Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Himil xalçaları
Himil xalçaları — Quba xalçaçılıq məktəbinə məxsus xalça.
Himil xalçası
Himil xalçaları — Quba xalçaçılıq məktəbinə məxsus xalça.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Qımıl-qazma
Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır. Qımılqazma oyk., miir. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir.
Qımıl xalçaları
Qımıl xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Qıfıl
Qıfıl — otaq qapıları, qutu qapaqları kimi varlıqların mühafizəsinə xidmət edən obyektlərin istənməyənlər tərəfindən açılmasının qarşısını almaq üçün yerləşdirilmiş; açar kimi fiziki bir obyekt və ya şifrə kimi müxtəlif təhlükəsizlik kombinasiyaları ilə açıla bilən mexaniki və ya elektron cihaz. Kilidlər qapılar, örtüklər və ya divarlar içərisində quraşdırılmış cihazlar ola bilər və ya sonradan kilidlənəcək obyektə yapışdırılan asma kilidlər kimi əşyalar da ola bilər.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd. Qımırlı — Şəmkir rayonunda yerləşən Dəllər Cırdaxan kəndinin bir hissəsinin tarixi adı.
Qımız
Qımız və ya kumıs (rus. кумыс) — madyan südünün fermentasiya edilməsi ilə əldə edilən ənənəvi içki. Qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içkidir. Qımız həmçinin Baltik macarları tərəfindən istifadə edilərdi.. Türklərdən və türklərin hakimiyyəti altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V. Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız dünyanın ən qədim içki növlərindən biridir. Onun ilk dəfə harada və kim tərəfindən düzəldilməsi barədə məlumat yoxdur, lakin alimlər belə hesab edir ki, qımız atın əhilləşdirilməsi ilə birlikdə meydana çıxmışdır. Qımız barədə yazılı məlumatlara qədim Çin və qədim yunan mənbələrində rast gəlinir. Çin mənbələrində türklərin heyvandarlıqla məşğul olduğu, bəslədikləri heyvanların ətini yediklərini, südündən qımız düzəltdikləri qeyd olunur.
Qızıl
Qızıl (Au) — təbiətdə saf şəkildə rast gəlinən əlvan metal. Kimyəvi elementlərdən biridir. Kimyəvi elementlərin dövri cədvəlində 79-cu elementdir. Təmiz halda qızılın rəngi samanı-sarıdır və metallik parıltıya malikdir, qarışıqlıqların tərkibindən asılı olaraq müxtəlif rəng alır. Qızılda gümüşün yüksək miqdarı olduqda onun rəngi açıq-sarı, mis olduqda yaşımtıl sarı olur. Palladiumun qarışığı qızılı ağ rəngə boyayır. Məhz buna görə də qızılın tərkibində palladiumun miqdarı 25% olduqda ona "ağ qızıl" deyilir. Qızıl parlaq sarı rəngi və parıldaması ilə diqqəti cəlb edən çox ağır metaldır. Üstəlik, asanlıqla reaksiya verməyən çox stabil bir element olduğu üçün hava və sudan təsirlənmir. Buna görə də heç vaxt paslanmır, ləkələnmir və matlaşmır.
Qızıl Aypara,Qızıl üçbucaq
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Gimli planeri
Gimli planeri (ing. Gimli Glider) — 1983-cü il iyulun 23-də Kanadanın Gimli aeroportunda enmiş "Air Canada" aviaşirkətinə məxsus Boinq-767 təyyarəsinə verilən qeyri-rəsmi ad. 143 nömrəli reyslə Ottavadan Edmontona uçan təyyarənin yanacağı cihazların və texniklərin səhvi ucbatından yerdən 12000 metr yüksəklikdə qəfil bitmiş və təyyarənin mühərrikləri dayanmışdır. Buna baxmayaraq pilotlar planer effektindən istifadə edərək təyyarəni Gimli aviabazasında təhlükəsiz şəkildə yerə endirə bilmişdilər. Təyyarədəki 61 sərnişin və 8 heyət üzvünün hamısı sağ qalmışdır. 1985-ci ildə hər iki pilot Beynəlxalq Aviasiya Federasiyasının diplomu ilə mükafatlandırıldılar. 2008-ci ildə hadisənin 25 illiyi ilə bağlı Gimlidə xatirə lövhəsi açılmışdır.
Qara qızıl
Neft (əski akkad dilində "napatum", yəni iylənən, alovlanan deməkdir) — əsasən karbohidrogenlərin və digər üzvi birləşmələrin mürrəkkəb qarışığından ibarət spesifik iyi olan yanar maye. Karbohidrogenlərin qarışıqda çəki payı böyük intervalda dəyişir. Yüngül (xüsusi çəkisi aşağı və sıxlığı kiçik) neftlərdə 97%, ağır neftlər və bitumlarda isə bu rəqəm 50%-ə qədər azala bilər. Neftin tərkibindəki karbohidrogenlər başlıca olaraq alkanlar, tsikloalkanlar və müxtəlif aromatik karbohidrogenlərlə təmsil olunur. Bundan əlavə neftin tərkibində azot, oksigen, kükürdlü birləşmələr və çox cüzi miqdarda dəmir, nikel, mis və vanadium metallarına da rast gəlinir. O, Yer kürəsində ən mühüm təbii enerji ehtiyatlarından sayılır. Neft elektrik enerjisinin əldə edilməsi və nəqliyyat vasitələrində yanacaq kimi istifadə edilir. Bundan əlavə neft kimya sənayesində süni materialların və başqa məhsulların alınmasında istifadə edilir. Buna görə də, o həm də "Qara qızıl" adlanır. Neft-qaz sıralı karbohidrogen yataqlarına yerin min, 2 min metrdən 5–6 min metrə qədər dərinliklərində rast gəlinir.
Qımır (Zaqatala)
Qımır — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd Çobankol bələdiyyəsinin tərkibindədir.
Qısıl xan
Qısıl Xan — türk və altay mifologiyasında hirs ilahı. Qızıl Xan şəklində də deyilər. İnsanlara hirs duyğusu verər. Yer üzündəki kin və nifrət özündən qaynaqlanar. Qırmızı bir qılıncı və qırmızı bir toppuzu vardır. Davamlı qızğın bir görünüşü vardır. Hirsləndiyində göyün səs-küyünə bənzər güclü bir səs çıxarır. Monqollarda bir çox tanrıya Ulan (Ulağan) yəni qırmızı sözünün sifət olaraq verilməsi bu tanrı ilə əlaqəli ola bilər. (Qız/Qıs/Qıy) kökündən törəmişdir. Hirsin və qanın rəngi olan qırmızı ve qızıl sözü eyni kökdən gəlir.
Qızıl-Tayqa
Qızıl-Tayqa — Tuvada müqəddəs dağ. Qərbi Sayanın ən yüksək dağ zirvəsi. Hündürlüyü 3121 m təşkil edir. Dağın adı tuvaca Qızıl - “qırmızı” və tayqa - “meşə ilə örtülmüş dağ” mənasını verir. Qızıl-Tayqa dağı Baş silsilədən cənubda, Ak-Suq çayının başlanğıxında yerləşir. Dağ metamorflaşmış qum daşlarından, çınqıl daşlarından və konqlomeratlardan ibarətdir ibarətdir. Qızıl-Tayqanın yamacındakı bitki örtüyünə aşağıdakılar daxildir: Sibir qara şamı və Yalançı boz lalə.
Qızıl (2004)
Qızıl (dəqiqləşdirmə)
Qızıl — təbiətdə saf şəkildə rast gəlinən metal. Həmçinin bu mənalara gələ bilər: ‎Qızıl Əli (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Qızıl Alma
Qızıl Alma, Türklər özəlliklə Oğuz Türkləri üçün Qızılalma, üzərində düşünüldükcə uzaqlaşan ancaq uzaqlaşdığı dərəcədə cazibəsi artan ülkülər(uğruna çalışılan) və ya düşlərdir(gerçəkləşməsi istənən şey, ümid) Kəlimənin tam olaraq nə zaman, harda və necə keçtiyi bilinməməklə birlikdə tarixi axış içərisində həmişə qərb yönündə irəliləmənin bir simvolu olmuşdur. İstanbul'un fəthi'ndən sonra, Qızılalma'nın, Roma'da tapılan Saint-Pierre Kilisəsinin mehrabındakı altın top olduğu irəli sürülmüştür. Alma, türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, Olma, Ulma, Ulmo olaraq da deyilər. Monqolca Alıman (Alımah)dır. Meyvələrin anası və atası olaraq qəbul edilir. Ağacının çiçəkləri çəhrayı və ya ağ açar. Nüvəli müxtəlif rəngli meyvəsi olan bir ağacdır. Qadınla kişinin bir-birinə duyduğu sevginin simvoludur. Aqsaqqallının əlindən aldığı almanın qabığını yeyən sonsuz qadın əkiz doğurur.
Qızıl Arslan
Qızıl Arslan (XII əsr, Təbriz – 1191, Təbriz) – Azərbaycan atabəyi və Məhəmməd Cahan Pəhlavanın qardaşı. 1186-cı ildə taxta çıxmış və 1191-ə qədər hakimiyyətdə olmuşdur. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz olmuşdur. Ondan sonra hakimiyyət oğlu Məhəmməd Cahan Pəhləvana keçmiş, o on ilə yaxın bir müddətdə dövləti idarə etmişdi. Onun dörd oğlu və bir neçə qızı vardı. Qanuni arvadı – Rey hakimi İnancın qızından iki oğlu olmuşdu – Qutluq İnanc Mahmud və Əmir Əmiran Ömər. Türk qızı Quteybə xatun ona Əbu Bəkri vermiş, kənizlərindən birindən isə Özbək doğulmuşdu. Qızı Cəlaliyyə Zahidə xatundan olmuşdu. Hələ öz sağlığında Məhəmməd Cahan Pəhləvan Sultanlığı oğlanları arasında bölüşdürərək, onlara əmiləri Qızıl Arslana tabe olmağı, nominal hakim Toğrula və dini rəhbər olan xəlifəyə sədaqətlə qulluq etməyi tapşırmışdı. Azərbaycan və Arran Əbu Bəkrə tapşırılmış, Qızıl Arslan isə ona tərbiyəçi təyin olunmuşdu.
Qızıl Ayaq
Beynəlxalq futbol mükafatı olan Qızıl Ayaq futbol liqalarında mövsüm ərzində ən parlaq çıxış etmiş və şəxsi keyfiyyətləri nəzərə alınaraq sahibinə təqdim edilən mükafatdır. Mükafatın təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır və bu ona yalnız bir dəfə təqdim edilə bilər. Mükafata namizəd 10 futbolçu ilk öncə 28 yaş kriteriyası və hələdə oynaması nəzərə alınmaqla beynəlxalq jurnalistlər tərəfindən seçilir. Daha sonra isə səsvermə internet üzərində səsvermə yolu ilə keçirilir ki, burada da hər kəs iştirak edə bilər. Mükafatın qalibi qəlib üzərində öz ayaq izini "The Champions Promenade" adlanan yerdə həkk edir. Bu məkan Monako knyazlığında yerləşir. 2009-cu ildən başlayaraq Qızıl Ayaq tədbirində xeyriyyə tədbiri təşkil edilməkdədir. Auksion tədbirin baş tutduğu Paris otelində keçirilir və burada QİÇS əleyhinə pul toplanır.
Qızıl Aypara
Qızıl Aypara (fars. هلال طلایی‎) — Qızıl Aypara Mərkəzi, Cənubi və Qərbi Asiyanın kəsişməsində yerləşən Asiyanın qeyri-qanuni tiryək istehsalının (digəri ilə Qızıl Üçbucaq) birinə verilən addır. Bu məkan üç xalqı, Əfqanıstanı, İranı və Pakistanı, dağlıq ətrafları ayparanı təyin edən ölkələri üstələyir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi (BMTNC), son 10 ildə heroin istehsalının qiymətləndirmələri, əsas qaynaq sahələrində əhəmiyyətli dəyişikliklər göstərir. 1991-ci ildə Əfqanıstan, dünyada tiryək istehsalında lider olan Myanmarı üstələyərək 1.782 metrik ton (ABŞ Dövlət Departamentinin hesablamalarına görə) gəlir gətirən əsas tiryək istehsalçısıdır. Myanmadan heroin istehsalının azalması bir neçə ildir əlverişsiz böyüməkdə olan şəraitin və yeni hökumətin zorla aradan qaldırılması siyasətinin nəticəsidir. Eyni vaxt çərçivəsində Əfqanıstanda eroin istehsalı artdı və 2001-ci ildə iddia edilən Talibanın heroin istehsalına qarşı fətvası nəticəsində nəzərəçarpacaq dərəcədə azaldı. İndi Əfqanıstan dünyada qeyri-dərman tərkibli tiryəkin 90% -dən çoxunu istehsal edir. Narkotiklərlə yanaşı, Əfqanıstan həmçinin dünyanın ən böyük həşiş istehsalçısıdır. Cənubi Asiyanın Qızıl Aypara qrupuna Əfqanıstan, İran və Pakistan daxildir.
Qızıl Bulaq
Qızılbulaq — Qax rayonu ərazisində bulaq. Qızılbulaq — Qax rayonu ərazisində çay. Qızılbulaq — Qax rayonu ərazisində dağ.
Qızıl Daş
Qızıl Daş — Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin] Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir. Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin] Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək.
Qızıl Hacılı
Qızıl Hacılı (Urmiya) — Qızılhacılı (Goranboy) — Azərbaycanın Goranboy rayonunda şəhər tipli qəsəbə. Qızılhacılı (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Qızılhacılı (Barmaqsız) — Gürcüstanın Barmaqsız bələdiyyəsində kənd. Qızılhacılı (Başqala) — Qərbi Azərbaycan ostanının, Urmiya şəhristanının, Mərkəz bəxşinin, Başqala dehestanında kənd. Qızılhacılı məhəlləsi — Azərbaycanın Gəncə şəhərində məhəllə Oxşar Aran Qızılhacılı — Gürcüstanın Marneuli rayonunda kənd. Dağ Qızılhacılı — Gürcüstanın Başkeçid bələdiyyəsində kənd.
Qızıl Komanda
Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı. 1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014). 2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi. Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi.
Cəmil
Cəmil — Azərbaycanlı kişi adı. Cəmil Ağayev — Cəmil Debbouz — Cəmil bəy Haqverdiyev — Cəmil bəy Musayev — Cəmil bəy Vəzirov — Cəmil bəy Köçərlinski — Cəmil bəy Rəfibəyli — Cəmil Cahid bəy Toydəmir — Cəmil bəy Xazalanski — Cəmil Lənbəranski — Cəmil Mərdəm Bəy — Cəmil Sadıqbəyov — Cəmil Kavukçu — Cəmil Çiçək — Cəmil Əlibəyov — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984) Cəmil Quliyev — Azərbaycan kinorejissoru, İctimai Televiziyanın baş direktoru (2013-cü ildən).
Famil
Famil — ad. Famil Ağaşov — Vətən müharibəsi şəhidi.
Kamil
Kamil — Azərbaycanlı kişi adı. Kamil Cəlilov — mahir qaboy ustası, "Şöhrət" ordenli Azərbaycanın xalq artisti. Kamil Jordan — Fransız riyaziyyatçı; Kamil Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Kamil Katibli — Azərbaycan Respublikası Nazirlər Kabineti Məxfi şöbənin müdiri Kamil Balakişiyev — Azərbaycan tibb elminin möhkəm dayaqlarından biri sayılan görkəmli alim Kamil Qurbanov — fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qubuşov — Aktyor. Film səsləndirənlər. Filmlərdə iştirak edən. Kamil Vəli Nərimanoğlu — filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri. Kamil Nəcəfzadə — Azərbaycan quruluşçu kino rəssamı. Kamil Zöhrabov — Aktyor. İkinci rejissor.
Kiril
Kiril — ad. Kiril Pozdnyakov — Azərbaycanlı professional velosiped yarışçısı. Kiril Tenison Vayt — Avstraliya botaniki.
Limli
Limli (Şərqi Azərbaycan) — Güney Azərbaycanın Muğan məntəqəsinin Xoruzlu mahalında yerləşən kənd. Limli (Biləsuvar) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd.
Qabil
Qabil — Kişi adı və təxəllüs.
Qatil
Qatil — qətli törədən cinayətkar şəxsə verilən addır. Öldürən, adam öldürən, cani deməkdir.
Qomel
Qomel (belar. Гомель, Ğomyel) — Belarusda şəhər. Qomel vilayətinin inzibati mərkəzi. Ölkənin cənub-şərqində Soj çayının sahilində, paytaxt Minsk şəhərindən 302 km cənub-şərqdə, Brestdən 534 km şərqdə, Mogilyov şəhərindən 171 km cənubda, Moskva şəhərindən 567 km cənub-qərbdə yerləşir. 1 yanvar 2017-ci il hesablamalarına görə, şəhər əhalisinin sayı 535,229 nəfərdir.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Ramil
Ramil — kişi adı.
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Qumul
Qumul (şəhər) (uyğurca:uyğ. قۇمۇل , Qumul, K̡umul, çincə:çin. sadə. 哈密市 ; pinyin: Hāmì shì) Sincan-Uyğur Xalq Muxtar Rayonunun cənubunda İpək Yolunun Təkləməkan şimal-şərq marşrutu üzərində yerləşən tarixi vahə şəhəridir. Qumul Çində məşhur Hami qovunları ilə tanınır.> Şəhərə verilmiş digər adlar bunlardır: Ha-mi-hsien, Komul, Chamil, Ha-mi-cheng-chen, Kamil, Ha-mi-chen, Qomul, Kumul, Khamil, Koumoul, Ha-mi-shih, Qumul və Kha - mil. Portuqaliyalı Yezit Benedikt Qoes və italyan Matteo Ricci 1615-ci ildə səyahətləri zamanıbu şəhərin adını öz qeydlərində Camul olaraq qeyd etmişlər. Ən qədim təsdiqlənmiş Çincə adı Kūnmò (昆莫)-dir. Şəhər Han sülaləsi dövrünə aid qeydlərdə Yīwú (伊吾) və ya Yīwúlú (伊吾卢); Tan sülaləsi dövründə Yīzhōu (伊州); Yuan sülaləsi dövründə monqolca Qamil, Çin transliterasiyasında Hāmìlì (哈密力), Min sülaləsi dövründə Qumul, Hāmì (哈密) kimi tanınırdı. Burada Tunc dövrünə və ya erkən Dəmir dövrünə aid Yanbulaq mədəniyyətinə (焉不拉克古墓群; Yanbulake gumuqun və ya 焉不拉克墓地; Yanbulake mudi) aid Yanbulaq qəbirləri var. Həmçinin, qədim Buddist məbədinin xarabalıqları Baiyang He çayının qərb sahilində, Baiyanqou cun kəndində yerləşir.
Sigil
Sigil və ya Sigilla (lat. sigillum - möhür sözündən) — magiya gücünə malik simvol (və ya bir neçə konkret simvol və ya həndəsi fiqurun kombinasiyası. Sigillər, ruh və ya demonların çağırılması, idarə edilməsi üçün maqlar, əlkimyaçılar və digər "orta əsr alimləri" tərəfindən aktiv istifadə olunurdu. Buna görə də, sigillər, adlar və magiya formulaları kimi, qrimuarlarda böyük rol oynayırdı. Ən məşhur sigillər, orta əsrlərə aid magiya və əlkimya kitablarında (əsasən demonologiyaya aid kitablarda) təqdim olunmuşdur: "Solomonun kiçik açarı", "Moiseyin, VI və VII kitablarının möhürləri", "Ağ və Qara Magiya sigilləri" və sair. Ən məşhur sigil Pentaqrammadır. Həmçinin, sigillər müxtəlif cəmiyyətlərin emblemi kimi də istifadə edilirdi.
Sağ limit (sol limit)
Funksiyanın sağ (sol) limiti-əgər ixtiyari ε > 0 {\displaystyle \varepsilon >0} üçün elə δ > 0 {\displaystyle \delta >0} varsa ki, ixtiyari x ∈ ( a , a + δ ) ( x ∈ ( a − δ , a ) ) {\displaystyle x\in (a,a+\delta )(x\in (a-\delta ,a))} üçün | f ( x ) − b | < ε {\displaystyle |f(x)-b|<\varepsilon } olsun, onda deyirlər ki, b {\displaystyle b} ədədi y = f ( x ) {\displaystyle y=f(x)} funksiyasının α {\displaystyle \alpha } nöqtəsində sağ (sol) limitidir. Funksiyanın sağ (sol) limiti lim x → a + 0 f ( x ) = b ( lim x → a − 0 f ( x ) = b ) {\displaystyle \lim _{x\to {a+0}}f(x)=b(\lim _{x\to {a-0}}f(x)=b)} , yaxud f ( a + 0 ) ( f ( a − 0 ) ) {\displaystyle f(a+0)(f(a-0))} kimi işarə olunur. Məsələn, f ( x ) = 1 1 + e 1 x {\displaystyle f(x)={\frac {1}{1+e^{\frac {1}{x}}}}} funksiyası üçün lim x → 0 + 0 f ( x ) = 0 , lim x → 0 − 0 f ( x ) = 1 {\displaystyle \lim _{x\to 0+0}f(x)=0,\lim _{x\to 0-0}f(x)=1} . f(a+0)=f(a-0) şərti limitinin varlığı üçün zəruri və kafi şərtdir. Sağ və sol limitlər funksiyanın x dəyəri müəyyən bir dəyərə yaxınlaşdıqda onun dəyərinin nə olacağını müəyyənləşdirir. Funksiyanın sağ və sol hədlərini tapmaq üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz: 1. Sağ Limit (x → a+): — Əgər funksiyanın x qiyməti a qiymətinə, x qiyməti isə a-dan sağa yaxınlaşırsa, onda doğru həddi tapılır. — Düzgün həddi tapmaq üçün funksiyanın a-dan bir qədər böyük olan x dəyərlərinə yaxınlaşmasına icazə verin (məsələn, a + ε, burada ε kiçik müsbət qiymətdir). — Bu yaxınlaşan x dəyərlərinə uyğun gələn funksiya dəyərlərini hesablayın və bu dəyərlərin sərhədlərini yoxlayın. 2.
Cəmil Adıgözəlov
Cəmil Əli oğlu Adıgözəlov (29 aprel 2002; Ramana, Sabunçu rayonu, Bakı, Azərbaycan — 2 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəmil Adıgözəlov 29 aprel 2002-ci ildə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində anadan olmuşdur. 2008–2019-cu illərdə Suraxanı rayon Bülbülə qəsəbəsində yerləşən tam orta məktəbi bitirmişdir. Subay idi. Cəmil Adıgözəlov 2020-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon üzrə Hərbi Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Cəmil Adıgözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəmil Adıgözəlov 2 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Cəmil Debbouz
Camal Dəbuz (fr. Jamel Debbouze, 18 iyun 1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru, prodüseri və komediyaçısı. 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. Les pierres bleues du désert (1992) Les Deux papas et la maman (1996) Zonzon (1998) Un pavé dans la mire (1998) Le Ciel, les oiseaux et... ta mère!
Cəmil Fərəcov
Cəmil Əliqulu oğlu Fərəcov (13 fevral 1946, Bakı – 1 avqust 2023) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). Cəmil Əliqulu oğlu Fərəcov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunu (1969), Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib (1974). 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 1997–2002-ci illərdə "Yaddaş" sənədli filmlər studiyasının bədii rəhbəri və direktoru, 2002–2006-cı illərdə Mədəniyyət Nazirliyinin Kino İşləri Baş İdarəsinin müdiri, 2006–2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri vəzifələrində çalışıb. Əməkdar incəsənət xadimidir. Ailəlidir, iki övladı, üç nəvəsi var idi. Cəmil Fərəcov Fərəcov 1 avqust 2023-cü ildə vəfat edib. "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Arvadım Mənim, Uşaqlarım Mənim (1978) "Azərbaycan" dünyanı gəzir (film, 1984) "Azərbaycan"da dəniz səyahəti (film, 1976) Ağır şkaf (film, 1971) Axırıncı maqın sonu (film, 1974) Ayna və Həmid (film, 1990) Azərbaycan kinosu-80 (film, 1996) Azərbaycan məktəbi yüksəlişdə (film, 1972) Azərbaycan və Nobel qardaşları (film, 1991) Başdan ayağa (film, 1973) Bəhrə (film, 1984) Bir səfərin izilə (film, 1980) Biz qayıdacağıq (veriliş, 2007) (II) Çay daşının göz yaşı...
Cəmil Həsənli
Cəmil Həsənli (tam adı: Cəmil Poladxan oğlu Həsənli; 15 yanvar 1952, Ağalıkənd, Puşkin rayonu) — Azərbaycan tarixçi-alimi; siyasətçi; tarix elmləri doktoru (1992) — professor (1993); Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi (2009); Milli Şuranın qurucu üzvlərindən biri (2013); Azərbaycan Respublikasının əməkdar müəllimi (2009); Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin müasir tarixi kafedrası üzrə professoru (1993–2013); Azərbaycan Respublikası Milli Məclisinin II və III çağırış deputatı. Milli Şuranın sədri və lideri. Cəmil Poladxan oğlu Həsənov 15 yanvar 1952-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində anadan olmuşdur. 1960–1970-ci illərdə Cəlilabad rayonunun Alar kənd orta məktəbində təhsil almışdır. 1970-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (ADU) Tarix fakültəsinə daxil olmuş və 1975-ci ildə həmin fakültəni bitirmişdir. 1977-ci ilin payızında ADU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası üzrə əyani aspiranturaya daxil olmuş və 1980-ci ildə buranı bitirmişdir. 1983–1984-cü illərdə Moskva Dövlət Universitetində ixtisaslaşma kursu keçmişdir. 1984-cü ildə ADU-nun ixtisaslaşdırılmış müdafiə şurasında "SSRİ-Amerika münasibətləri" mövzusunda namizədlik müdafiə edib tarix elmləri namizədi dərəcəsini almışdır. 1990-cı ildə Xalq təhsili üzrə SSRİ Dövlət Komitəsinin qərarı ilə dosent elmi adına layiq görülmüşdür. 1992-ci ildə "Azərbaycan Respublikası beynəlxalq münasibətlər sistemində, 1918–1920" mövzusunda doktorluq dissertasiyası müdafiə edib, tarix elmləri doktoru elmi dərəcəsini almışdır.
Cəmil Həşimli
Cəmil Əflatun oğlu Həşimli (11 avqust 1995, Kürdəmir – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Cəmil Həşimli 1995-ci il avqustun 11-də Kürdəmir şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Cəmil Həşimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəmil Həşimli oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəmil Həşimli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Kavukçu
Cəmil Niftaliyev (türk. Naza Cəmil; 1951) — hekayə və roman yazarı. 1951-ci ildə Türkiyədə anadan olub. Yaradıcılığa 1980-ci illərdən başlayıb. "Bazar günəşi" adlanan ilk hekayələr kitabı 1983-cü ildə çap olunub. "Dönüş" və başqa romanların müəllifidir. Hekayələrində əsasən sadə insanların həyatından bəhs olunur.
Cəmil Lənbəranski
Cəmil bəy Ləmbəranski (1884, Lənbəran, Cavanşir qəzası – 1959, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, travmatoloq, ortoped, dosent, əməkdar həkim, səhiyyə əlaçısı. Cəmil Ləmbəranski 1884-cü ildə Cavanşir qəzasının Lənbəran kəndində anadan olmuşdur. 1913-cü ildə Kiyev Universitetinin tibb fakültəsini qurtarmışdır. Universiteti bitirdikdən sonra Tərtərdə zemski həkim işləmişdi. Cəmil bəy 1919-cu ildə Bakıya gələrək doktor Larionovun müalicəxanasında cərrah işləməyə başlayır. 1922-ci ildə Xalq Səhiyyə Komisarlığının qərarı ilə cərahiyyə xəstəxanası yaradılmış və Cəmil bəy Ləmbəranski xəstəxananın müdiri təyin edilmişdir. 1929-cu ilə qədər orada işləyən Cəmil bəy xəstəxana ləğv edildikdən sonra Caparidze adına Bakı Şəhər 3 nömrəli klinik xəstəxanasının travmatologiya şöbəsinə müdir təyin olunur. 1941–1945-ci illərdə Cəmil bəy İkinci Dünya müharibəsində iştirak etmişdir. 1946-cı ildən Bakı Elmi Tədqiqat Travmatologiya və Bərpa Cərrahiyyəsi İnstitutunda baş həkim işləyən Cəmil bəy Ləmbəranski 1948-ci ildən Cəmil bəy Ləmbaranski Bakı şəhər 2 nömrəli klinik xəstəxanasında travmatologiya şöbəsinə müdir təyin olunur. O, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutu travmatologiya və hərbi səhra cərahiyyəsi kafedrasında da baş elmi işçi olaraq da işləyir.