Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qneseologiya (idrak nəzəriyyəsi)
Qneseologiya (qneseoloji - insan idrakının öyrənilməsiylə bağlı elmi sahə) — Dünyada insanın fəal həyat istiqaməti göturməsi, müvəffəqiyyətli fəaliyyət göstərməsi onun gerçəkliyi hansı dərəcədə dərk etməsindən asılıdır. Gerçəklik insan şüurunda nə dərəcədə dolğu, adekvat əks olunursa, insan da ona uyğun fəal olur, qarşısına reallaşması mümkün olan vəzifələr qoyur və daha çox məqsədyönlü fəalliyyət göstərir. Qneselogiya — yunan dilində bilik haqqında təlim deməkdir. Bu da göstərir ki, idraka fəlsəfənin, onun spesifik sahəsi olan qnesologiyanın predmeti kimi baxilmalidir.
Geneologiya
Genealogiya – şəcərəni, nəsil, soy qohumluğunu öyrənən köməkçi tarix elmi. Gen – yunan sözü olub "genes" sözündən əmələ gəlmişdir. Mənası əsil, mənşə, kök məzmununu əhatə edir. Nəyinsə yaranma mənşəyini, məcrasını, məzmununu açıqlamağa xidmət edir. "Logiya" da yunan sözüdür, "elm", "öyrənən sahə" məzmununda başa düşülür. Bütövlükdə nəzəriyyənin adı geniş məna çalarlarına malikdir. Genealogiya xalqların günümüz üçün, sözün geniş mənasında, mühüm əhəmiyyət kəsb edən gen mənşəyini, onun fərdi, ümumi cəhətlərini, törəmə formaları və funksiyalarını əhatə edir. == Elmin tarixi == Genealoji tədqiqatların öyrənilməsi və elmin müxtəlif sahələrində tətbiqi yeni problem deyildir. Bu istiqamətdə ilk mülahizə və tədqiqatlara Avropada təsadüf edilmişdir. Geneologiya elə həmin dövrdə nəsil qohumluğu şəcərəsini öyrənən istiqamət kimi tanınmışdır.