Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurtulmuş
Qurtulmuş - İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 702 nəfər yaşayır (123 ailə).
Qurtulan Bert
Qurtulan İsmayıl oğlu Bert (karaçay-balkarca:Гуртуланы Исмаилны жашы Берт,25 oktyabr (7 noyabr) 1910, Belaya Reçka (Kabarda-Balkariya), Kabardin-Balkariya – 12 fevral 2001, Kabardin-Balkar MSSR) — qaraçay-balkar şairi, yazıçısı, SSRİ Yazıçılar İttifaqının üzvü (1934), Kabardin-Balkar Respublikasının Xalq yazıçısı, Əməkdar mədəniyyət işçisi Bert Qurtulan 25 oktyabr (7 noyabr) 1910-cu ildə indiki Kabardin-Balkar Respublikasının Ağsu (qaraçay-balkarca: Акъ суу) kəndində yoxsul maldar ailəsində anadan olmuşdur. Pedaqoji Məktəbi bitirmişdir. 1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. İkinci Dünya müharibəsində iştirak etmiş, siyasi bölmədə fəaliyyət göstərmişdir. 1944-cü ildə bütün balkar xalqı ilə birlikdə sürgün olunmuşdur. Vətənə döndükdən sonra Kabardin-Balkar Respublikası Yazıçılar Birliyində məsul katib və “Dostluq” («Шуёхлук») dərgisinin baş redaktoru vəzifəsində çalışmışdır. 12 fevral 2001-ci ildə doxsan yaşında vəfat etmişdir. Bert Qurtulanın yaradıcılığında İkinci Dünya müharibəsində sovet xalqının qələbəsi və kommunizm quruculuğu önəmli yer tutur. Onun şeir və poemaları həmçinin vətənpərvərlik ruhu ilə seçilir. Şairin poemaları qaraçay-balkar poeziyasının inkişafında mühüm rol oynamışdır.
Gurbulaq
Gurbulaq — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Gurbulaq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Daşkəsən rayonunun Şaumyan kənd Sovetinin Şaumyan kəndi Gurbulaq kəndi və müvafiq olaraq Şaumyan kənd Soveti Gurbulaq kənd Soveti adlandırılmışdır. == Toponimikası == Oykonim ərazidəki gur sulu bulaqlarla bağlı yaranmışdır. Kəndi 1922-ci ildə Zəylik kəndindən çıxmış ailələr "Gurbulaq" adlanan yaylaq yerində salmışdır. Sovet dövründə kommunist dövlət xadimi Stepan Şaumyanın şərəfinə adı "Şaumyan" olaraq dəyişdirilmişdir. 1991-ci ildə isə kəndin keçmiş adı özünə qaytarılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Gurbulaq kənd kitabxana filialı, Gurbulaq kənd klubu fəaliyyət göstərir.
Gurbulaq bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.