Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir. Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır. Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.
Natali Portman
Natali Portman (ivr. ‏נטלי פורטמן‏‎; 9 iyun 1981[…], Qüds) israilli və amerikalı aktrisa. 1994-cü ildə "Leon" filmində ilk rolunu alıb, lakin ona dünya şöhrətini Star Wars prequel trilogy filmində oynadığı Padme Amidala obrazı gətirib. Məşhur Amerika aktrisası Natali Portman 1981-ci il iyun ayının 9-da Qüdsdə, Avner Herşlaq və Şelli Stivensin ailəsində anadan olub. Atası ixtisasca endokrinoloqdur, hazırda qızına agentlik edən anası isə evdar qadın idi. Aktrisanın ana tərəfi Rusiya və Avstriyadan, ata tərəfi isə Rumıniya və Polşadan gəlmiş yəhudilərdir. Səhnə ləqəbi olan "Portman" Natalinin ana nənəsinin qızlıq soyadıdır. Aktrisanın 3 yaşı olanda ailəsi İsraildən Amerikaya köçüb. Əvvəlcə Vaşinqtonda yaşayan ailə 1988-ci ildə Konnektikuta yerləşir, 1999-cu ildə isə Nyu-York ştatının Lonq-Aylend şəhərində məskunlaşır. Ona doğma olan ivrit və ingilis dillərindən başqa, fransız, alman, yapon və ərəb dillərini öyrənir.
Portman Road
Portman Road İngiltərənin İpsviç şəhərində yerləşən bir futbol stadionudur. 1884-cü ildən bəri İpsviç Tovn futbol komandası matçlarını burada oynayır. Stadion ayrıca gənc milli komanda və A milli komanda matçlarına da ev sahibliyi etmişdir. Bu stadionda bəzi atletizm müsabiqələri və beynəlxalq hokkey matçları da oynanmışdır. Bundan əlavə Elton Con, Tina Törner, Red Hot Çili Peppers və REM kimi musiqiçilərin sayılı konsertlərinə də ev sahibliyi etmişdir. 2000-ci ildə stadionun tutumu 22,600-dən 30,311 'ə yüksəldilmişdir. 1975-ci ildə sahə kənarında ayaqda dayanmağa icazə verilərkən Lids Yunayted 'ə qarşı keçirilən FA Cup oyununda 38,010 nəfərlik tamaşaçı rekordu qırılmışdır. Dörd bölmədə yerlər tamamilə kreslolu hala gətirilmişdir.
Portmanto
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.
Dortman firəngotu
Dortman firəngotu (lat. Lobelia dortmanna) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin firəngotu cinsinə aid bitki növü. Dortmanna lacustris (Salisb.) G.Don Lobelia lacustris Salisb. Rapuntium dortmanna (L.) Chaz. Lobelia dortmanna var. decolor H.Lindb. Lobelia dortmanna f. decolor (H.Lindb.) Hiitonen Lobelia dortmanna f. ramosa Murb. Lobelia dortmanna f.
Fortran
Fortran- əsasən ədədi üsullar və elmi hesablamalar üçün istifadə edilən proqramlaşdırma dilidir. Fortran 1950-ci illərdə İBM tərəfindən elmi hesablamalar üçün San-Xosedə yaradılmışdır. Fortran dilinin ilk versiyalarında adı FORTRAN 77 kimi idi. Hal-hazırda rəsmi standartı Fortran şəklindədir (böyük hərflərdən kiçik hərflərə keçilib, rəqəmlər atılıb).
Piratman
Piratman — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Xortdan
Xortdan ya da xortlaq — gecə qəbirdən xortlayaraq çıxıb yatmış adamların qanını soran, onlara pislik edən qorxunc, dəhşətli mövhum bir vücud, folklor və xalq əfsanələrinə görə qaniçən məxluq. Xortdanlar əsasən Şərqi Avropa mifologiyasında var. Ən tanınmış ənənəyə görə onları günəş işığı, ürəyə vurulmuş ağcaqovaq payası, gümüş güllə və daha bir neçə şey öldürür. Ümumilikdə xortdanların əlamətləri aşağıdakı kimidir: Gün işığından qorxurlar; Gecələr məzarlardan çıxır (xırtlar / xortlar); Qurbanlarını dişləyərək boğur, onların qanlarını içir və xüsusiyyətləri; Məzardan xortlayan vampir adi meyitə xas olan çürümə əlamətlərinə malik olmur. Ağızları daima qanlı olur, qanları laxtalanmır. Bu məxluqlar qadın və ya kişi ola bilərlər, lakin çox vaxt çirkin qadınlar olurlar. Onların məkanı kimsəsiz və tənha yerlər, eləcə də qəbiristanlıqlardır. İnanca görə xortdan hücumundan qorunmaq üçün qəbiristanlığın yanından keçər­kən dua oxumaq lazımdır. Xortlayan insanın axirətdən qovulduğuna inanılar. Guya ki, gecələr məzarından çıxan, kəfənlə ortalıqda gəzən bu varlıq sürətlə qaça bilər, ata minər, silahdan istifadə edə bilər, istədiyi insanı döyər, sevdiyi insanı qaçırar, evlərə hücum edər, yol kəsər.
Cortan
Cortan, Cortdan və ya Cotdan — Bir növ süd məhsulu. Kəndlərdə qatığı motal içinə töküb, onu çalıb kərəsini alarlar. Qatıqın kərəsi alınandan sonra,ayran əldə edilər. Sonra qurut hazırlamak üçün bu ayran torbaya tükülər və suyu alınar və bununla belə cortan ələ gələr ki süzmə qatıq kimi bərkdir və aşlarda istifadə olunar. Cortanları bir qoz ölçüsü qədər düzəldib və qurutsalar qurut yaranar. Bu məhsul Cənubi Azərbaycanda Marağa, Binab, Əcəbşir və Azərşəhrdə hazırlanar.
Dortan
Dortan (fr. Dortan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şimali Oyonna kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01148. 2010-ci ildə əhalinin sayı 1996 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 1350 nəfər arasında (15-64 yaş) 1071 nəfər İqtisadi fəal, 279 hərəkətsizdir (fəaliyyət göstərici 79.3%, 1999-cu ildə bu 76.9%). Fəal 1071 sakindən 955 nəfər (527 kişi və 428 qadın) işləyir, 116 nəfər işsizdir (49 kişi və 67 qadın). Aktiv olmayan 279 nəfər arasında şagird və ya tələbə, 111 nəfər təqaüdçü, 74 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Norman
Norman — ad. Norman Bor — İrlandiya botaniki. Norman İtzkovitz — Prinston Universiteti Yaxın Şərq Araşdırmaları Hissəsi müəllim olan bir Osmanlı tarixçisi. Norman Endjell — Böyük İlluziya kitabının müəllifi və ingilis iqtisadçı. Norman Foster — ingilis memar. Norman Ridus — Amerikalı aktyor.
Portal
Portal (memarlıq)
Sorman
Sorman ya da Surman (ərəb. صرمان‎) Liviyanın şimal-şərqində,Aralıq dənizi sahilində və Tripolitaniya regionunda şəhər. 20 İyun 2011-ci ildə Birinci Liviya Vətəndaş Müharibəsi əsnasında, NATO Sormanda Muammər Qəddafinin silahdaşlarından biri Xalid K. El-Hamediyə aid bir ərazidə mülki evlərə hücum edərək, bir neçə mülki şəxsin, o cümlədən iki uşağın və onların analarının öldürüldüyünü bildirdi. NATO, Sormanda bir hərbi hədəfə hava hücumu etdiyini etiraf etdi, ancaq mülki şəxslərin ölümünə rədd etdi. NATO, Sorman bölgəsindəki "yüksək səviyyəli" komandanlıq və nəzarət "nodu" na qarşı dəqiq bir hava hücumu başladıldığını söyləyən bir bəyanat verdi. Avqustun 14-də Milli Qurtuluş Ordusu böyük bir sahil hücumu zamanı şəhəri ələ keçirdiyini söylədi. Qəsəbə uğrunda gedən döyüşdə 10 üsyançı öldürüldü və ən az 40 Qəddafi tərəfdarı tutuldu. 2016-cı ilin martında, ikinci vətəndaş müharibəsi zamanı, Sormanda İslam Dövləti silahlıları tərəfindən insan qalxanı kimi istifadə edilərkən, 2015-ci ilin iyununda qaçırılan iki İtalyanın öldürüldüyü bildirildi.
Çorman
Çorman (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Əsrik kənd inzibati ərazi dairəsində kənd. Çorman (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun Şamkənd kənd inzibati ərazi dairəsində kənd. Köhnə Çorman — Azərbaycan Respublikasının Laçın rayonunun Piçənis kənd inzibati ərazi dairəsində kənd. Çormanlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Erik Kartman
Erik Teodor Kartman (ing. Eric Theodore Cartman) — "South Park" cizgi serialının 4 əsas personajından biri. Personajın səs aktyoru Trey Parkerdir. Erik Kartman — 4 baş personajlarindan biri. Katolik. O biri kainatdan Kartman. Gələcəktən Kartman. Lien Kartman — Erikin anası. Katolik. Jek Tenorman — 9-cu sezonun 6-cı seriyada Kartman Jekin onun atası olduğunu bildi.
II Parsman
II Cəsur Farsman (gürc. ფარსმან II ქველი) — İberiyanın Farnavazianlar sülaləsindən olan hökmdarı, Roma imperatoru Adrianın müasiridir. Professor Kiril Tumanovun axtarışlarına görə Parsman 117-138-ci illər arasındakı dövrdə hökmranlıq etmişdir.
I Parsman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Nordman apollonu
Nordman apollonu (lat. Parnassius nordmanni) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. Qafqazın yüksək dağ endemikidir. Qanadları açıq halda 70-94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir.
Nordman appolonu
Nordman xulu
Nordman xulu (lat. Neogobius ratan) — Ponticola cinsinin bir nümayəndəsidir. Qara, Azov və Xəzər dənizlərində yayılmışdır. Xəzərdə 3 yarımnöv: Gebel xulu - Neogobius ratan goebeli (Kessler), Boqdanov xulu - Neogobius ratan bogdanowi (Kessler), Türkmən xulu -Neogobius ratan turkmenicus (Rahimov) yaşayır. Başı böyürlərdən sıxılmışdır. Eni demək olar ki,hündürlüyünə bərabərdir. Üst dodağı kənarlarda enlənməmişdir. İkinci bel üzgəcinin xüsusən ortası hündürdür. Quyruq gövdəsi gödəkdir və yanlardan çox sıxılmışdır. Bədənin ən az hündürlüyü quyruq gövdəsinin uzunluğundan ya bir qədər çoxdu, ya da ona bərabərdir.
Pontian katakombası
Pontian katakombası — Roma katakombalarından biri. Burada papa I Anastasi və onun oğlu papa I İnnokentinin məzarları var. Katakomba 1618-ci ildə İtaliya səyyahı Antonio Bozio tərəfindən kəşf edilmişdir. Həm I Anastasi, həm də I Innocent I ənənəvi olaraq şəhidlər hesab olunur. IX əsrdə papa II Sergi lanqobardların yürüşləri zamanı hər iki papanın məzarlarını Müqəddəs Silvestr və Martin bazilikasına aparmışdır. Roma papası Pontian burada yox, Müqəddəs Kallist katakombasında dəfn edilmişdir və bu katakomba onun adını daşımır. Katakomba III əsrdə yaşamış naməlum xristian şəhidinin adını daşıyır. Reardon, Wendy J. 2004. The Deaths of the Popes. Macfarland & Company, Inc.
Soraman (Uçalı)
Soraman (başq. Сораман, rus. Сураманово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 69 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 9 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 39 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Martin Hartman
Martin Hartman (alm. Martin Hartmann‎; 9 dekabr 1851, Vrotslav, Prussiya – 5 dekabr 1918, Berlin) — alman şərqşünas-ərəbşünası. Martin Hartman 1851-ci ildə Breslauda (indiki Vrotslavda) anadan olmuşdur. İbtidai və orta təhsilini həmin şəhərdə almışdır. 1875-ci ildə Leypsiq Universitetində professor Henrix Leberext Fleyşerin rəhbərliyində "Sami dillərində çoxhərfli birləşmələr" (alm. Die Pluriliteralbildungen in den semitischen Sprachen‎) adlı doktorluq işini müdafiə etmişdir. Daha sonra Bursaya və İstanbula gələrək türkcə öyrənmiş, 1876–1887-ci illərdə Beyrutdakı Almaniya konsulluğunda tərcüməçi olaraq çalışmışdır. 1887-ci ildən ölümünə qədər Berlində qurulmuş Şərq Dilləri Seminarı (alm. Seminar für Orientalische Sprachen‎) institutunda dərs demişdir. Martin Hartman islamşünaslığın müstəqil bir elm kimi tanınmasını qətiyyətlə müdafiə etmişdir.
İbrahim Toraman
İbrahim Toraman (20 noyabr 1981 və ya 20 oktyabr 1981, Sivas) — Stoper bölgəsində oynamış türk keçmiş milli futbolçudur. İbrahim Toraman futbola Sivas DSİ Sporda başlayıb və 6 il həvəskar kimi çıxış edib. Burada oynayarkən həvəskar komandalar əsasında Qaziantepspor, MKE Ankaragücü və Gençlerbirliği kimi klubların diqqətini çəkib. O, əvvəlcə "Qaziantepspor" a gedib və təxminən 7 il Qaziantepdə qalıb. Qaziantepsporun bütün gənclərdən ibarət komandalarında çıxış edib. 2004–2005 Bir çox böyük komandanın transfer siyahısında birinci olan İbrahim Toraman 2004–2005 mövsümündən əvvəl "Beşiktaş" la 3 illik müqavilə imzalamışdı. Həmin mövsüm liqada 25 matçda 1 qolla, 1 kubokda və 2 UEFA kubokunda matça çıxıb. 2005–2006 2005–06 mövsümündə liqanın ilk həftəsində Kayseri Erciyesspor ilə ilk oyununu keçirdi. O, ilk qolunu "Diyarbakırspor" və Mustafa Doğana vurub və Kürşat Duymuş müdafiənin ürəyindəki ad oldu. Mövsüm ərzində o, 16 liqa oyununa çıxıb və 3 qol vurub.
Radia Perlman
Radia Perlman (ing. Radia Perlman; 18 dekabr 1951[…]) — amerikalı proqramçı və şəbəkə mühəndisi. O, şəbəkə körpülərinin işləməsi üçün əsas olan Spanning Tree Protocol (STP)(en) ixtirası ilə məşhurdur və bununla da "İnternetin anası" ləqəbini qazanmışdır.