Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qırmızı qabarma
Qırmızı qabarma — Okeanların dərin sulu rayonlarından qidalı maddələrlə zəngin olan sular sahil boyu zonalarda səthə qalxır, burada bioloji məhsuldarlığı xeyli yüksəkdir.Lakin bəzən əlverişli yaşayış sahələrində problemlər yaranır. Qidalanma həlqəsində nizamlanan iş prosesində adətən gözlə görülməyən qırılmalar, yaşayış mühiti üçün fəlakətli nəticələr baş verir. Qırmızı yosunların sayının kəskin artması ətrafda olan bütün canlıların zəhərlənməsinə, dəniz suyunun qan rənginə boyanmasına gətirib çıxarır. Okeanologiyada belə hadisəyə xüsusi ad verilmişdir və "qırmızı qabarma " adlanır. Bu hadisənin baş verməsi aşağıdakı formada olur. Sahil zonalarında kifayət qədər qida olduğuna görə xüsusi yosun növü olan dinoflagellyatlar sürətlə çoxalmağa başlayır.Onların sayı o qədər sürətlə artır ki, qidalanma zəncirinin digər həlqələri onları yeyib qurtara bilmir. Dinoflagellyatların sayı artdıqca bir-birinə söykənərək hər biri daha çox yuxarı qalxıb günəş işığına tərəf inkişaf edir. Nəticədə sularda onların toplanması kifayət qədər yüksək olur. Bütün sahil zonalarında olan sular qırmızı və ya qəhvəyi rəng alır. Bəzən dinoflagellyatlar suya zərərli maddələr buraxır, orada balıqlar və digər heyvanların ölümünə səbəb olur.Bu isə öz növbəsində hidrogen-sulfidin H2S (xarab olmuş yumurta iyində) həddən çox artmasına gətirib çıxarır.
Qısa qapanma
Elektroenergetika sistemlərində müxtəlif zədələnmələrin və qeyri-normal rejimlərinin əmələ gəlməsi baş verə bilər. Zədələnmələrinin əsas növlərindən biri qısa qapanmalar sayılır. Qısaqapanma dedikdə normal iş rejiminin pozulması ilə nəticələnən üçfazalı elektrik qurğularında fazalar arası qapanma, neytralı bilavasitə və effektiv torpaqlanmış şəbəkələrdə fazanın yerlə qapanması və elektrik maşınlarında sarğılararası qapanma nəzərdə tutulur. Qısaqapanma elektrik dövrələrində fazalar arası və yaxud da faza ilə yer arasında izolyasiyanın pozulması zamanı yaranır. İzolyasiyanın pozulması bir neçə səbəbdən ola birlər. Məsələn, izolyasiyanın köhnəlməsindən, elektrik veriliş xətlərində (EVX) fazaların kənardan tullanmış əşyalar vasitəsilə qapanması, xəttin qırılıb yerə düşməsi, yer qazan zaman kabel xətlərinin mexaniki zədələnməsi, elektrik veriliş xətlərinə ildırımın düşməsi və s. Qısa qapanmalar cərəyanın kəskin artması, eyni zamanda gərginliyin azalması ilə müşayiət olunur. Cərəyanın artması elektrik avadanlıqlarının yolverilməz qızmasına və dinamiki zədələnmələrinə səbəb olur, bu da elektroenergetika sisteminin normal iş rejiminin pozulmasına gətirib çıxarır. Qısa qapanma zamanı cərəyanın artması şəbəkəyə daxil olan bütün elementlərin də gərginlik düşgülərinin artmasına gətirib çıxarır. Bunun nəticəsində şəbəkənin müxtəlif nöqtələrində gərginlik kəskin şəkildə aşağı düşür, qısa qapanma nöqtəsində isə hətta sıfır qiymətinə kimi azalır.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Çaparaq inflyasiya
Yüksək sürətlə inkişaf edən inflyasiya.Qiymətlərin il ərzində 200%-dək artması. Qeyri-bərabər, 10% dən 30% dək dərəcədə sıçrayışlı illik qiymət artımıdır. Hətta başlanğıc mərhələsində (əgər qiymətlərin artımı ildə 5–7% dən 15–17% -dək təşkil edirsə) belə inflyasiya artıq əhəmiyyətli problemlər yaradır, daha yüksək həcmdə olduqda isə təhlükəli olaraq təcili əks inflyasiya tədbirlərinin görülməsini tələb edir. Təsərrüfat proseslərini proqnozlaşdırmaq mürəkkəbləşir, hesablamalarda müxtəlif dollar ya avro olduğu bilinməyən ş. v. (şərti vahid) və sair istifadə olunur. Belə inflyasiya çox vaxt inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Özünə qaytarmaq (proqram)
Özünə qaytarmaq (en. recover) – xətadan sonra dayanıqlı duruma dönmək; məsələn, proqramın xətadan sonra özünə qayıtması, yəni insanın müdaxiləsi olmadan öz-özünə sabitləşməsi və yerinə yetirilməsi. Özünə qaytarma proqramları korlanmış informasiyaları axtarıb tapmağa və onların qurtarılmasına kömək edir. Xətadan sonra verilənlər bazasının özünə qaytarılması zamanı onun əvvəlki stabil durumuna qayıdılır. Düzəldiləbilən xəta (en.recoverable error)– proqramın özünün uğurla düzəldə bildiyi (məsələn, ədədin yerinə hərf daxil edildikdə) xətadır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edir. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Qısa qapanma (albom)
Qısa qapanma — Qaraqanın 2009-cu ildə çıxan albomu.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Qabarma və çəkilmə enerjisi
Qabarma və çəkilmə enerjisi - Qabarma-çəkilmə səbəbi ilə yer dəyişdirən su kütlələrinin sahib olduğu kinetik və ya potensial enerjinin elektrik enerjisinə çevrilməsidir. Qabarma-çəkilmə enerjisini elektrikə çevirmək üçün geniş şəkildə, uyğun olan qoyların ağzının bir anbarla bağlanılaraq, gələn suyun tutulması, çəkilmə sonrasında da yüksəklik fərqindən faydalanılaraq turbinlər vasitəçiliyi ilə elektrik çıxarılması hədəflənər. 24.8 Saatda bir təkrarlanan qabarma-çəkilmə hərəkətləri, nizamlı bir enerji qaynağı olması baxımından maraqlı olmaqla birlikdə, enerji istehsal müddətinin 6-12 saatla məhdud olması bir üstünlüksüz yaratmaqdadır. Suyun potensial enerjisinin %80-ni elektrik enerjisinə çevirə bilən qabarma-çəkilmə enerjisi, günəş enerjisi kimi digər alternativ enerji qaynaqlarına görə daha yüksək bir məhsuldarlığa malikdir.
Qabarma və çəkilmə elektrik stansiyası
Qabarma və çəkilmə elektrik stansiyası(Q və ÇES) - Dəniz və okean suyunun qabarma və çəkilmə enerjisini elektrik enerjisinə çevirən qurğu (obyekt) - qabarma və çəkilmə elektrik stansiyası adlanır.