Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dezful
Dezful- İranın Xuzistan ostanının şəhərlərindən və Dezful şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 420,000 nəfər və 105,000 ailədən ibarət idi. Dezful əhalisi müxtəlif etniklərin qarışığından yaranıb.Əhalisinin əksəriyyəti Dezful dilində danışırlar və şiə müsəlmandırlar.
Neofil
Neofil (ing. Neophile və ya Neophiliac) — yazıçı Robert Anton Wilson tərəfindən populyarlaşan - bir müddət yeniliyə güclü bağlılığı ilə səciyyələnən bir şəxsiyyət növüdür. Termin əvvəllər Kristofer Booker tərəfindən "Neophiliacs" (1969) kitabında və J. D. Salinger tərəfindən 1924-cü il 16 aprel tarixli "Hapworth" qısa hekayəsində istifadə edilmişdir.
Netbuk
Netbuk — əsasən internetə çıxış vasitəsi kimi nəzərdə tutulmuş kiçik və ucuz notbuk. Netbuklar 2007-ci ildən təxminən 2013-cü ilə qədər satılmışdır. Smartfon və planşetlərin geniş yayılması onların populyarlığını geridə qoymuşdur. Netbuklar, əsasən, internet xidmətləri üçün müştərilər kimi nəzərdə tutulmuş, o dövrün istehlakçı notbuklarına nisbətən daha aşağı səviyyəli texniki xüsusiyyətlərə malik idi. Netbuk istifadədən çıxsa da, bu cihazlar "Google Chromebook" daxil olmaqla əsasən "iOS" və ya "Android" kimi mobil əməliyyat sistemləri ilə işləyən digər məhsullara və mobil cihazlara, xüsusən də planşet kompüterlərə çevrilmişdir. Netbuklar 2007-ci ilin sonlarında aşağı çəki və aşağı qiymətə görə optimallaşdırılmış adi notbuklardan daha kiçik ölçülü notbuklar kimi istifadəyə verilmişdir. Onlarda o zamanlar standart olan notbukların müəyyən xüsusiyyətləri yox idi (məsələn, optik sürücü) və tam ölçülü notbuklara nisbətən daha az hesablama gücünə malik idilər. Sonrakı netbukların ölçüləri 5" ekran diaqonalı ilə 12" arasında dəyişirdi. Tipik çəkisi 1 kiloqram idi. Çox vaxt digər notbuklardan xeyli ucuz olurdu.
Dezful dili
Dezful dili- Hind-Avropa dil ailəsinin İran dil qrupunun Şimal-qərbi İran dillərinə aiddir ki ki Xuzistan ostanında xüsusilə Dezfulda danışılır.
Dezful şəhristanı
Dezful şəhristanı— İranın Xuzistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dezful şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 384,851 nəfər və 87,205 ailədən ibarət idi.
Böyük Nefud
Böyük Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının şimalında yerləşən səhra. Səhra 290 km uzunluğa, 225 km enə malikdir. Səhranın sahəsi 103 600 km² təşkil edir. Böyük Nefud səhrası özünün qəfil güçlü küləkləri ilə məşhurdur. Səhranın qumları qırmızıdır. Böyük Nefud Rub-əl-Xali və Dəhnə səhraları ilə birləşir. Akaba şəhərini ələ keçirməzdən öncə ərəb üsyançılarının başçısı Auda ibn Tayi limana zəif qorunan hissədən türk ordusuna hücum təşkil edir. Bu ordu Böyük Nefud səhrasını keçdikdən sonra çətinliklə şəhərə yaxınlaşmışdırlar. Tomas Edvard Lourens Auda ibn Tayi Akabaya hücum etməyə inandıra bilir.
Nefud-Dahi
Nefud-Dahi — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən qumlu səhra. İnzibati cəhətdən Səudiyyə Ərəbistanı ərazisinə daxildir. Uzunluğu 500 km, eni 100 km təşkil edir. Əsasən qum barxanlarından təşkil olunmuşdur.
Dezful Hava limanı
Dezful Hava limanı (IATA: DEF, ICAO: OIAD), İranın cənubunda olan Dezful şəhərində yerləşən bir hava limanıdır. Hava limanı, İran Hərbi Hava Qüvvələrinə məxsus olan Vəhdəti Aviabazası olaraq istifadə edilir.
Seyful-İslam Qəddafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Seyful-İslam Müəmmər əl-Qəzzafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Antonio di Soza Netu
Antonio di Soza Netu (port. Antônio de Sousa Neto, 11 fevral 1801, Riu-Qrandi, Riu-Qrandi-du-Sul, Braziliya koloniyası — 2 iyul 1866, Korrientes, Argentina) — Braziliyalı hərbi və siyası xadim, general, Farrapus müharibəsinin əsas fiqurlarından biri (1835–1845), Bentu Qonsalvisin silahdaşı. == Bioqrafiyası == Farrapus müharibəsi zamanı Antoniu Netu üsyançıların ordusunu birinci briqadasına rəhbərlik etmişdir. 10 sentyabr 1836-cı ildə Seyval döyüşündə Netu imperiya üzərində qalibiyyət əldə edir. Növbəti gün isə Riu-Qrandi Respublikasının yaradıldığını elan edir. Üsyançıların Farrapus müharibəsidə məğlub olduqdan sonra Netu Uruqvaya getməli olur. Sonradan o, Paraqvay müharibəsində iştirak edir. Şəxsən özü briqadaya rəhbərlik etdir. 1866-cı ildə Tuyati döyüşündə ağır yaralanır və Korrientesə, qosbitala çatdırılsada orada vəfat edir.
Kəşfül-Həqayiq
Kəşfül-Həqayiq və ya tam adı ilə Kitabi-Kəşfül-Həqayiq ən-Nukətil-Ayəti vəd-Dəqayiq (ərəb. کتاب کشف الحقایق عن نکت الایات والدّقایق‎; azərb. Ayələrin məna və incəlikləriylə həqiqətlərinin açıqlanması‎) — Mirməhəmməd Kərim Bakuvinin yazdığı azərbaycanca ilk Quran təfsiri. Kitab 3 cilddə yazılmışdır. == Haqqında == Hicri-qəməri təqvimi ilə 15 Şaban 1322-ci (1905) ildə nəşr edilən və Azərbaycan türkcəsində yazılmış Bakuvi təfsirinin tam adı "Kitab Kəşf əl-Həqaiq ən-Nuqə əl-Ayət və əd-Dəqaiq"dir. Təfsirin orijinal olaraq daşbasması halında və mikrofilm olaraq Bakı şəhərində Əlyazmaları İnstitutunda saxlanılır. Təfsirin daş basqısı üç cild olub I cildi adıkeçən kitabxanada XIV-9, 1858; II cildi XIV-3, 8543; III cildi isə XIV-7, 1864 nömrəli rəfdə yerləşir. Bu əsərin hər cildində bir müqəddimə var. I cild (müqəddimə xaric) 745 səhifə olub "Fatihə-Tövbə" surələri arası surələri əhatə edir. Müəllif birinci cildin on səhifədən ibarət müqəddiməsində İslam dini, ehkamları və ümumi xüsusiyyətləri haqqında məlumat verir.
Kəşfül-qülub
Kəşfül-qülub — Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər dörd bölməyə ayrılmışdır. Əql, qəlb, ruh və nəfsin seyri-süluk, tövbə və tərbiyə ilə kamilləşdirmə metodu izah olunur. Seyid Yəhya "din qardaşları və yəqin yolun salikləri"nin faydalanması üçün ona ünvanlanan suallara cavab olaraq, bu risaləni qələmə almışdır. Əsər Şirvanşah I Xəlilullaha ithaf edilmişdir.
Nəhcül-Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Nəhcül Bəlağə
Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir. Əsəri tərtib edən Seyid Rəzidir. Əsərin adının mənası nəhc yol, bəlağə isə gözəl söz deməkdir. Əsər 3 babdan (bölmədən) ibarətdir: Əmr və xütbələr. Məktub və vəsiyyətlər. Hikmətli kəlamlar. Seyid Rəzi əsərə Əlinin 239 və ya 240 xütbəsini, 79 məktubunu, 470 və ya 481 hikmətli kəlamını daxil etmişdir. Müəllif tərəfindən əsərdəki rəvayətlərin mənbələri və sənədləri qeyd edilməmişdir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Bəsirətül-ətfal
Bəsirətül-ətfal - Rəşid bəy Əfəndizadə bir neçə dərslik müəllifidir. Bu dərsliklərdən biri 1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunan “Uşaq bağçasi” haqqında ədəbi və elmi ictimaiyyətə məqalələrimizin birində ətraflı məlumat vermişdik. R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi də vardır. Bu dərsliyin adı "Bəsirətül-ətfal"dır. "Bəsirət" ərəb mənşəli sözdür, "gözüaçıqlılıq, dərrakəlilik" kimi tərcümə olunur. "Ətfal" da ərəb mənşəlidir, "tifil" (uşaq) sözünün cəmidir. Deməli, "Bəsirətül-ətfal"ı "Uşaqların gözüaçıqlığı, dərrakəliliyi " kimi tərcümə etmək lazımdır. Bu yazımız R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır. R.Əfəndizadənin bu adda ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunub. XX əsrin əvvəllərində R.Əfəndizadə xalqa və onun məktəbli övladlarına öz sözünü yenə də dərslik vasitəsilə söyləmək qərarına gəlib.
Fətul Fətullayev
Fətul Fətullayev (tam adı:Fətul Həsən oğlu Fətullayev) — Məşhur azərbaycanlı gəmi kapitanı == Həyatı və təhsili == Fətul Həsən oğlu Fətullayev 1915-ci ildə Orconikidze (indiki Vladiqafqaz) şəhərində anadan olub. 1936-cı ildə Bakı dənizçilik texnikumunu “Uzaq səfərlər gəmi sürücüsü” ixtisası ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində əmək fəaliyyətinə başlayıb. Özünə qarşı tələbkarlığı ilə seçilən gənc tezliklə dənizçilər arasında nüfuz qazanmışdır. Neft donanmasının qabaqcıllarından olub. Liderlik keyfiyətləri və təşkilatçılıq qabiliyyəti Böyük Vətən müharibəsi illərində özünü xüsusilə büruzə verib. 1942-ci ildə kapitan göyərtəsinə qalxıb. Müharibə illərində iritonnajlı “ÜKP(b)” tankerində böyük istehsal riski olan yüklərin – hərbi sursatın, döyüş texnikasının və yanacağın daşınmasını həyata keçirib. Kapitanı olduğu gəmi dəfələrlə aviahəmlələrə məruz qalıb. Belə şəraitdə kapitan kimi xüsusi bacarıq və şücaət göstərib.
Əliabad Kətul
Əliabad Kətul- İranın Gülüstan ostanının şəhərlərindəndir. Həm də Əliabad şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 46,183 nəfər və 11,676 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti mazandaranlılardan ibarətdir və mazandaran dilində danışırlar. Mazandaranlılardan başqa,azərbaycanlılar, farslar, türkmənlər, bəluclar, ermənilər də bu şəhərdə yaşayırlar.
Betül Kaçar
Betül Kaçar (1983, İstanbul) — Türk astrobioloq və professor. Yer üzündə mikro ölçülü canlıların bioloji quruluşunu araşdıran Betül Kaçar laboratoriyada canlandırdığı keçmişin bioloji həyatını günəş sistemi və onun xaricindəki planetlərdən əldə etdiyi məlumatlarla müqayisə edən bir elm adamıdır. O, 2021-ci ildən Viskonsin-Medison Universitetində təhsilini davam etdirir. O, eyni zamanda elementlərin Yer planetindəki həyatla qarşılıqlı əlaqəsini öyrənən NASA Mərkəzinin direktorudur. == Həyatı == Betül Kaçar 1983-cü ildə İstanbulda anadan olub. Giresunlu bir ailənin övladı olaraq uşaqlığı Giresunun Bulancak ilçəsində keçib. Çavuşoğlu kollecini bitirdikdən sonra ali təhsilini 2004-cü ildə Mərmərə Universitetinin kimya fakültəsində almışdır. 2003-cü ildə Mərmərə Universitetində tələbə olarkən Amerika Howard Hughes Tibb İnstitutuna müraciət etdiyi layihə ilə bakalavr tələbələri üçün olan yay təqaüdü qazanaraq ABŞ-də tədqiqatlarına başlamışdır. Kolleci bitirdikdən sonra ABŞ-nin Corciya ştatının inzibati mərkəzi olan Atlantadakı Emori Universitetində doktorluq təhsilinə başlamışdır. O, Emory Universitetinin Kimya fakültəsində və Emori Tibb Məktəbində Parkinson və Altsheymer xəstəliyinə səbəb olan zülallar üzərində tədqiqatlar aparmışdır.
Kazi Nəzrul İslam
Kazi Nəzrul İslam (benq. কাজী নজরুল ইসলাম, (24 May 1899 -29 Avqust 1976) Benqal şairi, yazıçısı,və musiqiçisidir.O, Banqladeşin milli şairidir.
Seyfül İslam Qəddafi
Seyful-İslam Müəmmər əl-Qəddafi (ərəb. سيف الإسلام معمر القذافي‎, adının mənası "İslamın qılıncı"; 25 iyun 1972, Tərabülüs əl-Qərb, Liviya Ərəb Respublikası[d]) — Liviyanın dövlət başçısı Müəmmər əl-Qəddafinin 7 oğlundan ikincisi. Xalq arasında xeyriyyə təşkilatının rəhbəri kimi nüfuz qazanıb. Tripolidəki Əl-Fateh Universitetində memarlıq ixtisası üzrə təhsil almış, təhsilini Vyanada davam etdirmişdir. Tripolidə yerləşən Beynəlxalq Qəddafi Fondunun prezidentidir. Fondun Londonda nümayəndəliyi də var. Liviyanın modernizasiya kursu onun adı ilə bağlıdır. Ləqəbi "Mexanik"dir. Çox mürəkkəb layihələr hazırlamağı, eyni vaxtda çoxlu müxtəlif işlər görməyi bacarır. 2010-cu ildə "New York Times" qəzeti Seyf əl-İslamı "Qərbin dostu və Liviyanın islahatçı imici" kimi xarakterizə etmişdi.
Məryəm Betül Çavdar
Məryəm Betül Çavdar (3 may 2000, Afyonkarahisar) — türk para-taekvondoçu. O, Yaponiyanın Tokio şəhərində keçirilmiş 2020 Yay Paralimpiya Oyunlarında iştirak etmiş və 49 kq çəki dərəcəsində gümüş medal qazanmışdır. Çavdar 2021-ci ildə İstanbulda keçirilən Taekvondo üzrə Dünya Çempionatında isə K44 kateqoriyasında yarışaraq 52 kq çəki dərəcəsində qızıl medalın sahibi olub.