Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nyu-Providens
Nyu-Providens (ing. New Providence — Baham adalarında ada. Baham adalarının ən sıx məskunlaşan adasıdır. ABŞ üçün turizm və istirahət mərkəzidir. Baham adalarını ilk ziyarət edən avropalılar 1670-ci ildən sonra Qrand-Törk və İnaquaya ziyarət etsələr də, Elütera adası ilk dəfə daimi olaraq məskunlaşmışdır. Ardınca Nyu-Providens məskunlaşmışdır. Nyu-Providens adası Vest-İndiyada kiçik gəmilər üçün ən qorunan təbii limanlardan biri var idi. Nyu-Providens Baham adalarının 32 rayonundan biridir. Rayonun inzibati mərkəzi Baham adalarının paytaxtı, Nassau şəhəridir. Rayonun sahəsi 207 km2, əhalisi - 248,948 nəfərdir.
Provideniya buxtası
Provideniya buxtası — Çukot yarımadasının cənub-şərq sahillərində, Berinq dənizinə daxil olan Anadır körfəzində yerləşən buxta. sahillərində nisbətən iri və dayaz körfəz. İnzibati baxımından Rusiya Fererasiyası, Çukot Muxtar Dairəsi ərazisinə daxildir. Buxtaya giriş şərqdən Lısaya Qolova, qərbdən isə Lesovski burunları ilə daraldılır. Lısaya qolova buernu Çukotski burnundan 11 km şimal-qərbdən qərbdə yerləşir. Buxtanın eni girəcəkdə 8 km, uzunluğu isə orta xətt boyunca 34 km təşkil edir. Emma havanının yuxarısında eni 4 km, aşağı hissədə isə 2,5 km-dir. Buxta aşağı hissəsə şimal-şərqə, sonradan isə şimala yönəlir. Burada onun eni 2 kilometrə çatır. Buxtanın sıldırımlı sahilləri vardır.
Providensiya adası
Providensiya adası (isp. Isla de Providencia, ing. Providence Island) — Karib dənizinin cənub-qərb huissəsində, Nikaraqua sahilindən bir qədər aralıda yerləşir. İnzibati cəhətdən Kolumbiyanın San-Anders və Providensiya departamentinə daxildir. adanın maksimal hündürlüyü 360 metrdir. Sahəsi 17 km²-dir. Adanın köklü əhalisi raysallardır. Onlar ingilis puritanların törəmələri və onların bura gətirdikləri qulların nəsilləridir. Raysal kreol dilində danışırlar. Bu dil ingilis və ispan dillərinin qarışığından ibarətdir.
Providenski rayonu
Providenski rayonu (çuk. Урэлӄуйым район) — Rusiya Federasiyası, Çukotka muxtar dairəsi tərkibindəki inzibati ərazi vahidi. Rayonun daxilində Providenski şəhər dairəsi yerləşir. İnzibati mərkəzi Provideniya şəhər tipli qəsəbəsidir. Providenski rayonu Çukotka Muxtar Vilayətinin şərqində, əksər hissəsi Çukot yarımadasının cənub hissəsində yerləşir. Şimalda Çukot, qərbdə İultinski rayonu ilə həmsərhəddir. Sahillərini şərqdən Sakit Okeanın Berinq dənizinin, cənubdan isə Anadır Körfəzi suları ilə yuyur. Rayon ərazisindəki sahil zolağının uzunluğu 850 km-dir. Əksər hissəsi qayalı, dərin körfəzlər və fyordlar ilə kəsilib. İqlim Providenski rayonu sahildən materikin daxilinə doğru getdikcə dəniz subarktikdən kontinental subarktikə dəyişir.
San Andres və Providensiya
San Andres və Providensiya (isp. San Andrés y Providencia) — Kolumbiyanın departamentlərindən biri, Bu ərazi San Andres, Providensiya adaları, Nikaraqua sahillərinin əksər hissəsi və Karib dənizi sahilləri az bir hissəsini əhatə edir. Departament Kolumbiyanın Karib dənizinin 750 kilometr şimal-qərbində yerləşir. İnzibati mərkəzi San Andres şəhəridir. 1631-ci ildə adalarda yerləşən raysalçılar, ingilis qulları İngilis Puritansların nəslindəndir. Onların danışma dili Raysal Kreole, ingilislər və ispanlar tərəfindən mükkəmməl danışılır. Hazırda 90 min əhalidən təxminən 30%-ni raysalçılar təşkil edir. 2015-ci ilin siyahıya alınmasına görə əhalinin sayı 76 442 çatmışdır. Kolumbiyanın inzibati bölgüsü Boqota Monteriya Kibdo Florensiya (Kaketa) İnirida San Xose del Quavyare Página oficial del Departamento de San Andrés, Providencia y Santa Catalina.
Proçida (ada)
Proçida (it. Procida) — Tirren dənizində, Neapol körfəzində vulkanik ada. Adanın sahəsi 4,1 km² olub, İtaliyanın Kampaniya (İtaliya) muxtar vilayətinin Neapol əyalətinin inzibati bölgüsünə aiddir. Adanın qoruyucusu Mələk Mikayıl hesab edilir. Ada hələ bizim eradan əvvəl sakinləşmişdir. Burada ilk yunan Proxita yaşayış məskəni, Roma İmperiyası dövründə isə patrisilər üçün kurort mövcud olmuşdur. Adadakı katolik monastır kilsəsi rəvayətə görə yerli sakinlərin dəniz quldurlarından yaxa qurtarmaq üçün Mələk Mikayıla dua edib yalvarmışlar. Bu zaman aydın dənizdə qəfildən qopan tufan quldur gəmiləini batırır. Bu məqsədlə adanın qoruyucusu Mələk Mikayılın şərəfinə həmin kilsə inşa edilmişdir. İstedadlı cənab Ripli (film, 1999) filminin bəzi səhnələri bu adada çəkilmişdir.
Moon Pride
Moon Pride (və ya MOON PRIDE) — 30 iyul 2014-cü ildə yayımlanan, Yaponiyanın Momoiro Clover Z qız musiqi qrupunun 12-ci sinqlı. Sinqlda 2014-cü ildən göstərilməyə başlanılan "Sailor Moon Crystal" cizgi serialının mövzu musiqiləri yer almışdır. ("Moon Pride" açılış mahnısı, "Gekko" bağlanış mahnısıdır.) "Moon Pride" Sound Horizon orkestrından Revo tərəfindən yazılmış, bəstələnmiş və hazırlanmışdır. Qitara soloları ABŞ rok musiqiçisi Marti Fridman tərəfindən ifa edilmişdir. Sinqlın yayınlanmış 2 versiyası mövcuddur: "Sailor Moon Edition" və "Momoclo Edition". "Sailor Moon Edition"-nun Blu-ray diski və musiqili videosu mövcuddur. "Momoclo Edition"-nun sadəcə CD formatı mövcuddur, bununla əlavə "Seylor Mun R: Film" filmindən "Moon Revenge" mahnısı əlavə olunmuşdur. Musiqili video Yasuşi Uemura tərəfindən hazırlanmış, "Sailor Moon Crystal" cizgi serialının direktoru Munehisa Sakai tərəfindən nəzarət edilmiş və Toei Animation tərəfindən canlandırılmışdır. Musiqili videoda "Sailor Moon Crystal" cizgi serialından səhnələr var. Videoda 3 Seylor döyüşçüsünün çevrilməsinə yer verilmişdi: Seylor Mars, Seylor Venera və Seylor Yupiter.
Pride FC
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
Pride Fighting Championships
Pride FC və ya Pride Fighting Championships — Qürur Mübarizə Çempinatı kimi tərcümə olunan bu yarış çempionatı 1997-ci ildə profsional güləşçi və döyüşçü Nobuhiko Takada təşəbbüsü ilə Yaponiyanın Tokio şəhərində keçirilməyə başlamışdır. Sonralar Amerikanın UFC çempionatı ilə birləşdirilərək qaydasız döyüşlərin keçirilməsinə şərait tərəfdaşlıq etmişdir. Bundan başqa K-1 döyüşlərinində Yaponiyada keçirilməsinə köməklik göstərir. Yarışın ilk çempionlarından Mark Coleman, Vanderleyi Silva, Fyodor Yemelyanenko, Dan Henderson,Takanori Gomi, Mirko Filipoviç, göstərmək olar.
Şovidə torpaq sürüşməsi
Şovidə torpaq sürüşməsi (gürc. შოვის ტრაგედია) — Gürcüstanda I dərəcəli inzibati – ərazi vahidlərindən olan Raça-Leçxumi və Aşağı Svaneti bölgəsində yerləşən Şovi kurort qəsəbəsində 2023-cü ilin 3 avqust tarixində, yerli vaxtla saat 16:00-da baş vemriş torpaq sürüşməsi. Kurort qəsəbəsində insanların çox olduğu vaxtda baş verən sürüşmə nəticəsində 33 nəfər həlak olub. Həlak olanlar arasında 18 yaşlı Samirə İsayeva adlı Gürcüstan azərbaycanlısı, Davit Beriaşvili, Giorgi Qoqinaşvili, Ukrayna vətəndaşı Alina Polikovskasiya və Rusiya vətəndaşı Kseniya Triçeva da var. Torpaq sürüşməsinin Şovi qəsəbəsinin şimal hissəsində yerləşən Sunset Shovi otel kompleksinin ərazisinsdən başladığı bildirilir. 2023-cü ilin 3 avqust tarixində baş vermiş torpaq sürüşməsi nəticəsində ümumilikdə 12 vətəndaşın meyitinin şəxsiyyəti müəyyən edilib. Hazırda 17 nəfər itkin düşmüş hesab olunur. Şovidə xilasetmə əməliyyatında 400 xilasedici və 200 hərbçi iştirak edir. Sərhəd polisinin helikopterləri və xüsusi texnikası cəlb olunub. Avqustun 4-də Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze bildirib ki, xilasedicilər sürüşmə zonasında olan 50-yə yaxın insanla əlaqə yarada bilməyiblər.