Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prenam Pesse
Prenam Pesse (31 dekabr 1997) — Toqolu sprinter. Prenam Pesse Toqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Prenam Pesse birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m məsafəyə qaçış yarışlarında 1-ci təsnifat mərhələsində 12.38 saniyəlik nəticə ilə 3-cü cığırda 4-cü yeri tutdu və mübarizəni dayandırdı.
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367-ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242-ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Preşov
Preşov (slovak. Prešov, ukr. Пряшів, mac. Eperjes, alm. Preschau, Eperies‎) — Slovakiyanın şimali-şərqində şəhər. Torisa və Sekçov çaylarının qovuşduğu yerdə, Slanske-Vrhi və Şarişska-Vrhovina dağ yamaclarında yerləşir. Preşov - Slovakiyanın 3-cü böyük şəhəridir. Burada Slovakyanın ən böyük universitetlərindən - Preşov universiteti yerləşir.
Protom
Protom (q.yun. προτομή, bədənin ön hissəsi) – Bir heyvanın (məsələn, bir öküz, at, maral) və ya mifoloji bir məxluqun (məsələn, bir sfinksin, qrifin) ön hissəsinin təsviri. Bəzən yarı fiqura protom deyilir, bir yarım fiqurun heykəltəraşlıq şəklidir, lakin bu şərh tarixən təsdiqlənmədiyi üçün şübhəlidir. Protoma arxaik sənət üçün tipik olan bədii bir tropdur: sinekdoxa prinsipinə əsasən formalaşdırma (bütöv bir hissənin əvəzinə bir hissəni təsvir etmək), lakin müxtəlif rəmzi mənalarla mürəkkəbləşmişdir. Heyvan protomları, bir ritonun fiqurlu şəkildə tamamlanmasının, sütun başlığının heykəltəraşlıq formasında bəzəyinin, mebel parçasının və ya zinət əşyasının ümumi bir formasıdır. Protom obrazları e.ə 7-6-cı əsrlərdə qədim Yunan sənətindən məlumdur. Fars memarlığında e.ə. VI-IV əsrin əvvəllərində döşəmə şüaları formasında qoyulmuş ikiqat protom şəklində başlıqlar ilə tamamlanmış sütunlar mövcuddur. Bu cür protomlar daşdan oyulmuş, parlaq formada boyanmış və qızılı rəngdə hazırlanmışdı. Fars kapitelləri beynəlxalq “heyvan tərzi”nin təzahürlərindən biri kimi qəbul edilə bilər.
Prinos
Şümşə (lat. Ilex) — bitkilər aləminin aquifoliales dəstəsinin aquifoliaceae fəsiləsinə aid bitki cinsi.
Genom
Molekulyar biologiya və genetika sahələrində genom orqanizmin bütün genetik məlumatıdır. DNT-nin (və ya RNT viruslarında RNT-nin) nukleotid ardıcıllığından ibarətdir. Nüvə genomuna zülal kodlaşdıran genlər və kodlaşdırılmayan genlər, tənzimləyici ardıcıllıqlar kimi genomun digər funksional bölgələri (kodlaşdırılmayan DNT) və çox vaxt heç bir aşkar funksiyası olmayan "zərərli" DNT-nin əhəmiyyətli bir hissəsi daxildir. Demək olar ki, bütün eukariotlarda mitoxondriya və kiçik mitoxondrial genom var. Yosunlar və bitkilər də xloroplast genomuna malik xloroplastları ehtiva edir. Genomun öyrənilməsinə genomika deyilir. Bir çox orqanizmlərin genomları ardıcıllıqla tərtib edilmiş və müxtəlif bölgələrə şərh verilmişdir. Beynəlxalq İnsan Genomu Layihəsi 2004-cü ildə Homo sapiens üçün genomun ardıcıllığını bildirmişdir. "Genom" termini 1920-ci ildə Almaniyanın Hamburq Universitetinin botanika professoru Hans Vinkler tərəfindən yaradılmışdır. Oksford Lüğəti və Onlayn Etimologiya Lüğəti bu adın gen və xromosom sözlərinin qarışığı olduğunu göstərir.
Penol
Penol (fr. Penol) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kot-Sent-Andre kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38300. Kommunanın 1999-cu il üçün əhalisi 288 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 281 ilə 455 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 50 km şimal-qərbdə yerləşir.
Prens
Şahzadə — Şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri. Osmanlı imperiyasındakı şahzadə tituluna uyğundur. Prenslər əksər Avropa ölkələrində prenseslərlə ilə birlikdə taxt üçün növbəyə dururdular. Fransada vəliəhd prensi dofen adlandırırdılar. Qədim türklərdə Tigin sözü şahzadə sözünə müvafiq gəlir.
Prevo
Prevo (fr. prévôt - rəis) — feodal Fransasında məhkəmə, maliyyə səlahiyyətləri olan kral məmuru. Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 7.
Rekom
Rekom (oset. Реком) - əsas 3 osetin ziyarətgahından (Mikalqabirta və Tarancelos) biri, Nart dastanı və osetin mifologiyasındakı məhsuldarlıq tanrısı. Rusiyanın subyekti olan Şimali Osetiya respublikasının Alagir rayonunda yerləşir. Məbədin dəqiq etimologiyası bilinməsə də, bir sıra iddialar mövcuddur. Osetin dilindəki "Hurikom" (Günəş dərəsi) və ya "İrykom" (Osetiya dərəsi) sözlərindən gəlməsi bunlara misal göstərilə bilər. Rekomun etimologiyasının dəqiq öyrənilə bilməməsinin əsas səbəblərindən biri Osetinlərin dini-fəlsəfi dünyagörüşlərinin tam anlaşıla bilməməsidir. Rekomdan bol məhsul , uğurlu otlar və ovçuluq göndərilməsi istənilir . Əfsanəyə görə o, çoxfunksiyalı tanrıdır, əkinçiliklə əlaqəli istəklərdən əlavə olaraq, xəstəliklərdən sağalmaq və pis qüvvələrdən qorunmaq üçün olan duaları da qəbul edir. Alagir dərəsində Rekoma olan dini etiqad geniş yayılmış və iyul ayında onun adına həsr olunmuş bayram qeyd olunmağa başlanmışdır. Bütün həftə davam edən bu bayram günlərində çox sayda mal-qara qurban edilir.
Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur. Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir. Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir. Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.” IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.
Libania Qrenot
Libania Qrenot Martines Skafetti (12 iyul 1983, Santyaqo-de-Kuba[d]) — Kuba əsilli İtalyan atletidir. == Həyatı == Kubalı Grenot, atletizm həyatına burada başladı. 2006 cı ildə bir İtalyanla evlənərək bu ölkəyə köçüb. 2008-də isə vətəndaşlığa qəbul edildi. 2008 Pekində 400 metr qaçış yarı finalında 50.83-lə İtaliya rekordu qırdı lakin finala qala bilmədi. Pescaradakı 2009 Aralıq dənizi Oyunlarında 400 metri 50.30-la tamamlayaraq qızıl medal qazandı və özünə aid İtaliya rekordunu yenilədi.
Prensa Latina
Prensa Latina (isp. Prensa Latina), rəsmi adı: Prensa Latina, Latın Amerikası informasiya agentliyi S. A. (isp. Prensa Latina, Agencia Informativa Latinoamericana S.A.) — Kuba informasiya agentliyi. 1959-cu il 16 iyunda Ernesto Çe Gevaranın təşəbbüsü ilə yaradılıb. Agentliyin təsisçisi və ilk direktoru Xorxe Rikardo Masetti olub.
Preşov bölgəsi
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Preşov diyarı
Preşov diyarı (slovak. Prešovský kraj) — Slovakiyada birinci dərəcəli inzibati–ərazi vahidlərindən biri. Diyarın inzibati mərkəzi Preşov şəhəridir. Sahəsi 8993 km², əhalisi isə 789 968 nəfər (2001) təşkil edir. Preşov diyarı Slovakiyanın şimal-şərqində yerləşir. Şimalda diyar Polşa, şərqdə Ukrayna, cənubda isə Jilina, Koşitse və Banska Bistritsa diyarları ilə həmsərhəddir. Preşov diyarı 1 iyul 1996-cı ildə ölkənin inzibati bölgüsü sayılan Şərqi-Slovak diyarının (slovak. Východoslovenský kraj) yenidən təşkili zamanı, onun iki hissəyə bölünməsi nəticəsində yaranmışdı (şimalda Preşov, cənubda isə Koşitse diyarları yaranmışdı).
Sülli-Prüdom
Rene Sülli-Prüdom (fr. Sully-Prudhomme; əsl adı Rene Fransua Arman Prüdom, fr. René François Armand Prudhomme; 16 mart 1839[…], X arondisman (Paris) – 7 sentyabr 1907) — fransız şair, "Parnas" qrupunun üzvü, Ədəbiyyat üzrə Nobel mükafatının ilk laureatı (1901). Ədəbiyyat sahəsində ilk Nobel laureatı Rene Fransua Arman Prüdomun adı indi fransız ədəbiyyatı mütəxəssisləri istisna olunmaqla çox az adama məlumdur. O, Parisdə doğulmuşdu. İki yaşında atasını itirdiyindən əmisinin himayəsində böyümüşdü. İlk təhsilini Bonapart litseyində almışdı. Dəqiq elmlərə, xüsusən də riyaziyyata marağı böyük idi. Litseyi bitirdikdən sonra mühəndis ixtisasına yiyələnmək üçün məşhur Politexnik məktəbə daxil olmaq istəsə də, gözlərində yaranan problem buna imkan verməmişdi. Erkən gəncliyindən "həyat universitetləri" keçən Rene ilk poetik məcmuəsini – "Stanslar və şeirlər" kitabını 1865-ci ildə çap etdirmişdi.
Vladimir Preloq
Vladimir Preloq (bosn. Vladimir Prelog; 23 iyul 1906[…], Sarayevo – 7 yanvar 1998[…], Sürix) – Xorvat mənşəli İsveçrə üzvi kimyaçısı. Onun Avstriya, Şimali İtaliya və Xorvat kökləri var idi. 7 yanvar 1998-ci ildə 92 yaşında Sürixdə vəfat etmişdir. Doğulmasından az əvvəl Xorvatiyada orta məktəb müəllimi işləyən Vladimirin atası Milan (1879–1931) Avstriyanın təhsilin yaxşılaşdırılması üzrə dövlət proqramı çərçivəsində yeni ilhaq edilmiş Bosniya və Herseqovina əyalətinin paytaxtına (Sarayevo) göndərildi. O dövrdə bu proqram mədəni və dini cəhətdən müxtəlif icmaların birliyi idi: katolik xorvatlar, yunan pravoslav serbləri, əcdadları Türkiyə vətəndaşlığı dövründə İslamı qəbul etmiş müsəlmanlar və 1492-ci ildə İspaniyadan köçmüş ispan yəhudilərinin nəsilləri. Milliyyətcə xorvat olan gənc Vladimirə başqa qruplardan olan uşaqlarla oynamağa icazə verilməyib. Sonradan o, xoşbəxt də olsa, kifayət qədər tənha uşaqlıq keçirdiyini söyləyərdi. Onun uşaqlığının ən yaddaqalan hadisələrindən biri 1914-cü il iyunun 28-də əlamətdar bir gündə Sarayevoya səfərə gələn Avstriya vəliəhdi Archduke Franz Ferdinand və həyat yoldaşı Sofiyanın görüşünün təntənəli yürüşündə olması idi. Vladimir qonaqlarla maşının qabağına gül atmalı idi.
Reno
Ranault (fr. Renault) və ya Reno — fransız avtomobil istehsalçısı. Avtomobil, yük maşını, traktor, tank, qatar, təyyarə, motosiklet, velosiped, avtobus kimi bir çox fərqli ölçüdə vasitələr istehsal edir. Lui Reno 1877-ci ildə Parisdə doğulan bir bəyzadə idi. Atası yaxşı qazanan bir yun taciri idi. Lui maşın xəstəsi idi və hələ 5 yaşında yoldaşlarından eşitdiyi lokomotivi görmək üçün stansiyaya qaçardı. Buxar qazanını, porşenlərin, bacaları, necə düzəldiyini bilməyə çalışardı. 15 yaşında bir şagirdkən matorlu vasitələrə maraq salır, hətta xərcliyindən yığdığı pullarla 0.75 at gücündə De Dion bouton markalı bir avtomobil alır. Hələ 21 yaşında ikən (1898) qardaşları Fernand və Marsellə birlikdə "Reno Freres" şirkətini qurur. 1899-ci ildə Paris-Trouville arasında 170 kilometri aşan bir yarış hazırlanır.
Breno (En)
Breno (fr. Brénod) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01060. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 544 nəfər təşkil edirdi. == Həmçinin bax == Fransa rayonlarının siyahısı == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Breno (En) ilə əlaqəli mediafayllar var.
Breno (kanton)
Breno (fr. Brénod) — Fransada kanton, Rona-Alplar regionunda yerləşir. Departamenti — En. Nantyua dairəsinə daxildir. Kantonun əhalisi 2006-cı ildə 3576 nəfər təşkil edirdi. Kodu — 0106. Breno kantonuna 12 kommun daxildir və bunlardan əsas Breno kommunası hesab edilir. == Kantonun kommunları == Breno — əhalisi 511 nəf. Vyo-d'İznav — əhalisi 651 nəf. Le-Petit-Aberjman — əhalisi 141 nəf.
Renod Blank
Renod Blank (3 yanvar 1991) — İsveçrəli peşəkar kişi BMX velosipedçisi. Renod Blank İsveçrəni beynəlxalq yarışlarda təmsil edir. Renod Blank 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.265 saniyəlik nəticəsi ilə 26-cı yeri tutdu.
Venom (film)
Venom (ing. Venom) — Marvel Comics tərəfindən nəşr edilmiş Venom komiksinə əsaslanan və 2018-ci ilin oktyabr ayında çıxarılması gözlənilən ABŞ epik superqəhrəman filmidir. Columbia Picturesin prodüserliyi ilə çəkilmiş film, Sony Picturesin distribütorluğu ilə çıxarılacaq. Bu, Marvel Kinematoqrafiya Kainatından fərqlənən Sony Marvel Kainatının ilk filmidir. Skott Rozenberq, Ceff Pinkner və Kelli Marsel tərəfindən yazılmış ssenari əsasında Ruben Fleyşerin rejissorluğu ilə çəkilmiş filmdə əsas rolları Tom Hardi və Mişel Vilyams canlandırmışlar. Eddi Brok – kifayət qədər tanınan araşdırmaçı-jurnalistdir. Daima sensassiyalı layihələrin dalınca düşür, nəticələrdən qorxub-çəkinmədən işini həmişə sona çatdırır. Ancaq alim və biznesmen Karlton Dreydən aldığı son müsahibə onun sevimli işini itirməsi bahasına başa gəlir. Tezliklə o Dreykin həmkarı ilə söhbətləşir. Həmin şəxs ona and-aman edir ki, alim insanlar üzərində misli görülməmiş eksperimentlər keçirir, insanların bədəninə yadplanetli parazitləri yeridir.
Jiar nad Hronom
Jiar nad Hronom (slovak. Žiar nad Hronom, 1955-ci ilə kimi Svätý Kríž [nad Hronom], alm. Heiligenkreuz [an der Gran]‎, mac. Garamszentkereszt) — Slovakiyada şəhər. Qron çayının sahilində, Vtaçnik və Ştyavnitske Vrhi dağ massivlərinin yamaclarında yerləşir. Əhalisi 20 min nəfərə yaxındır. == Əhali == 2001-ci ilə əsasən, şəhərdə 19.945 nəfər yaşayırdı. Etnik mənsubiyyətinə görə: 94,27 % Slovaklar 1,97 % Qaraçılar 0,95 % Çexlər 0,69 % Macarlar Dini mənsubiyyətinə görə: 62,07 % roma-katolikləri 25,54 % ateistlər 3,19 % yevangelistlər === Jiar nad Hronomun bələdiyyə başçıları === Marián Futák - iqtisadçı Jaroslav Cíger - baytar həkim Márius Hrmo - vəkil Ivan Černaj - fərdi sahibkar Peter Antal == Təhsil == Jiarda 4 ibtidai və bir neçə əsas məktəb fəaliyyət göstərir. === İbtidai məktəblərin siyahısı === I ibtidai məktəb II ibtidai məktəb IV ibtidai məktəb Štefan Moyses kilsə məktəbi === Orta məktəblərin siytahısı === Milan Rúfus adına gimnaziya, Ul.
Karl Rensom Rocers
Karl Rensom Rocers (ing. Carl Ransom Rogers; 8 yanvar 1902[…], Ouk-Park[d], İllinoys – 4 fevral 1987[…], La-Hoyya[d], Kaliforniya) — amerikan psixoloqu, humanistik psixologiyanın banilərindən biridir (Abraham Masslou ilə birgə). Rocers subyektin sosial mühüm ilə qarşılıqlı əlaqəsi zamanı fomalaşan "mənlik konsepsiyasını" şəxsiyyətin quruluşunun mühüm tərkib hissəsi hesab edirdi. Rocers qeyri direktiv psixoterapiyanın yaradılmasında mühüm rol oynamış və onu "şəxsiyyət yönümlü psixoterapiya" (ing. person-centered psychotherapy) adlandırmışdır. 1947-ci ildə ABŞ psixologiya assosasiyasının prezidenti olmuşdur. Rocers öz üsulunu universal hesab edirdi. Belə ki, həmin üsulu mədəniyyətindən, fəaliyyət sahəsindən, dini baxışlarından asılı olmayaraq müxtəlif müştəri tiplərinə həm qruplar (tələbəvə şagirdələrə, əmək kollektivlərinə), həm də fərdi (məktəblilərə, valideynlərə, veteranlara) şəkildə tətbiq etmək mümkündür. Bu metod həm fərddaxili, həm də fərdlər arası və qruplararası münaqişələrin həllində istifadə edilə bilər. Rocersin "şəxsiyyət yönümlü psixoterapiya"sı müştərilərin üzləşdiyi müxtəlif əməli problemlərin həllində istifadə edilir.