Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarabucaq
Yaşayış məntəqələri Azərbaycanda Qarabucaq (qəsəbə, Kürdəmir) — Kürdəmir rayonunda qəsəbə. Qarabucaq (kənd, Kürdəmir) — Kürdəmir rayonunda kənd. Oxşar toponimlər Axtaçı Qarabucaq — Kürdəmir rayonunda kənd. Xol Qarabucaq — Neftçala rayonunda kənd. Kür Qarabucaq — Neftçala rayonunda kənd.
Qaralama
Qaralama — müəllifin və ya redaktorun ilkin əlyazması və ya kompüter çapı. Üstündə işlənməsi onun adını dəyişmir. Redaktə edilərək yenidən yazılmış və ya çap edilmiş nüsxəsi qaralama sayılmır.
Qaraçuxa
Qaraçuxa — insanların bəxt hamisidir. İnsanın maddi durumu, onun işlərinin yaxşı gedib-getməməsi Qaraçuxanın fəaliyyəti ilə əlaqələndirilir. İnanca görə, Qaraçuxası oyaq olan insanın işləri yaxşı gedir. İşləri yavər gedən insan haqqında “qaraçuxan oyaqdır” deyilməsi də həmin təsəvvürdən irəli gəlir. Qaraçuxanın oyaq olması üçün gərək onun adı çəkilə, o yad edilə. Ona görə Azərbaycanın bir çox bölgələrində Qaraçuxaya Yasin oxutdurulur, yemək bişirilərkən Qaraçuxanın adına yeməyin içinə duz atılır. Qaraçuxanın adına bişirilmiş xörəkdən qapıya gələn fağır-füqəraya və ya kasıb ailələrə pay verilir. Bundan əlavə, Qaraçuxanı adı çəkilərkən salavat çevirməmək günah sayılır. Mətnlərdə Qaraçuxa daim evlə bağlı olur. Onun damın üstündə yatdığı, evə girən zaman Qaraçuxaya salam vermək lazım olduğu qeyd olunur.
Qarbalaca
Qarbalaca — Cəlilabad rayonu ərazisində çay. Rayon ərazisindən axıb, Qızılağac körfəzi ətrafındakı meyillikdə itir. Hidronim "yeraltı qara (içməyə yara­mayan) sulardan qidalanan balaca çay" məna­sını bildirir.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Kür Qarabucaq
Kür Qarabucaq — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Keçmışdə burada mövcud olmuş Qarabucaq adlı iki kəndi bir-birindən fərqləndirmək üçün biri Kür çayı sahilində yerləşdiyi üçün Kür Qarabucaq, digəri isə Kürün qollarından birinin üzərində yerləşdiyi üçün Xol Qarabucaq adlanmışdır. Oronimin ikinci komponenti bucaqların bir qolu olan qarabucaqların adı ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Kür çayı sahilində yerləşir. == Din == Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Nərmin Qaralova
Nərmin Qaralova (tam adı: Nərmin Ziyadxan qızı Qaralova; 10 dekabr 1982, Bakı) — musiqişünas, ssenari müəllifi, televiziya aparıcısı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD), BMA-nın dosenti. Nərmin Qaralova Asəf Zeynallı adına musiqi kollecinin (1997–2001-skripka ifaçılığı üzrə), Bakı Musiqi Akademiyasının (2001–2005 bakalavr, 2005–2007 magistratura, 2007-aspirantura) tələbəsi olub. Tələbə ikən Gənclər təşkilatı ilə ahıllar, körpələr evində, hərbi hissələrdə konsert proqramlarında çıxış etmiş, çoxlu sayda təşəkkürnamələrlə, mükafatlarla təltif edilmişdir. Türkiyənin Ege Universitetinin professor heyəti ilə Azərbaycanın bölgələrində folklor nümunələrinin toplanmasında yaxından iştirak etmişdir. Kollecdə oxuyarkən "Ayna" televiziya filminə çəkilib. 2005-ci ildən İTV-də aparıcı redaktor, 2007-ci ildən isə AzTV-də aparıcı redaktor vızifəsində çalışır. Bu illər ərzində Maestro Niyazi, Canəli Əkbərov, İslam Rzayev, Səyavuş Kərimi, Elmira Abbasova, Rauf Abdullayev, Polad Bülbüloğlu və başqa tanınmış musiqi xadimləri haqda televiziya filmlərini, eləcə də Azərbaycanda keçirilən festivalların (M. L. Rostropoviçə həsr olunmuş 1, 2, 3 Beynəlxalq festivalı, Beynəlxalq Muğam Festivalı, Arif Məlikovun yubileyi ilə bağlı festival, Bakı Caz Ferstivalı 2009 və s) gündəliklərini hazırlayaraq geniş tamaşaçı kütləsinə çatdırmışdır. Televiziya həyatı ilə yanaşı 2008-ci ildən pedaqoji fəaliyyətlə də məşquldur. O, Bakı Musiqi Akademiyasının "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasının baş müəllimidir.
Qaraçuxa (Bicar)
Qaraçuxa (fars. گراچقا‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (24 ailə). Əhalisini kürdlər təşkil edir.
Axtaçı Qarabucaq
Axtaçı Qarabucaq (əvvəlki adı: Qarabucaq) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Axtaçı kənd inzibati ərazi dairəsində kənd.
Qarabuta (İcrud)
Qarabuta (fars. قره بوته‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 157 nəfər yaşayır (40 ailə). Kəndin xalqı Azərbaycanlı və Türkcə danışırlar.
Xol Qarabucaq
Xol Qarabucaq — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Yaşayış məntəqəsi XIX əsrdə Qarabucaq kəndindən köçmüş ailələrin Bala Kür (Aquşa) çayı sahilində məskunlaşması nəticəsində yaranmışdır. Xol sözü Azərbaycan dilinə monqol dilindən keçmiş termin olub "quru çay yatağı", "çay qolu" mənalarında işlənir. Qarabucaq isə türk-monqol mənşəli tayfanın adıdır. Kənd Salyan düzündə yerləşir. Eyyub Bəşirov — bioloq-alim, akademik, Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidenti, Rusiya Federasiyası Beynəlxalq Keyfiyyət Problemləri Akademiyasının həqiqi üzvü.
Yaralıca (Kəleybər)
Yaralıca (fars. يارالوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 10 nəfər yaşayır (4 ailə).
Qaranca (Xoy)
Qaranca (fars. قارنجه‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qarlıca (Xudafərin)
Qarlıca (fars. قارلوجه‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 546 nəfər yaşayır (115 ailə).
Cem Qaraca
Cem Karaca (5 aprel 1945, Bakırköy, İstanbul ili – 8 fevral 2004, İstanbul) — Türkiyə rok musiqiçisi və Anadolu roku hərəkatının əsas üzvlərindən biri. == Həyatı == 1945-ci il aprelin 5-də əslən azərbaycanlı olan Türkiyə teatr aktyoru Məmməd Karaca və əslən erməni olan Türkiyə aktrisası İrma Feleqyanın (Toto Karaca) ailəsində doğulub.
Qaraca (Heris)
Qaraca (fars. قراجه‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,081 nəfər yaşayır (215 ailə).
Qaraca (Miyanə)
Qaraca (fars. قراجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (70 ailə).
Qaraca arıquş
Qaraca arıquş (lat. Periparus ater) — Arıquşları fəsiləsinin Periparus cinsinə aid quş növü. Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir . Çoxsaylıdır. Avropa, Asiya və Şimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb. Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a.
Qaraca kəsilişi
Qaraca kəsilişi Azərbaycanın dördüncü dövr sisteminin abşeron – alt xəzər çöküntülərinin klassik kəsilişi sayılır. Kəsiliş eyniadlı antiklinalın quruluşunda iştirak edərək Mingəçevir şəhərinin ətrafında yer səthinə çıxır. Burada abşeron çöküntüləri kontinental fasiya (525 m), pleystosen törəmə­ləri isə kontinental və dəniz fasiyaları (100m) ilə təmsil olunmuşdur. Bu çöküntülərdə şirin su və dəniz molyuskları, ostrakodlar, foraminiferlər və onurğalıların sümükləri aşkar edilmişdir.
Qaraca lilcüllüt
Qaraca qız
Qaraca qız (hekayə) — Süleyman Sani Axundovun hekayəsi. Qaraca qız (film, 1966) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmış film. Qaraca qız (balet) — Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında ilk Azərbaycan uşaq baleti.
Qaraca çoban
Qaraca çoban—Kitabi-Dədə Qorqud dastanında personaj. "Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları haqqında da təsvirlər vardır. Belə qəhrəmanlardan biri də Qaraca çobandır. Qaraca çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə seçilir. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.
Rasim Qaraca
Rasim Qaraca — azərbaycanlı yazıçı, jurnalist. Rasim Qaraca 1960-cı ildə Şirvan şəhərində anadan olub. İxtisasca jurnalistdir, Azərbaycan Dövlət Universitetini bitirib. Öz ölkəsində çeşidli qəzetlərdə xəbər yazarı, reportyor kimi çalışıb, 1991-ci ildə SSRİ dağılandan və Azərbaycan müstəqillik qazanandan sonra sərbəst fəaliyyətə başlayıb. Ölkəsinə İlk müstəqil ədəbiyyat dərnəyi “Baca”nı yaradıb, dərnəyin mətbuat orqanı “Yaşıl söz”ü buraxıb. Böhranlı keçid illərində Rusiyada yaşayıb, 2000-ci ildə Bakıya qayıdıb və “Azad Yazarlar Ocağı” ədəbiyyat qurumunu təşkil edib, “Alatoran” ədəbiyyat jurnalını təsis edib. Jurnal yeni nəsil yazarların yetişməsndə ciddi rol oynayıb. Rasim Qaraca hal-hazırda Alatoran nəşriyatının rəhbəridir. Nəşriyyat bu günədək 500-dən artıq kitab nəşr edib. Rasim Qaracanın 15 kitabı - şeir, hekayə və romanları nəşr olunub.
Əhməd Qaraca
Əhməd bəy Qaraca (22 sentyabr 1929, Türkiyə – 16 may 2005, Ankara) — Azərbaycanın müstəqilliyi uğrunda uzun illər boyu mücadilə aparmış böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin yaxın silahdaşı, Azərbaycan Kültür Dərnəyinin baş katibi. Əhməd Qaraca 1929-cu il sentyabr ayının 22-də Türkiyənin Hakveyis kəndində anadan olmuşdur. Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Ə.Qaracanın ailəsi 1924-cü ildə İrəvan yaxınlığındakı Persi (sonradan Buravet) kəndindən Türkiyəyə köçüb. İqdırda orta məktəbi, 1947-ci ilin yayında isə Atatürk Litseyini bitirib. Sonra Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin klassik filoloji bölümünə daxil olub. Əhməd Qaraca 1949-cu ildə yaradılan və Məhəmməd Əmin Rəsulzadə Ocağı adlandırılan Azərbaycan Kültür Dərnəyinin üzvü olub. 1955-ci ildən vəfat etdiyi günədək dərnəyin baş katibi postunu daşıyıb. Ə.Qaraca ali təhsil aldıqdan sonra əllinci illərdən başlayaraq Azərbaycan davasına qoşulmuş, Məhəmməd Əmin Rəsulzadənin yaxın əqidə dostlarından biri olmuşdur. Həmin illərdə Məhəmməd Əmin Rəsulzadənin əsasını qoyduğu Azərbaycan Kültür Dərnəyinin işində fəallıq göstərmiş, "Azərbaycan" jurnalının baş yazarlığını etmişdir. Ötən əsrin 60–80-ci illərində Ə.Qaraca Sovetlər Birliyinin yürütdüyü imperiya siyasətini öz yazılarında və çıxışlarında ifşa etmiş, çoxlu sayda tədbirlərin təşkilatçısı olmuşdur.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qarapaça
Qarapaça, köpgər (lat. Rupicapra rupicapra) ,(Artiodactyla) dəstəsindən bir məməli növü. Status. Sayı azdır. Növün arealı kiçilmişdir. Yayılması. Hazırda Azərbaycanda qarapaça Böyük Qafqazın cənub və şərq yamaclarında, İsmayıllı, İlisu və Zaqatala qoruqlarında yayılmışdır. Kiçik Qafqazda artıq bu heyvanlara təsadüf edilmir. Yaşayış yeri. Qarapaçalar dağlıq-meşəlik heyvanı olub, dəniz səviyyəsindən 1000 m-dən 3000 m-ə qədər hündürlüyü olan meşəli, qayalı dağlarda yaşayırlar.
Qarasuçay
Azərbaycanda Qarasuçay (Goranboy) — Goranboy rayonu ərazisində çay. Kür çayının qoludur; Qarasuçay (Qəbələ) — Qəbələ rayonu ərazisində çay. Türyançayın qoludur; Qarasuçay (Laçın) — Laçın rayonu ərazisində çay. Ağoğlançayın qoludur; Qarasuçay (Oğuz) — Oğuz rayonu ərazisində çay. Qarasuçay (Şəmkir) — Şəmkir rayonu ərazisində çay. Kür çayının qoludur; Qarasuçay (Zaqatala) — Zaqatala rayonu ərazisində çay. Qanıxçayın qoludur; Qarasuçay (Zərdab) — Zərdab rayonu ərazisində çay. Qarasuçay (Uçar) — Ucar, Kürdəmir, Sabirabad, Əli Bayramlı rayonlarında Kür çayının qədim yatağı ilə axan çay. Qarasuçay — Araz çayının cənubundan qəbul etdiyi qol da Qarasu adlanır. İranda Qarasuçay (Ərdəbil) — İranın Şərqi Azərbaycan ostanında çay.
Qarasuçu
Qarasuçu — Azərbaycan Respublikasının Goranboy rayonunun Hazırəhmədli kənd inzibati ərazi dairəsində kənd. Qarasuçu kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini XIX əsrdə maldarlıqla maşğul olmuş qarasuçu adlı icma salmışdır. Toponimin tərkibindəki -çu şakilçisi əslində -lu şak.-sinin ekvivalentidir. Bu ad "Qarasu ətrafinda yaşayanlar, qarasulular" mənasını bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 383 nəfər əhali yaşayır.
Qartalça
Qartalça (lat. Hieraaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Qaraquç
Qaraquç (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Qaraquç Minbaşı — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Qaraquç (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Maralça
Maralça (lat. Tragulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralçalar fəsiləsinə aid heyvan cinsi.
Poa garanica
Poa pratensis (lat. Poa pratensis) — qırtıckimilər fəsiləsinin qırtıc cinsinə aid bitki növü. Paneion pratense (L.) Lunell Poa agassizensis B.Boivin & D.Löve Poa alpigena subsp. sobolevskiana (Gudoschn.) Tzvelev Poa anceps (Gaudin) Hegelm. Poa anceps var. breviculmis Hook.f. Poa angustifolia Elliott [Illegitimate] Poa angustifolia subsp. anceps (Gaudich.) K.Richt. Poa angustifolia var. anceps (Gaudin) K. Richt.
Qaraarça çayı
Qaraarça, Qaraarçaçay (özb. Qoraarcha «Qara arça (giləmeyvə)») — Özbəkistanın Daşkənd vilayəti Bostanlıq rayonu ərazisində yerləşən çay. Ağbulaq çayının sol qolunu təşkil edir. Qaraarça çayı iki bulağın birləşməsindən əmələ gəlmişdir. Bu bulaqlar Karanqur dağının ətəklərindən başlayır. Yuxarı axarlarda ensiz və dərin yataqla şimal-şərq istiqamətində axır. Orta axarlarda çay çoxlu qol qəbul edir. Buradan isə çay istiqamətini qəfl qərbə istiqamətlənir. Çay orta axarlarda qayalı kanyondan keçdiyindən qarşıda Böyük Çinqan asanası yerləşir. Aşağı axarlarda çay sərhəd sonasından keçir.
Qarasuçay (Goranboy)
Qarasuçay — Goranboy rayonu ərazisində çay. Kür çayının qoludur.
Qarasuçay (Laçın)
Qarasuçay — Laçın rayonu ərazisində çay. Ağoğlançayın qoludur.
Qarasuçay (Oğuz)
Qarasuçay — Oğuz rayonu ərazisində çay. Əlicançayın sağ qoludur. Başlıca olaraq Həftəran vadisində üzə çıxan yeraltı sulardan qidalanır.
Qarasuçay (Qəbələ)
Qarasuçay — Qəbələ rayonu ərazisində çay. Türyançayın qoludur.
Qarasuçay (Uçar)
Qarasuçay — Ucar, Kürdəmir, Sabirabad, Əli Bayramlı rayonlarında Kür çayının qədim yatağı ilə axan çay. Çay, əslində, Göyçayın davamı olub, bataqlıq-göl və bunları birləşdirən qollardan ibarətdir. Göyçay, Girdimançay və Ağsuçayın sularından əmələ gəlir və Hacıqabul gölünə tökülür. Yay zamanı suyu çox azalır. Çayda balıq ovlanır. Qarasu bataqlığı, Şirvan Qarasuyu da adlanır.
Qarasuçay (Zaqatala)
Qarasuçay — Zaqatala rayonu ərazisində çay. Qanıxçayın qoludur.
Qarasuçay (Zərdab)
Qarasuçay — Zərdab rayonu ərazisində çay. Türyançayın aşağı axarından ayrılan qoldur.
Qarasuçay (Şəmkir)
Qarasuçay — Şəmkir rayonu ərazisində çay. Kür çayının qoludur.
Qarasuçay (Ərdəbil)
Qarasuçay — İranın Şərqi Azərbaycan ostanında çay. Başlanğıcını Boqrovdağ silsiləsinin şimal hissəsindən götürür, Ərdəbilin şimal tərəfindən axır, burada ona Balığlıçay qovuşur, sonra Əhərçay ilə qovuşana qədər şimal-qərbə axır, burada o şimala burulur və Qaracadağla Salavat dağı arasından keçərək Aslandüz rayonunda Araza qovuşur. Aşağı axarında çayın eni 100 m çatır, orta axarında 20–50 m arası dəyişir, yuxarı axarında isə dayaz bulaq kimidir.