Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Out (jurnal)
Out — ABŞ-nin homoseksual və biseksual auditoriyasına yönəlmiş, 1992-ci ildə təsis edilmiş populyar qlyants brend jurnal. Maykl Hoff tərəfindən əsası qoyulub. The New York Timesa görə jurnal ən oxunan jurnallar siyahısına daxil edilib. Jurnalın tiraj sayı 190 min nüsxədir.
Wiped Out!
Wiped Out! — amerikan rok qrupu The Neighbourhood-un ikinci studiya albomu. 30 oktyabr 2015-ci ildə Columbia Records tərəfindən buraxılıb. Alboma daxil olan "Daddy Issues" mahnısı 2020-ci ildə TikTok tətbiqində populyarlıq qazanmışdır.
Fall Out Boy
Fall Out Boy (azərb. Çöküntü-oğlan‎) – ABŞ rok qrupu. 2001-ci ildə İllinoys ştatının Uilmett qəsəbəsində yaradılmışdır. Qrup vokalist və gitarist Patrik Stamp, bassçı Pit Vents, gitarist Co Troman və təbilçi Endrü Hörlidən ibarətdir. Qrup Çikaqonun hardkor-pank mənzərəsindən təsirlənmişdir. Musiqi qrupu əvvəlcə Vents və Troman tərəfindən qrupun üzvlərinin aid olduqları hardkor qruplarla yanaşı əlavə pop-pank layihəsi kimi yaradılmışdı. Stamp isə qısa müddətdən sonra qrupa qoşulmuşdur. Hörli qrupa qoşulana qədər qrupda bir sıra təbilçi çıxış etmişdir. 2003-cü ildə qrup debüt albomu olan "Take This to Your Grave" albomunu buraxmışdır. Albom böyük səs gətirmiş və uğur qazanmışdır.
Walking Out (mahnı)
Walking Out (azərb. Çölə çıxmaq‎) — Ermənistanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Srbuk "Walking Out" mahnısı ilə Ermənistanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Lost Capital və tokionine, sözləri isə Qarik Papoyana aiddir.
Dig Me Out
Dig Me Out — ABŞ rok qrupu Sleater-Kinney-nin üçüncü studiya albomu. 8 aprel 1997-ci ildə Kill Rock Stars tərəfindən buraxılıb.
Let Me Out
Let Me Out — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca beşinci studiya albomu "Humanz"-da səsləndirilmiş mahnı. Bu mahnıda Çikaqodan olan gospel ifaçısı Meyvis Steypls və Nyu-Yorkdan olan repçi Pusha T xüsusi qonaq qismində çıxış edir. Mahnı 6 aprel 2017-ci ildə albomdan beşinci sinql kimi buraxılıb.
Burn This Disco Out
Burn This Disco Out — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Come Out and Play
"Come Out and Play" — amerikalı müğənni Billi Aylişin mahnısı. 20 noyabr 2018-ci ildə Darkroom və Interscope Records tərəfindən sinql kimi rəqəmsal formatda buraxılıb. Mahnı həmçinin onun ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun Yaponiya buraxılışında yer alıb.
She's Out Of My Life
She's Out Of My Life — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Ost
OTT
Over-the-top (OTT) media xidməti — İnternet vasitəsilə birbaşa tamaşaçılara təklif olunan media xidməti. OTT kabel, yayım və peyk televiziya platformalarından — ənənəvi olaraq bu cür məzmunun nəzarətçisi və ya distribütoru kimi çıxış edən şirkət növlərindən yan keçir. O həmçinin inhisarçı rəqabətdən yayınaraq, bütün kommunikasiya növlərinin data olaraq ödənildiyi daşıyıcısız mobil telefonları və ya digər zəng üsullarını əvəz edənlər və proqram təminatını yeniləyənlər də daxil olmaqla məlumatları bu şəkildə ötürən telefonlarda proqramları təsvir etmək üçün istifadə edilmişdir. Bu termin film və televiziya məzmununa giriş təklif edən abunə əsaslı video (SVoD) xidmətləri (məzmun sahibindən hüquqları alınmış mövcud şoular və filmlər, həmçinin xidmət üçün xüsusi olaraq hazırlanmış orijinal məzmun daxil olmaqla) ilə sinonimdir. OTT xidmətlərinə həmçinin kabel kanallarının canlı yayımlarına çıxışı təmin edən bir sıra "kiçik" televiziya təklifləri də daxildir. Bu xidmətlər ənənəvi peyk və ya kabel televiziya provayderlərinə bənzəyir, lakin məzmun set-top box (pristavka) kimi avadanlıqla qapalı və özəl şəbəkə yerinə ictimai internet vasitəsilə çatdırılır. OTT xidmətlərinə adətən fərdi kompüterlərdəki veb-saytlar, həmçinin mobil cihazlardakı proqramlar (məsələn, smartfonlar və planşetlər), rəqəmsal media pleyerləri (video oyun konsolları daxil olmaqla) və ya inteqrasiya olunmuş Smart TV platformaları olan televizorlar vasitəsilə daxil olur. "FCC Adopts 15th Report On Video Competition". U.S. Federal Communications Commission. 22 July 2013.
In and Out of Consciousness: The Greatest Hits 1990–2010
In and out of Consciousness: Greatest Hits 1990-2010 (Azerbaycanca:Şüurun İçi və Dışı) İngilis müğənni söz yazıçısı Robbi Vilyamsın ikinci greatest hits'i toplama albomudur. Albom 39 parça ehtiva edən albom, 2010 Ekimi'nde satışa çıxarıldı və EMI şirkətiylə etdiyi bu ankı kontratında çıxan son albomdur. Albomun baş təklisi "Shame", Take That 'dən Gary Barlow'la yazıldı və səsləndirildi. Mahnı Vilyams'ın ayrıldığı Take That'le 15 il aradan sonra ilk birlikdə çalışması oldu. Vilyams'ın rəsmi saytı onun xitlərini ehtiva edəcək bu albomun; Vilyams'ın 55 milyon albom satışı, 11 milyon təkli satışı, Birləşmiş Krallıqda 7 ədəd bir nömrəli albom (onu UK'nin ən çox satan solo artis edən), ən sürətli bilet satışı Guiness Dünya Rekordu və Brit Mükafatları tərəfindən qazandığı "Musiqiyə Üstün Katkı Mükafatı" kimi musiqi həyatında qazandığı nailiyyətləri qeyd etmək üçün bu albomu çıxardığı ifadə etdi. Albom qapağı, "Reality Killed the Video Star" və "Bodies"'in albom qapağı fotoqrafı Julian Broad tərəfindən 2010-ci ilin May ayında Kaliforniya Malibu sahillərində çəkildi.
Karlos Ott
Karlos Ott (ing. Carlos Ott; d. 16 oktyabr, 1946, Montevideo, Uruqvay) — Uruqvay memarı. == Həyatı == Karlos Ott 16 oktyabr 1946-cı ildə Uruqvayın paytaxtı Montevideo şəhərində anadan olub. == Fəaliyyəti == Karlos Ott Paris şəhərindəki Bastiliya Operası binasının, həmçinin dünyanın bir çox ölkələrində gözəl memarlıq nümunələrinin müəllifidir. == Karlos Ott Azərbaycanda == Karlos Ott 2012-ci ilin oktyabr ayında "II Bakı Beynəlxalq Humanitar Forumu" çərçivəsində Azərbaycanda səfərdə olmuşdur. Səfər zamanı 6 oktyabrda Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşmüşdür. == İstinadlar == == Xarici keçidlər == "Carlos (A.) Ott". archINFORM (ingilis). eng.archinform.net.
Nord-Ost
N-ost
N-ost (Netzwerk für Osteuropa-Berichterstattung) — Berlində yerləşən qeyri-hökumət təşkilatı. Birliyin idarə heyəti yeddi nəfərdən ibarətdir. Baş ofis Berlinin Kreuzberg rayonunda yerləşir və burada icraçı direktor Hanno Gundert və bir neçə redaktor işləyir. Şərqi Avropa haqqında yazan jurnalistlərin birliyi olan n-ost, 20-dən çox Avropa ölkəsindən müxbirləri və media layihələrini birləşdirir. Birliyin əsas məqsədi Şərqi Avropada baş verən hadisələri işıqlandırmaqdır. Assosiasiya üzvləri söz azadlığını inkişaf etdirməyə və jurnalist fəaliyyətinə mane olan məhdudiyyətlərə qarşı mübarizə aparmağa çalışırlar. Həmçinin çap və radio abunə xidməti olan n-ost Almaniya, Avstriya və İsveçrədə qəzet və radio stansiyaları üçün mətn və hekayələr təqdim edir. İttifaq jurnalistlərin bacarıqlarının artırılması üçün təlimlər, beynəlxalq jurnalist layihələri təşkil edir və hər il yeni bir şəhərdə — son illərdə Berlin, Praqa, Sofiya, Buxarestdə konfranslar keçirilir. 2009-cu ildə Konfrans Rostov-na-Donda keçirilmişdir. N-ost əvvəl Avropa ölkələrindən alman dilli müxbirləri bir araya gətirirdi, 2008-ci ilin may ayından etibarən isə n-ost eurotopics.net internet portalını beş dildə (alman, fransız, ispan, ingilis, polyak) yayımlamağa başladı.
Balaqye-d'Olt
Balaqye-d’Olt (fr. Balaguier-d'Olt, oks. Balaguièr d'Òlt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kadenak-Qar kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12018. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimalda, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 135 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 97 nəfər (15-64 yaş) arasında 68 nəfər iqtisadi fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 57.0%).
Niderland Ost-Hindi
Niderland Ost-Hindi (nid. Nederlands-Indië) — Holland koloniyaçıları tərəfindən Malay arxipelaqında və Yeni Qvineya adansının qərbində təşkil etdikləri Ost-Hind şirkətinin yaratdığı asılı ərazi. 23 iyun 1596 ildə Bantan şəhərinə ilk hollan gəmisi yan alır. Sinradan hollanlar holland taçirləri bölgəfə kontorlar açırlar. Sonradan 1602-ci ildə bu kontorlar birləşdirilərək Ost-Hind şirkətini qururlar. Bundan sonra artıq bu şirkətin əlində böyük kapital cəmləşmişdi. 1602—1800: Honllandlar Portuqallar və İngilislərlə rəqabət şəraitində ərazini tədricən ələ keçirirlər. 1800—1942: yerli əhali ilə avropalılar arasında davam edən müharibələr. 1859: hollandlar Şərqi Timor istina olaraq Portuqal İndoneziyasını işğal edir. 1942—1945: İndoneziyanın yaponlar tərəfindən işğal olunması.
Ost-Hind şirkəti
Ost-Hind şirkəti (ing. British East India Company) — 1600-1874-cü illərdə fəaliyyət göstərmiş ingilis şirkəti. Orginal adı "British East India Company" olan Ost-Hind şirkəti 31 Dekabr 1600-cü ildə Portuqaliya və İspaniyanın monopoliyasında olan Uzaq Şərqdə və Hindistanda ədviyyat ticarətindən pay almaq üçün ingilis tacirləri tərəfindən krallıq patenti ilə yaradılmış, zaman keçdikcə dünyanın ən böyük ticarət təşkilatlarından birinə və İngilis müstəmləkəçiliyinin Asiyadakı nümayəndəsinə çevrilmişdir. 1591-ci ildə Sir Ceyms Lançestr Ümid burnunu iki dəfə dolanaraq Hind okeanını keçmiş o və onun dəstəsindən sağ qalan 1 nəfər böyük ekspedisiyadan sonra evlərinə qayıda bilmişdi. Onların bu səyləri “Ost-Hind” şirkətinin yaradılması nöqtəsində ingilis tacirlərinə güclü təsir göstərmişdi. Portuqallar ilə bir yerdə Hindistana və Ümid burnu vasitəsilə Qoaya qədər səyahət edən ingilislərin təsüratları digər ingilis tacirlərini də həvəsləndirmişdi. 6 il Qoada yaşayan holland səyyah Yan Huygen van Linçotenin 1595-1596-cı illərdə qələmə aldığı əsəri Hindistan ticarəti və bölgədəki siyasi və ticari vəziyyət haqqında maraqlı məlumatları özündə ehtiva edirdi. 1595-ci ildə hollandların Ümid burnunu keçərək Hindistana getmələri ingilisləri daha da təşviq etdi və nəticədə 1599-cu ildə “Avantürist tüccarlar” cəmiyyətinin himayəsi altında bir şirkət yaradıldı. Qurum kraliçaya müraciət edərək ondan “3 gəmi” və səyahət edə bilmək üçün bir miqdar qızıl tələb etdi. Kraliça İspaniya və Portuqaliya ilə münasibətləri pozmaqdan narahatlıq duysa da tezliklə onların xahişini qəbul edərək, Con Mildenhol adlı taciri elçi kimi Moğol İmperiyasına göndərdi.
Züd-Ost Qoltuq
Züd-Ost Qoltuq — (Cənub-Şərqi Qoltuq) Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində mövcud olmuş kənd. Züd-Ost Qoltuq kəndi Azərbaycan SSR dönəmində təsis edilib. Kəndin adı alman dilindən tərcümədə "Cənub-Şərq Kolu" mənasını verir və bu da onun coğrafi mövqeyinə işarə edir. Kənddə Sovet dövrünün tipik infrastrukturu mövcud idi. Buraya məktəb, tibb müəssisəsi və kənd təsərrüfatı obyektləri, kitabxana, qış və yay kinoklubları daxildir. Sovetlər dağılandan sonra kəndin bəzi obyektləri fəaliyyətini dayandırmışdır. Kürün deltasında, çayla Xəzərin əmələ gətirdiyi bucaqda Qoltuq adlı iki yaşayış məskəni var. Züd-Ost (Cənub-Şərq) və Nord-Ost (Şimal-Şərq) adlanan Qoltuq kəndləri XIX əsrin son rübündə təşəkkül tapmış, əsrimizin əvvəllərində isə xeyli genişlənmişdir. Bucaq mənası bildirən Qoltuq əsl türk sözüdür və körfəz kimi coğrafi anlayış bildirir. Bu söz dilimizin izahlı lüğətində çay və dəniz sahilində su girintisi, körfəz kimi mənalandırılır.
OT-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Ot-Arı
Ot-Arı (saxa От Арыы) — Olenyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ada körfəzin mərkəzində, Olenok çayının deltasında yerləşir. Şimalında İlin-Qolub-Tyoryar-Arıta, şimal-şərqdə isə Boldyor-Arıta adaları yerləşir. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Şimalda ən hündür nöqtəsi 3 metrdir. Ada qumluq və bataqlıq ərazilərdən ibarətdir. Burada 7 kiçik göl vardır.
Ot-Dyui
Ot-Düi (fr. Hautes-Duyes, oks. Duias Autas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04177. 2008-ci ildə əhalinin sayı 32 nəfər təşkil edirdi. 2007-ci ildə 22 yaş arasında (15-64 yaş arasında) 15 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 81.3%). Fəal olan 15 nəfərdən 13 nəfəri (9 kişi və 4 qadın), 2 qadın işsiz idi.
Ot-Düi
Ot-Düi (fr. Hautes-Duyes, oks. Duias Autas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Qərbi Din-le-Ben kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04177. 2008-ci ildə əhalinin sayı 32 nəfər təşkil edirdi. 2007-ci ildə 22 yaş arasında (15-64 yaş arasında) 15 nəfər iqtisadi cəhətdən fəal, 7 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,2%, 1999-cu ildə 81.3%). Fəal olan 15 nəfərdən 13 nəfəri (9 kişi və 4 qadın), 2 qadın işsiz idi.
Ot-Luar
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Ot-Luağ
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Ot-Normandi
Yuxarı Normandiya (fr. Haute-Normandie, IPA: [ot nɔʁmɑ̃di]) Fransanın 27 bölgələrindən biridir. 1984-cü ildə Sen-Maritim və Ör departamentlərdən yaranıb.
Ot-İl
Ot-İl (fr. Haute-Isle) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Manö-an-Veksen. Əhalisi — 333 nəfər (2005). Bələdiyyə Paris şəhərinin təxminən 60 km şimal-qərbdə, Serji belediyyənin 30 km şimal-qərbdə yerləşir.
APT
apt (advanced packaging tool) — Debian və onun üzərində hazırlanmış əməliyyat sistemlərində proqramların yazılması, yenilənməsi və silinməsi üçün istifadə olunan proqramdır. Paketlər internetdən alınır və ya hazır daşıyıcılardan yüklənir. Paketlərin mənbəsi /etc/apt/sources.list faylında və /etc/apt/sources.list.d/ kataloqunda saxlanılır. apt üçün qrafik qabıqlar yeni mənbələri rahat əlavə etmək, lazımsızları isə silməyə imkan verir. apt (apt-get) proqramların əmr rejimində yazılması prosesini olduqca asanlaşdırır. Qrafik interfeysi sevən istifadəçilər üçün daha rahat proqramlar – front-end və Synaptic ilə Adept daha uyğundur. Mətn-qrafik interaktiv paketi də mövcuddur (ncurses) — aptitudeistifadə edir). GNU General Public License istifadəçi razılaşması şərtlərinə uyğun olaraq pulsuz yayılır. == İmkanlar == Müxtəlif proqramlara paketlərlə işləmək üçün imkan yaradan kitabxananı ifadə edir. apt üçün bir neçə qrafik qabıq mövcuddur: Adept package manager əvvəllər Kubuntu distributivinə daxil idi (hal-hazırda KPackageKit ilə əvəz edilib) Aptitude — mətn və əmr rejimlərində Synaptic — GTK+ əsasında hazırlanmış sadə və güclü qrafik menecer KPackage — KDE iş masası üçün komponent == Maraqlı faktlar == apt-get boş əmrini yığdıqda istifadəçi əmr haqda kiçik yardım faylı görür və sonda bu yazı yaranır: "This APT has Super Cow Powers".
Op-art
Op-art (ing. op art: ing. optical art; optik sənət) — təsviri sənətdə neoavanqard cərəyan, abstrakt sənətin son modifikasiyalarından biri. Əsasını Fransada yaşayan macar rəssamı Vazareli Vaşarxey qoymuşdur. Op-art sahəsində ilk təcrübələr 1940-50-ci illərə aiddir. Cərəyan kimi 1960-cı illərdən yayılmışdır. Op-art əsərlərinin əsasını cizgi, məkan və rəng münasibətlərinin tədricən dəyişməsindən, sadə həndəsi fiqurların dəfələrlər təkrarından əmələ gələn və optik illüziya yaradan ritmik kombinasiya təşkil edir. Op-art vasitəsilə yaradılan optik və dekorativ effektlər sənaye qrafikası, plakat, dekorataiv-tətbiqi sənət və tərtibat sənətində (poliqrafiya, reklam, toxuculuq, vitrin və iteryerlərin tərtibatı) tətbiq olunur. ASE, VII cild, Bakı, 1983. səh.
Auto-GPT
Auto-GPT — təbii dildə məqsəd qoyulduqda, bu məqsədləri alt tapşırıqlara bölərək, onlara internet və digər vasitələrdən avtomatik dövrədə istifadə etməklə nail olmağa çalışan açıq mənbəli "Sİ agenti". Bu, "OpenAI"ın GPT-4 və ya GPT-3.5 API-lərindən istifadə edir və avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələri arasındadır. == Zəmin == "Auto-GPT" 30 mart 2023-cü ildə "Significant Gravitas Ltd." videooyun şirkətinin aparıcı oyun tərtibatçısı Toran Brüs Riçards tərəfindən buraxılmışdır. "Auto-GPT" 14 mart 2023-cü ildə buraxılmış geniş dil modelidir. Bu, "OpenAI"ın GPT-4 üçün API-yə əsaslanan açıq mənbəli avtonom "Sİ agenti"dir. "Auto-GPT" avtonom tapşırıqları yerinə yetirmək üçün GPT-4-dən istifadə edən tətbiqin ilk nümunələrindən biridir. Riçards real zamanda geribildirimə və uzunmüddətli perspektivləri ehtiva edən tapşırıqlara cavab verə biləcək bir model yaratmaq üçün "Auto-GPT"ni inkişaf etdirmişdir. İstifadəçilərdən "Auto-GPT" agentinin adını, rolunu və məqsədini təsvir etmələri və bu məqsədə çatmaq üçün beşə qədər yol göstərmələri xahiş olunur. Bundan sonra "Auto-GPT", istifadəçi hər addımda bir sorğu təqdim etmədən öz məqsədinə çatmaq üçün müstəqil şəkildə işləyir. "Auto-GPT" "GitHub"da hər kəs üçün əlçatandır.