Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azər Axundov (Onkoloq)
Azər Əliramiz oğlu Axundov (d. 12.9.1959, Bakı) — professor, cərrah, onkoloq, tibb elmləri doktoru, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin, N.Bloxin adına Onkoloji Elmi və Tədqiqat Mərkəzinin baş və boğaz üzrə bölməsinin baş elmi işçisi. == Həyatı və fəaliyyəti == Azər Axundov 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. === Təhsili === Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Mokvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. === Fəaliyyəti === 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə Qazaxıstan SSRİ Kokçetansk şəhərinin Mərkəzi Xəstaxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkaran şəhərindəki hərbi hospitalda işləyib. 1994-ci ildə orada təhsilini bitirdikdən sonra “Boğaz xərçəngi xəstəliyinin şua ilə mualicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar” mövzusunda dissertatsiyasıni müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini alıb. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub. 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertatsiyasında öz əksini tapıb.
Məmməd Əliyev (onkoloq)
Məmməd Əliyev (tam adı: Məmməd Cavad oğlu Əliyev; 8 aprel 1955) — tibb elmləri doktoru, professor. Məmməd Əliyev 4 aprel 1955-ci ildə Tacikistan Respublikası Kurqan-Tübədə anadan olub. Azərbaycan Tibb Universitetini bitirib. Hal-hazırda Rusiya Federasiyasında yaşayır və həkim kimi fəaliyyət göstərir. 400-dən çox nəşriyyat əsərinin müəllifidir. Rusiya Federasiyasının əməkdar elm xadimi. Rusiya Federasiyasının Dövlət mükafatı laureatı(Rusiya Federasiyasının Prezidenti tərəfindən elm və texnologiyanın, ədəbiyyatın və sənətin inkişafına verdiyi töhfələrə görə qazanmışdır). Rusiya Federasiyası Hökumətinin elm və texnologiya sahəsində mükafatı. Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının tam üzvü Rusiya Federasiyasının əməkdar elm xadimi Ümumrusiya Azərbaycan Konqresinin sədri NN Bloxin adına Milli Tibbi Onkologiya Tədqiqat Mərkəzinin elmi və tibbi işlər üzrə direktor müavini Uşaq Onkologiya və Hematologiya Tədqiqat İnstitutunun direktoru Rusiya Tibb Elmləri Akademiyasının Klinik Onkologiya Tədqiqat İnstitutunun Ümumi Onkologiya şöbəsinin müdiri.
Rəhim Rəhimov (onkoloq)
Rəhim Rəhimov (18 mart 1923, Ordubad, Naxçıvan MSSR – 6 iyul 2013, Bakı)— rentgenoloq-klinisist, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmləri doktoru, əməkdar elm xadimi, professor olmuşdur. R. Rəhimov 1923-cü il martın 18-də Naxçıvan Muxtar Vilayətinin Ordubad şəhərində anadan olmuşdur. 1937-ci ildə natamam orta təhsili başa vuraraq, Ordubad şəhər pedoqoji texnikumuna daxil olmuşdur. Texnikumu bitirdikdən sonra 1941-ci ildən 1945-ci ilədək əvvəl kənd, sonradan şəhər orta məktəblərində müəllim işləmişdir. 1945-ci ildə N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profılaktika fakültəsinə daxil olmuşdur. 1950-ci ildə institutu bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon xəstəxanasında cərrah kimi işə başlamışdır. Bir ildən sonra R. Rəhimov Ordubad şəhər xəstəxanasına həkim-rentgenoloq vəzifəsinə köçürülmüşdür. Həmin vaxtdan onun bütün əmək fəaliyyəti rentgenologiyaya həsr olunmuşdur. 1953-cü ildə R. Rəhimov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya (hazırkı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi) İnstitutunda şüa diaqnostikası ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur. O, bu mərkəzdə həkim və alim kimi formalaşmağa başlamışdır.
Əziz Əliyev (cərrah-onkoloq)
Əziz Cəmil oğlu Əliyev (16 yanvar 1975, Bakı) — tibb elmlər doktoru, professor. İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialının rektoru (14 dekabr 2015-ci ildən). Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsində aparıcı elmi işçi və cərrah-onkoloq vəzifəsində çalışır (may 2013-cü ildən). Əziz Cəmil oğlu Əliyev 16 yanvar 1975-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə Bakı şəhəri 134 saylı məktəbi gümüş medalla bitirib. 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsinə daxil olub. Təhsilini Azərbaycan Respublikasının Dövlət proqramıi xətti ilə Amerika Birləşmiş Ştatlarında davam etdirərək Nyu-York Universitetini bitirib. Daha sonra Pittsburg Tibb Universitetinin (ABŞ) rezidenturasına qəbul olunub və rezidentura müddətində əsas diqqət baş və boyun şişlərinin cərrahi müalicəsi yönəldilib. Amerika Birləşmiş Ştatlarında Memorial Sloan-Kettering Xərçəng mərkəzində "Baş və boyun onkologiyası" üzrə 2 illik proqramı uğurla bitirdikdən sonra cərrah-onkoloq diplomuna layiq görülüb. Avstriyada cərrahlıq üzrə tibb diplomu təsdiqləndikdən sonra Avstriyanın Barmherzigen Schwestern klinikasında baş-boyun şişləri şöbəsində cərrah-onkoloq vəzifəsində işləyib.