub. Daha sonra 2007-ci ildə Sarayevoda Gözəl sənətlər Akademiyasını bitirib. 2007-ci ildən etibarən Bosniya və Herseqovina Vizual Rəssamlar Birliyinin , 2011-ci ildən Kültür və Qırmızı Sənətlər Birliyinin üzvüdür. Bir çox fərdi və qrup sərgilərində iştirak etmişdir.
Nela Kuburoviç
Nela Kuburoviç (serb-kiril. Нела Кубуровић; 7 aprel 1982, Sarayevo) — Serbiya siyasətçisi, hüquqşünası, Serbiyanın 2-ci Ədliyyə naziri. Nela Kuburoviç 1982-ci il aprelin 7-də Yuqoslaviyanın Sarayevo şəhərində anadan olub. 2005-ci ildə o, Belqrad Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 2006-cı ildən 2008-ci ilə qədər Nela Kuburoviç, Belqrad şəhərində ədliyyə orqanlarında çalışıb. 2008-ci ildən 2009-cu ilə qədər isə o, Ədliyyə Nazirliyində məsləhətçi vəzifəsində çalışıb. 2014-cü ildən 2016-cı ilə qədər ədliyyə nazirinin yardımçısı olan Nela Kuburoviç, 2016-cı il avqustun 11-dən Serbiyanın ədliyyə naziridir.
Nema Huni (Talış)
Nema Huni (fars. نماهوني‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (82 ailə).
Nəama
Nəamə (ərəb. النعامة‎) — Əlcəzairin şimal-qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Şəhər vilayətin şərq hissəsində, yüksək dağ yaylasında, dəniz səviyyəsindən 1,176 metr yüksəklikdə yerləşir. Nəamə ölkənin paytaxtı Əlcəzairdən təxminən 490 kilometr cənub-qərbdə yerləşir. Siyahıyaalmaya əsasən, 2008-ci ildə əhalinin sayı 16,251 nəfər idi.
Setif və Gelma qətliamı
Setif və Gelma qətliamı — 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir. Əlcəzair Fransa üçün olduqca əhəmiyyətli ərazi olmuşdur. XIX əsrə qədər Osmanlı hakimiyyətinin tərkibində olan Əlcəzair torpaqları 1830-cu ildə Fransanın torpaqlarına qatıldı və 132 il boyunca Fransanın müstəmləkəsi olaraq qaldı. 1954-cü ildən 1962-ci ilə qədər davam edən müstəqillik mübarizəsi əsnasında, Əlcəzair qiyamını ört-basdır etmək üçün 1.5 milyon insanı qətlə yetirən Fransa rəhbərliyi, bu tətbiqi əsnasında tək deyildi. Dünyadakı hər cür İslami addımı özünə qarşı təhdid sayan İsrail rəhbərliyi, Əlcəzair qiyamını yatırtmaq üçün fransızlara böyük dəstək vermişdi. Dövrün "La Croix" jurnalı müxbirlərindən olan Jacques Duquesne işgəncələr haqqında belə yazır: "İşgəncə və insanların itməsi problemləri beyinləri davamlı şəkildə məşğul edirdi. Kişilər, bəzən də qadınlar həbs olunur və daha sonra onlardan heç bir xəbər olmurdu. Cəsədlərinin daş bağlanaraq dənizə atıldığı bilinirdi. Saylarının 3 mindən artıq olduğu irəli sürülürdü, amma Əlcəzair bələdiyyə başçısı Jacques Chevallier, 5 mindən artıq bir rəqəmdən bəhs edirdi.
Səlma Gürbüz
Selma Gürbüz (türk. Selma Gürbüz) — Türk rəssam və heykəltaraş. O, Türkiyənin çağdaş rəssamlıq sahəsində öndə gedən adlarından biri olmuşdur. Əsərləri Londondakı Britaniya Muzeyində, Parisdəki Galerie Maeght Kolleksiyasında, İstanbulda Santral İstanbulda, İstanbul Bilgi Universiteti, İstanbul Modern və Proje 4L və Ankaradakı Rəsm və Heykəl Muzeyindədir. Rəssamlıqdan başqa heykəltaraşlıq, toxuculuq, oyma kimi müxtəlif formalarda əsərlər də hazırlamış, Ömər Kavurun “Əqrəbin səyahəti” (1997) və “Qarşılaşma” (2002) filmlərinin bədii rejissorluğunu da üzərinə götürmüşdür. 1960-cı ildə İstanbulda anadan olmuşdur. Rəssamlıq təhsilinə 1978-ci ildə İngiltərədəki Ekseter Universitetində rəssamlıq, fotoqrafiya və teatr sahəsində başlamışdır. 1980-1982-ci illərdə Ekseter İncəsənət Dizayn Kollecində rəssamlıq və heykəltaraşlıq təhsili alıb. 1984-cü ildə Mərmərə Universiteti Gözəl Sənətlər Fakültəsinin Rəssamlıq fakültəsini bitirib. İlk fərdi sərgisini 1986-cı ildə İstanbulda açıb.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elmar
Elmar — Azərbaycanlı kişi adı. Elmar Vəliyev — Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı.
Filma
"Filma" — Azərbaycanda film istehsalı ilə məşğul olmuş səhmdar cəmiyyət. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) Arvad (film, 1916) Arvadlar ərlərini mənsəbə necə çatdırırlar (film, 1916) Ayaqyalın məhəbbət (film, 1916) Bir alçalmanın tarixi (film, 1919) Knyaz Dəmir Bulat (film, 1916) Neft və milyonlar səltənətində (film, 1916) Ölümünə bir saat qalmış (film, 1916) Yeni tərzdə köhnə əhvalat (film, 1916) == İstinadlar == == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası.
Səlma xanım Sultan
Səlma xanım Sultan (13 aprel 1914, Konstantinopol – 13 yanvar 1942) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Səlma xanım Sultan 13 aprel 1914-cü ildə anasının Ortaköydəki sarayında dünyaya gəldi. Anası Sultan Muradın qızı Xədicə Sultan, atası isə onun ikinci əri Rauf Hayri bəydir. Hələ 4 yaşında ikən valideynləri boşanmış, 10 yaşında ikən isə 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi anası və qardaşıyla birlikdə sürgün edilmişdir. Beyrutda məskunlaşan ailə, Rauf Hayri bəyin göndərdiyi məvaciblə yaşamağa davam etsə də, qısa zaman ərzində atasının həbs olunmasıyla, bu gəlir mənbəyini də itirdilər. 1931-ci ildə Osmanlı sülaləsindən 2 sultanın — Dürrüşəhvar Sultan və Nilüfər xanım Sultanın dünyanın ən zəngin müsəlmanı olan Heydərabad nizamının oğullarıyla evlənməsinin ardından, Xədicə Sultan da qızı Səlma xanıma ər namizədi axtarmağa başladı. Ancaq bütün var-dövlətini itirən və sürgün edilən bir sultanın qızı üçün namizəd tapmaq olduqca çətin oldu. Nəhayət, Kotvara rajası Seyid Sacid Hüseyn Əli namizəd olaraq uyğun görüldü və Səlma xanım, uzun illər ailəsinə xidmət edən xədim Zeynəl ağayla birlikdə 1937-ci ildə Hindistana gəlin köçdü. Toy mərasimindən bir neçə ay sonra anası Xədicə Sultan iflic keçirərək vəfat etdi. İstanbuldakı saray yaşantısı və Beyrutdakı kosmopolit həyat tərzinin ardından, Səlma xanım düşdüyü yeni mühitə uyğunlaşa bilmədi.
Səlma Aliyə Kavaf
Səlma Aliyə Kavaf (1 iyul 1962, Dənizli) — türk siyasətçisi, müəllimi. Dövlət naziri Kavaf 2007-2009-cu illərdə Ədalət və İnkişaf Partiyasından Dənizli millət vəkili kimi millət vəkili vəzifəsini tutub. O, Dənizlidən seçilən ilk qadın millət vəkilidir. İngilis dilini bilən Kavaf evlidir və bir övladı var. Səlma Aliyə Kavaf 1962-ci ildə Niyazi və Gülseren Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İki bacısından biri olan Səma Ramazanoğlu da özü kimi siyasətçidir. İbtidai və orta təhsilini Dənizlidə bitirmişdir. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Türkologiya bölməsini bitirib. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə tabe olan liseylərdə 7 il müəllim kimi çalışmışdır. Özəl sektorda menecer olaraq da işləyib.
Helme
Helme (est. Helme vald) — Estoniyanın cənubunda Valqa qraflığı tərkibində kənd bələdiyyəsi; əhalisi 2,525 nəfər (1 yanvar 2009-cu il tarixinə olan məlumata görə), ərazisi 312.73 km2. == Coğrafiya == === Yaşayış məntəqələri === Helme kiçik rayon (est. alevik) və 14 kənddən (est. küla) ibarətdir. Həmin kəndlər aşağıdakılardırː Ala, Holdre, Yıqeveste, Kyahu, Kalme, Karyatnurme, Kirikukyula, Koorkyula, Linna, Möldre, Patkula, Pilpa, Roobe və Taagepera. == Qalereya == == Xarici keçidlər == Helmenin rəsmi veb saytı Riigi teataja: Riigikogu, vabariigi presidendi ja vabariigi valitsuse õigusaktid. I osa, Issues 105-126.
Herma
Herma (q.yun. ἔρμα — dirək, dayaq) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu. Hermaya ziyan vurmaq ağır küfr və günah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması Afina və Sparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu. Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir. == Herma antik dövrdə == === Mənşəyi və xarici görünüşü === Herma — başı və ya büstü bəzədilmiş dördüzlü sütundan ibarət xüsusi heykəl növüdür.